Pənah Hüseynov qanunvericilik(BB,BA)


M a d d ə 9 0 . Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı



Yüklə 7,45 Mb.
səhifə26/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   22   23   24   25   26   27   28   29   ...   190
qanunvericilik.bb .ba

M a d d ə 9 0 . Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı





  1. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa

    • cinayət məsuliyyətinə cəlb edilə bilməz,

    • tutula bilməz,

    • onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz,

    • axtarışa məruz qala bilməz,

    • şəxsi müayinə edilə bilməz.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

  1. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.



M a d d ə 9 1 . Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar


Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.


M a d d ə 9 2 . Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili


Azərbaycan Respublikasının Milli Məclisi



    • öz iş qaydasını müəyyən edir

    • Milli Məclisin müvafiq orqanlarını, Hesablama Palatası yaradır

    • o cümlədən öz sədrini və onun müavinlərini seçir,

    • komitələr(15 komitə) və komissiyalar(2 komissiya) təşkil edir, M a d d ə 9 3 . Azərbaycan Respublikası Milli Məclisinin aktları

  1. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar qərarlar qəbul edir.

  2. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.

  3. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin