Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti
fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
M a d d ə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu
Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.
M a d d ə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə
Azərbaycan Respublikasının Baş naziri,
onun müavinləri,
nazirlər
və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
M a d d ə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
M a d d ə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.(zəruri hallarda Prezident)
Dostları ilə paylaş: |