Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


XVII Mövzu: Seyid Əzim Şirvaninin həyatı, lirik və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   37   38   39   40   41   42   43   44   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XVII Mövzu: Seyid Əzim Şirvaninin həyatı, lirik və 
maarifçi şeirləri.
Həyatı. Yaxın Şərqə səyahəti. Şamda ruhani 
təhsilini başa çatdıraraq axund adını alması. Pedaqoji fəaliyyəti. 
1874-cü ildən Şamaxıdakı “Məclis”məktəbində, 1878-ci ildə 
şəhər məktəbində müəllimliyi. Uşaqlar üçün “Şəriət”, “Rəbiül-
ətfal” və “Tacül-kütub” dərsliklərini hazırlaması.
Şirvaninin bədii yaradıcılığı. Klassik üslubda qəzəl, qəsidə, 
mədhiyyə, mərsiyə, müxəmməs, rübai, məsnəvi, tərci və 
tərkibbəndləri. Lirikasında həyata bağlılıq, tərk-dünyalığı rədd 
etməsi. “Guş qıl” müxəmməsi. Qəzəllərində Füzuliyanə mənalı 
təşbeh, istiarə, təzad, mübaliğə, cinas, təkrir kimi bədii təsvir 
vasitələrinə, əruz vəzninin oynaq bəhrlərinə müraciət etməsi.
“Qafqaz müsəlmanlarına xitab”, “Təlim-tərbiyə haqqında”, 
“Həsən bəydən iltimas”, “Qəzet nədir?”, “Əkinçi” qəzetinə 
yardım üçün”, “Həsən bəy Məlikov Zərdabiyə”, “Köhnə elmdən 
şikayət”, “Üç dil”, “Ruhanilik təhsili” və s. Maarifçi şeirlərində 
müasir elmləri öyrənməyə çağırış, dini təhsilin gərəksizliyi və 
avamlığın tənqidi. 
XVIII Mövzu: S.Ə.Şirvaninin təmsil, mənzum hekayə və 
satiraları. 
Təmsil və öyüdlərinin tərbiyəvi əhəmiyyəti. 
Təmsillərinin əsas mənbələri, bir qisminin Azərbaycan və Şərq 
mənbələrindən tərcümə və iqtibas olunması. Mənzum hekayələri 
dəyərli uşaq ədəbiyyatı nümunəsi kimi.
Şirvaninin satiraları. Sarsıdıcı gülüş, istehza və kinayə, 
ictimai qüsurları açıb göstərmək, sadəlik və xəlqilik bu satiraların 


61 
əsas xüsusiyyəti kimi. Seyid Əzim Şirvani irsinin nəşri və tədqidi 
tarixi. 
XIX Mövzu:
Nəcəf bəy Vəzirovun həyatı və ədəbi 
fəaliyyəti.
Həyatı. Moskvada təhsil illəri. Yaradıcılığı. N. 
Vəzirovun publisit fəaliyyəti: “Əkinçi”, “Həyat”, “Füyuzat”, 
“Tazə həyat”, “İqbal”, “Açıq söz” qəzetlərində dərc olunmuş 
məqalə, felyeton və kiçik hekayələri. 
N. Vəzirov milli teatrın yaradıcılıarından biri və ilk 
aktyoru kimi. Əsərlərinin tədqiqi və nəşri. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin