Pənah Hüseynov qanunvericilik(BB,BA)


M a d d ə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları



Yüklə 7,45 Mb.
səhifə178/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   174   175   176   177   178   179   180   181   ...   190
qanunvericilik.bb .ba

M a d d ə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları





    1. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktına, habelə Azərbaycan Respublikası Konstitusiyasından, referendum aktından, Azərbaycan Respublikası qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər

    2. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir.

    3. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr qaydalar qərarlarla təsdiq edilir.

    4. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın qəbulu üçün bu Konstitusiya Qanununun 20.1-ci maddəsinə uyğun olaraq əsas olmuş akt göstərilməli həmin aktın icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

NORMATİV HÜQUQİ AKTIN STRUKTURU




M a d d ə 28. Normativ hüquqi aktların rekvizitləri

28.0. Normativ hüquqi aktların məcburi rekvizitləri aşağıdakılardır:



  1. aktın növü (Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və s.);

  2. hüquqi tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (sərlövhəsi);

  3. aktın qəbul edildiyi tarix, yer qeydiyyat nömrəsi;

  4. müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və imzası.(VSAİ)





  1. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin