M a d d ə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi
Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu
vitse-prezidentə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə
və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.
M a d d ə 111. Hərbi vəziyyət elan edilməsi(Xaricdən gələn təhlükə)
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda,
xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə,
Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda,
Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda,
habelə blokada üçün real təhlükə olduqda
Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
M a d d ə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi(daxildə baş verən hallar)
Azərbaycan Respublikasının Prezidenti
təbii fəlakətlər,
epidemiyalar,
epizootiyalar,
böyük ekoloji və başqa qəzalar baş verdikdə,
habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına,
dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə,
zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda,
vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə
Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
M a d d ə 113. Azərbaycan Respublikası Prezidentinin aktları
Dostları ilə paylaş: |