84) Streptokokk pnevmoniyasında seçim preparatı hansıdır?
A) Ampisillin
B) Tetrasiklin
C) Baktrim
D) Eritromitsin
E) Gentamisin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
Bölmə 6. Qan dövranı orqanlarının xəstəlikləri. Revmatik xəstəliklər. Funksional diaqnostika.
85) Fallo tetradası olan uşaqlarda tənginəfəslik-sianotik tutmalar zamanı aşağıdakılardan hansı məqsədəuyğun deyildir?
A) Promedol vurmaq
B) Strofantin vurmaq
C) Propranolol təyin etmək (anaprilin, obzidan)
D) Əgər tutmalar davam edərsə - infuzion terapiyaya başlamaq
E) Oksigen vermək
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
86) Hansı anadangəlmə ürək qüsuru ilə doğulan uşaq həyatının birinci ilində operativ müalicə olunmur?
A) İri damarların transpozisiyası
B) Açıq arterial axacaq
C) Açıq oval pəncərə
D) Aortanın koarktasiyası
E) Fallo tetradası
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
Dostları ilə paylaş: |