partlayanda, nəsə eybəcər bir maye axır yaradan. Mən bu cür
şeyləri eşidəndə az qalıram qaytaram.
161
Xəstəliyin səbəbkarının qaçqınlar olduğuna çox az adam
tərəddüdlə yanaşır və onlara həmişəkindən daha çox nifrət
etməyə başlayıblar. amma, eşitmişəm ki, bəziləri hər şeyi
tamam başqa cür izah edir. Onlar belə hesab edirlər ki,
taun tanrının qamçısıdır, insanların böyük günahlarına görə
verilən ilahi cəzadır. İndiki əzabları Tanrı yollayıb adamlara,
günahlarını təmizləmək üçün yollayıb, odur ki, pərvərdigarın
iradəsi ilə barışmaq gərəkdir.
Mən bunu cəza kimi qəbul etməyə razıyam. amma Tan-
rıdırmı onları qamçılayan? Bilmirəm. Çox ola bilər ki, bunu
tamam başqa, şər qüvvələr eləyir.
Hərdən balaca pəncərəmin önündə oturub şəhərə yuxarı-
dan baxıram.
Hersoginya qəribə bir həyat yaşayır. Heç vaxt tərk
etmədiyi yataq otağında daim alaqaranlıqdır: pəncərələrdən
qalın pərdələr asılıb. O deyir ki, günəş işığından ləzzət al-
mağa layiq deyil. Divarlar lüm-lütdür, otaqda nə stullar var,
nə də stol, təkcə dua etmək üçün skamya durur, bir də ki,
çarmıxa çəkilənin şəkli. Əsl rahibə hücrəsidir. Çarpayısı
həmişəki yerindədir, lakin orda yatmır, birbaşa döşəmənin
üstündəki saman qalağına uzanır, onu da dəyişməyə izin
vermir, saman isə getdikcə, iylənir, ətrafa pis qoxu yayır.
Otağın havası heç vaxt təzələnmir, dəhşət bürküdür orda, bu
üfunətli havadan lap boğuluram. Otağa bayırdan girən kimi,
əvvəlcə heç nə görmürsən, amma tədricən gözlərin alaqaran-
lığa öyrəşir, yalnız onda hersoginyanın siluetini seçə bilirsən.
necə gəldi geyindiyinin, başına daraq dəymədiyinin, özünün
zahiri görünüşünə tam biganəliyinin şahidi olursan. Baxışları
qızdırmalı adamların baxışıdır, yanaqları isə tamam əriyib,
çünki öz vücudunu öldürməklə məşğuldur, yeməkdən demək
162
olar ki, büsbütün imtina edib. Sarsaq qulluqçusu isə, elə hey
deyinir ki, sahibəsi heç nə yemir. O da hərdən bir tikə yeyir ki,
bu axmaq qız ağlamağını kəssin. Qulluqçunun özü yupyum-
ru, enlisifətdir, əlinə düşəni içəri ötürür. ucadan şikayətlənə-
şikayətlənə, sahibəsinin imtina elədiyi bütün ləziz təamları
içəri ötürür.
Tövbə edən günahkar qadın vaxtının çoxunu çarmıxa
çəkilmiş Məsihin önündə keçirir, dizi üstə duraraq faydasız
dualarını oxuyur. O bilir ki, dualarının xeyri yoxdur və hər
dəfə də dua etməmişdən Məsihə xüsusi bir iltimasla müraciət
edir, yalvarır ki, ona növbəti dəfə müraciət etdiyinə görə
bağışlasın. Hərdən də lap həvəsdən düşərək, təsbehini bir
kənara qoyur, alovlu nəzərlərini o böyük Rəhmdilə dikib öz
yaradıcılığının məhsulu olan dualarını mızıldanmağa başla-
yır. Lakin o yenə eşitmir və qadın dizləri üstündən elə dua-
dan qabaq idisə, eləcə də ayağa qalxır. Çox vaxt qulluqçunun
köməyi olmadan yerdən dura bilmir, deyirlər ki, hərdən hal-
sızlıqdan yerə yıxılıb qalır, yalnız kameristkası gələndə onu
çəkib samanın üstünə uzadır.
İndi o bizim başımıza gələn bədbəxtliklərdə yalnız özü-
nü günahlandırır. Başqasının yox, məhz onun günahlarıdır
şəhərdə baş verən dəhşətlərin, bütün əzabların baiskarı. Çətin
ki, şəhərdəki vəziyyət barədə elə çox məlumatı ola. Lakin hər
halda, dumanlı şəkildə də olsa, yəqin təxmin eləyir nələr baş
verdiyini. Bütün bunlara baxmayaraq, mənə elə gəlir ki, o bu
dünyaya biganədir və burada baş verənləri tam əhəmiyyətsiz
sayır. İndi öz dünyasında yaşayır və öz qayğıları var onun.
İndi başa düşüb ki, don Rikkardoya məhəbbəti günah-
larının ən böyüyüdür. Məhz onun ucbatından yaşamağı çox
qiymətli nemət sayaraq həyatdan möhkəm yapışırdı. Deyir
163
ki, hər şeydən çox onu sevirmiş, məhəbbəti bütün vücudunu
çulğayaraq böyük xoşbəxtlik gətirirmiş özünə. İnsanı belə
hədsiz sevmək yaramaz. Yalnız Tanrını belə sevmək olar.
Bilmirəm, özünə indiki əziyyətləri verməsi onun
cinayətkar həyatına, cəhənnəmdə mütləq nəsibi olacaq
əzablara gözlərini açmağımla nə dərəcədə əlaqədardır. Mən
ona yaramazların çəkəcəyi əzablardan danışmışdım, o da
izahlarımı müticəsinə dinləyirdi. Sonra da başladı özünə
əzab verməyə.
Mən onun yanına gələndə, həmişə çox minnətdar olur.
Mənsə onun otağına tez-tez gəlməkdən qaçıram.
ancelika xəstəlikdən qurtuldu, yenə ayaq üstədir. Lakin
nə stol arxasında görünür, nə sarayda. Mən onu bir neçə dəfə
rozaridə, bir də çay kənarında görmüşəm. Gözləri əvvəlkindən
də böyük olub – əgər ondan böyük göz ümumiyyətlə ola
bilərsə – özü də bomboşdur bu gözlər. adamda elə təəssürat
yaranır ki, gözləri heç nə görmür.
Mən fikir verdim ki, boynunda Covanninin medal yonunu
gəzdirir və o medalyon qana bulaşıb. Görünür, yatağından
tapıb yadigar kimi götürmüşdü. Barı, üstündəki qanını yu-
yaydı əvvəlcə.
Görün nə fikirləşirəm. ana cənnətdədir, bu bəlli, oğlu isə
cəhənnəmdə əzab çəkir, çünki günahın qoynunda uyuyarkən
ölüb; nə etiraf edib, nə tövbə. Belə çıxır ki, onlar heç vaxt
görüşə bilməyəcəklər. Ola bilər ki, ancelika oğlanın ruhunun
nicatına dayaq ola biləcək bir məxluq kimi dua edir. amma
mənasız səylərdir.
Onun beynindəkiləri kim bilir ki. O həmin gecə oyanan-
dan bəri, daha doğrusu sevgilisinə son sözünü deyəndən
bəri, ağzını açıb bir kəlmə də danışmayıb. Sonuncu sözü nə
164
idi, onların söhbətlərinə qulaq asmış bir şəxs kimi, bu mənə
tamamilə aydındır.
O, indi öz ümidinə qalıb, hamı qaçır bu qızdan.
Taunun və başqa bəlaların pərvərdigarın cəzası oldu ğuna
və bütün bu azar-bezardan qorxmağın yersizliyinə inananlar,
bütün bunlar üçün İlahiyə minnətdarlıq hissi bəsləmək la-
zım olduğunu söyləyənlər, indi küçələri dolaşaraq öz inanc-
larını yaymaqla məşğuldurlar, onlar öz vücudlarına əzab
verirlər ki, Tanrıya onların ruhunu xilas etməkdə yardımçı
olsunlar. Gözləri çuxura düşmüş canlı skeletlərdən ibarət
bu dəstələrdəki insanlar o qədər zəifdirlər ki, əgər vəcdə
gəlmələri olmasaydı, heç ayaq üstə də dayana bilməzdilər.
Onların dalınca çoxları gedir və bir azdan vəcdə gəlməyi
öyrənirlər. İnsanlar öz işlərini buraxır, evlərini, yaxınlarını,
hətta ölən qohumlarını belə ataraq, onlara qoşulurlar. Qəflətən
tükürpərdici, sevincək bir çığırtı eşidilir, birisi küçənin orta-
sına atılır, özünü bir təhər dəstənin ortasına soxub, ucadan,
rabitəsiz sözlər çığıraraq baş-gözünə döyməyə başlayır. Bu
yerdə hamı Tanrıya alqış yağdırır və küçənin hər iki tərəfində
bu mənzərəyə diqqətlə baxan camaat dizi üstə düşür.
Dəhşətlərini bəs deyincə seyr etdikləri dünyəvi həyat artıq
onlar üçün öz dəyərini tam itirir. Onların qayğısı indi yalnız
ruhlarının nicatıdır.
Deyilənlərə görə, ruhani atalar bu fanatiklərə çəp-çəp
baxırlar, çünki onlar xalqı kilsələrdən, oradakı təntənəli
mərasimlərdən yayındırır, – ikonalı-zadlı, küçələrdəki bu
üfunətin içində gözəl qoxu yayan buxurdanların yelləndiyi,
dini mahnılar oxuyan oğlanları olan mərasimlərindən. On-
lar deyirlər ki, özünə qeyri-insani əzab verən bu insanlar
əsl xaçpərəst deyillər və özlərinin vəhşi fanatizmi ilə həqiqi
165
imanın bəxş etdiyi ilahi təsəllidən qaçırlar. Tanrı heç də
onları təqdir edib, bu hərəkətlərinə sevinə bilməz. amma
mən düşünürəm ki, həqiqi mömin elə onlardır ki, öz inam-
larını belə ciddi qəbul edirlər. Ruhani ataların isə onların
moizələrini çox ciddi qəbul edənlərdən bir qayda olaraq, heç
xoşları gəlmir.
amma elələri də var ki, ətrafındakı dəhşətlər ona həyatı
əvvəlkindən daha çox sevdirməyə başlayıb. Ölüm qorxusu
onları məcbur edir ki, həyatdan nəyin bahasına olursa-olsun,
lap möhkəm yapışsınlar. Şayiələr dolaşır ki, şəhərin bəzi sa-
raylarında kef məclisləri gecə-gündüz bitib-tükənmək bilmir,
deyirlər ki, oralarda lap rəzil əxlaqsızlıqlar çiçəklənir. La-
kin elə yoxsulların, lap dilənçi kökündə olanların arasında
da özünü, imkan dairəsində, bu cür aparanlar az deyil, onlar
indi imkanları çatan həmin o yeganə günahı gecə-gündüz
törədirlər. Onlar öz miskin həyatlarından əl çəkmək istəmirlər
və burada, qəşr darvazaları qarşısında nadir hallarda çörək
paylananda, bu murdarlar hər tikənin üstündə qəzəblə çarpı-
şır, bir-birilərinin boğazını üzməyə hazır olurlar.
amma digər tərəfdən elə adamlar da var ki, yaxınları-
nın yolunda özlərini qurban verməyə hazırdırlar, nə qədər
mənasız olsa belə, özlərinin yoluxmağına səbəb olsa belə,
xəstələrə qulluq edirlər. Onlar ölümə və hər cür təhlükəyə
tam biganə olduqlarını əməllərində nümayiş etdirirlər, sanki
həyatlarını riskə qoyduqlarını da dərk etmirlər. Onları da dini
fanatiklərə bərabər saymaq olar, lakin bu fanatizm tamam
başqa cür təzahür eləyir.
Beləliklə, əgər mənə yetişən söhbətlərə inansaq, şəhərin
əhalisi eynilə elə əvvəllər yaşadığı kimi yaşayır, hər kəs
öz meylinə uyğun, amma indi hər şeydə bir ifratçılıq da
166
müşahidə olunur. Deməli Tanrının onlara yolladığı bu
cəzanın nəticəsi tamamilə cüzi oldu. Ona görə mən yaman
tərəddüd içindəyəm. Tanrıdırmı bu taunu, başqa imtahanları
bizə göndərən.
Famyetta bu gün mənim yanımdan keçdi. Təbii ki,
mənə tərəf nəzər salmağı özünə layiq bilmədi. amma bu
sakitliyində necə mükəmməl, necə gözəldir! İndiki murdar
qarışıqlıq və tələskənliyin içində o ruhu təzələyən sərin meh
kimidir. Bütün görkəmində – əlçatmaz, vüqarlı mahiyyətində
adama sakitlik bəxş edən bir sərinlik var. O, həyatın murdar-
lıqlarına özü üzərində qələbə çalmaq imkanı vermir, onlar-
dan güclüdür. Hətta onlardan istifadə etməyi də bacarır. O,
diqqət cəlb etmədən, qürurunu qoruyaraq, heç nə olmayıb-
mış kimi, hersoginyanın yerini tutaraq sarayın birinci xanımı
rolunu oynamağa başlayır. Qalanları isə getdikcə daha aydın
başa düşürlər ki, bu yerdə tabe olmaqdan savayı əllərindən
gələsi bir şey yoxdur. Ona heyran qalmaya bilmirsən.
Əgər başqa kimsə mənim yanımdan keçib üzümə nəzər
salmağı özünə əskiklik bilsəydi, dəli olardım. amma indi
mən onun bu hərəkətini tamamilə təbii sayırdım.
Mən hersoqun onu niyə sevdiyini gözəl başa düşürəm.
Özüm bunu bacarmazdım, amma bu tamam başqa məsələdir.
Mən ümumiyyətlə kimisə sevməyə qadirəmmi? Bilmirəm.
Əgər sevə bilsəydim, yalnız hersoginyanı sevərdim. amma
bunun əvəzinə ona nifrət edirəm.
Hər halda, bunu aydın duyuram ki, o sevə biləcəyim
yeganə insandır. Bu necə alınır, bilmirəm, mənim üçün bu
tamam anlaşılmazdır.
Məhəbbət həqiqətən dərkedilməz bir şeydir.
ancelika özünü çayda boğdu. amma bunu heç kəs
görməyib, çünki görünür, ya dünən axşam eləyib, ya da ki,
167
gecə. Qoyduğu məktubdan tamamilə aydındır ki, intiharın
məhz bu üsulunu özü seçib. Bütün günü mühasirəyə düşmüş
şəhərin sərhədləri içində çayboyu gəzərək, onun cəsədini ax-
tardılar, amma bir nəticə hasil olmadı. Görünür su onun me-
yitini də Covannininki kimi, dənizə aparmışdı.
Sarayda dəhşətli qarışıqlıq var. Hamı heyrət içindədir,
onun öldüyünə heç cür inana bilmirlər. Məncə burda qaranlıq
bir şey yoxdur: sevgilisi ölmüşdü deyə, o da özünü öldür-
dü. Hamı möhkəm dilxordur, hərə özünü günahlandırır. Ən
çox da qızın məktubu səbəb olub bu söz-söhbətə. Məktubun
məzmununu bir-birinə kim bilir neçənci dəfə danışır, ucadan
oxuyurlar. Deyirlər ki, hersoqu bu məktub sadəcə sarsıdıb;
o ümumiyyətlə baş vermiş hadisələrdən sarsılıb. Saray xa-
nımları kökslərini ötürüb burunlarını çəkir, məktubun təsirli
ifadələrinə göz yaşı tökürlər. Mənim üçün onların göz yaşla-
rının, qüssələrinin səbəbi qətiyyən aydın deyil. Heç cür başa
düşmürəm ki, qeyri-adi nə var axı bu məktubda. Bu məktub
nəyi dəyişir ki: elə indicə müzakirə elədikləri cinayət də
cinayət olaraq, qalıb. Məktubda təzə heç nə yoxdur.
Mən onu yüz dəfə eşitmişəm, daha ürəyim bulanır, lap
əzbər bilirəm bu məktubu. Orda bunlar yazılıb:
«Mən artıq sizlərin içində qalmaq istəmirəm. Mənə qar-
şı çox mehriban olmusunuz, amma sizi başa düşə bilmirəm.
Başa düşə bilmirəm ki, uzaq ölkədən mənə dünyada
məhəbbətin olduğunu demək üçün gəlmiş sevgilimi mənim
əlimdən necə ala bildiniz.
Mən məhəbbət kimi bir hissin olduğunu heç bilmirdim.
amma Covannini görəndə başa düşdüm ki, məhəbbət – dün-
yada real olan yeganə şeydir, bütün qalan anlayışlar onun
168
qarşısında bir heçdir. Onu ilk dəfə gördüyüm an anladım ki,
niyə mənim üçün o vaxtadək yaşamaq çətin idi.
İndi də onsuz burada qalmaq istəmirəm, onun dalınca
getmək istəyirəm. Mən Tanrıya dua elədim, O isə mənə söz
verdi ki, Covanni ilə görüşəcəyik və daim bir yerdə olacağıq.
amma məni hara aparacağını demədi, O mənə deyə bilməzdi.
Mən sadəcə olaraq, suya uzanmalı idim, özü aparacaq məni
lazım olan yerə.
Odur ki, mənim özümə qəsd etdiyimi düşünməyin, mən
sadəcə olaraq, deyildiyi kimi elədim, mən ölməmişəm,
getmişəm ki, öz sevgilimə əbədilik qovuşum.
Medalyonu da özümlə aparıram, hərçənd ki, o mənim de-
yil. amma bunu da mənə demişdilər. Mən medalyonu açdım,
içindəki portretə baxdım və bu dünyadan köçmək istədim.
Xahiş elədi sizə çatdırım ki, o sizi bağışlayıb. Mən özüm
də sizi ürəkdən bağışlayıram.
ancelika»
Hersoginya beyninə yerləşdirib ki, ancelikanın ölümündə
də günahkar odur. Mənə elə gəlir ki, öz uşağına ilk dəfədir ki,
belə maraq göstərir. Özünə əvvəlkindən də artıq əzab verir
ki, günahını yusun; heç bir şey yemir, Çarmıxa çəkiləndən
bağışlanmasını diləyir.
Çarmıxa çəkilən isə cavab vermir.
Bu gün nahardan qabaq hersoq məni maestro Bernardo
üçün yazdığı məktubla Santa-Kroçeyə göndərib. O çoxdan-
dır ki, sarayda görünmürdü və bu müddət ərzində demək olar
ki, onun mövcudluğunu da unutmuşdum. Mən şəhərə çox
həvəssiz çıxdım, taun başlayandan bəri ilk dəfə idi oralara
ayaq basdım. Bu heç də mənim xəstələnməkdən qorxduğu-
ma dəlalət etmir, sadəcə olaraq, elə şeylər var, onlara baxa
169
bilmirəm, hətta demək olar ki, baxmaqdan qorxuram da. na-
haq deyilmiş getmək istəməməyim. Gördüklərim həqiqətən
dəhşət idi. amma bununla yanaşı, gördüklərim dərin təsir
bağışladı mənə: bu mənzərələr özünün ibtidai çılpaqlığı
ilə fərqlənirdi, dünyəvi məfhumların əbəsliyi və ötəriliyini
duymağa imkan verirdi. Xəstələr və ölülər bütün yolboyu
ayaq larımın altına sərilmişdilər, artıq canı çıxmışları başına
göz üçün iki yarığı olan qara kapyuşon qoymuş qəbirqazan-
rahiblər yığırdılar, dəhşətli görkəmləri vardı onların. Qorxulu
siluetləri sanki yerin təkindən peyda olur, bütün mənzərəyə
bir irreallıq verirdi. Onlar təhlükəli lunatik arxayınlığı ilə
ayaqlarının altında qeyri-təbii qıvrılaraq sərilmiş, cır-cın-
dıra bürünmüş bədənlərə baxırdılar, – həyat əlamətinin
görünüb-görünmədiyini belə dəqiq demək mümkün olmayan
bədənlərə. Bu xəstəlik qurban larının görüntülərindən daha
miskin, daha murdar bir şeyi təsəvvür etmək belə çətindir.
Tez-tez üzümü yan çevirirdim ki, ürəyim qalxmasın. Cır-
cındırın arasından dəhşətli yaralar görünürdü, dərinin gö-
yümtüllüyü – sonun yaxınlaşdığına dəlalət edən göyərmə
görünürdü. Bəziləri tükürpərdici çığırtılarla cisimlərinin
hələ həyata mənsub olduğunu bildirir, digərləri isə huşsuz
vəziyyətdə qalsalar belə, itaətdən çıxmış əzaları qıcolma-
dan mənasız hərəkətlər edirdi. Mən insanın bu dərəcədə al-
çalmasını ilk dəfə idi ki, görürdüm. Elələri vardı ki, dibsiz
baxışları divanəlik alovundan parlayırdı və onlar halsızlığa
qələbə çalaraq, xəstələr üçün quyulardan su daşıyan adam-
ların əlindəki qabları vəhşi kimi alır, qiymətli suyu yerə da-
ğıdırdılar. Bəziləri də heyvan kimi dörd ayaq üstə sürünüb
özlərini arzuladıqları quyuların başına, bütün bu zavallıla-
rın ən çox ehtiyacı olduğu suya birtəhər də olsa yetirirdilər.
170
Qiymətini tamamilə itirmiş həyatın hər bir işartısından belə
acgözlüklə yapışan bu miskin məxluqlar insan simasını artıq
itirmiş, insan ləyaqətinin son qalıqlarından da məhrum ol-
muşdular. Onlardan yayılan üfunətdən danışmaq istəmirəm,
bu barədə elə düşünmək bəs edir ki, ürəyim bulansın. Mey-
danlarda tonqallar çatılmışdı, qalaq-qalaq cəsədlər yandırı-
lırdı, havada boğucu bir qoxu dururdu. Zəif tüstü-dumanın
ağuşunda olan şəhərin üzərində dəfn zəngləri səslənir, bütün
kilsələrdən dünyasını dəyişənlərin xatirəsinə fəzaya yayılan
zəng səsləri bir-birinə qarışırdı.
Mən maestro Bernardonu «Sirli axşam»a dərin fikirlər
içində baxdığı vəziyyətdə gördüm, elə keçən dəfələrdə ol-
duğu kimi. ağarmış başını azacıq yana əyərək oturmuşdu,
mənə elə gəldi ki, sonuncu dəfə gördüyümdən bəri bir az
da qocalıb. Stolun arxasında oturmuş Məsih çörək kəsib
tələbələrinə paylayırdı. Başının üstündə elə həmin ilahi halə
görünürdü. Şərab camı əldən-ələ ötürülür, masanın üstündə
isə ağappaq bezdən süfrə vardı. Burda nə ac vardı, nə su-
suz. amma əlində palitra və fırçası olan qoca nədənsə acı
düşüncələrə qərq olmuşdu.
Mən ona deyəndə ki, hersoqdan məktub gətirmişəm, heç
bir cavab vermədi, yalnız əliylə hövsələsiz bir tərzdə işarə
elədi: yəni qoy bir yana. İstəmirdi ki, onu öz aləmindən ayı-
ralar. Hansı aləmdən?
Mən Santa-Kroçeni çaşqınlıq içində tərk etdim.
Qayıdarkən kampanilanın yanından keçirdim – həmin
kampanilanın ki, bütün qalanlarından hündür olmalıy-
dı. Müharibə zamanı təbii ki, orada heç bir iş getmirdi və
hamı artıq unutmuşdu bu tikilini. Elə natamam da qalmışdı,
bənnalar işi yarımçıq tullayıb getmişdilər. Daha çox xaraba-
171
lıqlara bənzəyirdi, hərçənd ki, aşağı hissələrində Çarmıxa
çəkilənin həyatından səhnələri əks etdirən bürünc barelyeflər
tam başa çatmışdı və çox uğurlu da alınmışdı.
Mən əvvəlcədən deyirdim ki, belə olacaq.
Bizim qəsr matəm içindədir. Divarlar, mebel qara örtüklə
bürünüb, hamı pıçıltı ilə danışır, barmaqlarının ucunda yeri-
yir. Saray xanımları bir nəfər kimi, qara atlas parçadan pal-
tarlar geyiblər, kişilərin əynində isə qara məxmər kostyum-
lar, əllərində qara əlcəklər var.
Hər şeyin səbəbkarı ancelikanın ölümüdür. Sağlığında
heç kəsə bu qədər əziyyət verməmişdi. Bizim sarayda yas
saxlamaqdan ötrü ölürlər. Don Rikkardonun matəmi indi də
qızın matəmi ilə əvəz olunub, əgər belədirsə, deməli indi don
Rikkardo artıq birdəfəlik öldü. Bu dəfə mərhumun sağlığın-
da necə insan olmasını yada salmırlar, çünki məxsusi, ma-
raqlı bir cəhəti yox idi bu qızın – yeri gəlmişkən, kim bilir
ki, o əslində necə idi. Onun üçün sadəcə ağlayırlar. Hamı
gənc hersoq qızının bədbəxt taleyinə ağlayır, hətta Covan-
ninin də taleyinə acıyırdılar, hərçənd ki, o ən nifrətəlayiq bir
düşmən nəslinə mənsub idi. Onların artıq heç kəsin şübhə
ilə yanaşmadığı məhəbbəti və bu məhəbbət naminə ölümləri
üçün köks ötürürlər. Məhəbbət və ölüm – insanların sevimli
mövzularıdır, çünki məhəbbətə də, ölümə də ağlamaq adama
həmişə ləzzət eləyir, xüsusilə də onlar birləşəndə.
Hersoq görünür sidq-ürəkdən əzab çəkir. Ən azı mənə belə
gəlir: o tamam özünə qapanaraq dərdini heç kimlə bölüşmür.
Hər halda mənimlə bölüşmədiyi yəqindir, amma əvvəllər
hərdən olurdu ki, mənə inam göstərib sevindirirdi. amma
onda tamam başqa şərait idi. İndi adamda elə təəssürat oya-
nır ki, sanki qaçır məndən. Mənim xidmətlərimdən də daha
172
gec-gec istifadə eləyir. Bernardoya məktubunu da birbaşa
mənim özümə verməmişdi, saray adamlarının birinin vasitəsi
ilə ötürmüşdü.
Mənə hərdən elə gəlir ki, o hətta məndən qorxmağa baş-
layıb.
Bu qırmızıyanaq kəndçi qızı – hersoginyanın kame ristkası
da xəstələnib. nəhayət ki, onun da rəngi qaçdı. Maraqlıdır,
görəsən nə olub ona?
Qəribə işdir, amma mən ətrafda dolaşan xəstəlikdən heç
qorxmuram. Məndə elə hissiyyat var ki, heç vaxt yoluxma-
ram. niyə? Sadəcə hiss eləyirəm, vəssalam.
Xəstəlik insanlar üçün qorxuludur, məni əhatə eləyən bü-
tün məxluqlar üçün qorxuludur – mənim üçün yox.
Hersoginya getdikcə daha çox düşür. Bu düşkünlüyü
müşahidə eləmək ağırdır, bu düşkünlük həm onun öz içini
dağıdır, həm də dörd tərəfində pintilik, cansıxıcı bir kir-pas
yaradır. Onun əsl-nəcabətinə və əvvəlki xasiyyətinə işarə
edən yeganə şey – onun qətiyyətidir, heç kəsə müdaxilə
etmək imkanı vermədən seçdiyi yolla inamla gedir.
Kameristka xəstələnəndən sonra daha onun otağına heç
kəsin girmək ixtiyarı yox idi və otağın zir-zibili xirtdəyə
çıxmışdı. Heç bir şey yemir və elə arıqlayıb ki, başa düşə
bilmirəm, ayaq üstə necə durur.
Təkcə mənim icazəm var ona baş çəkməyə. O, təmənna
eləyir, yalvarır ki, gəlib bu zavallı günlərində ona kömək əlimi
uzadım, imkan verim ki, günahlarını mənə etiraf etsin.
Mən sakitləşə bilmirəm. Elə indicə onun yanından gəlirəm
və hələ hakimiyyət duyğusunun xofu canımdan çıxmayıb,
insanlar üzərində bəzən ələ keçirdiyim ha kimiyyətin xofu.
Onunla görüşümü təsvir eləyim.
173
Otağa ilk girdiyimdə həmişəki kimi, heç bir şey görmədim.
Əvvəlcə, qalın pərdələrə baxmayaraq, pəncərə bəlli oldu,
sonra da onu seçdim, Çarmıxa çəkilənin qarşısında, həmişəki
bitib-tükənmək bilməyən dualarını mızıldanırdı. Başı duası-
na o qədər qarışmışdı ki, qapını açıb, içəri girməyimdən də
xəbəri olmadı.
Otaqda elə bir hava vardı ki, az qaldım boğulam. İyrəndim.
Hər şeydən iyrənirdim. Üfunət, alaqaranlıq, beli bükülmüş
siluet, arıq, abırsızcasına açıq qoyduğu çiyinlər, boynunun
aydın seçilən vətərləri, köhnə sağsağan yuvasına bənzəyən
səliqəsiz saçları, nə vaxtlarsa sevilməyə layiq miskin cis-
mi. İçimdə quduzluğa bənzər bir hiss duydum. İnsanlara nə
qədər nifrət bəsləsəm də, belə alçalmaqlarına heç sakit baxa
bilmirdim.
Birdən, o məni hələ qaranlıqda görməmişdən içimdən
ucalan quduz qışqırığımı eşitdim:
– nə dua eləyirsən? Sənə deməmişəm ki, dua eləmə!
Sənin duaların mənim zəhləmi töküb.
O çöndü, diksinməmişdi də, yalnız təpik dəymiş qancıq
kimi zingildədi və müti baxışlarını mənə zillədi. Belə davra-
nış kişinin əsəbini səngidə bilər?! Mən insafsızcasına sözümə
davam etdim:
– Sən elə bilirsən duaların lazımdır ona? Elə bilirsən
ayaqlarının altına bax beləcə sərələnsən, yalvarıb burnunun
suyunu töksən, günahlarını boynuna alıb tövbə eləsən bağış-
layacaq səni? Pah, tövbə eləyir, çox böyük işdir! Elə bilirsən
aldada bilərsən onu? Elə bilirsən sənin içini görmür o?
Sən don Rikkardonu sevirsən, onu yox! Elə bilirsən
bilmirəm? Elə bilirsən əzilib-büzülməyinlə, pəhrizinlə,
şəhvətli cisminə əziyyət verməyinlə məni aldada bilərsən?
174
Sən aşnan üçün darıxırsan, Çarmıxa çəkilən üçün yox! Sən
onu sevirsən!
Mənə dəhşət içində baxırdı. Qanı qaçmış dodaqları
titrəyirdi. Qəflətən ayaqlarıma yıxılıb inildədi:
– Düzdür! Düzdür bu! Xilas et məni! Xilas et!
Onun etirafını eşidib lap özümdən çıxdım.
– Pozğun fahişə! – deyə çığırdım. – Xilaskarı sevən kimi
göstərirsən özünü, o tərəfdən də cəhənnəmin arvadbazıy-
la pozğunluq eləyirsən! Cəhənnəmə atdığı birisinə görə öz
Tanrını aldadırsan! Murdar iblis, Çarmıxa çəkilənə mütiliklə
baxırsan, ona məhəbbətini etiraf eləyirsən, özün də fikrən
başqasının ağuşundasan, həzz alırsan! Və başa düşmürsən ki,
Tanrı nifrət edir sənə? Başa düşmürsən?!
– Başa düşürəm! anlayıram! Xilas et məni! Xilas et! –
deyə inildəyir, ayaqlarımın altında tapdalanmış soxulcan
kimi qıvrılırdı. Onun necə süründüyünü görmək nifrətimi
oyadırdı, bu məni ancaq əsəbiləşdirirdi, nə qədər qəribə
olsa da, düşdüyü bu vəziyyətdən qətiyyən ləzzət almırdım.
Əllərini mənə sarı uzatdı. – Məni cəzalandır, sən cəzalandır,
Tanrının qamçısı sənsən! – deyə inildədi. Və yerdəki qamçını
qaldırıb, mənə uzatdı, özü isə it kimi büzüşdü. Mən içimdə
tüğyan edən, nifrətlə qəzəbin qarışığından yaranmış bir hisslə
qamçını qapıb onun murdar bədənini qamçılamağa başladım, öz
qışqırığımı da eşidirdim:
– Bu, Çarmıxa çəkiləndir! Həmin o Çarmıxa çəkilən ki,
sənin divarından asılıb, odur səni qamçılayan, od kimi alışan
yalançı dodaqlarınla min dəfə öpdüyün, sevirəm dediyindir!
Sən heç bilirsən ki, məhəbbət nədir?! Bilirsən ki, nə istəyir o
səndən?! Mən sənin üçün əzab çəkmişəm, sən isə bu barədə
düşünmədin, deyir! İndi özün gör ki, əzab çəkmək nədir!
175
Mən tamam özümdən çıxmışdım, nə etdiyimi bəlkə
də anlamırdım. anlamırdım? necə yəni! Gözəl anlayır-
dım! Mən öz qisasımı alırdım, hər şeyə görə alırdım! Mən
ədalət məhkəməsi idim! Mən insanlar üzərində dəhşətli
hakimiyyətimi gerçəkləşdirirdim! amma bütün bunlara
rəğmən, sevinə bilmirdim.
O bircə dəfə də inildəmədi. Əksinə sakitləşdi, susdu. Və
hər şey bitəndən sonra, necə vardısa, eləcə də uzanıb qaldı,
ona əziyyət verən bütün tərəddüdlərini çox qəribə bir tərzdə
dağıtmışdım.
– Cəhənnəm zəbanəsində yanacaqsan! Qoy alov sənin
murdar məhəbbət günahını dadmış bətnini daim yalasın!
Bu hökmü səsləndirərək, onu yarı-huşsuz vəziyyətdə uza-
nılı qoyub getdim.
Öz otağıma qalxdım. Karliklərin yataq otağına girib, qa-
pını kilidlədim, ürəyim lap ağzımdan çıxırdı.
İndi, bu yazını qələmə aldığım zaman həyəcanım çəkildi,
hal-hazırda içimdə ancaq nəhayətsiz boşluq, ifrat doyma
hissinə bənzər bir şey duyuram. Ürəyim də artıq çırpınmır,
heç nə hiss etmirəm. Boşluğa baxıram, daşa dönmüş sifətim
isə sərt və kədərlidir.
Bəlkə də o mənə Tanrının qamçısı deyəndə səhv etmirdi.
İndidə elə həmin günün axşamıdır, oturub ayaqlarımın al-
tına sərilmiş şəhərə uzaqdan baxıram. artıq şər qarışır, kilsə
zəngləri dəfn sədalarını kəsiblər, şəhərin ilahi məbədləri də
insan məskənləri kimi aramla qaranlığa qərq olur. Onların
arasından meyitlər yandırılan tonqalların tüstüsünün burula-
raq necə qalxdığını seçirəm və üfunətli qoxu bura, mənim
yanıma dırmanır. Yer üzünə elə bil qara duvaq enir və tezliklə
tamam zülmət düşəcək.
176
Həyat! nəyə lazımdır o, nə xeyri var, nə məna daşıyır?
Bu çıxılmazlıqdırsa, boşluqdursa onun mahiyyəti, bəs niyə
davam edir?
Mən məşəli başıaşağı çevirib döşəmədə söndürürəm və
gecə düşür.
Qulluqçu qız öldü. Onun qıpqırmızı yanaqları da mane
olmadı ölməyinə. Taun öz dəryazı ilə onu da biçdi, hərçənd
ki, yoluxması uzun müddət heç kəsin ağlına belə gəlmirdi,
çünki başqaları kimi əzab çəkmirdi.
Famyetta da öldü. Dünən səhər xəstələndi, bir-neçə sa-
atdan sonra artıq yox idi. Mən onu kabus-rahiblər apar-
mağa gələndə gördüm. Ona baxmaq dəhşət idi. Sifəti şişib
eybəcərləşmişdi, görünür elə bütün bədəni də bu kökdə idi.
Onda artıq heyran qalası heç nə yox idi. Murdar bir cəsəd idi,
vəssalam. Rahiblər onun qorxulu sifətini örtüb apardılar.
Bizim sarayda xəstəlikdən dəhşət qorxurlar və çalışır-
lar ki, meyitlərdən canlarını təcili qurtaralar. amma onu bu
axşam xüsusi təmtəraqla basdıracaqlar – hökmdarın iradəsi
belədir. Əşi, öləndən sonra nə fərqi var ki.
Onun ölməsinə kədərlənən yoxdur.
Hersoq ola bilər ki, kədərlənir. Bəlkə də belədir. Ya da
özündə bir yüngüllük hiss eləyir. Ola da bilər ki, bu iki hissi
eyni zamanda yaşayır.
Heç kəs bilməz bunu, çünki heç kimlə söhbət eləmir. Onun
sifəti ağarmış, əldən düşmüş görünür, heç özünə oxşamır. Qara
kəkilinin altından görünən alnı tamam qırışıb, yeriyəndə də
qəddini bükür. Tutqun baxışlarında qəribə bir parıltı, həyəcan
var.
Bu gün onu ötəri gördüm. Xeyli vaxtdır ki, nadir hallarda
görürəm onu.
177
Daha ona yemək vaxtı qulluq eləmirəm.
O vaxtdan bəri hersoginyanın yanında olmamışam.
Deyirlər ki, yarıhuşsuz vəziyyətdədir, uzanır. Hersoq tez-tez
ona baş çəkir, gecələri səhərə kimi yanında oturur – bir gəl,
oturmasın, Famyetta ölüb axı.
Bu insanlar qəribə məxluqdurlar. Onların bir-birinə mə-
həbbətini də heç vaxt başa düşə bilmədim.
Taun onların da içində azğınlığa başlayandan sonra
düşmən mühasirəni açıb şəhərdən uzaqlaşdı. Bokkaros sanın
muzdlularının bu düşmənlə döyüşməyə həvəsi yoxdur.
Beləliklə taun müharibəyə son qoydu. Təbii ki, başqa heç
nəyin buna gücü çatmazdı. Hər iki ölkə müflis olub, xüsusilə
də bizimki. Görünür hər iki xalq da bu iki müharibədə elə
əldən düşüb ki, daha onlar heç cür davam etdirə bilməz.
Montansa da heç nəyə nail olmadı. Çox mümkündür ki, onun
əsgərləri xəstəliyi burdan öz evlərinə aparacaqlar.
Sarayda ölənlərin sayı getdikcə artır. ancelikanın şərəfinə
qurulmuş matəm atributlarına dəymirlər, ümumi yas ovqatı
ilə tam uyuşur.
Saraydakı xidmətimdən tamam uzaqlaşdırılmışam. Daha
məni çağıran yoxdur, heç kəsə gərək deyiləm. Ha mıdan da az
hersoqa lazımam. Onu daha heç görmürəm.
Sifətlərdən görürəm ki, burda nəsə bir məsələ var. nə iş-
dir, anlaya bilmirəm.
Görəsən məndən ona nəsə deyiblər?
Öz otaqlarımda oluram, özüm üçün yaşayıram. Hətta
yeməyə də düşmürəm, burda köhnə çörək qırıntıları qa-
lıb, onları yeyirəm. Bəs eləyir, onsuz da yeməyə ehtiyacım
həmişə az olub.
178
alçaq tavanın altında tənha oturub düşüncələrimə qərq
oluram.
Heç kəsin maneçilik törətmədiyi bu tənhalıq getdikcə
daha çox xoşuma gəlir.
Mən artıq çoxdandı bir şey yazmıram. Bu, həyatıma
qəflətən müdaxilə edən və qeydlərimi davam etdirməyə
mane olan hadisələrlə əlaqədardır. Yazılarıma əlim çatmırdı.
Onları yalnız indi veriblər özümə.
Sarayın zirzəmilərindən birində, divara zəncirlənərək otur-
muşam. Bir az bundan əvvələ kimi əllərim də zən cirlənmişdi,
amma bilmirəm niyə, onsuz da burdan qaçan deyildim ki.
Bunun məqsədi yəqin cəzanı ağırlaşdırmaq idi. İndi nəhayət
qollarımı açıblar – bilmirəm niyə, bunu xahiş etməmişəm,
mən onlardan ümumiyyətlə heç bir xahiş eləməmişəm. Qan-
dalsız bir az rahat oldu, amma belə götürəndə, heç bir şey
dəyişmədi. Bax, elə onda zindan gözətçisi anselmonu razı-
laşdırdım ki, karliklərin yataq otağından yazı ləvazimatımı
gətirsin, hərdən başımı qatım. Yazılarımı gətirməyə razılıq
verəndə, çox mümkün ki, özünü müəyyən təhlükəyə məruz
qoyurdu, çünki əllərimi açsalar da, inanmıram bu sevinci
mənə verməyə razı olaydılar, elə o özü də ürəyi istəyən kimi
nəyəsə icazə vermək hüququna malik deyildi, özü dedi bunu.
amma pişqulluq, sadə oğlan olduğundan, onu nəhayət ki,
razı sala bildim.
Yazılarımı əvvəldən-axıra oxudum – hər gün bir az –
ləzzət elədi, sanki öz həyatımı, bir çox başqalarının həyatını
bir də yaşadım, boş vaxtlarımda hər şey barədə fikirləşdim.
İndi mən yazıları dayandırdığım yerdən davam etdirmək
istəyirəm ki, həqiqətən yeknəsəq həyatıma heç olmasa bir az
rəngarənglik gətirim.
179
Düzünü desəm, burda nə qədər qaldığımı bilmirəm. Zin-
dan həyatım o qədər hadisəsiz keçir, günlər o qədər bir-birinə
bənzəyir ki, ayın tarixini hesablamaqdan vaz keçmişəm,
vaxtın necə ötdüyünə heç fikir vermirəm. Lakin məni bu
çalaya gətirmələrinə, divara qandallamalarına səbəb olmuş
hadisələri bütün detallarıyla xatırlayıram.
Günlərin birində, səhər özümçün sakitcə otağımda otur-
muşdum, birdən qapıda cəlladın köməkçilərindən biri peyda
oldu və mənə tapşırdı ki, onun dalınca gəlim. Heç bir şey izah
eləmədi, mən də soruşmadım, çünki onunla birinci danışmağı
ləyaqətimdən aşağı sayırdım. Məni bir otağa gətirdi, nəhəng,
qırmızısifət, qurşağa kimi çılpaq cəllad özü də artıq orada
idi. Otaqda hakimin nümayəndəsi də vardı, mənə işgəncə
alətlərini göstərəndən sonra, dəvət etdi ki, hersoginyanın
yanına gedərkən, orada baş verənləri səmimi etiraf eləyim,
onun niyə bu vəziyyətə düşdüyü maraqlandırırdı onları. Mən
təbii ki, imtina elədim. O iki dəfə dəvət elədi məni etirafa,
xeyri olmadı. Onda cəllad yaxamdan tutub işgəncə dəzgahına
bağlamağa başladı, təbii ki, işgəncə vermək fikrində idi.
Bəlli oldu ki, dəzgah mənim bədənimin ölçülərinə yaramır,
məcbur oldum düşüm, gərək karliklərə uyğun gəlməsi üçün
öl çülərini kiçildəydilər. Məcbur oldum sarsaq, kobud zara-
fatlarını dinləyim, deyirdilər ki, səni elə dartacağıq hündür-
boy oğlan olacaqsan. Sonra məni yenidən ata dır maşdırdılar
və başladılar qəddarcasına işgəncələr verməyə. ağrıya bax-
mayaraq, cınqırımı da çıxarmadım, öz murdar peşələriylə
məşğul olan bu adamlara istehza ilə baxırdım. Qanun adamı,
başımın üstündə dayanıb mənə sarı əyilmişdi, etiraflarımı
eşitmək istəyirdi, lakin mənim dilimdən bircə kəlmə də çıx-
180
madı. Mən onu satmadım. İstəmirdim ki, onun necə alçaldı-
ğını bilsinlər.
niyə mən məhz belə hərəkət elədim? Bilmirəm. amma
heç ağlıma da gəlmədi ki, onu alçaldacaq nələrisə etiraf
eləyim; bunun üçün hər şeyə dözməyə hazır idim. Dişlərimi
bir-birinə sıxıb nifrət etdiyim bu qadına görə işgəncələrə dö-
zürdüm. niyə? Bəlkə də onun yolunda əzab çəkməkdən xo-
şum gəlirdi.
nəhayət onlar əl çəkməli oldular, lənətlər yağdıra-yağ-
dıra kəndirlərimi açdılar. Məni zirzəmiyə aparıb qandalla-
dılar, həmin o qandalla ki, əzilən xalqımı ilahi sirlərə vaqif
eləyəndən sonra mənim üçün düzəltdirmişdilər, hersoq
düz demişdi onda, bu qandallar da kara gəldi. O məhbəs
indikindən xeyli qonaqpərvər idi. Bir neçə gündən sonra
məni bir də apardılar və həmin əzablardan yenə keçəsi ol-
dum. amma bu dəfə də bütün səyləri boşa çıxdı. Yer üzündə
elə bir qüvvə yoxdur ki, məni danışmağa məcbur eləsin. Mən
onun sirrini elə əvvəlki kimi, qəlbimdə qoruyuram.
Bir müddətdən sonra mən bir məhkəmə qabağında dura-
sı oldum, orda öyrəndim ki, yer üzünün ən qatı can isiyəm
və digər məsələlərlə yanaşı, hersoginyanın ölümündə də
müqəssirəm. Onun öldüyünü bilmirdim, amma əminəm ki,
bu xəbəri eşidəndə mənim sifətim içimdən hansı hisslər keç-
diyini qətiyyən bildirmədi. O, huşu özünə qayıtmadan öl-
müşdü.
Soruşdular ki, özümü müdafiə etmək üçün deməyə bir sö-
züm varmı. Onları bircə kəlməyə də layiq görmədim. neçə-
neçə bədbəxtliyə səbəb olmuş bəd əməllərimə görə məni
sarayın ən qaranlıq zirzəmisində ömürlük həbsə məhkum
eləyirdilər, orada divara qandallanmalıydım. Sən demə mən
181
zəhərli ilan, əlahəzrət hersoqun şər dühası imişəm və elə
əlahəzrətin ali iradəsinə əsasən, həmişəlik təcrid olunmalıy-
dım.
Hökmü dinləyərkən tüküm də tərpənmədi və qədim kar-
lik sifətim onlara ünvanlanan kinayə və istehza nümayiş et-
dirirdi, fikir verdim ki, onlar qorxu içində baxırdılar mənə.
Məni apardılar və o vaxtdan bəri anselmodan başqa, bu rəzil
məxluqların heç birini görməmişəm; o isə bir insan kimi o
qədər bəsitdir ki, nifrət etməyə də dəyməz.
Zəhərli ilan!
Bəli, mən zəhər verdim onlara, bəs kim buyurmuşdu bunu
etməyi? Bəli, mən don Rikkardonu öldürmüşəm, bəs onun
ölümünü kim idi arzulayan? Bəli, mən hersoginyanı qamçı-
lamışam, bəs kim yalvarırdı ki, mən bunu edim?
İnsanlar çox zəif, reallıqdan çox uzaq məxluqlardır,
belələri talelərini özləri yaza bilməzlər.
adama elə gəlirdi ki, sadalanan bütün bu dəhşətli
cinayətlərə görə məni ölümə məhkum etməliydilər. Lakin
hökmün elə olmamasına ya çox sarsaq, ya da ki, mənim
hökmdarımı tanımayan birisi təəccüblənə bilər. Mən hersoqu
o dərəcədə tanıyıram ki, belə şeylərdən qorxmaya bilərəm.
Mahiyyətcə mən heç onun hakimiyyəti altında da deyiləm.
Mənim üzərimdə hakimiyyət! nə dəxli var ki, mən bu
quyunun dibindəyəm indi! Zəncirləməyin nə əhəmiyyəti
var! Mən onsuz da sarayın ayrılmaz parçasıyam. Bunu on-
ların özləri də, məni saraya zəncirləməklə sübut etdilər. Yox,
biz bir-birimizdən qurtula bilmərik – nə mən, nə mənim
ağam. Mən məhbəsdəyəm – hersoq da məhbəsdədir. Biz bir-
birimizə zəncirlənmişik. Bir zəncirə bağlıyıq.
182
Mən gözəgörünməz, köstəbək həyatımla bu çalada yaşa-
yıram, o isə indi öz dəbdəbəli zallarında gəzib dolaşır. Lakin
mənim həyatım, həm də onun həyatıdır. Onun gözəl və çox
möhtərəm həyatı isə mahiyyətcə elə mənim həyatımdır ki
var.
Bütün bunları yazmaq üçün xeyli vaxt gərək oldu.
Mən yalnız günəş şüası dar pəncərədən kağızın üzərinə
düşəndə yaza bilirəm, elə ki, işıq düşdü, tələsməliyəm. Şüa
döşəməyə düşənədək bir saatdan az vaxt keçir, ora enməyə
isə zəncirlərim imkan vermir. Hərəkətim çox məhduddur. Elə
buna görə də köhnə yazılarımı oxumağa bu qədər vaxtım get-
di, amma elə belə yaxşıdır, çünki başımı daha uzun müddətə
qata bildim.
Günün bütün qalan vaxtını isə elə əyləşdiyim kimi də,
əyləşirəm, qandallandığımdan başımı qatmağa heç nə yoxdur.
Saat üçdən etibarən hava qaralmağa başlayır və günün çox
hissəsini tam zülmətdə keçirəsi oluram. Qaranlıq çökən kimi,
siçovullar peyda olur, ac gözlərini parıldada-parıldada, başla-
yırlar ətrafımda şütüməyə. Onları elə o dəqiqə görürəm, çün-
ki qaranlıqda heç də onlardan pis görmür gözüm, yavaş-ya-
vaş deyəsən elə siçovul kimi yeraltı məxluqa çevrilirəm mən
də. Mənim bu eybəcər və murdar məxluqları görən gözüm
yoxdur, onları ovlayıram, sakitcə oturub yaxınlaşmaqlarını
gözləyirəm, sonra da başlayıram tapdalamağa. Bu hələlik
imkanım çatan həyat təzahürlərindən biridir. Səhər isə an-
selmoya əmr edirəm ki, aparıb tullasın onları. Heç bilmirəm
ki, hardan peyda olur bu siçovullar. Görünür qapının altında
yarıq-zad var.
Divarlarda nəm puçurlanır, zirzəminin havası adamın
iliyinə işləyən dərəcədə boğucudur; bu hava mənə hər şeydən
183
çox əziyyət verir, çünki qoxulara qarşı həddindən ziyadə
həssasam. Döşəmə torpaqdır, məndən əvvəlki məhbuslar onu
tapdalayaraq sərtləşdiriblər. Görünür, onların hamısı mənim
kimi divara zəncirlənməyibmişlər, çünki döşəmə həqiqətən
lap daşa dönüb. Gecə mən bir qucaq samanın üstündə yatı-
ram – onun kimi. amma mənim samanım onunku kimi kirli
və üfunətli deyil, anselmoya tapşırıram ki, hər həftə dəyişsin.
Mən tövbə edən günahkar deyiləm. Mən azad insanam. Mən
özümə əzab vermirəm.
Bu zindan çalasında bax beləcə keçinirəm. Daşa dönmüş
bir sifətlə oturub, həyat və insanlar barədə düşüncələrimə
qərq oluram və elə əvvəlki kimi, elə həmişəki kimi, heç bir
şeydə dəyişmirəm.
Əgər onlar məni sındıra biləcəklərini fikirləşirlərsə, çox
səhv edirlər!
Kənar aləmlə müxtəsər bir əlaqəni mənim mehriban
nəzarətçim vasitəsilə yaradıram. Mənə yemək gətirəndə
sadəlövh bir tərzdə yuxarıda baş verənlərdən danışır, hadi-
sələri öz bildiyi kimi yozur. Onu dünyada baş verənlər ya-
man maraqlandırır və hadisələr barədə zülmlə ağlına gələn
fikirlərini bölüşməkdən yaman xoşlanır. O danışanda hər
şey adama dəhşətli dərəcədə sadə görünür, onu ən çox na-
rahat eləyən bütün bunlar barədə Tanrının nə düşündüyüdür,
amma hər halda, işıqlı dünyanın işlə rinə indi dərindən bələd
olmağıma görə, hadisələr haqda təxmini bir təsəvvür yaranır
məndə. Hersoginyanın ömrünün son günləri, onun ölümü və
mən bura düşəndən bəri baş vermiş başqa hadisələr barədə də
təsəvvürüm bu yolla formalaşıb. Hersoq günlər uzunu sadiq-
lik nümayiş etdirərək, onun yatağının böyründən əl çəkmir,
184
onun sifətinin günbəgün daha da şəffaflaşmasını, saray diliylə
desək, şövqlənməsini izləyirmiş. anselmonun dediyinə görə,
o, lap Madonna kimi gözəlləşibmiş, oğlan elə da nışırdı, san-
ki özü görmüşdü. Mən hersoginyanı öz gözləriylə görən bir
adam kimi, onun həqiqətdə necə olduğunu bilirəm. Həm də
ona inanıram ki, hersoq özünü onu tərk etməkdə olan arva-
dına həsr edərək gecə-gündüz yanından əl çəkməyib. Bəlkə
də gənclik məhəbbətini bir də yaşayırdı, amma bu dəfə
təkbaşına, çünki sevgilisi artıq dünyəvi şeylərin hamısından
aralanmışdı. Yəqin ki, qadının tərki-dünyalığında, onun ila-
hi görkəmində çox riqqətləndirici məqamlar görürdü – onu
mən yaxşı tanıyıram. Və bununla yanaşı, ola bilər ki, qadının
onun iştirakı olmadan baş vermiş bu mübhəm dəyişməsindən
çaşqınlıq keçirirdi, hərçənd ki, onu həyata qaytarmaq arzusu
da səmimi idi. Qadın isə yavaş-yavaş, heç bir səbəb olmadan
uzaqlaşırdı və bu da onun məhəbbətini daha da gücləndirirdi
– axı həmişə belə olur.
Məni də məhbəsə, işgəncələrə özü elə bu əhvali-ruhiyyədə
olarkən məruz qoymuşdu. Onu əlçatmazlığına görə sevirdi,
elə məni də bu səbəbdən əzablara düçar etmişdi. Bu məni
təəccübləndirmir, məni təəccübləndirə bilən heç nə yoxdur.
Bernardo da, başqaları da ona baş çəkirdi. Qoca maestro
deyirmiş ki, onun sifəti tam qeyri-adidir və o nəhayət indi
anlamağa başlamışdı bu qadını. Və deyəsən, dərk etməyə
başlayırdı ki, onun portreti niyə alınmamışdı. amma hələ
bəlli deyildi ki, onda həqiqətənmi portret yaxşı alınmamışdı,
hərçənd ki, artıq özü heç həmin portretinə bənzəmirdi. Bu
qoca həmişə düşünüb, sonra danışsaydı əla olardı.
Sonra səhnəyə müqəddəs atalar çıxmışdılar. Mən təsəvvür
eləyirəm ki, onlar irəli-geri nə təhər şütüyürdülər oralarda.
185
Ruhanilər bəyan ediblər ki, onun əbədi həyata qədəm bas-
ması – gözəl, ruhu yüksəldən bir mənzərədir. Təbii ki, onun
öz ruhani atası da gəlibmiş və təbii ki, hər yetənə onun necə
günahsız, mömin bir qadın olduğundan dəm vururmuş. O can
verəndə, arxiyepiskop öz əliylə ona müqəddəs yağ çəkərək
dini ayini icra edib, otaqda saysız-hesabsız prelat və bütün
dini rütbə və çinlərdən olan xadimlər vardı. Lakin bütün bu
camaata baxmayaraq, o tənha ölürdü, yanında kimsənin var-
lığından bixəbər.
Ölümündən sonra onun kirli, əzik kağız parçasında yazdı-
ğı məktubunu tapmışdılar, yazırdı ki, cəsədinin taun tutmuş
xəstələrinki kimi yandırılmasını, külünün isə küçələrdə ha-
vaya sovrularaq tapdalanmasını arzulayır. Qərara aldılar ki,
bu məktubu yazanda, ağlı və huşu artıq başında olmayıb və
onun son iradəsinin yerinə yetirilməsinə heç kəs qol qoyma-
dı, hərçənd ki, onun iradəsi həqiqətən belə idi. Bunun əvəzinə
ortaq məxrəcə gəldilər: meyiti mumyaladılar, lakin bəzək-
düzəksiz adi dəmir tabuta qoydular, bəzək-düzəksiz, sonra
da küçələrdən keçirib kilsəyə, hersoq məqbərəsinə apardılar.
Hersoq soyadının imkan verdiyi həddə sadə keçirilən dəfn
mərasiminin ardınca nəfəsini də dərməyən qara camaat – hələ
ölməmiş, canlı skeletlər gedirdi və anselmo taunlu şəhərdən
keçən izdihamı təsvir edərkən, söylədi ki, bu ürəkparalayan
bir mənzərə idi. Ola bilər ki, həqiqətən belə imiş.
İndi təbii ki, xalqa elə gəlirdi, mərhum barədə hər şeyi
bilir: necə insan olduğunu, son zamanlar necə yaşadığını, –
və camaat da başlamışdı eşitdiklərini öz bildiyi kimi, belə
mərasimlər vaxtı adətən necə danışarlarsa, elə də nəql etməyə.
Onların fantaziyasını təbii ki, mərmərlə bəzənmiş məqbərədə
gümüş hersoq tabutları ilə yanaşı qoyulan bu kifir tabut coş-
186
durmuşdu. Sadə tabut bu qadını qara camaata yaxınlaşdırır,
onlardan biri edirdi. Kameristkanın macal taparaq hamıya
danışdıqları: hersoginyanın tutduğu oruclar, özünə zülm
verməsi, ali ailədən olmasına baxmayaraq onu başqalarından
artıq əziyyət çəkən seçilmiş bir şəxsə çevirmişdi – Tanrının
oğlu olduğundan, hamıdan artıq əzab çəkən İsa kimi, hərçənd
ki, çarmıxa təkcə onu çəkməmişdilər, bəzilərini hətta təpəsi
üstə asmışdılar və ondan da artıq işgəncələr vermişdilər. Bu
qadın tədricən az qala müqəddəsləşmişdi, bu dünyaya nifrət
bəsləyən, onu rədd edərək cismini bilərəkdən öldürən biri-
si kimi. Və qara camaat qətiyyən həqiqətin qeydinə qalma-
yaraq öz fantaziyalarını ürəkləri istəyən şəklə salana kimi
rahatlanmadı. amma mərasim möcüzəsiz də ötüşmədi! Hər
halda anselmo bu möcüzəyə əməlli-başlı inanmışdı. O is-
rar edirdi ki, gecələr onun tabutunun ətrafında bir parıltı ya-
ranırdı. Olsun, nə deyirəm. Kilsə günün bu vaxtında bağlı
olduğu uçun kimsə buna tam əminliklə nə «hə» deyə bilər,
nə «yox». Mömin adam isə həqiqətlə yalan arasında seçməli
olanda, həmişə ikincisini seçir. Yalan hissiyyata daha zəngin
məfhumlar sırıyır, həqiqətdən daha qəribə görünür, elə bu
səbəbdən mömin həmişə ona üstünlük verir.
Bu söhbətləri eşidəndə etiraf etməyə bilmirdim ki, özüm
öz əllərimlə, amma qeyri-ixtiyari ona müqəddəslik haləsi
düzəltmişdim, hər halda bu halənin parlaqlığında mənim də
xidmətlərim vardı. Və bunu etdiyim üçün indi zindanda di-
vara zəncirlənmişdim. Onlar təbii ki, bu barədə heç bir şey
bilmirdilər, əgər bilsəydilər belə, mənim əzabkeşliyim heç
kəsin marağını cəlb etməyəcəkdi. Mən onsuz da əzabkeş
kimi tanınmağa can atmıram. Lakin məni əməlli-başlı
təəccübləndirən, müqəddəslikdən bu qədər uzaq olmağıma
187
baxmayaraq belə bir məqsəd üçün alət seçilməyimdir.
Bir zamanlar – dəqiq vaxtını xatırlamıram, – anselmo da-
nışdı ki, Bernardo Müqəddəs ananın hersoginyanı xatırladan
portretini yaradır. Hersoq da, bütün saray əhli də onun işini
diqqətlə izləyirdilər, hamısı möhkəm sevinirdi. Qoca ma-
estro deyirmiş ki, qadının daxili mahiyyətini, bir zamanlar
ancaq təxmin etdiyi, ölüm yatağında isə əyani gördüklərini
təsvir etmək istəyir. Bilmirəm bu dəfə nə dərəcədə müvəffəq
olub, amma anselmo deyir ki, əsl şedevr yaratdığını hamı bir
ağızdan söyləyir – amma onsuz da onun elədiklərinin hamı-
sına şedevr deyirlər də. uzun müddət işləyib həmin portre-
tin üstündə, amma nəhayət ki, bitirə bilib. Onun çörək kəsən
Məsihi təsvir etdiyi «Sirli axşam»ı isə hələ başa çatmayıb və
çox güman ki, yarımçıq da qalacaq, amma bu əsərini biti-
rib. Yəqin bunu çəkmək daha sadə imiş. Onu kilsədən asıb-
lar, mehrabın üstündə sol tərəfdən, anselmo da onu görən
kimi uşaq təki sevinirmiş. Portreti çox bəsit ifadələrlə təsvir
edərək, deyirdi ki, hamının yekdil rəyinə görə, hələ heç kəs
belə Müqəddəs ana yaratmayıb – mərhəmətli və gözəl.
Xüsusilə də hamı onun sirli, mübhəm təbəssümünə heyran
qalıbmış. O, hamını riqqətə gətiribmiş, deyirmişlər ki, görün
bu portretdə nə qədər canlı, anlaşılmaz, ilahi görkəmi var.
Mən başa düşdüm ki, həmin bu təbəssümü rəssam elə əvvəlki
portretdən köçürüb – onun fahişəyə oxşadığı portretdən.
anselmo kimi bisavadın dilindən portret barədə təsəvvür
yaratmaq asan deyildi, amma mənim anladığım qədər, maes-
tro mömin adamların qəlbini riqqətləndirə bilmişdi. Özünün
Müqəddəs anaya inanmasına çox kiçik ehtimal olsa belə,
yaratdığı obraza əsl dini hissiyyat verməyə, onu həqiqi dini
məzmunla çulğamağa müvəffəq olmuşdu, tamaşaçılar bu
188
portretin önündə həyəcan keçi rərək, şaşırırdılar. Xalq yeni
Müqəddəs ananın önünə dəstə-dəstə gəlirdi, artıq tezliklə
onu əllərində şam ziyarət edir, qabağında diz çökürdülər.
Onun önündə diz çökənlərin sayı başqa mehrablardakın-
dan artıq olmuşdu, mərhum hersoginyanın portreti önündə
o qədər şam yanır ki, kilsəyə girən kimi diqqəti cəlb edir.
Xüsusilə də orada yoxsullar daha çox cəmləşir – dua etmək
və dərdlərinə təsəlli tapmaq üçün. İndiki ağır zəmanədə art-
mış bədbəxt və istismar olunanların hamısı. O, yoxsulların
Müqəddəs anasına və hamisinə çevrilmişdi, onlara hövsələ
ilə qulaq asır, şikayətlərini dinləyərək təskinlik verir, sonra
da ruhlarını dirçəldərək yola salırdı, hərçənd ki, sağlığında,
mən biləni, kasıblarla heç vaxt maraqlanmazdı. Belə çıxırdı
ki, Bernardo ilə mən xalqın dərin və səmimi dini hisslərinin
oyanmasına xidmət göstərmiş olurduq.
Mən indiyə kimi bu hadisə barədə düşünürəm. Kim
fikirləşərdi ki, bu qadın mərhəmətli, təsəlli verən Müqəddəs
ana qismində kilsədən asılacaq, qara kütlənin sitayiş və
məhəbbət predmetinə çevriləcək. Kimin ağlına gələrdi ki,
günahsız, ilahi bir obraza girərək günahsızlığı və ilahiliyinə
görə ona gətirilən nəzir pullarına alınmış saysız-hesab-
sız şamların parıltısında hamıya yuxarıdan aşağı baxacaq.
Qəsrdə isə onun başqa bir portreti asılıb; hersoq tapşırmışdı
ki, onu çərçivəyə alaraq divara assınlar, baxmayaraq ki, ma-
estro Bernardo özü bu portretdən razı deyildi; söhbət həmin
o fahişəyə oxşadığı şəkildən gedir. Bir-birinə bənzəmədiyinə
baxmayaraq, hər iki portretin, görünür öz həqiqəti vardı və
hər iki portretdə tamamilə eyni mübhəm bir təbəssüm görü-
nürdü – kilsədəki dizibüküklər ona ilahi təbəssüm deyirdilər.
İnsanlar bulanıq güzgüyə baxmağı sevirlər də.
189
İndi, bütün bunları, yəni mən zindana düşəndən sonra baş
verənləri təsvir edəndən sonra, belə baxıram ki, daha yazı-
lası bir şey qalmır. Düzdür, anselmo şəhərdə, sarayda baş
verən cürbəcür hadisələrdən danışırdı mənə, lakin elə bir
əhəmiyyətli şeylər baş vermirdi. Əhalinin xeyli hissəsini
özüylə aparmış taun səngimişdi, elə başladığı kimi öz-özünə
qurtarmışdı, adamlar getdikcə daha gec-gec xəstələnirdilər
– sonra da taun birdən dayandı. Həyat tədricən həmişəki,
adi məcrasına düşdü və şəhər bütün başına gələnlərə bax-
mayaraq, əvvəlki görkəminə qayıtdı. Kəndlilər yanmış
təsərrüfatlarına dönüb evlərini yenidən qurdular, ölkə yavaş-
yavaş özünə gəldi, gücünü toparladı, hərçənd ki, hələ çox zəif
idi. Müharibədən nəhəng borclar qalmışdı, dövlət xəzinəsi
boş idi, elə buna görə də, anselmonun mənə danışdıqlarına
inansaq, əhali ağır vergilərlə yüklənmişdi. amma nə deyirsən
de, sülh gözəl şeydir, anselmo düşünür ki, vəziyyətdən bir
təhər çıxacaqlar, hər şey düzələcək. Xalq ruhdan düşmür.
Bunları söyləyəndə, onun bəsit sifəti məmnuniyyətdən işıq-
landı.
O mənim başımı özünün bitib tükənməyən boşbo ğaz-
lığıyla qatırdı, hərçənd ki, hərdən çərənçiliyindən yaman yo-
rulurdum. Bu yaxınlarda gəlib elan elədi ki, Venesiyaya olan
borcumuzu artıq ödədik və ölkə nəhayət ki, ağır yükdən qur-
tuldu. O deyirdi ki, indi müəyyən aydınlıq yaranıb və zəmanə
çox ağır sınaqlardan sonra yaxşıya doğru dəyişirdi. Hətta
neçə illərdən bəri inşası dayandırılmış kampanilanı yenidən
tikməyə başlamışdılar və ümid edirdilər ki, tezliklə başa çat-
dıracaqlar. Mən bunu da xatırladıram, amma hərçənd ki, heç
bilmirəm bunu yazmağa dəyər, yoxsa yox.
İndi artıq maraqlı heç nə baş vermirdi.
190
Mən öz zirzəmimdə oturub günəş şüasının intizarında
gözlərimin kökünü saraltmışam, o görünəndə isə işıq saldığı
kağıza etibar edəsi bir şey tapmayacağam. Qələmim bekar
qalıb, mən isə əlimi tərpətməyə belə ərinirəm.
Yazılarım bezdirib məni, çünki məhbəs həyatım hər cür
hadisəni tam istisna edir.
Sabah kampanilanın təntənəli açılış mərasimi olacaq,
onun zəngləri ilk dəfə səslənəcək. Onların müəyyən hissəsi
xalqın könüllü ianələri hesabına gümüşdən düzəldilib.
Əksəriyyətin fikri belədir ki, zənglərin səsi məhz buna görə
daha gözəl çıxacaq.
açılışda hersoq da, bütün saray əhli də iştirak edəcək.
açılış mərasimi baş tutdu və anselmo şahidlərdən eşit-
diyi o qədər cürbəcür şeylər danışdı ki, mənə. O deyir ki,
bu mərasim qeyri-adi, unudulmaz idi, o qədər camaat top-
laşmışdı ki, iynə atsan yerə düşməzdi, az qala bütün şəhər
orada idi. Hersoq saray əyanlarının önündə küçələrdən piya-
da keçmişdi, onların dalınca isə dəstə-dəstə camaat gəlirmiş,
çünki hamı hökmdara tamaşa etmək və belə bir təntənəli
mərasimdə şəxsən iştirak etmək istəyirmiş. O çox ciddi, yenə
də həmişəki kimi şax qamətli görünürmüş, bu əlamətdar
günün yetişməsinə sevindiyi açıq bəlli imiş. Özü də, bütün
əsabələri də gözəl, dəbdəbəli paltarlar geyibmişlər. Kilsəyə
yaxınlaşanda içəri keçib ilk növbədə hersoginyanın tabutu
önündə, sonra onun təsviri asılmış mehrabın qarşısında diz
çökür və bütün camaat da onun kimi dizi üstə düşür. Dua
edəndən sonra məbəd meydanına çıxırlar və bu an kampa-
nilanın zəngləri səslənir. Səs o dərəcədə ecazkar imiş, sanki
göydən gəlirmiş və camaat da onu az qala yerində donaraq
durub dinləyirmiş. Səs bütün şəhərə yayılırmış, dinləyənlərin
191
hamısı da özünü xoşbəxt sayırmış. Bütün sadə camaat mey-
danda imiş, hersoqun ətrafına toplaşıbmışlar və hamı deyir-
miş ki, bu gün həyatlarının ən xoşbəxt günüdür. Bütün bun-
ları anselmo danışmışdı.
Çox təəssüflənirdi ki, özü həmin mərasimdə iştirak edə
bilməmişdi, çünki həmin saatda məhbuslara yemək pay-
lamalı imiş və o, meydandan yayılan zəng səslərinə yalnız
uzaqdan qulaq asmaqla kifayətlənməli olmuşdu. İlk zəng səsi
eşidiləndə, yanıma gəlib dedi, ki, mərasim başlandı. O, qədər
həyəcanlı idi ki, mənim qulaq asa bilməyim üçün hətta qa-
pını da açdı. Mənə elə gəlir bu mehriban adamın gözlərində
yaş parlayırdı, o dedi ki, həqiqətən ilahi səsi var zənglərin.
amma mənə elə gəldi ki, adi zəngdir də, görünməmiş bir şey
yoxdur. nəhayət yaxamdan əl çəkib gedəndə buna əməlli-
başlı sevindim.
Mən qol-qıçımın qandallarıyla oturmuşdum özüm üçün,
günlər isə axıb gedir, həyatımda heç vaxt, heç nə baş vermir-
di. Həyatım boş və mənasızdır, amma şikayətlənmirəm. Mən
başqa zəmanənin yetişməsini gözlə yirəm, gözlədiyim zəmanə
mütləq gələcək, məni əbədilik burda saxlaya bilməzlər axı.
Mənim hələ öz salnaməmi, bir zamanlar olduğu kimi, gün-
düz işığında davam etdirmək imkanım olacaq və hələ ehtiyac
hiss edəcəklər mənə. Əgər öz ağamı düzgün başa düşürəmsə,
şəxsi karliki olmadan uzun müddət keçinə bilməyəcək. Yox,
mən ruhdan düşmürəm. Yanıma gələrək, ayaqlarımdakı
kündələri çıxa racaqları günü düşünürəm, mütləq gələcəklər,
çünki mənim dalımca onları hersoq göndərəcək.
Dostları ilə paylaş: |