58
müstövhi Mirzə Yəhya, hərbiyyə vəziri Zaman xan və Mollabaşı
Axund Səmədin simasında ləyaqətsiz dövlət başçılarının tənqidi.
Yusif şah maarifçi hökmdar surəti kimi, onun islahatları.
Axundzadənin ədəbi-tənqidi görüşləri. XX əsrin 50-70
illərində yazdığı “Nəzm və nəsr haqqında”, “Fehristi-kitab”,
“Tənqid risaləsi”, “Mirzə Ağanın pyesləri haqqında kritika” və s.
məqalələrində
incəsənət, dramaturgiya,
teatr sənəti, şeir, nəsr və
mətbuat haqqında nəzəri və tənqidi mülahizələri.
XIII Mövzu:
M.F.Axundzadənin ictimai, siyasi, fəlsəfi
görüşləri. “Kəmalüddövlə məktubları”
. M.F.Axundzadə
islahatçı və yenilikçi kimi. Ərəb əlifbasının dəyişdirilməsi üçün
tərtib etdiyi layihələr haqqında.
Axundzadənin publisistikası. “Kəmalüddövlə məktubları”
siyasi və fəlsəfi traktat kimi. “Təmsilat” və “Kəmalüddövlə
məktubları”nın Yaxın Şərqdə geniş yayılması və təsiri. Axundov
ədəbi məktəbi.
XIV Mövzu:
XIX əsrin ikinci yarısında ədəbiyyat və
mədəniyyət. Ədəbi məclislər.
XIX əsrin ikinci yarısı Azərbaycan mədəniyyətinin yüksəliş
dövrü kimi. Erkən maarifçiliyin M.F. Axundzadənin şəxsində
kamala çatması. Əsrin 50-60-cı illərində
maarifçi realizmin
yaradııcılıq metodu və ədəbi məktəb səviyyəsinə yüksəlməsi.
Realizmin inkişafı ilə əlaqədar olaraq yeni realist janrların
–komediya, povest, hekayə və satiranın yaranması.
“Əkinçi” qəzetinin maarifçilik hərəkatının genişlənməsində
rolu. Yeni tipli məktəblərin açılması. Teatrın yaranması. H.
Zərdabi və N. Vəzirovla yanaşı Rusiya və Qərbi Avropada təhsil
alan gənc ziyalılar Ə. Haqverdiyev, S.
Qənizadə, R. Əfəndiyev,
H. Mahmudbəyov, M. Şaxtaxtlı və b. fəaliyyəti.
Əsrin
ikinci
yarısında
Şamaxıda
“Beytüs-Səfa”,
Lənkəranda “Fövcül-füsəha”, Şuşada “Məclisi-üns”, “Məclisi
fəramuşan”, Bakıda “Məcməüs şüəra”, Ordubadda “Əncüməni-
şüəra” ədəbi məclislərinin təşkil edilməsi.
59
XIX əsrin 70-90-cı illərində Şəki, Naxçıvan, Qazax, Ağdaş,
Dərbənd, İrəvan və Ərdəbildə kiçik şeir məclislərinin yaranması.
Dostları ilə paylaş: