30-1.2. Aşağıda sadalanan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir
Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının
stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin,
habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının
30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun
bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.
30-1.4. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə forması
dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu
tapşırıqlar (hədəflər)
və bu Qanunun 30-1.6-cı və 30-1.7-ci maddələrində göstərilən meyarlar,
habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir.
Tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir.
30-1.5. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir.
30-1.6. Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti aşağıdakı meyarlar
əsasında qiymətləndirilir: 30-1.6.1. peşə bilikləri;
30-1.6.2. qulluq (xidməti) vəzifələrinə münasibəti;
30-1.6.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı; 30-1.6.4. yaradıcılıq və təşəbbüskarlıq;
30-1.6.5. iş təcrübəsi və onu bölüşmə;
30-1.6.6. kollektivdə işləmək və ünsiyyət bacarığı.
30-1.7. Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti bu Qanunun 30- 1.6-cı maddəsində göstərilənlərə əlavə olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.7.1. proqnozlaşdırma; 30-1.7.2. idarəetmə;
30-1.7.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı; 30-1.7.4. komanda qurmaq bacarığı.
30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:
30-1.8.1. əla;
30-1.8.2. yaxşı;
30-1.8.3. kafi;
30-1.8.4. qeyri-kafi.
30-1.9. Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin
50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə,
40 faizi meyarlar əsasında qiymətləndirilməyə,
10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır.
30-1.10. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə edilir. Dövlət
qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır.
30-1.11. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunur. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər.
30-1.12. Dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında onun barəsində aşağıdakı tədbirlərdən biri görülə bilər:
30-1.12.1. dövlət qulluqçusunun mükafatlandırılması;
30-1.12.2. dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi;
30-1.12.3. dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi;
30-1.12.4. dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi;
30-1.12.5. dövlət qulluqçusunun aşağı inzibati vəzifəyə keçirilməsi.
30-1.13. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və qiymətləndirilmə forması müvafiq icra hakimiyyəti orqanının(AR Prezidentinin) müəyyən etdiyi orqan (qurum)- AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
30-1.14. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.
Maddə 31-1. Dövlət qulluqçusunun rotasiyası
31-1.1. Dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının(AR Prezidentinin) müəyyən etdiyi orqanın (qurumun)-AR Prezidenti ilə razılaşdırmaqla AR Nazirlər Kabineti müəyyən etdiyi qaydada həyata keçirilir.
31-1.2. Bu Qanunun 31-1.1-ci maddəsində nəzərdə tutulan qaydada siyahısı müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır.
31-1.3. Müvafiq vəzifədə beş(5) ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmur.
31-1.4. Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına müvafiq icra hakimiyyəti orqanının(AR
Prezidentinin) müəyyən etdiyi orqanın (qurumun)- AR Prezidenti ilə razılaşdırmaqla AR Nazirlər Kabineti müəyyən etdiyi qaydada kompensasiya və birdəfəlik ödəniş verilir.
M a d d ə 32. Dövlət qulluğunda irəli çəkilmək hüququ
Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada
qulluqda yüksəliş yolu ilə,
habelə müsahibə və ya müsabiqə nəticəsində
dövlət qulluğunda irəli çəkilə bilər.
Dövlət qulluğunda irəli çəkilmək hüququ
dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi,
vakant vəzifə olması,
habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir.
Bu zaman rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük verilir.
32.5. Dövlət qulluqçusunun potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdırılır. Dövlət qulluqçularının karyerasının planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının (AR Prezidentinin) müəyyən etdiyi orqanın (qurumun)- AR Prezidenti ilə razılaşdırmaqla AR Nazirlər Kabineti müəyyən etdiyi qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanır.
M a d d ə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi
32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
32-1.3. İnzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında bu Qanunun 32-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
32-1.5. Dövlət orqanının aparatının və digər struktur qurumunun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və digər struktur qurumunun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
32-1.6. Dövlət orqanının aparatında və ya digər struktur qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.
32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:
32-1.8.1.
32-1.8.2. ;
32-1.8.3. ;
32-1.8.4. .
M a d d ə 33. Dövlət qulluğuna xitam verilməsi
Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
Dostları ilə paylaş: |