597) Hansı epidemik parotitin əsas əlaməti deyil?
A) şişkinlik
B) rəngi dəyişməmiş, dartılmış dəri
C) çeynəmə aktının ağrılı olması
D) ağrılı olması
E) angina
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
598) Əksər seroz meningitlər hansı etiologiyaya malikdir?
A) Adenovirus
B) Vərəm
C) Parotit və enterovirus
D) Qripoz
E) Virus-bakterial
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
599) Parotit infeksiyası üçün aşağıdakılardan hansı səciyyəvi deyil?
A) Dilaltı və çənəaltı vəzlərin zədələnməsi
B) Nefrit
C) Orxit (və ya adneksit)
D) Pankreatit
E) Ensefalit
Ədəbiyyat: Л.А.Исаева. Детские болезни. «Медицина», Москва,1986.
600) Qızılcanın kataral dövrü üçün tipik simptom deyil.
A) Zökəm
B) Konyunktivit
C) Öskürək
D) Qıcolma sindromu
E) Hərarət
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
601) Məxmərəyin tipik klinik əlamətləri içərisində patoqnomonik simptom hansıdır?
A) periferik limfa düyünlərinin böyüməsi (ənsə və arxa boyun limfa düyünləri)
B) enantema
C) periferik qanda dəyişikliklər
D) kataral əlamətlər
E) subfebril hərarət
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
Dostları ilə paylaş: |