66) Uşaqlarda bronxial astmanın hansı forması nadir rast gəlir?
A) Atopik
B) Qeyri-atopik
C) Gərginlik astması
D) Aspirin astması
E) İnfeksion allergik
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
67) Pikfloumetrin köməyi ilə nə ölçülür?
A) Nəfəsvermənin ümumi həcmi
B) Bronxial obstruksiyanın dərəcəsi
C) Ağciyərlərin həyati həcmi
D) Nəfəsvermənin maksimal (zirvə) sürəti (PEF)
E) Ağciyərlərin qalıq həcmi
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
68) Bronxial astmanın gedişinə nəzarət məqsədi ilə işlədilən preparatlara nə aiddir?
A) İmmunostimulyatorlar;
B) İltihab əleyhinə preparatlar və uzunmüddətli təsirə malik bronxodilatatorlar;
C) Antihistamin preparatlar;
D) Qısamüddətli təsirə malik β-2 adrenomimetiklər
E) İnqalyasion xolinolitiklər;
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
Dostları ilə paylaş: |