307) İnhalyasion steroidlərin ən çox rast gəlinən əlavə təsirləri hansılardır?
A) Hiperqlikemiya
B) Osteoporoz
C) Böyrəküstü vəzi çatışmazlığı
D) Ağız boşluğunun kandidozu
E) İtsenko-Kuşinq sindromu
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
308) Ağır bronxoobstruksiyalı uşaqlarda adətən hansı fəsadlar müşahidə olunur?
A) Gərgin pnevmotoraks
B) Piotoraks
C) Atelektaz
D) Bulla
E) Abses
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
309) Plevral mayesində neytrofillər üstünlük təşkil edən 3 yaşlı uşaqda ekssudativ plevritin ən çox ehtimal olunan səbəbi hansıdır?
A) Obstruktiv bronxit
B) Qabırğa sınığı
C) Qeyri-spesifik bakterial plevropnevmoniya
D) Ağ ciyər xərçəngi
E) Vərəm
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
310) Döşqəfəsidaxili limfa düyünləri vərəminin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Bronxoskopiya
B) Ağ ciyərlərin obzor rentgenoqramması
C) Ön və yan tomoqramma
D) Rentgenoqrafiya
E) Bronxoqrafiya
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
Dostları ilə paylaş: |