M a d d ə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi
AzərbaycanRespublikasınınnormativxarakterliaktlarıaşağıdakılardır: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin1-7-ci bəndlərinə(aktların uyğunluğu) və IV hissəsinə(konstitusiya və qanunlarınşərhedilməsi) əsasən qəbul edilmiş AzərbaycanRespublikasıKonstitusiyaMəhkəməsininqərarları;
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatlarıvəizahları;
maliyyə bazarları tənzimləyicisinin qərarları;
Məhkəmə-Hüquq Şurasının qərarları;
Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları;
yerli özünüidarə orqanlarının qərarları;
yerli icra hakimiyyəti orqanlarının qərarları.
Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbuledilməlidirvə onunmüvafiqnormasınaistinad etməlidir.
Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla(Konstitusiya Məhkəməsinin qərarları), digərnormativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarıiləziddiyyəttəşkil edə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlarformasında qəbul edilir.
Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi və 95-ci maddəsinin II hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir.
Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinadetdiyiAzərbaycanRespublikasıKonstitusiyasınınmaddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğuqeydedilməlidir.