Pənah Hüseynov qanunvericilik(BB,BA)


KORRUPSİYANIN QARŞISININ ALINMASI



Yüklə 7,45 Mb.
səhifə95/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   91   92   93   94   95   96   97   98   ...   190
qanunvericilik.bb .ba

KORRUPSİYANIN QARŞISININ ALINMASI




M a d d ə 5 . Maliyyə xarakterli tələblər



    1. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər:

  1. mənbəyini, növünü məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

  2. vergitutma obyekti olan əmlakı barədə;

  3. kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

  4. şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

  5. beş min beş yüz manatdan(5500) yuxarı olan borcu barədə;

  6. min yüz manatdan(1100) yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri

    1. Bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.

M a d d ə 6 . Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət





    1. Vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilirlər.(ilk öncə )

    2. Bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.

    3. Vəzifəli şəxslər tərəfindən bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməsi ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə həmin qaydalara riayət edilməklə cəlb oluna bilərlər.

    4. Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər.

M a d d ə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi





    1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

    2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

    3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin