Pənah Hüseynov qanunvericilik(BB,BA)


Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması



Yüklə 7,45 Mb.
səhifə190/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   182   183   184   185   186   187   188   189   190
qanunvericilik.bb .ba

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması





    1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

    2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

Maddə 17. Mütənasiblik prinsipi


Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.


Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi





    1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.

    2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir.

Maddə 19. Mötəbərlik prezumpsiyası





    1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin ya məlumatların tələb olunması qadağandır.

    2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Maddə 91. Qanunun qüvvəyə minməsi

Bu Qanun Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.


İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2005-ci il
№ 1036-IIQ
Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin