Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə149/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   145   146   147   148   149   150   151   152   ...   190
qanunvericilik.bb .ba

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il


№ 1512-VQ

Elektron imza və elektron sənəd haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU




Bu Qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir.



      1. fəsil

ÜMUMİ MÜDDƏALAR


M a d d ə 1. Əsas anlayışlar





    1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:

      1. Verilənlər - informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya;

      2. Verilənlər daşıyıcısı - verilənlərin saxlanılması və istifadəsi üçün təyin edilmiş maddi obyekt;

      3. Məlumat bildirişi - məlumatın verilənlər daşıyıcısında yazılmış forması;

      4. Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər;

      5. Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;

      1. Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;


      2. Yüklə 7,45 Mb.

        Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin