865) Məhdud sklerodermiyanın əsas klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Zədələnmə nahiyasində bərkimə və indurasiyalar
B) Dəri distrofiyası
C) Tünd qırmızı-bənövşəyi rəngdə olan ödemli ləkə
D) Dərinin atrofiyası
E) Qaşınma
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
866) Südəmər dövrdə olan uşağda sifilis xəstəliyinə xarakter olmayan nədir?
A) Endomiokardit
B) Dəri səpkiləri
C) Ağız ətrafında çatlar və sonradan çapıqların əmələ gəlməsi
D) Selikli-irinli rinit
E) Sümüklərin zədələnməsi
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
867) Uşaqlarda sifilis zamanı nadir halda zədələnən orqan hansıdır?
A) Limfa düyünləri
B) Böyrəklər
C) Ağ ciyərlər
D) Ürək
E) Qara ciyər
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
868) Kəskin şüa xəstəliyində mütləq kliniki dəyişilik harada olur?
A) MSS tərəfindən
B) İmmun sistemində
C) Qanyaradıcı üzvlərdə
D) Ürək-damar sistemində
E) Həzm sistemində
Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. М 1985
Dostları ilə paylaş: |