M a d d ə 18. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları
Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları fərman formasında qəbul edilir.
Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.
Azərbaycan Respublikasının Prezidentitərəfindənqəbuledilənəsasnamələr,nizamnamələr,qaydalarvənormanəzərdətutandigəraktlar Azərbaycan Respublikası Prezidentinin fərmanlarıilə təsdiq edilir.
Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinadetdiyiAzərbaycanRespublikasıKonstitusiyasınınmaddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğuqeydedilməlidir.
M a d d ə 19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə uyğun olaraq, AzərbaycanRespublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktlarıəsasında,AzərbaycanRespublikasıKonstitusiyasının,referendumaktının,AzərbaycanRespublikasıqanunlarınınvəAzərbaycanRespublikasıPrezidentininaktlarınınicrasınıtəminetmək məqsədiilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilənəsasnamələr,nizamnamələr,qaydalarvənormanəzərdətutandigəraktlar Azərbaycan Respublikası NazirlərKabinetininqərarlarıilə təsdiqedilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilə bilməyən məsələlər üzrə normativ hüquqi aktlar qəbul edir.
Normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi AzərbaycanRespublikasıKonstitusiyasınınmaddəsivəyaAzərbaycanRespublikasıPrezidentininaktıgöstərilməlivə buKonstitusiyaQanununun19.1-cimaddəsində göstərilən aktların icrasını təmin etmək məqsədi ilə qəbul olunduğuqeydedilməlidir.