883) Göstərilən virus xəstəliklərindən hansı ekzantema ilə müşayət olunur?
A) Qrip
B) Respirator-sinsitial infeksiya
C) Adenovirus infeksiyası
D) Enterovirus infeksiyası
E) Sitomeqalovirus infeksiyası
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
884) Anadangəlmə həqiqi stridorun əsas səbəbi hansıdır?
A) Qırtlağın qığırdaq karkasının anadangəlmə zəifliyi
B) Timomeqaliya
C) Qırtlağın stenozu
D) Səs yarığı nahiyəsində bitişmə və bağların olması
E) Səs tellərinin parezi
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
885) Yenidoğulmuşlarda polisitemiyanın inkişafına nə səbəb ola bilər?
A) Göstərilən bütün hallar
B) Bətndaxili inkişafın ləngiməsi
C) Feto-fetal hemotransfuziya
D) Doğuş zamanı asfiksiya
E) Anada şəkərli diabetin olması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
886) Yenidoğulmuşda Ht-nin 65%-dən artıq olması zamanı körpədə nə müşahidə oluna bilər?
A) Yeməkdən imtina
B) Sadalanan əlamətlərin hamısı
C) Ağır hiperbilirubinemiya
D) MSS-nin süstlüyü
E) Sianoz
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
Dostları ilə paylaş: |