Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsizicrasınatəsiredəbilənvəyabucürtəsirtəəssüratıyaradan,
onunvəzifələrininicrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün
tələbedəvə yaqəbuledəbilməz. Bu qayda xidmətivəzifələrininqərəzsizicrasınatəsiretməməkşərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçikhədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamilolunmur.
Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və yabir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsushesab edilir.
Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qəraragələbilmədiyihallardabu məsələ barədə birbaşarəhbərininrəyini öyrənməlidir.
Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hərhansıgüzəştlərinvəyaimtiyazların əldə edilməsiqadağanolunur.
Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdənverilərsə, o, bu barədə birbaşarəhbərinəməlumatverməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma aktüzrətəhvilverilməlidir.