Pənah Hüseynov qanunvericilik(BB,BA)


M a d d ə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi



Yüklə 7,45 Mb.
səhifə104/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   100   101   102   103   104   105   106   107   ...   190
qanunvericilik.bb .ba

M a d d ə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi


Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar



  1. müvafiq dövlət orqanları, yerli özünüidarəetmə orqanları və ya qurumlar

tərəfindən ləgv edilir


  1. yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir.

M a d d ə 14. Qanunun qüvvəyə minməsi


Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2004-cü il

№ 580-IIQ




Dövlət qulluqçularının etik davranış qaydaları haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU




Bu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Fəsil 1.




ÜMUMİ MÜDDƏALAR


Maddə 1. Qanunun əhatə dairəsi





    1. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.

    2. Hər bir dövlət qulluqçusu

      • qanunun aliliyini,

      • insan hüquqlarını,

      • demokratik prinsipləri

      • yüksək etik davranış qaydalarını

rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.

Maddə 2. Qanunun məqsədləri


2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:



  1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;

  2. dövlət orqanları dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin şəffaflığın artırılması;

  3. dövlət orqanlarında korrupsiyanındövlət qulluqçularının fəaliyyətində

maraqların toqquşmasının qarşısının alınması;

  1. dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.




  1. dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;

  2. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının

təmin edilməsi;


Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi


3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış
qaydalarına və
prinsiplərinə əsaslanmalıdır.

    1. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.

    2. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar bu Qanunun müddəalarına zidd olmamalıdır.

Fəsil 2.





Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin