992) Normada göbək yarası nə vaxt bütünlüklə epitelizə olunur?
A) 3-cü ayda
B) 2 –ci ayda
C) birinci həftəsinin sonu
D) ikinci həftəsinin sonu
E) birinci ayın sonu
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
993) Yenidoğulmuşlarda aspirasiya hallarına hansı aiddir?
A) Anadangəlmə lobar emfizema
B) Yayılmış atelektaz
C) Hialin-membran xəstəliyi
D) Səpələnmiş kiçik atelektaz
E) Aspirasiya sindromu
Ədəbiyyat: С.В.Рачинский, В.К.Таточенко. Болезни органов дыхания у детей. «Медицина», Москва, 1987.
994) Yeni doğulmuşlarda mekonial aspirasiya zamanı ilkin yardıma hansı aiddir?
A) doğulan kimi ağız və burun keçəcəklərindən mekoniumun sorulub xaric edilməsi;
B) traxeobronxial ağacın sanasiyası məqsədilə traxeyanın intubasiyası;
C) doğulan kimi ağızdan, burun keçəcəkləri və udlaqdan mekoniumun sorulub xaric edilməsi;
D) uşağın əlavə qızdırılması;
E) intubasiya borucuğu və ya maska vasitəsi ilə əl ilə ventilyasiya;
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
995) Yenidoğulmuşların pnevmoniyasında ağır tənəffüs çatışmazlığının klinik simptomuna aşağıdakılardan hansı aiddir?
A) anemiya
B) petexial səpki
C) taxikardiya
D) qusma
E) təngnəfəslik
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997..
Dostları ilə paylaş: |