Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   31   32   33   34   35   36   37   38   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

 
 
I Mövzu:
XIX əsr Azərbaycan ədəbiyyatının predmeti 
və spesifik xüsusiyyətləri.. 
XIX əsr Azərbaycan ədəbiyyatında 
yeni, orijinal mərhələ kimi. Sovet dövrü ədəbiyyatşünaslığında 
XIX əsr Azərbaycan ədəbiyyatı kursunun bir çox cəhətdən siyasi-
ictimai proseslərə tabe tutulması.
Son dövr ədəbiyyatşünaslığında XIX əsr Azərbaycan 
ədəbiyyatının inkişaf qanunauyğunluqları nəzərə alınmaqla iki 


52 
əsas mərhələdə öyrənilməsi, əsrin I yarısının və II yarısının 
ədəbiyyatı kimi müəyyən edilməsi. 
XIX əsr Azərbaycan ədəbiyyatına dair məxəzlər. İran, 
Türkiyə, Rusiya və Qərbi Avropa mənbələri.
XIX əsr ədəbiyyatı sovet dövrü ədəbiyyatşünaslığında 
(S.Mümtaz, F.Qasımzadə, Ə.Səidzadə). XIX əsr Azərbaycan 
ədəbiyyatı tarixi materiallarının toplanması və nəşri. Fənnə dair 
əsas dərslik və dərs vəsaitləri. XIX əsr Azərbaycan ədəbiyyatının 
aparıcı istiqamətləri və əsas təmayüllərinin şərhi və təsnifi 
haqqında ümumi məlumat. 
XIX əsrdə Azərbaycan ədəbiyyatının yarandığı tarixi şərait. 
Qafqazda Rusiya, İran və Türkiyə arasında müharibələr. 
“Gülüstan” və “Türkmənçay” müqavilələri. Azərbaycanın şimal 
hissəsinin Rusiyaya birləşdirilməsi. Siyasi işğalın ardınca çar 
hakimiyyətinin 
Azərbaycanı 
iqtisadi cəhətdən istismarı. 
Azərbaycanın Rusiya sənayesi üçün xammal mənbəyi və satış 
bazarına çevrilməsi. Yeni dövr ədəbiyyatının birinci inkişaf 
mərhələsi, onun əsas istiqaməti və xüsusiyyətləri.
II Mövzu: XIX əsrin birinci yarısında klassik poeziya 
üslubunu davam etdirən şairlər. K.Salik, Ə.Qaracadaği, 
Heyran xanım və b. 
Yeni dövr Azərbaycan ədəbiyyatının ilk 
mərhələsində poeziyanın üstün mövqeyi, klassik şeir ənənələri və 
nəzirəliyə güclü meyl. Orta əsrlərdə olduğu kimi, XIX əsrdə də 
qəzəlin aparıcı janr olması, eyni zamanda, həcmcə böyük 
formalar- poemalara təsadüf olunması. A. Bakıxanovun “Xəyalın 
uçuşu”, “Müşkatül-ənvar”, M. Ş. Vazehin “Məktubun 
intizarında”, M. F. Axundzadənin “Puşkinin ölümünə Şərq 
poeması”, Ə. Qaracadağinin “Leyli və Məcnun” poemaları.
 
Şeirdə həyatilik, dünyəvilik və ictimai məzmunun ifadə 
olunması.
XIX əsrin birinci yarısında klassik poeziya üslubunu 
davam etdirən şairlər. Molla Qədir Naci Şirvani, Molla Qasım 
Zakir, Kazım ağa Salik, Əndəlib Qaracadağı, Zikri Ərdəbili, 
Heyran xanım Dünbül. 


53 
Məhərrəmlik təzirədarlığı və bununla bağlı yaranan 
mərsiyə ədəbiyyatı.
Təriqət poeziyası. S.Ə. Nəbati yaradıcılığında təriqət 
şeirinin yeri və mövqeyi.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin