Pənah Hüseynov qanunvericilik(BB,BA)



Yüklə 7,45 Mb.
səhifə154/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   150   151   152   153   154   155   156   157   ...   190
qanunvericilik.bb .ba

ekspertizası müvafiq icra hakimiyyəti orqanı(Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

    1. Bu Qanunun 32.1-ci maddəsində nəzərdə tutulan elektron sənədlərlə işləməyə buraxılan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu sənədlərin mühafizəsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

    2. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsini həyata keçirən subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət onların mühafizə üsullarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özləri müəyyən edirlər.

M a d d ə 37. Qanunun qüvvəyə minməsi




Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2004-cü il


№ 602-IIQ

“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə


təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsi, onun vahid sistemə və formaya salınması məqsədi ilə qərara alıram:



      1. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

  1. Müəyyən edilsin ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə riayət edilməsinə ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi həyata keçirir.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin