Müraciətedəninzibatiorqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciətedəbilər. Yuxarı inzibati orqan tərəfindən həmin məsələyə 5 günmüddətində baxılır və qəti qərar qəbul edilir. Hüquqi yardımdan imtina əsassızhesab edildikdə, yuxarı inzibati orqan belə yardımın dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciətolunmuş inzibatiorqanamüvafiq tapşırıqverir.
Maddə8.Hüquqi yardımla bağlı xərclərin ödənilməsi
Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərclər iyirmi iki manatdan (22) yuxarı olduqda, həmin xərcləri ödəməlidir.
Maddə9.Sənədlərin surətini rəsmi təsdiq etmək hüququ
İnzibati orqan, özü və ya onatabeolanorqan tərəfindən qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər.
İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin təsdiqlənmişsurətləri rəsmiqüvvəyəmalikdir.
Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədintəsdiqolunmasınayol verilmir.
Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib olunmalıdır:
.
Sənədin təsdiq olunmuş surətinin hərsəhifəsivəzifəlişəxs tərəfindən
imza edilməli və möhür vurulmalıdır.
İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı müvafiq inzibati orqanda müəyyən edilmiş qaydada qeydə alınmalıdır.