Maddə21.Dövlət orqanının rəhbəri tərəfindən nəzarət
Dövlət orqanlarında etik davranış qaydalarına əməlolunmasınanəzarəti
həminorqanlarınmüvafiqqurumları həyata keçirir.
Dövlət orqanının rəhbəri:
tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu Qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;
özdavranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;
tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrəuyğunolaraqvəzifə bölgüsü aparmalıdır;
tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;
rəhbərliketdiyidövlətorqanlarınavəonlarınstrukturbölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyintələblərinəəməletməlidir;
etik davranış qaydalarının pozulmasının qarşısınınalınmasıvəprofilaktikası üzrə tədbirlər görməlidir;
tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələrverməlidir;
öz səlahiyyətləri çərçivəsində bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyibhazırlamalıvətəsdiqetməlidir;
etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam
məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları vətəşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;
etik davranış qaydalarının pozulmasıhalları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları,təşkilatlarıvədövlətorqanlarını məlumatlandırmalıdır;
etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlətorqanınaictimaietimadınartırılması üçün tədbirlər görməlidir;
etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdətutulmuşdigər vəzifələri həyata keçirməlidir.