hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi;
normativhüquqiaktlarınkolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu);
normativhüquqi aktdadəyişikliklərin edilməsi – normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və ya əlavə normaların daxil edilməsi;
normativ hüquqi aktdan sui-istifadə imkanı – normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu;
diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri;
dispozitivimkan – orqanın (şəxsin) öz seçimi ilə davranışimkanı;
normativhüquqiaktınhüquqiqüvvəsi – normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini müəyyən edən xarakteristika.
M a d d ə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
Normativ hüquqi aktların növləriAzərbaycanRespublikasıKonstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.
Normativ hüquqi aktların hüquqiqüvvəsiAzərbaycanRespublikasıKonstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.
Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyasıtətbiqedilir.
Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendumaktı tətbiqedilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarınıəksetdirəndigərməcəlləvəqanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiqedilir.
Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə