1001) Dölün bədəninin hansı üzvünün oksigenlə təchizi üçün yaxşı şəraiti var?
A) qaraciyərin
B) baş beyinin
C) bədənin aşağı hissəsinin
D) ağ ciyərlərin
E) yuxarı ətrafların
Ədəbiyyat: А.В.Мазурин, И.М.Воронцов. Пропедевтика детских болезней. «Медицина». Москва. 2001.
1002) Gecikmiş fetal dövr zamanı dölə kimyəvi faktorların təsiri aşağıdakı patologiyalardan hansı ilə müşayiət olunur?
A) anadangəlmə hipotrofiya
B) stiqma
C) inkişaf qüsurları
D) anadangəlmə hepatit
E) hipertrofiya
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
1003) Gecikmiş fetopatiyanın klinik əlamətinə hansı aiddir?
A) anadangəlmə ürək qüsuru
B) Şereşevski -Terner sindromu
C) anadangəlmə pankreatit
D) altıbarmaqlılıq
E) anadangəlmə ensefalit
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
1004) İmmun patoloji səbəbdən asılı olmayan hiperbilirubinemiya ən çox hansı uşaqlarda rast gəlinir?
A) asfiksiya keçirmiş yenidoğulmuşda
B) yetkin yenidoğulmuşda
C) vaxtından gec doğulmuşda
D) yarımçıqdoğulmuş uşaqda
E) anadangəlmə ürək qüsuru ilə olan yenidoğulmuşda
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
Dostları ilə paylaş: |