Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


III Mövzu: Yazılı ədəbiyyatda aşıq şeirinin inkişafı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   32   33   34   35   36   37   38   39   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

III Mövzu: Yazılı ədəbiyyatda aşıq şeirinin inkişafı. 
Məmməd bəy Aşiq, Aşıq Pəri, Ağabəyim ağa Ağabacı, 
Məlikballı Qurban və b.
Şifahi xalq yaradıcılığının yazılı 
ədəbiyyata təsiri. Aşıq şeri və Vaqif ənənələri. Folklor üslubunda 
yazan şairlər. Məhəmməd bəy Aşiq, Ağabəyim ağa Ağabacı, 
Aşıq Pəri, Mustafa ağa Arif, Mücrim Kərim Vardani, Məlikballı 
Qurban, Kazım ağa Salik, Padarlı Abdulla, Əbdürrəhman ağa 
Dilbaz və b.
Aşıq şeiri tərzində yazan Cənublu şairlər Məhəmməd 
Xəlifə Aciz, Əndəlib Qaracadaği, Mehdi bəy Şəqaqi və b.
IV Mövzu:
Azərbaycanda ictimai satiranın və 
maarifçiliyin güclənməsi. B.Şakir, M.B.Nadim və b.
XIX əsrin 
birinci yarısında Azərbaycan ədəbiyyatında satirik üslub və onun 
inkişafını şərtləndirən ictimai-tarixi amillər.
Çar üsul- idarəsi, komendant, naşalnik və pristavları, 
onlarla sazişə girən yerli bəy və ruhanilərə qarşı narazılıq və eti-
raz motivləri yeni dövr ədəbiyyatında satirik şeirin formalaş-
masını şərtləndirən başlıca amillər kimi. Satirik üslubda yazan 
şairlər. Baba bəy Şakir, Mirzə Baxış Nadim və Fəzil xan 
Şeydanın (Molla Fətulla) yaradıcılığı.
V Mövzu:
Maarifçi realist ədəbiyyatın təşəkkülü. 
Abbasqulu ağa Bakıxanovun həyatı və yaradıcılığı.
Maarif-
çilik anlayışı. Maarifçilik xüsusi məfkurə forması, dünyagörüşü
ədəbi-estetik, fəlsəfi və pedaqoji fikir cərəyanı kimi. 
Maarifçilərin “hər şey aydın mühakiməsinə” şüarı. 
XVII əsrin son rübündə İngiltərədə yaranmış maarifçilik 
ideologiyasının XIX əsrin 30-40-cı illərində Azərbaycanda intişar 
tapması.
XIX əsr Azərbaycan maarifçiliyinin inkişaf mərhələləri. İlk 
Azərbaycan maarifçiləri -A.Bakıxanov, İ. Qutqaşınlı, M.Ş. Vazeh 


54 
və Q.Zakirin yaradıcılığında köhnə həyata, cəhalət və fanatizmə 
qarşı mübarizə, elm və təhsilə çağırış, şəxsiyyət azadlığı 
motivləri.Yeni realist ədəbiyyatın yaranmasında ilk maarifçilərin 
rolu.
XIX əsrdə Zakir, M.F. Axundov, S.Ə.Şirvani, N.Vəzirov, 
maarifçi realizmin əsas nümayəndələri kimi. Bu dövrdə maarifçi 
realist ədəbiyyatın Azərbaycan ədəbiyyatının aparıcı istiqamətinə 
çevrilməsi, publisistikanın, ictimai satiranın, ədəbi tənqidin 
yaranıb inkişaf etməsi, dramaturgiya, yeni tipli bədii nəsr, bədii 
tərcümə kimi sahələrin yaranması. 
XIX əsrin sonlarına doğru maarifçilik hərəkatının 
genişlənməsi, ictimai-siyasi və mədəni həyatın bütün sahələrini 
əhatə etməsi. 
A. Bakıxanovun həyatı, nəsli və təhsili. Rəsmi dövlət 
qulluğu. “Divani-hikmət” məclisindəki fəaliyyəti. Polşaya, 
Rusiyaya səyahəti. Yaxın Şərqə səfəri. Bədii yaradıcılığı. 
Maarifçi görüşləri, “erkən maarifçiliyin” əsas nümayəndəsi kimi. 
Realizmə meyli. 
Ana dilində və farsca şeirləri. “Riyazül-qüds” əsəri, 
“Müşkatül-ənvar” və “Müratül-cəmal” poemaları. Təmsil, rübai 
və məzum hekayələri. “Kitabi-Əsgəriyyə” əsərində yeni 
münasibətlərin təbliği.
Tərci və tərkibbəndlərində rübai, qəzəl, müxəmməs və 
mənzumələrində məzmun və ideya dərinliyi. Klassik üslubda 
yazdığı məhəbbət lirikasında Füzuli şeirinin təsiri.
“Gürcülər arasında”, “Bismillah”, “Tiflis” müxəmməsləri, 
“Təbriz əhlinə xitab” satirası, “Kitabi-Əsgəriyyə”, “Miratül-
cəmal” əsərləri, “Tatar nəğməsi”, “Fatma tar çalarkən” şeirləri, 
mənzum hekayə və təmsilləri Bakıxanovun maarifçi-realist 
görüşlərinin məhsulu kimi. Krılovdan tərcüməsi (“Eşşək və 
bülbül”). Elmi əsərləri. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin