Pənah Hüseynov qanunvericilik(BB,BA)


KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALAR VƏ BU HÜQUQPOZMALARA GÖRƏ MƏSULİYYƏT



Yüklə 7,45 Mb.
səhifə97/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   93   94   95   96   97   98   99   100   ...   190
qanunvericilik.bb .ba

KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALAR VƏ BU HÜQUQPOZMALARA GÖRƏ MƏSULİYYƏT


M a d d ə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar



    1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar 2 yerə bölünür :
      1. Korrupsiya hüquqpozmaları(yəni bilvasitə)


      2. Korrupsiyaya şərait yaradan hüquqpozmalar



    1. Korrupsiya hüquqpozmaları aşağıdakılardır


  1. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və

ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;

  1. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;




  1. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi;

  2. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi;

5 .vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;


  1. Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin