Pənah Hüseynov qanunvericilik(BB,BA)


vətəndaşlıq məsələlərini həll edir



Yüklə 7,45 Mb.
səhifə38/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   34   35   36   37   38   39   40   41   ...   190
qanunvericilik.bb .ba

vətəndaşlıq məsələlərini həll edir;


  • siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

  • əfv edir;

  • dövlət təltifləri ilə təltif edir;

  • ali hərbi və ali xüsusi rütbələr verir;

  • ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

  • Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;

  • Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;

  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

  • fövqəladə hərbi vəziyyət elan edir;

  • Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;

  • Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;

  • bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

    M a d d ə 1 1 0 . Qanunların imzalanması





    1. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.(Veto hüququ)

    2. Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.




    Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   34   35   36   37   38   39   40   41   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin