Pediatriya


) Mexaniki sarılıqda hansı fermentin fəallığının artması tipik sayılır?



Yüklə 0,89 Mb.
səhifə53/290
tarix25.12.2016
ölçüsü0,89 Mb.
#3189
1   ...   49   50   51   52   53   54   55   56   ...   290
184) Mexaniki sarılıqda hansı fermentin fəallığının artması tipik sayılır?
A) Qələvi fosfataza

B) Aspartataminotransferaza (AsT)

C) Alaninaminotransferaza (AlT)

D) Aldolaza

E) Enterokinaza
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
185) Qalaktozemiya və mukovissidozda sarılığın xarakteri necə olur?
A) Konyuqasion

B) Qarışıq

C) Parenximatoz

D) Hemolitik

E) Mexaniki
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
186) Yenidoğulmuşun hemolitik xəstəliyinin fəsadlaşmamış formasında sarılıq adətən nə vaxt keçir?
A) 40 gündən sonra

B) I ayın sonu

C) III həftənin sonu

D) I həftənin sonu

E) II həftənin sonu
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
187) Yenidoğulmuş körpədə bilirubin intoksikasiyasının ilk əlamətinə hansı aiddir?
A) Kəskin oyanıqlıq

B) Ənsə əzələlərinin gərginliyi

C) Əzələ tonusunun artması

D) Süstlük əlamətinin əmələ gəlməsi

E) Qıcolma
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
188) Təbii qidalanma zamanı tam laktaza çatmamazlığında optimal taktika hansıdır?
A) Ana südünün miqdarını azaltmaqla antibiotik təyin etmək

B) Döşlə qidalanmanı davam etməklə laktaza fermentinin dozasını seçmək

C) Adaptasiya olunmuş qarışıqlarla süni qidalanmaya keçmək və biopreparat təyin etmək

D) Ana südünü tam kəsib laktozasız qarışıq təyin etmək

E) Keçi südü ilə qidalandırmaq
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
189) Doğuş zamanı asfiksiya keçirən yenidoğulmuşda mədə-bağırsaq traktı tərəfindən hansı patologiya daha çox rast gəlinir?
A) Qida borusunun xalaziyası

B) Nekrozlaşan enterokolit

C) Yüksək bağırsaq keçməməzliyi

D) Pilorostenoz

E) Pilorospazm
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
190) Ana südünün tərkibində olan və yenidoğulmuşun bağırsağında yerli immuniteti təmin edən immunoqlobulin sinfi hansıdır?
A) Ig A

B) Ig G


C) Ig M

D) Ig E


E) İg D
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
191) Yenidoğulmuşda bağırsaq biosenozunun formalaşmasının pozulmasının əsas səbəbi hansıdır?
A) Bətndaxili infeksiya

B) Doğuş vaxtı hipoksiya

C) Doğuşdan sonra mədə möhtəviyyatının sorulması

D) Doğum zalında reanimasion tədbirlərin aparılması

E) Həyatın ilk saatlarında döşlə qidalanmanın olmaması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin