595) Difteriya zamanı hansı ağırlaşmalar baş verə bilər?
A) Miokardit
B) Zəif periferik ifliclərin inkişafı ilə gedən poliradikulonevrit
C) Toksiki nefroz
D) Kəllə sinirlərinin nevriti (yumşaq damağın iflici, oftalmoplegiya)
E) Ensefalit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
596) Əsnək difteriyasına şübhə olduqda aşağıdakılardan hansı düzgün təlimatdır?
A) Diaqnoz dəqiqləşənə qədər 8-12 saat ərzində xəstə nəzarətdə olur
B) Əsnək difteriyasında DƏZ yeritmək göstəriş deyil
C) DƏZ bakterioloji müayinənin nəticəsi alındıqdan sonra yeridilməlidir
D) DƏZ peyvənd almayan uşaqlara dərhal yeridilməlidir
E) Difteriya əleyhinə zərdab (DƏZ) peyvənd haqqında məlumat bilmədən dərhal yeridilməlidir
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
Dostları ilə paylaş: |