892) I dərəcə susuzlaşmada diurez necə olur?
A) Normal olaraq qalır
B) Bu qan zərdabında natriumun qatılığından asılıdır
C) Kəskin azalır
D) Azalır
E) Artır
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
893) Erkən hipokalsemiyanın kliniki şəkli nə ilə xarakterizə olunur?
A) Sadalanan bütün əlamətlərlə
B) Əzələ hipotoniyası ilə
C) Bradikardiya
D) Apnoe tutmaları ilə
E) Yayılmış klonik qıcolmalarla
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
894) Xroniki qanitirmə nə ilə xarakterizə olunur?
A) Eritrositlərin hipoxromiyası və mikrositozla
B) Eritrositlərin normoxromiyası və normositozla
C) Trombositozla
D) Eritrositlərin hiperxromiyası və makrositozla
E) Leykositozla
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
895) Şereşevski-Terner sindromu olan yenidoğulmuşda daha xarakter olan əlamət hansıdır?
A) Makroqlossiya
B) Əldə və pəncədə lokal ödemlər
C) Sianoz
D) Əzələ hipertonusu
E) Əzələ hipotoniyası
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
896) Dörd kiloqramdan artıq doğulan uşaqlarda (makrosomiya) qan zərdabında nəyin səviyyəsi dinamik nəzarətdə olmalıdır?
A) Kalsiumun
B) Natriumun
C) Zülalların
D) Qlükozanın
E) Kaliumun
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
897) Vaxtından əvvəl doğulan uşaqlara verilən qida qarışığında (100 ml-də) zülalın miqdarı nə qədər olmalıdır?
A) 3,0 – 3,2 q.
B) 1,5 – 2,0 q.
C) 3,5 – 4,0 q.
D) 2,5 – 3,0 q.
E) 1,9 – 2,3 q.
Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
898) Yenidoğulan körpədə meteorizm və onunla əlaqədar sancıları aradan götürmək üçün aşağıdakılardan hansı məsləhət görülmür?
A) Qarın nahiyyəsinə quru isti
B) Çobanyastığı dəmləməsi
C) Espumizan
D) Maqnezium sulfat
E) Qazçıxarıcı boru qoyulması
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
Dostları ilə paylaş: |