Bu Qaydanın 7-ci və 9-cu hissələrinin tətbiqi ilə əlaqədar yaranmış mübahisələri Azərbaycan Respublikasının DövlətQulluğunuİdarəetməŞurasıhəll edir.
Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavəhaqq ortaəməkhaqqıhesablanarkənnəzərə alınır.
Korrupsiyaya qarşı mübarizə haqqında
AZƏRBAYCANRESPUBLİKASININQANUNU
Bu Qanun
korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına,
sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına,
iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına,
dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin,şəffaflığınınvəsəmərəliliyinintəmin edilməsinə yönəlmişdir.
Bu Qanun
dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi,
peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi,
həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Korrupsiyanın anlayışıKorrupsiya –
vəzifəlişəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuzolaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi,
habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuzolaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəlişəxslərinələ alınmasıdır.
M a d d ə 2. Korrupsiya iləəlaqədar hüquqpozmaların subyektləri
Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər:
Azərbaycan Respublikasının Konstitusiyasıvəqanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarınaseçilmişvə ya təyinedilmişşəxslər;