M add ə 118.Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası
I.
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında
təklifi
Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündənbir ay
və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefaverdiyi gündənikihəftə
müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş naziriniAzərbaycanRespublikasıMilliMəclisinin razılığıolmadantəyin edəbilər.
M a d d ə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetininsəlahiyyətləri
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir; 3.maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; 4.dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; 5.dövlət sosialtəminat proqramlarının həyata keçirilməsini təminedir;
nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir,