848) İrsi nefriti olan uşaqlarda hansı əlaməti müşahidə etmək olar?
A) Astiqmatizmi
B) Kataraktanı
C) Miopiyanı
D) Eşitmənin pozulmasını
E) Bütün saydıqlarımızı
Ədəbiyyat: Тейлор Д. «Детская офтальмология» 2007.
849) Göz patologiyası ilə ürəkdəki dəyişikliklərin müştərək olması nə zaman baş verə bilər?
A) Irsi nefrit zamanı
B) Bütün saydıqlarımız hallarda
C) Marfan sindromunda
D) Lui-Bar sindromunda
E) Vilson-Konovalov xəstəliyində
Ədəbiyyat: Тейлор Д. «Детская офтальмология» 2007.
850) Hansı preparatın uzun müddət təyini kataraktaya səbəb ola bilər?
A) Teonikol
B) Diqoksin
C) Fenobarbital
D) AÇF antaqonistləri
E) Prednizolon
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
851) Konyuktivit nə vaxt müşahidə edilə bilər?
A) Adenovirus infeksiyaları zamanı
B) İersiniozda
C) Bütün saydıqlarımız hallarda
D) Qurdeşənəyi zamanı
E) Qızılçada
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
852) Göz patologiyası ilə hematuriyanın birlikdə rast gəlməsi hansı patologiya üçün xarakterikdir?
A) Elers-Danlos sindromu
B) Volf-Parkinson-Uayt sindromu
C) Marfan sindromu
D) Pertes xəstəliyi
E) Irsi nefrit
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
Dostları ilə paylaş: |