57
kimyagər” (1850), “Hekayəti- Müsyo Jordan və dərviş Məstəli
şah cadukuni-məşhur” (1850), “Sərgüzəşti-vəziri xani- Lənkəran”
(1850), “Hekayəti-xırs quldurbasan” (1851), “Hekayəti-mərdi-
xəsis” və ya “Hacı Qara” (1852), “Mürafiə vəkillərinin hekayəti”
(1855).
“Hekayəti-Molla İbrahimxəlil kimyagər”
Azərbaycan
dramaturgiyası tarixində ilk realist komediya kimi. Bu əsərin
“Ölülər” komediyasına təsiri. “Müsyo Jordan və dərviş Məstəli
şah” komediyasında cadugərliyin ifşası və 1848-ci
il Fransa
inqilabına müəllifin ustalıqla toxunması. Komediyanın kompo-
zisiyası və əsas surətləri.
“Vəziri-Xani Lənkəran” komediyasında Vəzir Mirzə Həbib
və Lənkəran xanının timsalında ləyaqətsiz feodal hakimlərinin
tənqidi.
“Xırs quldurbasan” komediyasının iki variantı və bunların
arasındakı fərq.
“Sərgüzəşti-mərdi-xəsis” və ya “Hacı Qara” komediyası
Axundov dramaturgiyasının zirvəsi kimi. Komediyanın
orijinallığı və realizmi. Əsərin quruluşu. Obrazları və dili. “Hacı
Qara” Azərbaycan dramaturgiyasının klassik əsəri kimi.
“Mürafiə vəkillərinin hekayəti” komediyasının mövzusu və
əsas surətləri. Əsərin konflikti və finalın
təsadüfi xoşbəxt nəticə
ilə bitməsi. İran şəriət məhkəmələrinin tənqidi komediyanın əsas
ideyası kimi.
Axundzadə komediyalarının oynanılması və nəşri tarixi.
Azərbaycan dramaturgiyasının inkişafında bu komediyaların rolu.
70-90-cı illərdə yetişən gənc dramaturqlar nəsli N.Vəzirov,
Ə.Gorani, R.Əfəndiyev, H.Vəzirov, Ə.Haqverdiyev. C.Məm-
mədquluzadə, N.Nərimanov, M.Təbrizi Axundovun varisləri
kimi.
Dostları ilə paylaş: