Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


XII Mövzu: Mirzə Fətəli Axundzadənin bədii nəsri və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   35   36   37   38   39   40   41   42   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XII Mövzu:
Mirzə Fətəli Axundzadənin bədii nəsri və 
ədəbi-tənqidi görüşləri.
“Aldanmış kəvakib” (1857) povesti yeni 
realist nəsrin ilk nümunəsi kimi. Əsərin süjeti və əsas obrazları. 
Saray əyanları maliyyə vəziri Mirzə Möhsün, onun müavini 


58 
müstövhi Mirzə Yəhya, hərbiyyə vəziri Zaman xan və Mollabaşı 
Axund Səmədin simasında ləyaqətsiz dövlət başçılarının tənqidi. 
Yusif şah maarifçi hökmdar surəti kimi, onun islahatları.
Axundzadənin ədəbi-tənqidi görüşləri. XX əsrin 50-70 
illərində yazdığı “Nəzm və nəsr haqqında”, “Fehristi-kitab”, 
“Tənqid risaləsi”, “Mirzə Ağanın pyesləri haqqında kritika” və s. 
məqalələrində incəsənət, dramaturgiya, teatr sənəti, şeir, nəsr və 
mətbuat haqqında nəzəri və tənqidi mülahizələri.
XIII Mövzu:
M.F.Axundzadənin ictimai, siyasi, fəlsəfi 
görüşləri. “Kəmalüddövlə məktubları”
. M.F.Axundzadə 
islahatçı və yenilikçi kimi. Ərəb əlifbasının dəyişdirilməsi üçün 
tərtib etdiyi layihələr haqqında.
Axundzadənin publisistikası. “Kəmalüddövlə məktubları” 
siyasi və fəlsəfi traktat kimi. “Təmsilat” və “Kəmalüddövlə 
məktubları”nın Yaxın Şərqdə geniş yayılması və təsiri. Axundov 
ədəbi məktəbi.
XIV Mövzu:
XIX əsrin ikinci yarısında ədəbiyyat və 
mədəniyyət. Ədəbi məclislər.
XIX əsrin ikinci yarısı Azərbaycan mədəniyyətinin yüksəliş 
dövrü kimi. Erkən maarifçiliyin M.F. Axundzadənin şəxsində 
kamala çatması. Əsrin 50-60-cı illərində maarifçi realizmin 
yaradııcılıq metodu və ədəbi məktəb səviyyəsinə yüksəlməsi.
Realizmin inkişafı ilə əlaqədar olaraq yeni realist janrların 
–komediya, povest, hekayə və satiranın yaranması.
“Əkinçi” qəzetinin maarifçilik hərəkatının genişlənməsində 
rolu. Yeni tipli məktəblərin açılması. Teatrın yaranması. H. 
Zərdabi və N. Vəzirovla yanaşı Rusiya və Qərbi Avropada təhsil 
alan gənc ziyalılar Ə. Haqverdiyev, S. Qənizadə, R. Əfəndiyev, 
H. Mahmudbəyov, M. Şaxtaxtlı və b. fəaliyyəti.
Əsrin 
ikinci 
yarısında 
Şamaxıda 
“Beytüs-Səfa”, 
Lənkəranda “Fövcül-füsəha”, Şuşada “Məclisi-üns”, “Məclisi 
fəramuşan”, Bakıda “Məcməüs şüəra”, Ordubadda “Əncüməni-
şüəra” ədəbi məclislərinin təşkil edilməsi.


59 
XIX əsrin 70-90-cı illərində Şəki, Naxçıvan, Qazax, Ağdaş, 
Dərbənd, İrəvan və Ərdəbildə kiçik şeir məclislərinin yaranması.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin