Pənah Hüseynov qanunvericilik(BB,BA)


Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət



Yüklə 7,45 Mb.
səhifə113/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   109   110   111   112   113   114   115   116   ...   190
qanunvericilik.bb .ba

Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət





    1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam

məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

    1. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi

qanunvericiliklə nəzərdə tutulmuş qaydada müddətdə həyata keçirilir.

    1. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

  1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə

hüquqi ya fiziki şəxslər tərəfindən şikayət ya digər məlumatın verilməsi;



  1. mediada dövlət qulluqçusu tərəfindən

    • bu Qanunun müddəalarının pozulması

    • maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

    1. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Maddə 24. Bu qanunun qüvvəyə minməsi




Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,31 may 2007-ci il № 352-IIIQ




Etik davranış qaydalarının adları :


1.Vicdanlı 2.Mədəni

3. Korrupsiyanın qarşısının alınması 4.Maraqların toqquşmasının qarşısının alınması 5.Loyallıq


6.Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər 7.İctimai etimad

8.Qərəzsizlik 9.Əmlakdan istifadə


  1. Məlumatdan istifadə
  2. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması 12.İctimai və siyasi fəaliyyət


  1. . Əmr, sərəncam ya tapşırıqların yerinə yetirilməsi
  2. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət


  3. Maddi qeyri-maddi nemətlərin, imtiyazların ya güzəştlərin əldə edilməsinə yol verilməməsi



Məlumat azadlığı haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


M a d d ə 1 . Məlumat azadlığı


Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.


Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.

M a d d ə 2 . Məlumat azadlığının təminatı




Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.

Qanunları
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası(1) və ona müvafiq olaraq Azərbaycan Respublikasının
(2) ilə müəyyən edilir.

M a d d ə 3 . Qanunun təyinatı





Yüklə 7,45 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin