731) Qarın yatalağı üçün xarakterik olmayan simptomlar hansılardır?
A) Poliartrit
B) Dilin qalınlaşması və ərp bağlaması, ciyərin və dalağın şişməsi
C) Ağır intoksikasiya və uzunsürən yüksək hərarət
D) Hipotoniya, bradikardiya
E) Səpgi
Ədəbiyyat: M.Q.Qurbanov, N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
732) Qarın yatalağında ən effektiv antibiotik hansıdır?
A) Gentamisin
B) Tetrasiklin
C) Rifamisin
D) Polimisin
E) Levomisin
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
733) Yersiniozun qastrointestinal formasında aşağıdakı simptomlardan hansı əmələ gəlmir?
A) Qarında tutma şəkilli ağrılar
B) Aşkar intoksikasiya
C) Oynaqlar ətrafında əmələ gəlmiş səpkilər, “əlcək” və “corab” simptomları, artralgiyalar
D) Sulu diareya, II-III dərəcəli eksikoz
E) Qanlı, yaşıl və sulu nəcis
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
734) Yersinioz və yalançı vərəm xəstəliklərində qarın ağrıları aşağıdakı xəstəliklərin hansı ilə ağırlaşmır?
A) Proktosiqmoidit
B) İleit
C) Pankreatit
D) Appendisit
E) Mezadenit
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
Dostları ilə paylaş: |