Pənah Hüseynov qanunvericilik(BB,BA)


M a d d ə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi



Yüklə 7,45 Mb.
səhifə176/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   172   173   174   175   176   177   178   179   ...   190
qanunvericilik.bb .ba

M a d d ə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi





    1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:

  1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə(aktların uyğunluğu) və IV hissəsinə(konstitusiya və qanunların şərh edilməsi) əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;

  2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları izahları;

  3. maliyyə bazarları tənzimləyicisinin qərarları;

  4. Məhkəmə-Hüquq Şurasının qərarları;

  5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları;

  6. yerli özünüidarə orqanlarının qərarları;

  7. yerli icra hakimiyyəti orqanlarının qərarları.
    1. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.


    2. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

    3. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla(Konstitusiya Məhkəməsinin qərarları), digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.



IV fəsil

NORMATİV HÜQUQİ AKTLARIN NÖVLƏRİ


M a d d ə 17. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları



    1. Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir.

    2. Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi və 95-ci maddəsinin II hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir.

    3. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.




Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin