72) Babinski refleksi, fiziologi olaraq, neçə yaşına kimi alınır?
A) 6 ay
B) 2 yaş
C) 1 yaş
D) 3 yaş
E) ömür boyu
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.1 1 2
73) Kerniq refleksi sağlam uşaqda neçə aydan sonra alınmır?
A) 1 aydan
B) 6 aydan
C) 4 aydan
D) 3 ayda
E) 1 yaşdan
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан “Пропедевтика детских болезней с уходом за детьми”, “Медпресс- информ” 2006, стр.111
74) Avtomatik yeriş refleksi sağlam yenidoğulmuşda neçə müddət alınır?
A) 8 aya kimi
B) 2 həftəyə kimi
C) 2 aya kimi
D) 3 aya kimi
E) 6 aya kimi
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.108
75) Iməkləmə Bauer refleksi neçə aydan sonra artıq alınmır?
A) 2 ayından
B) 5-6 ayından sonra
C) 1 ayından
D) 3 həftədən
E) 4 ayından
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.111
76) Şərtsiz Galant refleksi neçə yaşa kimi alınır?
A) 6 aya kimi
B) 1 yaşa kimi
C) 4 aya kimi
D) 1 aya kimi
E) 3 yaşa kimi
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.11
77) Şərtsiz Peres refleksi neçə aydan sonra alınmır?
A) 4 aydan
B) 1 aydan
C) 1 yaşdan
D) 18 aydan
E) 8 aydan
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.113
78) Hansı fizioloji refleksi ən axırda yoxlamaq məsləhətdir (ağrılı olduğu üçün)?
A) Peres refleksi
B) Babinski refleksi
C) Avtomatik yeriş
D) Galant refleksi
E) Moro refleksi
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.113
79) Yuxarı Landau refleksi hansı yaşda formalaşır?
A) 3 ayında
B) 4 ayında
C) 6 ayında
D) 1 yaşında
E) 1 ayında
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.114
80) Aşagı Landau refleksi hansı yaşda formalaşır?
A) 3-4 ayda
B) 5-6 ayda
C) 1 yaşda
D) 3 yaşda
E) 1-2 ayda
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.114
81) Assimetrik tonik boyun refleksləri hansı yaşa kimi alınır?
A) 1 yaşa kimi
B) 18 aya kimi
C) 3 yaşa kimi
D) 2 yaşa kimi
E) 6 aya kimi
Ədəbiyyat: Ədəbiyyat: : Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.113
82) Gövdənin düzlənməsi reaksiyası nə vaxt formalaşır?
A) 1-ci ayın sonunda
B) 2-3 yaşda
C) 1-ci yaşın sonunda
D) 3-4 ayda
E) 5-6 ayda
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.69
83) Dayaq refleksi uşaqda nə vaxt itir?
A) 10-12 ayından sonra
B) 3-4 aydan sonra
C) 2 ayından sonra
D) 8-9 ayından sonra
E) 2 həftədən sonra
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.69
84) Yenidogulmuşda əzələ tonusunun vəziyyətini hansı reflekslərin alınması ilə yoxlamaq olar?
A) Orbikulopalpebral
B) Toniki boyun və labirint refleksləri
C) Babinski refleksi
D) Axtarış refleksi
E) Moro refleksi
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.60
85) Şərtli reflekslərın differensiasiyası hansı aydan başlayır?
A) 2-3 yaşdan
B) 5-6 aydan
C) 1 yaş
D) 2-3 ayından
E) 5-6 yaşdan
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.60
86) Sensor nitqin yaranması hansı yaşda başlayır?
A) 3-4 yaşdan
B) 1-2 yaşdan
C) 3-4 aydan
D) 7-8 aydan
E) 5-6 aydan
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010,стр.64-65
87) Motor nitqi hansı yaşda yaranır?
A) 5-6 yaşda
B) 2-3 yaşda
C) 10-12 ayda
D) 3-4 yaşda
E) 5-6 ayda
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010,стр.64-65
88) Sağlam yenidogulmuşda kiçik əmgək hansı yaşda bağlanır?
A) 1 - 2 həftə
B) 5 - 6 ayda
C) 4 - 8 həftə
D) 10 -12 ayda
E) 3 - 4 ayda
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010,стр.105
89) Sağlam uşağın hansı yaşından baxışın binokulyar funksiyası yaranır?
A) 3 həftə
B) 5 - 6 aydan
C) 3 ayda
D) 1 həftədən
E) 1 yaşdan
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов” Педиатрия”, Санкт-Петербург «СпецЛит» 2010, стр.73
90) Hansı yaşda uşaq rənqləri seçir və hərəkət edən əşyaları qözu ilə izləyir?
A) 4 - 5 həftədə
B) 1 ayda
C) 6 ayda
D) 1 yaşda
E) 2 - 3 yaşda
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов” Педиатрия”, Санкт-Петербург «СпецЛит» 2010, стр.73
91) Hansı yaşda uşaqlarda stereoskopik görmə qabliyyəti yaranır?
A) 6 ayda
B) 3 ayda
C) 1 yaşında
D) 6 yaşda
E) 3 yaşda
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.66
92) Uşaqda nitqin inkişafının ləngiməsinə hansı amillər təsir etmir?
A) Ağız boşluğunun anatomik qüsurları
B) Eşitmənin pozulması
C) Süni qidalanma
D) Ümumi inkişafın ləngiməsi
E) MSS patologiyası
Ədəbiyyat: Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.64
93) Rənqli qörmə qabliyyəti hansı yaşda tam formalaşır?
A) 6 ayda
B) 6 yaşda
C) 10 yaşda
D) 1 ayda
E) 3 yaşda
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.66
94) Uşaqlarda görmə qabliyyəti nə vaxt maksimuma yaxınlaşır?
A) 4 yaşında
B) 3 yaşında
C) 6 yaşında
D) 6 ayında
E) 1 yaşında
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.66
95) Iybilmə hissiyyatının differensiasiyası hansı yaşda başlayır?
A) 2 - 4 ayda
B) 1 ayda
C) 1 yaşda
D) 1- 2 ayda
E) 5 - 6 ayda
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.66
96) Yenidogulmuşda hansı hissiyyat daha çox inkişaf edir?
A) Termoresepsiya
B) İybilmə
C) Taktil
D) Dadbilmə
E) Agrı
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.65
97) Aşağıdakılardan hansı USİ (uşaq serebral iflicin) formalarına aid deyil?
A) Spastik dipleqiya, ikili dipleqiya
B) Hemiplegik
C) Hiperkinetik
D) Astenonevrotik
E) Atonik - astatik
Ədəbiyyat: Ədəbiyyat: R.K.Şirəliyeva «Sinir sistemi xəstəlikləri»,« Mütərcim»2003, Bakı səh.314-318
98) Hansı əlamət USİ (uşaq serebral iflici) atonik-astatik forması üçün səciyyəvidir?
A) Mərkəzi tipli parezlər
B) Əzələ hipertonusu
C) Beyincik pozulması
D) Qıcolmalar
E) İntellektin kobud patoloqiyası
Ədəbiyyat: Ədəbiyyat: R.K.Şirəliyeva «Sinir sistemi xəstəlikləri»,« Mütərcim»2003, Bakı səh.314-318
99) USİ (Uşaq serebral iflici) hemipleqik formasına aid olmayan hansıdır?
A) Mərkəzi tipli parez
B) Qıcolma tutmaları
C) Psixi inkişafı pozulması
D) Nitq pozulmaları
E) Əzələ hipotoniyası
Ədəbiyyat: Ədəbiyyat: R.K.Şirəliyeva «Sinir sistemi xəstəlikləri»,« Mütərcim»2003, Bakı səh.314-318
100) Uşaq serebral iflicinin ikili dipleqiya forması hansı erkən kobud patoloqiyaya səbəb olur?
A) Beyincik pozulmaları
B) Eşitmə zəifliyir
C) Oynaqların kontrakturası,sümüklərin deformasiyası
D) Ümumi əzələ hipotoniyası
E) Görmə zəifliyir
Ədəbiyyat: Ədəbiyyat: R.K.Şirəliyeva «Sinir sistemi xəstəlikləri»,« Mütərcim»2003, Bakı səh.314-318
101) İkili diplegiyaya aid olmayan hansıdır?
A) Psevdobulbar iflic kompleksi
B) Ağır hərəki pozulmalar
C) İntension əsmə
D) Patoloji reflekslər
E) Vətər reflekslərin yüksəlməsi
Ədəbiyyat: Ədəbiyyat: R.K.Şirəliyeva «Sinir sistemi xəstəlikləri»,« Mütərcim»2003, Bakı səh.314-318
102) Uşaq serebral iflicinin hiperkinetik formasına aid olmayan əlamət hansıdır?
A) Torsion spazm
B) Əzələ distoniyası
C) Atetoid hərəkətlər
D) Hissiyatın bütün növ pozulmaları
E) Nitq pozulmaları
Ədəbiyyat: Ədəbiyyat: R.K.Şirəliyeva «Sinir sistemi xəstəlikləri»,« Mütərcim»2003, Bakı səh.314-318
103) Mikrosefaliyaya aid olmayan əlamət hansıdır?
A) Epilepsiya
B) RQ - da kəllənin tac sümükləri qalın olur
C) Tac sümükləri çox nazik olur
D) Kəllə sümükləri tikişləri birləşmiş olur
E) Şüur zəifliyi
Ədəbiyyat: Ədəbiyyat: Ç.Quliyev «Uşaq cərrahlığı », Bakı 2008, s.195
104) Yenidoğulmuşda servikal patologiyanın birinci əlaməti hansıdır?
A) “Qısa boyun” simptomu
B) “Qısa bağırsaq” sindromu
C) “Uzun ayaq” sindromu
D) Kraniostenoz
E) Qreqq sindromu
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр76
105) “Qısa boyun” simptomunun əlamətləri hansıdır?
A) Boyun-ənsə əzələlərinin hipotoniyası
B) Postnatal patologiyaya aiddir
C) Kəllə - beyin sinirlərinin kobud patologiyası
D) Boyun-ənsə əzələlərinin çox qabarıq qoruyucu gərginliyi
E) Boyun əyriliyi
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр78
106) Kəllədaxili təzyiqin yüksəlməsinin əlamətlərindən biri hansıdır?
A) Kerniq simptomu
B) Xvostek simptomu
C) “Batan günəş” simptomu
D) Qovers simptomu
E) Merfi simptomu
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр81
107) Kəllə-beyin sinirlərinin kaudal qrupun perinatal zədələnməsinə nə aid deyil?
A) Çəpgözlülük
B) Çəçimə
C) Pis əmməyi
D) Səsin zəifləməsi
E) Buruna südün düşməsi
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр85
108) Aşağıdakılardan hansı mərkəzi iflicin əlamətlərinə aid deyil?
A) Əzələ tonusunun yuxarı olması
B) Əzələ tonusunun aşağı olması
C) Proprioseptiv reflekslərin olması
D) Mərkəzi hərəkət neyronun zədələnməsi
E) Patolojı reflekslərin olması
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр86
109) Aşağıdakılardan hansı periferik iflicin əlamətlərinə aid deyil?
A) Tədricən əmələ gələn əzələ atrofiyası
B) Elektroqıcıqlanmanın pozulması
C) Əzələ hipotonusu
D) Hiporefleksiya
E) Əzələ hipertonusu
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр86-87
110) Hansı refleks patoloji meninqeal reflekslərə aid deyil?
A) Babinski refleksi
B) Oppenheymer refleksi
C) Bauer refleksi
D) Qordon refleksi
E) Rossolimo refleksi
Ədəbiyyat: Ədəbiyyat:Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Meninqitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı 2009, s.16
111) Hansı əlamət meningitin olması ehtimalını təsdiq etmir?
A) Hiperesteziya, hiperalgeziya, fotofobiya, hiperakuziya
B) Qida ilə əlaqə fəvvarə ilə qusma
C) Periferik parez
D) Məcburi vəziyyət və ənsə əzələlərinin rigidliyi
E) Ekzantema müxtəlif formada
Ədəbiyyat: Ədəbiyyat:Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Meninqitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı 2009, s.14
112) Boyun fəqarələrinin travmatik dislokasiyası “Uşaq serebral iflici” diaqnozu ilə differensiasiya zamanı hansı müayyinə köməkçidir?
A) Qanın biokimyavi analizi
B) EKQ
C) Qanın ümumi analizi
D) RG
E) EEQ
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр86-87
113) Davamlı reflekslərə aid olmayan hansıdır?
A) Konyuktival refleks
B) Oral reflekslər
C) Ətrafların vətər refleksləri
D) Udqunma
E) Qaşüstü refleks
Ədəbiyyat: Ədəbiyyat: Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.107
114) Tranzitor reflekslərə aid deyil:
A) Qeyrişərtli reflekslər
B) Ətrafların vətər refleksləri
C) Oral reflekslər
D) Spinal reflekslər
E) Pozotonik reflekslər
Ədəbiyyat: Ədəbiyyat:Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.107-113
115) Fizioloji Babinski refleksi MSS hansı hissəsinin göstəricisidir?
A) Vestibulyar aparatının
B) Piramid sisteminin
C) Retikulyar formasiyanın
D) Hissiyyat yollarının
E) Ekstrapiramid sisteminin
Ədəbiyyat: Ədəbiyyat:Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.1 1 2
116) Uşagın neyropsixoloji inkişafının meyarlarına hansılar aiddir?
1. Motorika, statika
2. Musiqi duyğusu
3. Nitq
4. Dinamika
5. Şərti - reflektor fəaliyyət
6. Konstitusional əlamətlər
7. Ali sinir fəaliyyəti
A) 1, 5, 6, 7
B) 2, 3, 5, 6
C) 2, 3, 6, 7
D) 1, 2, 5, 6
E) 1, 3, 5, 7
Ədəbiyyat: Ədəbiyyat:Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.102
117) Aşağıdakılardan hansı uşaqlarda sinir-əzələ xəstəliyinin əlaməti deyil?
A) Statik və lokomotor funksiyaların pozulmaları
B) Əzələ hipotonusu
C) Zəiflik və yerişin dəyişməsi
D) Əzələnin dartınması
E) Əzələ atrofiyası
Ədəbiyyat: Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”, Mütərcim 2003, Bakı səh.356; Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», Москва « Рид Элсивер»2010, стр.542
118) Yenidoğulmuşun aşağı ətraflarında periferik parezin əlamətindən biri hansıdır?
A) Aşagı ətrafların açılmasının çətinliyi
B) Reflekslərin yüksəlməsi
C) Kerniq simptomu müsbətdir
D) Bud hissə ilə sağrı arasında dərin büküş
E) Aşağı Brudzinski simptomu müsbətdir
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр95
119) Sağlam yenidoğulmuşun axtarış (Kussmaul) refleksi neçə yaşa kimi saxlanılır?
A) 18 ay
B) 6 ay
C) 1 yaş
D) 3 ay
E) 3 yaş
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр115
120) 1 yaşında uşaqda Kussmaul refleksin alınması nəyin göstəricisidir?
A) Ağır serebral patoloqiyanın
B) Hiperaktivlik
C) Normal inkişafın
D) Uşaq aclıq hissi keçirir
E) Hipersensetivlik
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр115
121) İmprintinq nəyə təsir göstərir?
A) Görmə qabliyyətini yaxşılaşdırır
B) Veqetativ dəyişiliklərə səbəb olur
C) Sinir-psixi inkişafa
D) Fiziki inkişafa
E) Eşitmə qabliyyətini zəiflədir
Ədəbiyyat: Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.59
122) Əmmə refleksi hansı sinirlərin müştərək fəaliyyətindən asılıdır?
A) III, V, IX, XI
B) V,VII, X, XII
C) V, VII, VIII, IX
D) V, VI, VII,VIII
E) I, II, III, IV
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр.116
123) Əmmə refleksi nə vaxt alınmır?
A) Uşaq tox olanda
B) Virus stomatiti zamanı
C) Uşaq ac olanda
D) Mədə-bağırsaq infeksiya zamanı
E) MSS perinatal patoloqiyasında
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр.116
124) Hansı halda epilepsiya diaqnozu qoyulur?
A) Yalnız EEQ-nın nəticəsi əsasında
B) Hər iki valideyin epilepsiyadan əziyyət çekir
C) 1 dəfə yüksək hərarət fonunda tutma
D) Xəstədə 2 və ya daha çox epileptik tutma baş versə
E) 1 dəfə idiopatik tutma baş verşə
Ədəbiyyat: Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Epilepsiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol» Bakı-2009, s.12
125) Generalizə olunmuş tonik-klonik tutmalar zamanı hansı epilepsiya əleyhinə dərman vasitəsi 1-ci seçim preparatıdır?
A) Pirasetam
B) Papaverin
C) Tiaqabin
D) Karbamazepin
E) Viqabatrin
Ədəbiyyat: Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Epilepsiyanın diaqnostika və müalicəsi üzrə kliniki protokol» Bakı-2009, s.15
126) Hansı sinirin zədələnməsi zamanı uşaqda müştərək çəpgözlük yaranır?
A) Uzaqlaşdırıcı sinir (n.abducens )
B) Görmə siniri (n.opticus)
C) Üçlü sinir (n.triqeminus)
D) Gözün hərəki siniri (n.okulomotorius)
E) Dəhliz-ibliz siniri (n.vestibulocochlearis)
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.Ратнер «Неврология новорожденных»,« Бином»2005, стр.256
127) Sadalanlardan hansı meninqitlərdə rast qəlmir?
A) Məcburi vəziyyət
B) Koplik ləkələri
C) Ənsə əzələlərinin riqidliyi
D) Fotofobiya
E) Kerniq,Brudzinski refleksləri
Ədəbiyyat: Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Meninqitlərin diaqnostika və müalicəsi üzrə kliniki protokol»s.14-15
128) Meninqitin yaranmasında risk qrupunu daha çox hansı yaş qrupu təşkil edir?
A) 17 yaşdan yuxarı
B) Yeniyetmələr
C) 20-30 yaş
D) 30-40 yaş
E) Yenidogulmuşlar və 6-9 aylıq uşaqlar
Ədəbiyyat: Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Meninqitlərin diaqnostika və müalicəsi üzrə kliniki protokol»s.15
129) Hansı simptom meninqitin təstiqləmə simptomuna aid deyil?
A) Brudzinski
B) Trusso
C) Babinski
D) Rossolimo
E) Kerniq
Ədəbiyyat: Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Meninqitlərin diaqnostika və müalicəsi üzrə kliniki protokol»s.15
130) ABO antigen sistemi üzrə yeni doğulmuş körpədə hemolitik xəstəlik nə zaman müşahidə olunur?
A) Müsbət rezuslu atadan olan uşaqlarda
B) O (I) qan qruplu anadan doğulan A (II) qan qruplu uşaqlarda
C) Yalnız təkrar hamiləlikdən olan uşaqlarda
D) O (I) qan qruplu uşaqlarda
E) Yalnız vaxtında doğulmuş sağlam uşaqlarda
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
131) Anadangəlmə toksoplazmozun kəskin dövrünün ən etibarlı əlaməti hansıdır?
A) Toksoplazmoz əleyhinə İgM tərkibli anticisimlərin aşkarlanması
B) Hepatomeqaliya
C) Mikrosefaliya
D) İgG tərkibli anticismlərin yüksək titri
E) Görmə sinirinin atrofiyası
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
132) Anadangəlmə hipotireoz üçün nə xarakterik deyil?
A) Hipotermiyaya meyllilik
B) Qəbizlik
C) Uzun müddət davam edən sarılıq
D) Makroqlossiya
E) Böyük əmgəyin vaxtından əvvəl bağlanması
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
133) Mukovissidoz diaqnozunu aşağıdakılardan hansı təsdiq edir?
A) Sümük iliyinin müayinəsi
B) Döş qəfəsinin rentgenoqrafiyası
C) Nazik bağırsağın biopsiyası
D) Sidik çöküntüsünün mikroskopiyası
E) Tərdə elektrolitlərin təyini
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
134) Rezus faktora görə hemolitik xəstəliyin yüngül variantını hansı hallarda gözləmək olar?
A) Ana tərəfdən nənəsi müsbət rezusludur
B) Uşağın atası rezus faktor üzrə homoziqotdur
C) Uşağın anasına uşaqlıqda qan köçürülüb
D) Ananın və uşağın qan qrupu üst-üstə düşür
E) Anada atopik xəstəlik var
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
135) I dərəcəli hipotrofiyada kütlə defisiti nə qədər olmalıdır?
A) 40%-dən çox
B) 30%-dən 40%-ə kimi
C) 3%-ə qədər
D) 10%-dən 20%-ə qədər
E) 40%-dən 50%-ə kimi
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
136) Hansı preparatın uzun müddət istifadəsi raxitin inkişafına səbəb olur?
A) Penisillin
B) Papaverin
C) Qlisin
D) Fenobarbital
E) Piridoksal fosfat
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
137) D vitamini orqanizimdə hansı funksiyanı yetirir?
A) Qanda qələvi fosfatazanın səviyyəsini qaldırır
B) Mədə- bağırsaq traktından kalsiumun sorulmasına kömək edir
C) Göstərilən bioloji effektlərə vitamin D təsir etmir
D) Parathormonun hasilatını artırır
E) Kalsiumun kanalcıq reabsorbsiyasını blokada edir
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
138) Dəmir defisitli anemiyanın əlamətlərinə hansı aid deyil?
A) Trombositopeniya
B) Eritrositlərin sayının azalması
C) Zərdabda birləşmiş dəmirin azalması
D) Qanda bilirubinin artması
E) Eritrositlərin hipoxromiyası
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
139) Mukovissidoz üçün sadalanan əlamətlərdən hansı xarakterik deyil?
A) Steatoreya
B) Mekonial ileus
C) Atelektazlar
D) Hipernatremiya
E) Polifekaliya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
140) Hipokalsemik qıcolma sindromunun inkişafına nə səbəb olur?
A) Asidoz
B) Hiperkaliemiya
C) Hipoventilyasiya
D) Hipoproteinemiya
E) Alkaloz
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
141) Uşaqlarda qəfləti ölüm sindromu üçün hansı xarakterikdir?
A) Qəfləti ölümə ailəlikcə meyllilik
B) Həmişə klinik morfoloji yetkinsizliyin əlamətləri aşkar edilir
C) Ölüm əsasən gündüz vaxtları uşaq oyaq olarkən baş verir
D) Ölümün konkret səbəbi həmişə aşkar edilir
E) Sindrom əsasən 3 yaşdan yuxarı uşaqlarda rast gəlinir
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
142) Erkən yaşlı uşaqlarda tez-tez aşağıdakılardan hansı rast gəlinir?
A) Qida allergiyası
B) İnhalyasiya yolu yaranan allergiyalar
C) Soyuq allergiyası
D) Dərman allergiyası
E) Yoluxucu allergiyalar
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
143) I dərəcəli hipotrofiyalarda qidaya tolerantlığın təyin olunması müddəti nə qədərdir?
A) 1-2 gün
B) 15 gündən çox
C) 3-7 gün
D) 10 gün
E) 14 günədək
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
144) II dərəcəli hipotrofiyalarda qidaya tolerantlığın təyin olunması müddəti nə qədərdir?
A) 15 gündən çox
B) 10 gün
C) 3-7 gün
D) 14 günədək
E) 1-2 gün
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
145) III dərəcəli hipotrofiyalarda qidaya tolerantlığın təyin olunması müddəti nə qədərdir?
A) 15 gündən çox
B) 14 günədək
C) 10 gün
D) 3-7 gün
E) 1-2 gün
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
Dostları ilə paylaş: |