Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusiqaydalar müəyyən oluna bilər.
Maddə 4. Aidiyyət
İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub- olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur.
İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiyabaxımındanyuxarıinzibatiorqanvəyamüvafiqicrahakimiyyətiorqanı(ARNazirlərKabineti ) tərəfindənyaradılmışkomissiya tərəfindən həll edilir.
İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlliqaydası müvafiq icra hakimiyyəti orqanı(ARPrezidenti) tərəfindən müəyyən olunur
Maddə5.İnzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım
İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur.
5.1-1. İnzibati orqan, bu Qanunun 7.1-ci(imtina) və 7.2-ci(borcludeyildir) maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün dahaartıqmüddəttələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədəkuzadılabilər.