KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALAR VƏ BU HÜQUQPOZMALARA GÖRƏ MƏSULİYYƏT
Maddə9.Korrupsiya ilə əlaqədar hüquqpozmalar
Korrupsiya ilə əlaqədar hüquqpozmalar 2 yerə bölünür :
Korrupsiya hüquqpozmaları(yəni bilvasitə)
Korrupsiyayaşəraityaradanhüquqpozmalar
Korrupsiya hüquqpozmaları aşağıdakılardır
vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özüvə yaxudüçüncüşəxslərüçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və
ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;
xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;
vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi;
vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqıödənilmədən və ya bazarqiymətlərindənvəyadövləttərəfindəntənzimlənənqiymətlərdənaşağı qiymətə (tarifə) əldə edilməsi;
5 .vəzifəli şəxsin xidmətivəzifəsinin(səlahiyyətlərinin)icrasıiləəlaqədar əmanətlərdən (depozitlərdən), qiymətlikağızlardan,rentadan,royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinəziddolaraq gəlir götürməsi;