834) Kəskin appendisit üçün aşağıdakılardan hansı xasdır?
A) Yuxu zamanı sağ qalça nahiyyəsində əzələlərin gərginliyi;
B) Getdikcə huşun itməsi
C) Narahatlıq
D) Baş ağrısı
E) Xəstəliyin ilk qünü bədən hərarəti 39°C
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il
835) 6 yaşında oğlan uşaqda ikinci gündür qarnında lokalizasiyası dəqiq olmayan ağrılar, bədən hərarəti 37,8°C, 1 dəfə qusma, 1 dəfə sıyığabənzər nəcis qeyd edilir, peritonun gərginliyi simptomları aydın deyil, nəbzi dəqiqədə 120'. Bu vəziyyətdə nə etmək lazımdır?
A) Spazmolitik təyin etmək
B) Sabaha qanın müayinəsini və cərrahın müayinəsini təyin etmək
C) Nəzarəti davam etmək və evdə antibiotik təyin etmək
D) “Adenovirus infeksiyası” diaqnozu ilə infeksion şöbəyə yerləşdirmək
E) Appendisitə şübhə ilə təcili xəstəxanaya yerləşdirmək
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
Dostları ilə paylaş: |