Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


XX Mövzu: Nəcəf bəy Vəzirovun dramaturgiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   38   39   40   41   42   43   44   45   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XX Mövzu:
Nəcəf bəy Vəzirovun dramaturgiyası. 
İlk 
pyesləri. “Əti sənin, sümüyü mənim”, “Qaragünlü”, “Gəmi 
lövbərsiz olmaz”, “Ağıçı” (bu əsərlər ədibin sağlığında itmişdir) 
və “Ev tərbiyəsinin bir şəkli” əsərlərində ictimai eyiblərin tənqidi.
“Daldan atılan daş topuğa dəyər” komediyasının qısa 
məzmunu və əsas surətləri. Cadugərliyin tənqidi əsərin aparıcı 
ideyası kimi. “Sonrakı peşmançılıq fayda verməz” komedi-
yasında köhnə və yeni nəslin qarşılaşdırılması. “Adı var, özü 
yox” komediyasında tənqid hədəfləri. “Yağışdan çıxdıq yağmura 
düşdük” komediyasında qadın hüquqlarının tapdanmasının 
təsviri. Əşrəf bəy obrazı.
“Müsibəti Fəxrəddin” (1896) Azərbaycan dramaturgi-
yasında ilk faciə kimi. “Müsibəti-Fəxrəddin” qan intiqamı və 
cəhalətə qarşı yazılan əsər kimi. Fəxrəddinin maarifçi görüşləri, 
baxışlarındakı ziddiyyət və məhdudluq. Faciənin ideyası və qadın 
obrazları.
“Pəhləvanani-zəmanə” (1900) neft mövzusuna həsr 
olunmuş ilk əsər kimi. Əsərdə XIX əsrin sonu və XX əsrin 
əvvəllərində inkişaf edən Bakı kapitalizminin təsviri. 
N. Vəzirovun 1905-ci il inqilabından sonra yazdığı pyesləri. 
“Qaçaqlar”, “Vay şəlləküm, məəlləküm”, “Nə əkərsən, onu 
biçərsən”, “Pul düşgünü Hacı Fərəc” və s. Sovet dövründə 
yazdığı “Təzə əsrin ibtidası” dramının məzmunu və əsas surətləri. 
XXI Mövzu:
Cənubi Azərbaycan ədəbi mühiti. Mirzə 
Ağa Təbrizinin yaradıcılığı.
Qafqaz müharibələrində İranın 


62 
dövlətçilik təməlinin sarsılması, onun XIX əsrin ikinci yarısında 
Rusiya və İngiltərənin nüfuz dairəsində olması. İqtisadi, dini və 
ideoloji sahələrdə feodal Şərqə məxsus köhnəlmiş təsisatların 
yenilənməsinə ehtiyac. 
Maarif, mətbuat, nəşriyyat və s. inkişafı sahəsində 
müəyyən 
islahatlar. 
Tehranda 
“Mədrəseyi-nizamiyyəyi-
Nasiriyyə”darülfünunu, Təbrizdə “Mədrəseyi-Nasiri” və “Təbriz 
dövlət mədrəsəsi”nin açılması. Mirzə Həsən Rüsdiyyənin 
“Dəbistan” ibtidai üsuli-cədid məktəbini təşkil etməsi, “Vətən 
dili”, “Ana dili” dərsliklərinin tətbiqi. 
XIX əsrin ikinci yarısında Cənubi Azərbaycanda çap 
işlərinin genişlənməsi. 1817-ci ildə Təbrizdə açılmış ilk 
litoqrafiyanın Azərbaycan dilində kitab nəşrinin mərkəzinə 
çevrilməsi. Dövri mətbuatın yaranması, “Azərbaycan”, “Təbriz”, 
“Nasiri”, “Mədəniyyət” kimi leqal, “Şahsevən” adlı gizli 
qəzetlərin çapı. İranlı mühacirlərin şah üsul idarəsinə qarşı 
İstanbulda “Vətən”, Qahirədə “Sürəyya”, Kəlküttədə “Həblül-
mətn” adlı qəzetləri nəşr etdirməsi. 
Rusiyada yaşayan Ə. Talıbov və Z. Marağayı 
görüşlərindəki maarifçilik məfkurəsi. Ədəbiyyatın maarifçi 
realist məcarada inkişafa başlaması, poeziyanın aparıcı mövqe 
tutması. XIX əsrin ikinci yarısında yaradıcılığa başlayan 
Əbülhəsən Raci, Mirzə Əlixan Ləli, Mirzə Mehdi Şükuhi
Məhəmmədbağır Xalxali, Məhəmməd Hidəçi, Hacı Rza Sərraf, 
Seyid Rza Sabir, Məhəmməd Əmin Dilsuz, Purğəm, Məhəmməd 
Xəlifə Aciz, Nazim Ərdəbilli və b.
Publisistikanın inkişafı və onun ədəbiyyata təsiri. Cənubi 
Azərbaycan maarifçilərinin əlifba islahatı məsələsini gündəmə 
gətirməsi. İranın Tiflis konsulunun mürtəcimi Mirzə Rza xan 
Danişin 1880-cı ildə İstanbulda nəşr etdiyi “Əlifbayi-
Rüşdiyyə”risaləsində əlifba islahatının zəruriliyi ideyası.
M.F. Axundzadənin “Təmsilat”ının Tiflisdə nəşri, 
Qafqazda və İranda yayılmasından sonra Cənubi Azərbaycanda 
ilk dram əsərlərinin yazılması. Mirzə Ağa Təbrizi Axundzadə 


63 
ənənələrinin varisi kimi. M. A. Təbrizinin dramatik əsərləri: 1. 
“Ərəbistan hakimi Əşrəf xanın əhvalatı”, 2. “Zaman xanın 
Brucirddə hakimiyyəti”, 3. “Şahqulu Mirzənin Kirmanda 
sərgüzəşti”, 4. “Ağa Haşım Xalxalinin eşqbazlığı” 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin