Per Lagerkvist Karlİk pär Lagerkvist Dvärgen



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#47558
növüYazı
1   2   3
2020-05-23-13-25-551590225955

Pär Lagerkvist 
Dvärgen
Per Lagerkvist 
KarlİK
 Bakı, Qanun nəşriyyatı, 2018, 192 səh.
Çapa imzalanmışdır: 17.07.2018
Qanun nəşriyyatı
Bakı, azərbaycan, aZ1102, Tbilisi pros., 76
Тел.: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing
ISBn 978-9952-36-569-6
© Qanun nəşriyyatı, 2018
© Pär Lagerkvist, 1944
Bu kitabın azərbaycan dilinə tərcümə və yayım 
hüquqları Qanun nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri “Müəlliflik hüququ və əlaqəli 
hüquqlar haqqında” azərbaycan Respublikasının Qanununa ziddir.


M
ənim boyum yaxşıdır, 26 dyüm, mütənasib bədən 
quruluşum  da  var,  bəlkə  başım  bir  az  yekədir. 
Saçlarım  başqalarınınkı  kimi  qara  deyil,  kürəndir,  özü  də 
dedikcə cod və sıxdır, arxaya darandığından, o qədər də hün-
dür olmayan geniş alnımı aydın göstərir. Üzümə tük çıxmır, 
amma qalan şeylərim elə bütün kişilərinki kimidir. Qaşlarım 
çatmadır. Mən çox güclüyəm, xüsusilə də hirslənəndə. İoso-
fatla  mənim  aramda  yarış  düzəldəndə  onu  iyirmi  dəqiqəyə 
kürəyi üstə çırpıb, boğdum. O vaxtdan mən bu sarayın tək 
karlikiyəm.
Karliklərin əksəriyyəti təlxəkdir. Onların işi ağalarını və 
qonaqları  güldürmək  üçün  boş-boş  çərənləyib  oyunbazlıq 
eləməkdir. Mən heç vaxt bu dərəcədə alçalmamışam. Əslində 
heç kəs mənə belə təkliflə müraciət də eləməyib. Elə yalnız 
zahiri görünüşüm bu rolda istifadə olunmağıma imkan ver-
mir. Mənim zahirim gülməli hərəkətlər üçün əlverişli deyil. 
Və mən özüm də heç vaxt gülmürəm.
Mən təlxək deyiləm. Mən karlikəm, yalnız karlik.
Əvəzində çox iti dilim var və bu da yəqin ki, ətrafımdakı 
adamlardan bəzilərini əyləndirir. amma bu hər halda onların 
təlxəyi olmaqla eyni şey deyil.
Mən  diqqətinizə  yetirim  ki,  üzüm  bütün  qalan  kişilərin 
üzünün eynisidir. Bu o qədər də həqiqətə uyğun deyil, çünki 
5


6
mənim  üzüm  başdan-ayağa  qırış-qırışdır.  Mən  bunu  çatış-
mazlıq saymıram. Mən bu cür yaranmışam və başqalarının 
başqa cür doğulmasının mənə heç bir dəxli yoxdur. Mənim 
üzüm heç nəyi bəzəmədən və təhrif etmədən necəliyimi göstərir. 
Bəlkə də adamın üzü əslində yalnız qılaf kimi bir şey olmalıdır, 
lakin üzümün elə olmaması mənim xoşuma gəlir.
Qırışlara  görə  mən  çox  qoca  görünürəm.  Əslində  qoca 
deyiləm.  amma  eşitmişəm  ki,  biz  karliklər  indi  yer  üzü-
nü  məskunlaşdırmış  bütün  irqlərdən  daha  qədim  bir  irqə 
mənsubuq  və  elə  bu  səbəbdən  də  anadan  qoca  doğuluruq. 
Bilmirəm,  bu  həqiqətən  belədirmi,  lakin  belədirsə,  deməli 
başlanğıc hüququ  bizimkidir.  Mən  şadam  ki,  tamam başqa 
cinsdənəm və bu hamıya aydın görünür.
Digər insanların üzü mənə tamam ifadəsiz görünür.
Sahiblərim  xətrimi  çox  istəyirlər,  xüsusilə  də  qeyri-adi 
və güclü insan olan hersoq. uzaqlara nüfuz edən fikirlərin 
müəllifi  və  həm  də  onları  həyata  keçirməyə  qadir  bir  şəx-
siyyət. Fəaliyyət adamı və eyni zamanda hər işə vaxt tapan, 
ən  müxtəlif  mövzularda  söhbətləşməyi  sevən,  savadlı  bir 
hökmdar. O öz həqiqi niyyətlərini bu cür söhbətlərin arxasın-
da ustalıqla gizlədir.
adam  fikirləşir  ki,  axı  hər  şeylə  eyni  zamanda  maraq-
lanmağın  nə  faydası  var  –  lakin  o  həqiqətən  maraqlanırsa, 
– çox mümkündür ki, bu onun vəzifəsidir, ola bilər ki, onun 
maraqları hər şeyi əhatə etməlidir, elə o buna görə hersoqdur 
da. adamda elə təəssürat yaranır ki, sanki dünyada nə varsa, 
hər şeyi artıq dərk edərək ona yiyələnib, ya da ən azı buna 
can atır. Heç kəs inkar etməz ki, onun şəxsiyyəti hər kəsdə 
hörmət doğurur. O mənim nifrət etmədiyim yeganə şəxsdir.
O, çox saxta bir insandır.


7
Mən öz ağamı kifayət qədər yaxşı tanıyıram. amma onu 
tam  tanıdığımı  söyləməzdim.  Çox  mürəkkəb  naturası  var, 
baş çıxarmaq asan deyil. İçində nəsə bir qeyri-adi, məxsusi 
bir sirr gizlətdiyini iddia etsək, yanılarıq – qətiyyən elə de-
yil, amma ona açar tapmaq da asan deyil. Əslinə qalsa, mən 
onu düz-əməlli başa düşmürəm və özüm də mat qalmışam ki, 
niyə əsl köpək vəfası ilə onun dalına düşmüşəm. amma o da 
məni başa düşmür axı.
Özünə qarşı başqalarına təlqin etdiyi pərəstişkarlığı, xoş-
niyyətliyi mənə təlqin edə bilmir. amma insanlara belə hisslər 
təlqin etmək iqtidarında olan bir ağaya xidmət etmək mənə 
xoş gəlir. O, böyük hökmdardır, mən bunu təkzib etmirəm. 
Lakin öz karlikinin gözlərində heç kim böyük ola bilməz.
Mən onun dalınca kölgə kimi gəzirəm.
Hersoginya Teodora məndən çox asılıdır. Mən onun sir-
rini qəlbimdə gəzdirirəm. Və heç vaxt, bir dəfə də olsun bu 
sirrə zərrə qədər eyham da vurmamışam. Lap mənə işgəncə 
versəydilər,  ən  dəhşətli  əzablara  məruz  qoy say dılar  belə  – 
heç nə qaçırmazdım dilimdən. 
niyə? Özüm də bilmirəm. Mən ona nifrət edirəm, onun 
ölümünü  arzulayıram,  onun  cəhənnəm  alovunda  necə  yan -
masını,  bu  alovun  onun  murdar  bədənini  necə  yalaması-
nı  görmək  istərdim.  Mən  onun  pozğun  həyatına,  mənim 
vasitəçiliyimlə  öz  sevgililərinə  göndərdiyi  abırsız  məktub-
larına,  kamzolumun  altında  közərmiş  kömür  kimi  sinəmi 
yandıran intim kəlmələrinə nifrət edirəm. amma satmaram 
onu. Mən daim ona görə həyatımı riskə qoyuram.
O məni öz yanına, yataq otağına çağırıb qulağıma ərklə 
tapşırıqlarını  pıçıldayaraq  sevgi  məktublarını  kamzolumun 
altında  gizləyəndə  bütün  bədənim  əsir  və  qan  düz  başıma 


8
vurur.  Lakin  o  heç  bir  şey  görmür,  o  hətta  tapşırıqlarının 
mənə həyatım bahasına başa gələ biləcəyi barədə bir an belə 
düşünmür. Onun həyatı bahasına yox, mənim həyatım baha-
sına! O yalnız sezilməz təbəssümüylə gülümsünür və məni 
hara lazımdırsa, ora da göndərir – risk və ölüm təhlükəsiylə 
görüşə.  Onun  gizli  həyatının  iştirakçısı  olmağım  qətiyyən 
vecinə deyil. amma o mənə bel bağlayır.
Mən onun bütün sevgililərinə həmişə nifrət etmişəm. On-
ların hər birinin üstünə atılıb xəncərlə yaralayardım ki, axan 
qanına  tamaşa  edəm.  Xüsusilə  də  onun  neçə  illərdən  bəri 
əlaqə saxladığı və görünür ayrılmaq fikrində də olmadığı don 
Rikkardonu görən gözüm yoxdur. Ona nifrət edirəm.
Hərdən  hersoginya  heç  utanıb  eləmədən  məni  öz  yanı-
na  hələ  yataqdan  qalxmamış  çağırır. artıq  cavan  deyil  və 
yataqda  beləcə  uzanıb  kameristkanın  qarşısında  tutduğu 
mücrüdən daş-qaşlarını bir-bir çıxarıb, seçərkən məzələnəndə 
döşlərinin  necə  sallaq  olduğu  görünür.  Başa  düşmürəm  ki, 
onu necə sevmək olar. Onda kişi ehtirası doğuracaq heç nə 
yoxdur. Bircə görünəni odur ki, nə zamansa gözəl olub.
Soruşur ki, mənim fikrimcə bu gün hansı daş-qaşını tax-
sa yaxşıdır. Məndən həmişə bunu soruşur. O, bəzək şeylərini 
nazik barmaqları arasından buraxır və qalın ipək örtüyün al-
tında tənbəl-tənbəl gərnəşir. O, fahişədir. Hersoqun böyük və 
dəbdəbəli yatağındakı fahişə. Bütün həyatı – sevişmədədir. 
O, məhəbbəti barmaqlarının arasından sürüşdürərək, özünün 
sezilməz  təbəssümüylə  onun  necə  axıb  getməsinə  tamaşa 
edir.
Belə dəqiqələrdə o çox asanlıqla ruh düşkünlüyünə düçar 
olur, bəlkə də özünü elə göstərirdi. Cazibədar bir hərəkətlə 
qızıl zəncirbəndini boynuna tutur, iri yaqut hələ də gözəl olan 
döşlərinin arasında alışıb yanır və o soruşur ki, necə bilirəm, 


9
bu zəncirbəndi taxsa yaxşı olarmı. Bütün yatağına ürəyimi 
bulandıran bir qoxu hopub. Ona nifrət edirəm, cəhənnəm alo-
vunda necə yanmasını görmək istərdim, amma cavab verirəm 
ki, məncə, bundan yaxşı seçim ola bilməz və o da minnətdar 
baxışlarını mənə göndərir, sanki hansısa dərdinə şərik oldum 
və kədərli bir təsəlli verdim ona.
Hərdən  məni  özünün  acıdil  dostu  adlandırır.  Bir  dəfə 
məndən soruşdu ki, sevirəmmi onu.
Hersoq bir şey bilirmi? Heç nə bilmir? Ya bəlkə, hər şeyi 
bilir?
adamda belə fikir yaranır ki, elə bil o, arvadının ikinci, 
məxfi  həyatı  üzərində  heç  düşünməyib.  amma  kim  bilir, 
onun  barəsində  heç  bir  şeyi  dəqiqliyi  ilə  deyə  bilməzsən. 
Onun üçün hersoginya yalnız günün işıqlı yarısındakı sima-
sı ilə mövcuddur, çünki o özü də elə gün işığında yaşayan 
məxluqlardan idi, ondakı hər şey parlaq gün işığıyla aydın-
lanırdı.  Çox  təəccübləndirici  idi  ki,  belə  bir  adam  mənim 
üçün  necə anlaşılmaz qala bilər axı. Yəqin  ona  görədir  ki, 
mən onun karlikiyəm. Və təkrar edirəm: mən özüm də onun 
üçün anlaşılmaz idim! Hersoginyanı mən ondan daha yaxşı 
anlayırdım. Mən onu anlayıram, çünki nifrət edirəm. nifrət 
etmədiyin  adamı  başa  düşmək  çətindir,  elə  bir  silahsızsan, 
içini açmalı bir alətin yoxdur.
Onun hersoginya ilə münasibətləri necə idi? O da sevgi-
lisi  idi?  Bəlkə  yeganə  həqiqi  sevgilisi  elə  o  idi?  Bəlkə  elə 
ona  görə  qadınının  xəlvətə  salıb  çıxardığı  oyunlara  sanki 
biganədir? Məsələn mən hiddətlənirəm – onun isə vecinə de-
yil! Mən bu sakit insanı dərk etmək gücündə deyiləm. Onun 
güzəşti  məni  dəli  eləyir,  daim  özümdən  çıxarır.  Kaş  o  da 
mənim kimi olaydı!


10
Sarayda  saysız-hesabsız  qəribə  və  səmərəsiz  adamlar 
qaynaşır. Həyatın mənasını tapmaq ümidi ilə saatlarla başın-
dan ikiəlli yapışıb oturan müdriklər. Qoca, bulanıq gözləri ilə 
guya insanların taleyini müəyyənləşdirən səma cisimlərinin 
yolunu izləyə biləcəyini güman eləyən alimlər. Gecələr uzu-
nu  saray  xanımlarına  özlərinin  şit  şeirlərini  oxuyan,  səhər 
açılanda  isə  arxlara  qusan  ava ra  və  fırıldaqçılar  –  beləsini 
bir dəfə elə arxın içində deşmişdilər, bir başqası isə, yadım-
dadır,  kavaler  Moroşelli  haqda  söyüş  dolu  həcvlərinə  görə 
çubuqla  döyülmüşdü.  Əxlaqsız  həyat  yaşayan  və  kilsələri 
müqəddəslərin  gözəl  şəkilləri  ilə  dolduran  rəssamlar.  İndi 
kilsənin  nəzdində  yeni  kampanella  (orta  əsrlərin  və  Re-
nessans  dövrünün  italyan  memarlığında  bir  qayda  olaraq 
kilsədən ayrı yerləşən zəng qülləsi) inşa etmək tapşırığı almış 
memar və bənnalar. Öncəgörənlər və bütün növlərdən olan 
şarlatanlar. Bütün bu avaralanan kütlə ürəyi istəyəndə peyda 
olur, kefinə düşəndə yoxa çıxır, bəziləri isə burda simsar kimi 
lap uzun müddət yaşayırlar və onların istisnasız olaraq hamı-
sı hersoqun qonaqpərvərliyindən istifadə eləyirlər.
Başa  düşmürəm  ki,  bu  avaralar  onun  nəyinə  lazımdır. 
Beynimə batmayan isə budur ki, onların sarsaq çərənçiliyinə 
saatlarla  necə  qulaq  asmaq  olar. Yaxşı,  şairləri  bir-iki  saat 
dinləmək olar, onlar da təlxək kimidirlər – saraylarda mütləq 
gərək olur. Onlar paklığı və insan ruhunun ucalığını, mühüm 
hadisələri  və  qəhrəmanlıqları  vəsf  edirlər.  Xüsusilə  də  öz 
şeirlərində sənin sahibinə mədhiyyələr, təriflər yağdırırlarsa 
buna  nə  deyə  bilərsən.  İnsanın  tərifə  ehtiyacı  var,  tərif  ol-
masa, adam heç öz gözlərində layiq olduğu məqama yüksələ 
bilməz. Həm indi, həm də keçmişdə o qədər gözəl, yüksək 
şeylər  taparsan  ki,  yalnız  şairlərin  vəsfinə  görə  məhz  belə 


11
gözəl və yüksək olub. Onlar hər şeydən öncə məhəbbəti vəsf 
edirlər və bu da düzgündür, çünki ən çox elə məhəbbətin eh-
tiyacı var ki, onu əslində necə varsa, elə təsəvvür etməsinlər. 
Şeiri dinləyəndə, qadınlar o dəqiqə qüssəli olurlar və sinələri 
ah  çəkməkdən  qalxıb-enir,  kişilər  də  ətraflarına  əlini  üz-
müş,  xəyalpərvər  baxışlar  yollamağa  başlayırlar,  axı  onla-
rın hamısı bilir ki, məhəbbət əslində necədir və deməli şeir 
elə  həqiqətdə  də  gözəl  alınıb.  Mən  başa  düşürəm  ki,  qara 
camaat  üçün  müqəddəslərin  şəkillərini  çəkən  bu  rəssamlar 
da olmalıdır ki, adamlar özləri kimi yoxsul və kirli olmayan 
kimsəyə sitayiş edə bilsinlər; mükafatlarını o dünyada almış-
lara oxşamağa çalışsınlar və alınlarına yazılan müddəti dö-
züb başa çatdırandan sonra, beləcə mükafatlandırılacaqlarına 
inansınlar deyə. Şəkillərdə bahalı paltar, qızıl çələng tapmış 
əzabkeşlərin  gözəl  təsvirləri.  Və  qara  camaata  tanrılarının 
bu  həyatda  müəyyən  işlər  görmək  istədiyinə  görə  çarmıxa 
çəkilməsini  əyani  nümayiş  etdirən  rəsmlər.  Deməli  onların 
da burda, bu yer üzündə ümidini bağlayası heç nələri yoxdur. 
Başa  düşürəm,  bu  cür  bəsit  sənətkarlar  bütün  hökmdarlara 
lazımdır, bircə bunu anlamıram ki, onların qəsrdə nə işi var 
axı. Onlar insanlar üçün bir sığınacaq, məbəd, bəzək-düzəkli 
məhbəs tikirlər ki, istənilən an içəri girib ruhi sakitlik tapalar. 
Və orda da onların xaçdan həmişəlik asılmış tanrısı səbirlə 
gözləyir. Bütün bunlar mənə aydındır, çünki mən özüm də 
elə xaçpərəstəm, onlar kimi mən də xaç suyuna çəkilmişəm. 
Və  mənim  xaç  suyuna  çəkilməyim  qanuni  qüvvəsindədir, 
hərçənd ki, bu mərasimi zarafatla təşkil eləmişdilər: hersoq 
Qonzaqo  ilə  donna  Yelenanın  nikah  mərasimi  vaxtı  məni 
onların  ilki  kimi,  sarayın  kupelində  xaç  suyuna  çəkməyə 
aparmışdılar, guya gəlin hamını heyran qoyaraq elə öz toyu 


12
günü azad olmuşdu. Mən dəfələrlə eşitmişəm ki, bu hadisə 
barəsində dəhşətli dərəcədə gülməli bir şey kimi danışırlar, 
amma elə gülməli idi, özüm də bunu təsdiq eləyə bilərəm, 
çünki bu hadisə baş verəndə, mənim artıq on səkkiz yaşım 
tamam  idi  və  bizim  hersoq  məni  bu  mərasim  üçün  onlara 
əlborcu vermişdi.
Lakin  heç  başa  düşmürəm  ki,  saatlarla  oturub  həyatın 
mənasını izah etmək istəyənlərə necə qulaq asmaq olar. Fi-
losofların  həyat  və  ölüm,  bu  qəbildən  olan  cürbəcür  əbədi 
tapmacalar  haqda  dərin  mülahizələrinə,  xeyirxahlıq,  şərəf, 
cəngavərlik haqda düşüncələrinə. Bir də ki, ulduzlar barədə 
nəsə  bildiyini  fikirləşən,  onlarla  insan  taleləri  arasında 
müəyyən  bir  bağlılıq  olduğunu  güman  eləyənlərə.  Onlar 
kafirdirlər,  hərçənd  ki,  küfrlərinin  nədən  ibarət  olduğu-
nu  bilmirəm,  heç  bilmək  də  istəmirəm.  Onlar  təlxəkdirlər, 
hərçənd  ki,  bu  nə  özlərinin,  nə  də  başqalarının  ağlına 
belə  gəlmir;  onlara  gülən  olmur,  oyunbazlıqları  heç  kəsi 
əyləndirmir. Onları niyə sarayda saxlayırlar – bilən yoxdur. 
Lakin hersoq onlara elə qulaq asır, sanki sözlərində mübhəm 
bir  məna  tapıb,  fikirli-fikirli  saqqalını  sığallayır,  mənə  də 
tapşırır ki, elə onun özününkü kimi qonaqlarının da gümüş 
badələrinə şərab süzüm. amma hərdən şərabı rahat süzməyim 
üçün kimsə məni dizinin üstündə oturdanda gülüşürlər.
ulduzlar barədə nəsə bilən varmı? Onların sirrini kim yoza 
bilər? Bu avaralar? Onlar Kainatla söhbət eləyə bildiklərini 
düşünürlər və qəliz cavablar alıb şad olurlar. Özlərinin səma 
xəritəsini açaraq göyləri kitab kimi oxuyurlar. Bu kitabı da 
özləri  yazıb,  ulduzlar  isə  onların  kitablarından  xəbərsiz  öz 
naməlum yolları ilə hərəkətlərindədirlər.


13
Gecənin  Kitabını  mən  də  oxuyuram. amma  yozumuna 
girişə bilmərəm. necə deyərlər, əlifbalarına bələdəm, lakin 
onu da bilirəm ki, göylərdə oxuduqlarımın yozumu yoxdur, – 
mənim müdrikliyim də elə bundadır.
Onlar durbin, kvadrant götürüb gecəni səhərə kimi sara-
yın qərb qülləsində marığa oturaraq elə fikirləşirlər ki, guya 
Kainatla  ünsiyyətə  girirlər.  Mən  isə  onlarınkı  ilə  üzbəüz 
qüllədə, hələ qədim zamanlardan karliklər yaşayan otaqda-
yam, İosafatı boğandan bəri burda tək yaşayıram, – tavanım 
alçaqdır, elə bizim cinsə tam uyğun, pəncərələr də mazğa-
la  bənzəyir.  Qabaqlar  burda  hər  yerdən  –  uzaq  ölkələrdən, 
hətta həbəşlərin diyarından gətiril miş çoxlu karlik yaşayırdı: 
hersoqların, papa və kardinalların hədiyyəsi, ya da ki, canlı 
əmtəə – hərdən belə də olur axı. Biz karliklərin nə doğma evi, 
nə ata-anası olmur, biz bu dünyaya gizli gəlirik, yadlardan 
doğuluruq,  harda  və  kimdən  olmağımızın  da  fərqi  yoxdur, 
qoy lap ən kasıblardan olsun, təki nəslimiz kəsilməsin. Və 
bizim  təsadüfi  valideynlərimiz  dünyaya  karliklər  nəslinin 
nümayəndəsini  gətirdiyindən  xəbər  tutan  kimi,  bizi  nü-
fuzlu  hökmdarlarına  satırlar  ki,  onları  öz  eybəcərliyimizlə 
əyləndirək,  onların  təlxəkləri  olaq.  Mənim  də  başıma  belə 
iş gəlmişdi – anam kimi doğduğunu anlayan kimi iyrənərək 
üzünü yana çevirib satmışdı məni: onun heç xəbəri də yox idi 
ki, mən çox qədim nəslin nümayəndəsiyəm. İyirmi eskudoya 
satmışdı və bu pula özünə bir paltarlıq parça və qoyunlarına 
keşik çəkmək üçün qoyun iti almışdı.
Mən karlik pəncərəsinin qabağında oturub gecəyə baxı-
ram – zəndlə baxıram, həmin o münəccimlər kimi. Mənim 
durbinə  ehtiyacım  yoxdur,  durbinsiz  də  kifayət  qədər 
diqqətliyəm. Mən də Gecənin Kitabını oxuyuram.


14
Hersoqun bütün bu alimlər, rəssamlar, filosof və münəc-
cimlərlə maraqlanmasının çox sadə bir izahı var. İstəyir ki, 
onun  sarayı  bütün  dünyada  şöhrət  tapsın,  özü  isə  hamının 
hörmətini  qazansın.  Tamamilə  anlaşılan  bir  istəkdir:  mənə 
məlum olduğu qədərincə bütün insanlar, imkan daxilində, elə 
buna çalışır. 
Mən  onu  gözəl  başa  düşürəm  və  bu  istəyinə  tamamilə 
şərikəm.
Kondotyer Bokkarossa özünün çoxsaylı məiyyəti ilə bir 
yerdə şəhərə gələrək Ceraldi ailəsi qovulandan sonra boş qal-
mış palasso Ceraldidə yerləşdi. O, hersoqu bir-neçə saatlıq 
ziyarət elədi. Başqa heç kəsin iştirakına icazə verilməmişdi.
O, böyük, məşhur kondotyer idi.
Kampanillanın  inşa  işləri  başlamışdı,  biz  ora  baş  çə kib 
işlərin necə getdiyinə baxdıq. Kampanilla kilsə gün bəzindən 
xeyli  uca  olacaqdı  və  zəngləri  çalınmağa  başlayanda  ada-
ma  elə  gələcəydi  ki,  səs  göylərdən  gəlir.  Gözəl  ideya  idi, 
həqiqətən də ideya adlandırılmağa layiq dir. Bu zənglər İtali-
yanın bütün zənglərindən yüksəkdə duracaqdı.
Hersoq  yeni  tikiliyə  çox  maraq  göstərir  və  onu  başa 
düşmək olar. O, tikinti meydançasında eskizlərə bir də baxdı 
və Çarmıxa Çəkilənin həyatının səhnələrini təsvir edən, onun 
kampanillasının  aşağı  hissəsini  bəzəyən  ba relyeflərdən  lap 
vəcdə gəldi. Hələ ki, işin yalnız bu qismi hazır idi.
Bəlkə bu tikinti də heç vaxt başa çatmayacaqdı. Mənim 
hersoqumun fikirləşdiyi bir çox tikililər yarımçıq qalır. Bö-
yük  ideyaların  gözəl  xarabalıqları. amma  son  nəticədə  elə 
bu  xarabalıqların  özləri  də  ideya  müəllifinə  abidədir.  Mən 
onun böyük hökmdar olduğunu heç vaxt inkar etməmişəm. 
O, küçə ilə gedəndə, məmnuniyyətlə yanaşı addımlayıram. 


15
Hamı  yuxarı,  ona  baxır,  məni  görən  olmur. amma  bunun 
elə bir əhəmiyyəti yoxdur. Onu ali bir varlıq kimi, ehtiram-
la salamlayırlar, lakin hersoqun fikirləşdiyi kimi, sevdikləri 
və yaxud hörmət elədiklərinə görə yox, yalnız ona görə ki, 
özləri  qorxaq,  ancaq  qul  olmağa  layiq  qara  kütlədən  sava-
yı bir şey deyillər. Məni şəhərdə tək görən kimi, gözlərinə 
tez dəyirəm, başlayırlar dalımca qışqırmağa: «Hersoqun kar-
liki! Ona bir tərik vurdunsa, elə ağasına vurmuş kimisən!» 
amma vurmağa ürək eləmirlər, əvəzində zibil qalaqlarından 
ya siçovul ölüsü, ya da başqa murdar bir şey tapıb dalımca 
tolazlayırlar. Mən də hirslənib şpaqamı siyirəndə başlayırlar 
qəhqəhəyə: «Bizim bu hökmdar yaman qüvvətlidir!» – deyə 
anqırışırlar.  Özümü  müdafiə  edə  bilmirəm,  çünki  müxtəlif 
silahlarla  döyüşürük.  Odur  ki,  başdan-ayağa  zibilin  içində, 
canımı yalnız qaçmaqla qurtarıram. 
Karlik hər şey haqda həmişə ağasından çox bilir.
Düzünü desəm, mən öz hersoquma görə dözməyin əley-
hinə deyiləm. nəhayətdə bu onun ayrılmaz tərkib hissəsi ol-
duğuma daha bir izafi sübutdur və bəlli hallarda onun yüksək 
personasını mən təmsil edirəm. Bisavad qara camaat da başa 
düşür  ki,  ağanın  karliki  –  zatən  elə  onun  özüdür,  məsələn 
qəsr də öz qüllələriylə – elə odur, saray da özünün dəbdəbəsi 
və gözəlliyi ilə – odur və meydanda boyun vuran cəllad da, 
saysız-hesabsız sərvətlərlə dolu xəzinə də, aclıq əyyamında 
yoxsullara çörək paylayan baş eşikağası da, – bütün bunlar 
elə  onun  özüdür.  Onlar  mənim  təmsil  etdiyim  hakimiyyəti 
hiss eləyirlər. Mən isə onların nifrətini görəndə məmnun olu-
ram.
Çalışıram ki, imkan dairəsində hersoq kimi geyinim: eyni 
parçalar,  eyni  biçim.  Ona  paltar  tikəndə  qalan  parça  artığı 


16
sonra mənim üçün istifadə olunur. Yanımdan həmişə şpaqa 
asılır, eynən onunku kimi, amma mənimki xeyli qısadır. Elə 
qamətim də, əgər diqqət yetirsən, elə onunku kimi vüqarlıdır.
Beləliklə,  əgər  fikir  versən,  görərsən  ki,  mən  hersoqa 
oxşayıram,  lakin  boyda  ondan  çox  balacayam.  Əgər  mənə 
qərbdəki  qüllənin  münəccim  təlxəklərinin  ulduzlara  bax-
dığı şüşələrdən baxsan, yəqin ki, hersoq olduğumu düşünə 
bilərsən.
uşaqlarla karliklər arasında böyük fərq var. Boyları eyni 
olduğu üçün, böyüklər fikirləşirlər ki, onlar bir-birinə uyğun 
gəlir,  amma  qətiyyən  yox,  heç  uyğun  gəlmirik.  Karlikləri 
tez-tez uşaqlarla oynamağa məcbur eləyirlər, daha anlamırlar 
ki, karlik uşağın tam ziddidir, o artıq doğulanda qoca olur. 
Balaca vaxtı karliklər, mənə məlum olduğu qədər, heç oyna-
mırlar, axı niyə oynasınlar, qırışlı, qoca sifətləriylə gülməli 
görünərdi  oynamaqları.  Bizi  oynamağa  məcbur  etmək  əsl 
təhqirdir. axı insanlar bizim barəmizdə heç nə bilmirlər.
ağalarım məni heç vaxt ancelika ilə oynamağa məcbur 
etməyiblər.  Əvəzində  o  özü  məcbur  eləyirdi.  Mən  demək 
istəmirəm  ki,  bunu  pislik  üçün  eləyirdi,  amma  onun  ilk 
illərini xatırlayanda hərdən adama elə gəlir ki, qəsdən, incə 
bir  işgəncə  verirdilər  mənə.  Başqalarının  heyran  qaldığı 
girdə, mavi gözü və kapriz bildirən ağzı olan bu uşaq, mənə 
saraydakı məiyyətin hamısından artıq işgəncə verirdi. Elə bir 
gün yox idi ki, səhər tezdən mənim yanıma, yuxarıya qalx-
masın (o vaxt qız hələ zorla yeriyirdi!), qoltuğunda da mütləq 
pişiyi olardı. «Pikkolino, bizimlə oynamaq istəyirsən?» Mən 
cavab verirəm: «Heç cür oynaya bilmərəm, mənim daha va-
cib işlərim var, bu gün oynamaq halında deyiləm». – «Sən 
nə iş görəcəksən ki?» – deyə saymazyana soruşur. «Balaca-


17
lar bunu anlamaz», – cavab verirəm. «Onsuz da bayıra çıxa-
caqsan da, bütün günü yatmaq olmaz ki! Mən çoxdan, lap 
çoxdan  oyanmışam».  Və  mən  onunla  getməli  oluram,  qəti 
imtina  eləməyə  ağalarıma  görə  ürəyim  gəlmir,  hərçənd  ki, 
içim qəzəbdən qaynamaq dərəcəsindədir. Qız öz dostu kimi 
əlimdən tutur, – nə sarsaq vərdişdir, zəhləm yapışqanlı uşaq 
əlindən gedir! Mən qəzəblə yumruğumu sıxıram, amma ona 
dəxli yoxdur, onsuz da qəmiş olub, ara vermədən danışa-danı-
şa hər yana sürüyür məni. Geyindirəcəyi, yedirdəcəyi kukla-
larının yanına, it damının yanındakı zənbildə qayna şan, hələ 
gözləri  açılmamış  küçüklərin  yanına,  mütləq  pişiklə  oyna-
malı olduğu qızılgül bağçasına. Onun bütün heyvanlara, özü 
də məhz balalarına, bütün balaca şeylərə bezdirici bir marağı 
vardı. O, öz balaca pişiyi ilə oynayır, oynayır, əl çəkmirdi və 
belə hesab eləyirdi ki, mən də onunla mütləq oynamalıyam. 
Ona elə gəlirdi ki, mən də uşağam və bir uşaq kimi, hər şeyə 
sevinirəm. Mən ha! Mən heç nəyə sevinmirəm.
Düzdür, hərdən mənim necə əldən düşərək əsəbiləş diyimi 
görəndə,  onun  beyninə  ağıllı  fikirlər  də  gəlirdi,  –  qəflətən 
mənə, qırışlı, qədim sifətimə təəccüblə baxırdı: «niyə sənin 
oynamaqdan xoşun gəlmir?»
Və nə qıfıllanmış dodaqlarımdan, nə minillik təcrübədən 
təkmilləşən  soyuq  gözlərimdən  cavab  almayaraq  mənə 
tamamilə yeni bir ifadə ilə – sadəlövh uşaq baxışlarındakı bir 
az qorxaq ifadə ilə baxıb bir müddət susurdu.
Oyun  nədir?  Mənasız  qurdalanma…  Əşyalar  və  hadi-
sələrlə  davranışda  qəribə  sünilik.  Hər  şeyi  əslində  olduğu 
kimi, ciddi qəbul etmirlər. Münəccimlər ulduz-ulduz oyna-
yırlar, hersoq öz tikintiləri, kilsələri, barelyefləri, kampanilla-
larıyla oynayır, ancelika kuklaları ilə oynayır – hamı oynayır, 


18
hamı riyakarlıq edir. Təkcə mənim sünilikdən zəhləm gedir. Yal-
nız mən ciddi yaşayıram.
Bir dəfə mən sakitcə onun yatdığı otağa girdim, pişiyini 
uzadıb xəncərlə başını kəsdim. Və elə pəncərədən də zibilliyə 
vızıllatdım. Elə qəzəblənmişdim ki, nə etdiyimi demək olar 
ki, anlamırdım. Daha doğrusu, anlamağına lap gözəl anlayır-
dım, mən qızılgül bağçasında saatlar uzunu ürəkbulandırıcı 
oyunlarımız  zamanı  beynimə  gələn  planı  həyata  keçirir-
dim. O, pişiyin yoxa çıxdığından duyuq düşəndə ovunmaq 
bilmirdi, hamı ona sevimli heyvanının çox güman ki, artıq 
sağ olmadığını söyləyəndə isə, qəribə bir qızdırma tutdu onu 
və  uzun  müddət  yatağa  düşdü,  odur  ki,  mən  onu  görmək 
zəruriyyətindən azad oldum. Sağalanda isə, təbii ki, qızın öz 
sevimlisinin taleyi barədə, onun anlaşılmaz bir tərzdə yoxa 
çıxması  haqda  acı  və  bitib-tükənməz  hekayətinə  qulaq  as-
malı oldum. Heç kəs pişiyin hara yoxa çıxması üzərində baş 
çatlatmırdı, əvəzində bütün saray qızın boğazında hardansa 
peyda  olmuş  qan  ləkələrinə  görə  az  qala  qorxudan  ölmüş-
dü və əfkari-ümumiyə əsasən, bu çox bəd əlamət ola bilərdi. 
İnsanların ürəyi gedir cürbəcür bəd əlamətlər tapmaq üçün. 
Onun bütün uşaqlıq illəri boyu əlindən heç rahatlığım yox 
idi, zaman-zaman oyunları dəyişirdi, vəssalam. Daim zəhləmi 
tökür, öz sirləri, dostluğu ilə mənə qəmiş olurdu, hərçənd ki, 
bu dostluq qətiyyən gərəyim deyildi. Hərdən fikirləşirəm ki, 
mənə bezdirici bağlılığının səbəbi onun pişik, it, ördək ba-
lalarına və ümumiyyətlə bütün balacalara bağlılığı ilə eyni 
idi. Ola bilər ki, o böyüklərin dünyasına uyuşa bilmirdi, ola 
bilər çəkinirdi ondan, yaxud nədənsə qorxmuşdu. amma bu-
nun mənə nə dəxli vardı axı! Özünü tənha hiss edirdisə belə, 
mənim əlimdən nə gələrdi ki! amma mənə necə yapışmış-


19
dısa,  qopmaq  bilmirdi  ki,  bilmirdi.  Hətta  sonralar,  uşaqlıq 
dövrünə əlvida deyəndən sonra da. Onda anası onunla daha 
maraqlanmırdı, onun kuklalarını əvəz edəcək yaşda deyildi 
– o da daim oy namağındaydı, bütün adamlar kimi, – atasının 
isə, təbii ki, başqa qayğıları özünə bəs edərdi. Bəlkə də ata-
nın qızı ilə az maraqlanmasının tamam başqa səbəbi vardı. 
amma bu barədə sussam yaxşıdır.
Yalnız on-on iki yaşlarından etibarən, qaradinməz oldu, 
özünə qapanmağa başladı və nəhayət ki, ondan ca nımı qur-
tardım. O vaxtdan bəri, ilahiyə şükür ki, məni sakit buraxıb 
və özü başını hərləyir. amma hərdən on dan çəkdiklərimi xa-
tırlayanda, elə indi də qəzəbimdən boğuluram.
O,  tamam  böyük  qızdır,  on  beş  yaşına  çatdı  və  yəqin 
tezliklə  ona  xanım  kimi  baxacaqlar.  amma  elə  indiyədək 
uşaq xasiyyətdir və özünü qətiyyən əsl-nəcabətli xanım kimi 
aparmır. Yeri gəlmişkən, atasının kimliyi bəlli deyil, ola bilər 
ki, elə hersoqun özüdür, lakin bic olduğunu da istisna eləmək 
olmaz və əgər belədirsə, onda onunla nahaq yerə hersoq qızı 
kimi davranırlar. Bəziləri deyir ki, o qəşəngdir. Mən isə heç 
bir  düşüncə  işartısı  sezilməyən  iri  və  girdə  gözlü,  yarıaçıq 
ağızlı bu uşaq sifətində qəşəng bir şey tapa bilmirəm.
Məhəbbət  ölə  bilir.  O  öləndə,  çürüməyə,  dağılmağa 
başlayaraq  yeni  bir  məhəbbət  üçün  münbit  zəmin  yarada 
bilər.  Onda  ölü  məhəbbət  özünün  gözəgörünməz  həyatını 
diri  məhəbbətin  içində  sürür  və  bu  o  deməkdir  ki,  əslində 
məhəbbət ölmür.
Hersoginya  məhz  bu  əqidəyə,  mənim  anlayışıma  görə, 
öz şəxsi təcrübəsi əsasında gəlib və xoşbəxtliyini də bunun 
üzərində  qurur. axı  onun  xoşbəxt  olmasına  heç  bir  şübhə 


20
yoxdur.  O,  başqalarını  da  özü  istəyən  kimi  xoşbəxt  eləyir. 
Hal-hazırda belə xoşbəxt don Rikkardodur.
Ola bilər ki, hersoq da xoşbəxtdir. Xoşbəxtdir ki, bir za-
manlar  onda  oyatdığı  hisslər  hələ  ölməyib  –  təxəy yülündə 
canlıdır.  O,  özünü  elə  göstərir  ki,  guya  məhəbbəti  yaşayır. 
Onların ikisi də özlərini elə göstərirlər ki, guya məhəbbətləri 
yaşayır. Hər ikisi oynayır.
Bir  zamanlar  hersoginyanın  bir  sevgilisi  vardı,  xəyanət 
etdiyinə  görə  qadın  onu  işgəncələrə  məruz  qoydu.  Elə  dü-
züb-qoşdu  ki,  ağlına  heç  bir  şey  gətirməyən  hersoq  onu 
heç ağlına belə gəlməyən cinayətə görə ittiham elədi. Onda 
həqiqəti təkcə mən bilirdim. Və işgəncələrdə də iştirak edir-
dim ki, sonradan özünü necə aparmasından hesoginyaya da-
nışım. Özünü qəhrəman kimi aparmırdı, elə onların hamısı 
təxminən necə aparardısa, elə də aparırdı.
Bəlkə də qızın atası elə o idi. Kim bilir!
amma hersoq da ola bilər, bunu da istisna eləmək olmaz. 
axı onda hersoginya onun qəlbini ələ almaq üçün qılığına 
girməyə çalışırdı və onların məhəbbəti özünün ikinci baharı-
nı yaşayırdı. Qadın hər gecə ərini qucaqlayıb itirilmiş sevgi-
lisinin aclığını çəkən aldadılmış ağuşunu ona təklif edirdi. O, 
sanki ərinə də işgəncəyə məhkum sevgilisi kimi nəvazişlər 
edirdi. Hersoq da nəvazişə nəvazişlə cavab verirdi, özlərinin 
ilk,  qaynar  məhəbbət  gecələrindəki  kimi.  Ölü  məhəbbət 
dirisinin içində öz sirli həyatını yaşamaqda idi.
Hersoginyanın müqəddəs atası hər şənbə günü səhər, onun 
üçün ayrılmış vaxtda gəlir. Gəlişindən xeyli qabaq isə, qadın 
artıq  ayaq  üstə  olur,  geyinir,  daranır  və  iki  saat  da  xaçdan 
asılmışın qabağında dizi üstə durur. O, tövbə üçün hazırdır.


21
Tövbəlik bir şeyi də yoxdur. nə aldadır, nə də riyakarlıq 
eləyir. Əksinə, səmimiyyətlə, lap ürəkdən danışır. O, günahın 
nə olduğunu bilmir. Özünün pis bir hərəkətini də görməyib. 
Bircə qulluqçusuna əsəbiləşib, saçlarını əcaib düzəldəndə. O, 
təmiz,  hələ  yazılmamış  bir  səhifədir,  Müqəddəs  ata  da  ba-
şını təbəssümlə ona tərəf elə əyir, sanki hələ toxunulmamış 
bakirədir.
Duadan,  Çarmıxa  Çəkilənlə  ünsiyyətdən  sonra  onun 
baxışları  aydın  və  sirayətedici  olur.  Özünün  oyuncaq  xa-
çından asılmış əzabkeş insancığaz ona görə də əzab payını 
alıb  və  qadının  ruhu  bütün  günahlardan  təmizlənib,  günah 
anlayışı barədə yaddaşın özü belə beynindən silinib. O, özü-
nü möhkəmlənmiş və sanki cavanlaşmış hiss edir, lakin eyni 
zamanda həm də ixlaskar və diqqətli; bu da onun sadə qara 
paltarı və bəzək-düzəksiz sifətinə çox yaraşır. Sonra da oturub 
sevgilisinə indiki ruhi vəziyyətini əks etdirən məktub yazır, 
içində məhəbbət və görüş barədə bircə kəlmə də olmayan sa-
kit bacı məktubu. Belə əhval-ruhiyyədə olanda, yelbeyinliyə 
çox dözümsüz olur. Mən də məktubu sevgilisinə aparıram.
Onun əsl mömin olduğuna şübhə etmək yaramaz. İnanc 
onun  üçün  dəyərli,  həyati  əhəmiyyət  kəsb  edən  bir  şey-
dir.  Onun  inanca  ehtiyacı  var,  istifadə  edir  ondan.  İnanc  – 
qəlbinin, ruhunun bir hissəsidir.
Bəs hersoqun özü necə, mömin adamdırmı? Demək çə-
tindir. Müəyyən mənada, bəli, əlbəttə elədir, çünki o özündə 
hər  şeyi,  o  cümlədən  inancı  birləşdirir,  amma  buna  inanc 
demək  olarmı?  Dünyada  inanc  adlı  bir  məfhumun  olması 
onun  xoşuna  gəlir,  inanc,  inam  barədə  söhbətlərə,  maraqlı 
teoloci mübahisələrə qulaq asmağı sevir – insanlara xas olan 
bir şey ona yad ola bilərmi? Onun dini obrazlardan, məşhur 


22
rəssamların madonnalarından, gözəl, əzəmətli məbədlərdən, 
xüsusilə  də  özünün  tikdirdiklərindən  xoşu  gəlir.  Bilmirəm, 
bunu  inanc  adlandırmaq  mümkündürmü.  amma  ola  bilər. 
Onun barəsində əgər bir hökmdar kimi bəhs etsək, o şəksiz di-
nin təsiri altındadır. Və bu işdə səmi miyyəti heç də hersogin-
yanınkından az deyil. O, xalqın dinə ehtiyacını anlayır, başa 
düşür ki, bu ehtiyac ödənməlidir və qapıları həmişə bu tələbatı 
ödəməklə məş ğul olanlar üçün açıqdır. Prelat və digər dini 
simalar  bu  qapılardan  o  yan-bu  yana  şütüməklərindədirlər. 
amma özü necə, şəxsən özü imanlı adamdırmı? Bu, tamam 
başqa məsələdir – burda mən bir söz demirəm.
O ki, qaldı hersoginyaya, ona heç şübhə yoxdur, o həqiqi 
mömindir.
Bəlkə onların ikisi də inanır, hərə öz bildiyi kimi?
Ümumiyyətlə inam, iman nədir? Mən bunun üzərində çox 
düşünmüşəm, amma bir yana çıxa bilməmişəm.
Bu  barədə  neçə  il  qabaq  keçirilmiş  karnaval  bayramın-
da, məni yepiskop rolunu oynamağa məcbur edib elə onun 
kimi geyindirəndə və mən Mantuan hersoqunun özü ilə kar-
navala gətirdiyi karliklərlə dini mərasim icra edəndə xüsusilə 
dərindən fikirləşmişəm. Biz qəsrin zallarından birində qurul-
muş kiçik mehrabın önündə toplaşdıq, ət rafda isə kinayəylə 
gülümsünən  qonaqlar  əyləşmişdilər  –  bütün  bu  senyorlar, 
cəngavərlər  özlərinin  təlxək  geyimlərində  fors  verirdilər. 
Mən xaçı yuxarı qaldırdım, bütün karliklər dizi üstə düşdülər. 
«Bu sizin günahlarınızı bağışlayandır! – deyə onlara alovlu 
nəzərlərlə  baxaraq  şimşək  gurultusunu  andıran  qalın  səslə 
dedim. – Bu, bütün karliklərin günahlarını bağışlayan, böyük 
hersoq Ponti Pilat zamanında işgəncə verilərək, yer üzündəki 
bütün adamların sevinci və yüngülləşməsi naminə oyuncaq 


23
xaça mismarlanmış əzabkeş karlikdir». Mən camı qaldırıb, 
onların gözü qabağında tutdum: «Bu onun – həmin kar likin 
qanıdır, sizin bütün böyük günahlarınız bu qanda yuyulacaq 
və  bütün  qara  ruhlar  təmizlənərək  qar  kimi  ağaracaq». Və 
mən  prosforanı  götürərək  onlara  göstərdim,  ayinə  müvafiq 
olaraq gözlərinin qabağında ondan bir dişləm alıb, camdan bir 
qurtum içdim, eyni zamanda da bu ecazkar ayinin mənasını 
izah edirdim: «Mən onun elə sizinki kimi eybəcər, isti vü-
cudunu yeyirəm. Dadı öddən də acıdır, çünki hədsiz nifrət 
hopub  ona.  Qəbul  edin  və  siz  də  yeyin!  Mən  onun  qanını 
içirəm, tonqal kimi alışdıran, heç kəsin söndürə bilməyəcəyi 
alovlu qanını. Sanki elə öz qanımın dadını gördüm.
Ey cümlə karlikləri bağışlayan, qoy sənin alovun bütün 
yer üzünü yandırsın!»
Və  mən  camdakı  şərabı  ətrafda  oturub  dörd  gözlə  bizə 
baxan  sarsılmış,  ağappaq  ağarmış  tamaşaçıların  üstünə 
səpdim.
Mən  kafir  deyiləm.  Kafirliyi  onlar  eləyirdi,  mən  yox. 
Buna baxmayaraq, hersoq əmr elədi ki, məni bir neçə günlük 
qandallasınlar:  guya  onlar  sadəcə  şənlənmək  istəyirmişlər, 
mən də hər şeyi korlayaraq onları dilxor elədim, qonaqları 
qorxutdum.  Mənim  ölçümdə  qandal  tapılmadı,  məcbur  ol-
dular  ki,  məxsusi  düzəltdirsinlər,  dəmirçi  isə  deyinirdi  ki, 
belə əhəmiyyətsiz həbs müddətinə görə bu boyda əlləşməyə 
dəyməz,  hersoq  da  dedi  ki,  düzəlt,  bəlkə  nə  vaxtsa  yenə 
gərəyimiz oldu. Məni lap tez buraxdı, təyin olunmuş vaxt-
dan da tez və mənə elə gəlir ki, hersoq bu cəzanı, daha çox, 
qonaqlara görə vermişdi: onlar gedən kimi, məni buraxdılar. 
Lakin ilk günlər o mənə birtəhər, elə bil ürkək baxır, otaqda 
mənimlə tək qalmaqdan çəkinirdi, adama elə gəlirdi ki, hətta 
qorxurdu məndən.


24
Karliklər  təbii  ki,  bir  şey  başa  düşmədilər.  Onlar  mur-
dar  xədim  səslərilə  cibbildəşərək  ürkmüş  toyuqlar  kimi 
bilmirdilər hara təpilsinlər. Heç bilmirəm bu dəhşətli səs on-
larda haradandır. Mənim səsim həm bəm, həm də güclüdür. 
Onlar axı yalnız cisimləri ilə xədim və qul deyillər, həm də 
batinləri  elədir  və  onların  əksəriyyəti  öz  bədəninin  başına 
gətirdiyi murdar oyunlarla nəslini biabır edən təlxəklərdir.
Mənfur cins! Yalnız onları görməməyimin xətrinə, işi elə 
qurdum ki, hersoq onları bircə-bircə satdı, axırda tək mən qal-
dım. Mən xoşbəxtəm ki, artıq onlar yoxdurlar və karliklərin 
yataq  otaqlarında  sükut  və  boşluqdur,  indi  mən  gecələr  öz 
xəyallarıma rahatca dala bilirəm. Mən şadam ki, İosafat da 
yoxdur və onun bədbəxt qoca sifətini görmək, cırıltılı səsini 
eşitmək zəruriyyətindən azadam. Mən xoşbəxtəm ki, tək qal-
mışam.
Görürsünüz  də,  işlər  elə  gətirib  ki,  hərdən  öz  xalqına 
da  nifrət  eləməli  olursan.  Bizim  irqdən  olanların  hamısına 
nifrətim var.
Lakin mən elə özümə də nifrət edirəm. İçi ödlə dolu vü-
cudumu  yeyib-tökürəm.  Zəhərli  qanımı  içirəm.  Mən  –  öz 
xalqımın məşum baş ruhanisi hər gün müqəddəs sirlərimin 
mübhəm mərasimini tək-tənha keçirirəm.
Bu  həngamədən  sonra,  hersoginya  özünü  qəribə  apar-
mağa başladı. Elə məni buraxdıqları gün, səhər yanına ça-
ğırdı və onun yataq otağına girəndə mənə fikirli-fikirli, sanki 
sınayırmış  kimi  baxdı.  Mən  qınaq  gözləyirdim,  hətta  yeni 
cəza alacağımı düşünürdüm, lakin o nəhayət ki, danışmağa 
başlayanda  etiraf  etdi  ki,  mənim  moizəm  onun  yaddaşın-
da  çox  dərin  izlər  buraxıb:  ondakı  çox  məşum  və  dəhşətli 
məqamlar  içini  sarsıdıb.  Mənim  içimə  necə  yol  tapdın,  ən 
məhrəm şeyləri necə sarsıda bildin?


25
Heç bir şey anlamırdım. Lakin o susaraq, yol çəkən gözlərini 
məndən  uzaqdakı  bir  nöqtəyə  zilləyəndə  ara dakı  pauzadan 
istifadə eləyib kinayəli bir təbəssümlə gülümsündüm.
Soruşdu ki, sən bilən, xaçda çarmıxa çəkilib asılı qal maq 
necədir? necədir səni qırmancla döyüb ölənə kimi işgəncə 
versinlər? Və dedi ki, İsa mənə nifrət etməlidir, bunu anla-
yıram. Bu əzablardan mənim üçün keçdiyinə görə dəhşətli 
nifrət bəsləməlidir mənə.
Cavab vermək fikrim yox idi, o da söhbətini daha davam 
elətdirmədi və uzun müddət sükut içində uzanaraq gözlərini 
naməlum bir nöqtəyə zillədi.
Sonra isə özünün gözəl əli ilə yüngül bir işarə verdi, yəni 
bu günlük bəsdir, kameristkanı səsləyib, tünd qırmızı paltarı-
nı gətirməyi tapşırdı, yataqdan qalxmaq vaxtı idi.
Heç  bu  günə  qədər  də  başa  düşmürəm  ki,  onda  her-
soginyaya nə olmuşdu.
Mən görürəm ki, hərdən adamlara qorxu təlqin elə yirəm. 
amma  əslində  insanlar  məndən  yox,  özlərindən  qorxurlar. 
Onlara  elə  gəlir  ki,  məndən  qorxurlar,  mən  isə  onların  hər 
birinin  içindəki  karlikəm  –  meymun  sifətli  insanabənzər 
məxluq, o məxluq ki, onların iç dünyasının dərinliklərindən 
tez-tez bayıra boylanır. Ona görə qor xurlar ki, batinlərində 
tamam  başqa  bir  vücudun  yuva  qurmasını  bilmirlər.  Onlar 
içlərindən,  ruhlarındakı  üfunətli  girdablarının  hansındansa 
qəfil çıxan, onların yaşadığı gündəlik adi həyata heç bir dəxli 
olmayan,  mövcudluğunu  ağıllarına  belə  gətirmədikləri  hər 
şeydən qorxurlar. nə qədər ki, həmin nəsnə üzə çıxmayıb, 
onların heç nə vecinə deyil, heç bir təhlükədən çəkinmirlər. 
Onlar qədlərini dikəldib etinasız görkəmlə gəzib dolanırlar 
və hamar üzlərindən heç bir ifadə oxunmur. Lakin iç dün-
yalarında daim mövcudluğundan bixəbər olduqları başqa bir 


26
məxluq həyatını sürür, onlarsa özləri də bilmədən bir neçə 
həyatı eyni zamanda yaşayırlar. Onlar möhkəm maskalanıb-
lar, onlar anlaşılmaz və çoxüzlüdürlər.
Və  eybəcərdirlər,  hərçənd  ki,  baxanda,  qətiyyən  de-
məzsən. Mən yalnız öz həyatımı – karlik həyatımı yaşayı-
ram. Heç vaxt qamətli və hamar sifətli olmuram. Mən həmişə 
elə  özüm  kimiyəm,  həmişə  eyni,  bircə  həyat  yaşayıram. 
İçimdə  də  heç  bir  başqa  məxluq  yoxdur.  İçimdə  nə  varsa, 
hamısını  tanıyıram,  ruhumun  dərinliklərindən  qəfil  çıxan 
heç nə olmur, orda gizlənən də yoxdur. Odur ki, həm onları 
qorxudan naməlum varlıq mənə tamam yaddır, həm də anla-
şılmaz və mübhəm nəyinsə qarşısında qorxu hissi keçirmək. 
Mənim üçün belə bir şey ümumiyyətlə mövcud deyil. İçimdə 
«başqası» yoxdur.
Qorxu?  O  nə  olan  şeydir?  Çox  güman  ki,  gecənin 
zülmətində tək qalarkən, İosofatın kabusunun gəldiyini, özü-
nün ölüm kimi bəmbəyaz sifətilə, boynundakı boğulma qan-
çırlarıyla  bir  yerdə,  ağzını  geniş  açıb,  getdikcə  mənə  daha 
çox yaxınlaşdığını görəndə qorxmalıyam.
Lakin mən nə qorxu hissi keçirirəm, nə də peşmançılıq, 
ümumiyyətlə heç bir güclü hissiyyatım olmur. Onu görəndə 
yalnız bir şey düşünürəm ki, İosofat ölüb və həmin gündən 
bəri mən tamam tək qalmışam.
Mən tək qalmaq istəyirəm, mən istəmirəm ki, özümdən 
başqa nəsə olsun. Onun öldüyünü lap aydın görürəm. Bu yal-
nız onun kabusudur və mən zülmətin içində tənhayam, eyni 
şey düz onu boğandan bəri hər gecə təkrarlanır.
Bunda da qorxulu bir şey yoxdur.
Sarayda  çox  ucaboy  bir  kişi  peyda  oldu,  hersoq  onun-
la  təəccüb  doğuracaq  dərəcədə  hörmətlə,  hətta  deyərdim 
ki, ehtiramla davranır. Çağırılmış qonaqdır və hersoq deyir 


27
ki,  yolunu  çoxdan  gözləyirdi,  onu  nəhayət  ki,  öz  viziti  ilə 
şərəfləndirdiyindən xoşbəxtdir.
Onunla lap özünə bərabər birisi kimi davranır.
Lakin saraydakıların hamısına bu gülməli gəlir, bəziləri 
isə deyir ki, qonaq həqiqətən də qeyri-adi adamdır və her-
soqlara  bərabər  tutulası  insandır.  amma  o  hersoqlar  kimi 
geyinmir, çox sadə geyinir. Bu şəxs əslində kimdir və qey-
ri-adiliyi nədədir, hələlik öyrənə bilməmişəm. Yəqin zama-
nı yetişəndə, aydınlaşacaq. Deyirlər ki, burda uzun müddət 
qalacaq.
İnkar edə bilmərəm ki, onda nə varsa, adamlarda özünə 
qarşı ehtiram hissi oyadır: Özünü tam sərbəst və başqaların-
dan çox ləyaqətli aparır, hündür, necə deyərlər, zəka möhürü 
aydın  oxunan  alnı  var,  çallaşmış  saqqalıyla  bitən  sifəti  isə 
nəcib və həqiqətən gözəldir. Onda incə və çox ahəngdar nəsə 
var, hərəkətləri və maneraları sakit, ölçülüdür.
Eybəcərliyinin nədən ibarət olduğunu bilmək pis ol mazdı.
Diqqətəlayiq qonaq hersoqla eyni mizin arxasında nahar 
edir.  Onlar  daim  müxtəlif  mövzularda  söhbətlər  edirlər  və 
mən ağama xidmət göstərirəm – o həmişə tələb edir ki, bunu 
məhz mən eləyim, – görürəm ki, qonağımız həqiqətən ziyalı 
bir adamdır. Onun zəkası sanki dünyada hər şeyi əhatə edir, 
hər  şeylə  maraqlanır.  O  istənilən  şeyi  izah  etməyə  girişir, 
amma başqalarından fərqli olaraq, öz nöqteyi-nəzərinin düz-
gün olduğuna həmişə əmin deyil. Məsələn filan, ya bəhmən 
hadisəni  onun  fikrincə  necə  başa  düşmək  lazım  olduğunu 
yerli-yataqlı izah edərkən hərdən susub fikrə gedir, sonra da 
şübhələrini  bölüşür:  amma  çox  mümkündür  ki,  mənim  bu 
dediklərim həqiqətə uyğun deyil. Mən özüm də bilmirəm ki, 
bunu necə qiymətləndirim. Bax bu, müdrikliyin bir növüdür, 


28
amma çox ola bilər ki, belə deməsinin səbəbi həqiqətən də 
nəyisə dəqiq bilməməsi, tərəddüddə olmasıdır və burdan da 
belə bir nəticə hasil olur ki, bayaqdan bəri qurduğu söz saray-
ları da əhəmiyyətsiz və dəyərsiz bir şeydir. Əgər mən insan 
şüurunun imkanlarını düzgün qiymətləndirirəmsə, ikinci eh-
timalım daha realdır. Lakin çoxları anlamır ki, insan şüuru-
nun qeyri-kamilliyi adamı bəlli bir təvazökarlığa sövq edir. O 
isə, çox mümkün ki, bunu başa düşür.
Hersoq da bunların heç birini duymur, onu elə acgözlüklə 
dinləyir, sanki büllur kimi saf, bilik və idrak qaynayan bir 
bulağın  suyunu  içir.  Üzüyola  şagird  müəlliminə  baxan 
kimi, onun düz ağzına baxır, amma təbii ki, özünün hersoq 
ləyaqətinə bir xələl gətirmədən. Hərdən ona «maestro» deyir. 
Maraqlıdır,  bu  yaltaqlığa  bənzəyən  mütiliyin  səbəbi  nədir? 
Sahibimi yaxşı tanıdığıma görə deyirəm ki, nəsə bir səbəb 
mütləq  olmalıdır. alim  kişi  isə  özünü  elə  aparır,  sanki  bu 
müraciəti heç eşitmədi də. Bəlkə o elə əslində də təvazökardır. 
amma digər tərəfdən də o hərdən çox qəti fikirlər bildirir, öz 
nöqteyi-nəzərini əminliklə müdafiə edərək, elə dəlillər gətirir 
ki, iti və sirayətedici zəkasının birbaşa sübutudur.
Belə çıxır ki, o həmişə tərəddüd etmir.
Bir qayda olaraq sakit, gözəl və qeyri-adi dərəcədə ahəng-
dar, musiqili bir səslə danışır. Mənə qarşı gülərüzdür, hətta 
müəyyən  maraq  da  göstərir.  Səbəbini  bilmirəm.  Hərdən 
mənə elə gəlir, sanki o nəyiyləsə hersoqu xatırladır, hərçənd 
ki, nədə bənzədiyini düz-əməlli izah eləyə bilmərəm.
O, saxta adam deyil.
Bizim möhtərəm yadelli Santa-Kroçdakı fransiskan mo-
nastırında işə başlamağa hazırlaşır, ordakı ziyafət salonunun 
divarında nəsə şəkil çəkəcək. Deməli, o sadəcə olaraq, bu sa-


29
raydakı çoxları kimi müqəddəslərin şəkillərini və bu qəbildən 
olan başqa cürbəcür şeyləri cızma-qara eləyənlərdəndir. Sən 
demə onun «diqqətəlayiqliyi» elə bunda imiş.
Mən  demək  istəmirəm  ki,  o  eyni  zamanda  başqa,  daha 
böyük və əhəmiyyətli bir şəxs ola bilməz və onu mütləq pri-
mitiv peşə yoldaşlarına bərabər tutmaq lazımdır. axı etiraf 
etmək gərəkdir ki, o qat-qat dərin təsir doğurur və aydındır 
ki, hersoq da onu bütün qalanlarından daha diqqətlə dinləyir. 
amma hər halda qeybdən xəbər verən orakul deyil ki, ağzını 
açıb qulaq asasan, hər gün özünlə bir masa dalında oturda-
caq dərəcədə əhəmiyyətli bir adam deyil. Yox, bunu heç dərk 
etmək olmur. nə deyirsən de, o yalnız sadə sənətkardır və 
bütün savadına, zəkasına baxmayaraq, nə iş görürsə, məhz 
əlləri ilə görür və danışarkən çox şeyi, o qədər şeyləri əhatə 
edir  ki,  heç  özü  də  əməlli  qavraya  bilmir!  Əlləri  necədir, 
bilmirəm, ümidvaram ki, əgər hersoq bu işi ona tapşırıbsa, 
bacarıqlıdır, o ki, qaldı boyundan böyük suallara cavab tap-
mağa girişən şüuruna, bunu da elə özü etiraf edir də. Yəqin 
o xəyalpərəstdir, fantaziyabazdır. Özünün aydın zəkasına və 
saysız-hesabsız ideyalarına baxmayaraq, görünür ki, öz dün-
yasını düz qum üzərində ucaldır və demək, bu dünya zatən 
irrealdır.
amma  nə  qədər  qəribə  olsa  da,  məndə  bu  insan  haqda 
konkret fikir hələ formalaşmayıb. Görəsən niyə? adətən rast-
laşdığım bütün insanlar barədə məndə müəyyən bir fikir lap 
tez formalaşır. Çox güman ki, o başqalarından elə öz boyu 
qədər  uca  şəxsiyyətdir.  O,  sanki  bütün  parametrlərdə  orta 
səviyyəni üstələyir. Soruşulur: görəsən niyə mənim rastlaşdı-
ğım bütün adamlardan bu dərəcədə fərqlənməlidir ki?


30
Hər necə olsa da, məncə hersoq onun dəyərini əslində ol-
duğundan yüksək qiymətləndirir.
Onun adı Bernardodur, lap adi adlardan biri.
Hersoginyanı  o  maraqlandırmır.  Qocadır  axı.  Kişi 
söhbətləri  isə,  göründüyü  kimi,  onu  qətiyyən  cəlb  eləmir. 
Onların uzun-uzadı söhbətlərinin iştirakçısına çevriləndə, o 
susaraq, öz xəyallarına baş vurur. Mənə hətta elə gəlir ki, bu 
diqqətəlayiq kişinin nə dediklərini heç eşitmir də.
Əvəzində,  deyəsən  onu  hersoginya  əməlli-başlı  maraq-
landırır. Fikir vermişəm ki, kimsə görməyəndə, onu yaman 
oğrun-oğrun süzür. Sifətini öyrənir, özünün hər şeylə maraq-
lanan və getdikcə daha fikirli baxışlarıyla sanki nəsə tapmaq 
istəyir bu qadının çöhrəsində. Bu kişini onun nəyi cəlb edə 
bilər?
axı üzü qətiyyən maraqlı deyil. Fahişə olduğu o dəqiqə 
görünür, hərçənd ki, bunu aldadıcı günahsızlıq pərdəsi arxa-
sında  gizləməyə  çalışır.  Onun  mahiyyətini  anlamaq  üçün, 
uzun-uzadı  baxmaq  gərəkməz.  Daha  sifətində  baxası  nəyi 
qalıb ki? Onda cazibədar olan nədir?
Rəssama nə var ki, onu isə, dünyada hər şey öz cazibəsinə 
sala bilər, bu aydın görünür. Məsələn, yerdən bir daş qaldı-
rıb, – bunu özüm görmüşəm – qeyri-adi bir maraqla nəzərdən 
keçirə bilər, o üzünə-bu üzünə çevirib tamaşa edə bilər, axır-
da da qiymətli bir şey kimi cibinə qoya bilər. adama elə gəlir 
ki, yer üzündə onun diqqətini özünə cəlb etməyə qadir olma-
yan bir şey yoxdur. Divanədir, nədir?
Qibtəyə layiq divanəlikdir! adi daşı da qiymətli sayan bi-
risi addımbaşı xəzinə tapar da.
Hər şeylə maraqlanır. Burnunu hər yerə soxur, hər şeyi 
bilməlidir, hər şeyi soruşub öyrənməlidir. Fəhlələrdən alətləri, 


31
iş  üsulları  barədə  soruşur,  qeydlərini  söyləyir,  məsləhətlər 
verir.  Şəhərdən  kənardakı  gəzintilərindən  bir  qucaq  gül-
çiçəklə  qayıdır,  oturub  başlayır  ləçəklərini  bircə-bircə  yol-
mağa  ki,  quruluşlarını  içəridən  öyrənsin.  Saatlarla  dayanıb 
quşların  dəstə-dəstə  uçmasına  baxa  bilər,  guya  bunda  nəsə 
qəribə bir şey var. Hətta qəsr darvazalarının qarşısında paya-
lara sancılmış, hamının baxmaqdan çoxdan bezdiyi oğru, qa-
til kəllələrinə də az qala saatlarla tamaşa edərək düşüncələrə 
qərq ola bilər, sanki nəsə bir tapmaca var onlarda, baxıb cib 
dəftərçəsinə  gümüş  qələmlə  təsvirlərini  köçürür.  Bir  neçə 
gün  qabaq  meydanda  Françeskonu  asanda  o  kiçik  oğlan 
uşaqları ilə hamıdan qabaqda dayanmışdı ki, yaxşı görə bil-
sin. Gecələr ulduzlara tamaşa eləyir. Onun maraq dairəsində, 
sözün əsl mənasında, həm yer, həm göy var.
Görəsən həqiqətən hər şeydə maraqlı nəsə var?
Burnunu  hara  soxması  mənim  heç  vecimə  deyil.  La kin 
əgər  bir  də  mənə  toxunsa,  xəncərləyəcəm  onu.  Qəti  qəra-
rımdı, vuracam – sonra başıma nə gəlir, qoy gəlsin.
Bu gün axşam ona şərab süzəndə əlimdən yapışdı, deyə-
sən  baxmaq  istəyirdi,  –  acıqla  dartdım  əlimi.  Hersoq  isə 
gülümsünüb əmr elədi ki, əlimi göstərim. O, əlimə diqqətlə 
baxırdı, sırtıq bihəyalıqla, hər oynağını, biləyimdəki hər qı-
rışı öyrənirdi, hətta qolumu da çırmalamaq istəyirdi ki, bir 
az da yuxarıları nəzərdən keçirsin. Mən bir də əlimi dartdım, 
artıq ağlım tamam çaşmışdı, qəzəbim içimdə qaynayırdı. Hər 
ikisi  gülümsünürdü,  mən  isə  onları  baxışlarımla  yandırıb 
külə çevirməyə hazır idim.
Əgər o bir də mənə əlini vursa, onun axan qanına ləz zətlə 
tamaşa  edəcəm!  Mənə  toxunanda  zəhləm  gedir,  bədənimə 
cüzi yad təmas da dözülməzdir.


32
Qəribə şayiələr dolaşırdı, guya o hersoqu razılaşdırmışdı 
ki,  Françeskonun  cəsədini  ona  versin;  istəyirdi  meyiti  yar-
sın, insanın quruluşuna içəridən də baxsın. Ola bilməz. Heç 
ağlasığan deyil. Ola bilməz ki, cəsədi kəndirdən çıxarsınlar, 
axı  o  asılı  qalmalıdır  ki,  camaat  quldurun  bia bırçı  sonunu 
görüb qorxsun, hökm belə çıxarılıb, niyə o birilər kimi bu 
alçağın da cəsədini qarğa-quzğun dimdikləməsin ki! Təəssüf 
ki, mən onunla tanış idim, çox yaxşı tanıyırdım və əla bilirəm 
ki, dünyada ən ağır cəzaya layiq idi, küçədə dalımca o qədər 
murdar sözlər qışqırırdı ki. Onu kəndirdən çıxarsalar, cəzası 
o biri asılanlarınkı kimi olmayacaq.
Mən bu barədə yalnız bu gün axşam eşitmişəm. İndi isə 
gecədir, görə bilmirəm ki, o murdar hələ kəndirdən asılı qa-
lıbmı. 
İnana bilmirəm ki, hersoq bu işə qol qoya. Yalandır!
Yox,  bu  həqiqət  imiş!  Əclaf  daha  dar  ağacından  asıl-
mayıb. Mənə hətta bəllidir ki, meyit hara itib. alim qocanı 
biabırçı bir iş üstə tutdum!
Diqqət yetirdim ki, zirzəmi həmişəki kimi deyil. Daim qı-
fıllı olan qapı açıq qalmışdı. Bunu hələ dünən görmüşdüm, 
amma fikir verməmişdim. Bu gün isə getdim ki, görüm orda 
nə baş verir, gördüm qapı elə dünənki kimi aralı qalıb. Dar, 
qaranlıq dəhlizlə növbəti qapıyadək getdim, o da açıq idi, səs 
salmamağa çalışaraq içəri girdim, geniş bir otaq idi – otağın 
cənub divarındakı dar pəncərədən düşən işığın altında Fran-
çeskonun cəsədinin üstünə əyilmiş qocanı gördüm. Əvvəlcə 
gözlərimə inanmadım, amma Françesko idi, lap dəqiq, özü 
də artıq yarılmışdı, bütün içalatı, ürəyi, ciyərləri görünürdü, 
lap heyvanlarınkına oxşayırdı. Ömrüm boyu bundan murdar 
bir şey görməmişdim, heç təsəvvür edə bilməzdim ki, insa-


33
nın daxili bu qədər iyrəncdir. Qoca isə əyilib, içalatı gərgin 
bir maraqla nəzərdən keçirirdi, ürəyin yanındakı nəyisə qayçı 
ilə kəsirdi. Başı öz məşğuliyyətinə elə qarışmışdı ki, mənim 
içəri girdiyimi də görmədi. adama elə gəlirdi ki, indi onun 
aləmində əlləşdiyi bu murdar içalatdan başqa heç nə yoxdur. 
nəhayət ki, başını qaldırdı və mən onun xoşbəxtlikdən pa-
rıldayan gözlərini gördüm. Üzündə mükəmməl bir heyran-
lıq ifadəsi vardı. Ürəyim istəyən qədər tamaşa edə bilərdim 
ona, çünki o işığın altında durmuşdu, mən isə kölgənin lap 
dərinliyində idim. Onsuz da gözləri başqa heç nəyi görmür-
dü,  tanrıyla  söhbət  eləyən  peyğəmbər  kimi  ilhamlı  duruşu 
vardı. Təsəvvürəgəlməz bir ürəkbulanması qalxdı içimdə.
Hersoqlara tən gələn! Cinayətkarın içalatına baxan nəcib 
cənab! Üfunətdə eşələnən!
Bu gecə onlar az qala dan yeri sökülənədək oturdular – 
elə  hey  danışır,  danışırdılar.  Əvvəllər  bir  belə  danışdıqları 
heç olmamışdı. Özlərini lap əsl ekstaza düşənədək qızışdır-
mışdılar.  Onlar  təbiətdən,  onun  əzəməti  və  səxa vətindən 
danışır,  təəccüblənirdilər.  Əzəmətli,  vahid  bitkinlik,  vahid 
möcüzə! Yer üzündəki çaylar suyu torpağa yayan kimi qanı 
bədənə paylayan arteriyalar, okeanın qabarma və çəkilmələri 
sayaq nəfəs alan ciyərlər, bədən üçün yerin söykəndiyi daş 
təbəqələrin rolunu oynayan skelet, bədən isə elə Yerin özü-
dür. Yer kürəsinin nüvəsindəki alov, ruhun atəşinə bənzəyən, 
elə mənbəyini də onun özü kimi günəşdən götürən bir alov-
dur, o günəş ki, onu hələ qədim insanlar ilahiləşdirmişdi – bü-
tün canlı ruhların başlanğıcı, həyatın ilk mənbə və ilk səbəbi, 
kainatın bütün səma cisimlərinə öz işığını bəxş edən günəşi. 
Çünki bizim dünya – kainatın minlərlə ulduzundan biri idi.


34
Onlar dəliyə oxşayırdılar. Mən də bütün bunları dinlə mək 
məcburiyyətində idim, etiraz etməyə heç imkanım yox idi. 
Getdikcə daha artıq əmin oluram ki, o həqiqətən divanədir, 
şeytan  qulağına  qurğuşun,  bir  də  gördün  hersoqu  da  öz 
gününə  saldı.  Qəribədir  ki,  hersoq  onun  əlinə  düşəndə  nə 
qədər yumşaq, üzüyola olurdu.
Belə  fantaziyaları  ciddi  qarşılayıb,  necə  inanmaq  olardı 
axı?! Bu ilahi vəhdətə necə inanmaq olardı? Özü necə de-
yirdi,  harmoniya?!  Bu  cür  gəlişigözəl,  pafoslu,  mənasız 
sözlərdən istifadə etməyə də utanmırdı! Təbiətin möcüzəsi! 
Mən Françeskonun içalatını xatırladım, ürəyim ağzıma gəldi.
Təbiətin sirli batininə nəzər salmaq necə böyük xoşbəxt-
likdir! – deyə heyran nidalarla danışırdılar. Gör orda tədqi-
qatçının hər şeylə maraqlanan gözlərinə nə qədər nəhayətsiz 
imkanlar təklif olunur! Bütün bunları, bütün bu gizli qüvvələri 
mənimsəyən və onları özünə işlədən insan gör öz əhəmiyyəti, 
sərvəti baxımından nə qədər yüksələr! Təbiətin dörd ünsü-
rü  onun  iradəsi  önündə  baş  əyər,  qəzəbi  ram  edilmiş  atəş 
sakitcə ona qulluq edər, torpaq yetirdiyi nemətləri yüz dəfə 
artırar, çünki insan yeni inkişaf qanunları kəşf edəcək, çaylar 
onun  sözünə  baxacaq,  okeanlar  isə  onun  gəmilərini  kaina-
tın fəzasında gözəl bir ulduz kimi süzən əzəmətli planetimi-
zin dörd tərəfinə aparacaq. O, hətta səmaları da fəth eləyər, 
günlərin birində quşların uçuşunu təqlid edərək çəkisindən 
azad olub süzməyə başlayar, elə quşlar kimi, fəzadakı ulduz-
lar kimi və indi bəşər zəkasının nə dərk, nə də ki, fərz edə 
bildiyi məqsədinə sarı uçub gedər.
ah!  Bu  dünyada  yaşamaq  necə  əla,  necə  gözəldir!  Gör 
insan yaşamının idrakdan kənar əzəməti nə qədərdir!
Onların sevinci tükənməz idi. Oyuncaq, nəyinə gərək ol-
duğunu da bilmədiyi halda, dağ boyda üst-üstə qalaqlanmış 


35
oyuncaq barədə mənasız xəyala dalan uşaqlara bənzəyirdilər. 
Onlara müdrik karlik nəzərləriylə baxırdım və qırışların şı-
rımladığı  qədim  sifətimdə  bircə  əzələm  belə  tərpənmədi. 
Karliklər uşaqlara bənzəməzlər. Onlar heç vaxt oynamırlar. 
Mən arabir barmaqlarımın üstünə qalxıb onların badələrinə 
naqqallıq eləyə-eləyə içdikləri şərabdan süzürdüm.
axı  onlar  həyatın  əzəməti  barədə  nə  bilirlər?  Haradan 
bilirlər ki, onun əzəməti ümumiyyətlə varmı? Bu yalnız in-
sanların təkrar etməkdən doymadığı bir ifadədir. Elə həmin 
uğurla iddia eləmək olar ki, həyat əhəmiyyətsiz bir şeydir. 
Lazımsız, kiçik – cücü kimi dırnaqla əzib yox etmək müm-
kün olan bir şey. Həyat heç onda da müqavimət göstərməz, 
özünün sonu onu heç də qalan şeylərdən artıq maraqlandır-
mır. O hər şeyə biganədir. niyə də olmasın? niyə axı o özünü 
qorumalı, müdafiə etməyə can atmalıdır? Ümumiyyətlə, niyə 
həyat nəyəsə can atmalıdır? Doğrudan da, niyə onu nəsə na-
rahat etməlidir?
Təbiətin bətninə nəzər salmaq! Yaxşı nə var bunda? Əşi, 
onlar bunu eləyə bilsəydilər, özləri də dəhşətə gə lərdi. Elə 
bilirlər təbiət məxsusi onlar üçün mövcuddur, təxəyyüllərində 
canlandırırlar ki, bütün bunlar yalnız onların faydalanması, 
onları sevindirmək, şəxsən onların həyatını həqiqətən gözəl, 
əzəmətli  etmək  üçün  mövcuddur.  axı  onlar  bu  barədə  nə 
bilirlər? Haradan bilirlər ki, təbiət ancaq onlarınkıdır, onların 
yöndəmsiz uşaq arzularını gerçəkləmək üçündür?
Onlara  elə  gəlir  ki, Təbiətin Kitabını oxuya  bilirlər,  elə 
bilirlər bu kitab qabaqlarında açıqdır. Hətta elə fikirləşirlər 
ki, irəliyə baxıb, hələ yazılmamış, ağappaq, təmiz səhifələri 
də oxuya bilərlər. ağılsız, özündən müştəbeh sarsaqlar! On-
ların həyasız müştəbehliyinin həddi-hüdudu yoxdur!


36
Təbiətin nəyə hamilə olduğunu, bətnində nələri böyütdü-
yünü kim bilər axı?! nəyisə hələ baş verməmişdən kim görə 
bilər?!  Məgər  ana  qarnında  gəzdirdiyinin  oğlanmı,  qızmı 
olduğunu  bilir?  Hardan  biləcək!  O  bəlli  zamanını  gözləyir 
və  yalnız  onda  hamı  görəcək  ki,  dünyaya  gətirdiyi  nədir. 
Karlikdən soruşaydınız barı, o hər şeyi izah edərdi.
Mən  də  ona  təvazökar  deyirdim!  necə  səhv  etmişəm! 
Əksinə, mən tanıdığım adamlar içində ən özündənrazısı elə 
odur. Onun bütün mahiyyəti, bütün ruhu – özündən müştə-
behlikdir. Düşüncəsi də o qədər özündənrazıdır ki, qətiyyən 
ona  tabe  olmayan  dünyanı  bir  hökmdar  kimi  idarə  etmək 
istəyir.
O, sadə, təvazökar görünə bilər, çünki daim nəsə soruşur, 
aydınlaşdırmaq istəyir, həmişə də deyir ki, guya filan-filan 
şeyləri bilmir, yalnız öz qüvvəsi müqabilində öyrənməyə ça-
lışır. Lakin ona elə gəlir ki, mənzərə bütövlükdə ona aydın-
dır. arxayındır ki, o, həyatın mənasını artıq dərk eləyib. O, 
kiçik məsələlərdə tərəddüdlər keçirir, böyükdə yox. Qəribə 
təvazökarlıqdır.
Dünyada  hər  şeyin,  baş  verən  hər  hadisənin,  insanların 
məşğul  olduğu  bütün  işlərin  bir  mənası  var.  Lakin  həyatın 
özü heç bir məna kəsb etmir, edə də bilməz. Əks-təqdirdə heç 
mövcud ola bilməzdi.
Mən buna inanıram.
Biabırçılıq! Şərəfsizlik! Heç vaxt həmin o məşum gündəki 
həddə təhqirə məruz qalmamışdım. Hərçənd ki, belə şeyləri 
xatırlamasam  yaxşıdır,  amma  başıma  gələnləri  sizin  üçün 
təsvir etməyə cəhd göstərəcəm.
Hersoq  mənə  tapşırdı  ki,  Santa-Kroçenin  ziyafət  salo-
nunda işləyən maestro Bernardonun yanına gedim, nə üçünsə 


37
lazım idim ona. Getdim, amma hirslənmişdim ki, mənə yad 
olan,  özündənrazı  bir  adamın  nökərinə  çev rilirəm.  O  məni 
yüksək  iltifatla  qarşılayıb  dedi  ki,  karliklərlə  həmişə  çox 
maraqlanıb.  Mən  fikirləşdim:  «Əgər  Françeskonun  bağır-
saqları və ulduzlar barədə də hər şeyi öyrənmək istəyirsənsə, 
görəsən  dünyada  maraqlanmadığın  nəsə  qalıbmı?  amma 
mənim barəmdə, karliklər barədə heç anlayışın da yoxdur». 
Daha bir neçə kəlmə mehriban və mənasız sözlər deyib bil-
dirdi ki, mənim portretimi çəkmək istəyir. Mən fikirləşdim: 
söhbət yəqin ki, hersoqun ona sifariş etdiyi portretimdən ge-
dir, bir az qürrələndim, lakin cavab verdim ki, mən portreti-
min çəkilməsini istəmirəm.
«niyə?» – soruşdu. Mən bu şəraitdə çox təbii olan bir ca-
vab verdim: «İstəyirəm ki, sifətim yalnız özümə məxsus ol-
sun». Dedi ki, bu çox orijinal fikirdir, əvvəl gülümsədi, sonra 
isə dediyimi məntiqli sayıb mənimlə razılaşaraq, dilləndi ki, 
yalnız şəkillərdəki deyil, ümumiyyətlə istə nilən sifət çoxla-
rının malıdır, ona baxan bütün adamlara məxsusdur. O isə, 
sadəcə olaraq mənim şəklimi kağıza köçürmək istəyirdi ki, 
quruluşumu  öyrənsin,  odur  ki,  soyun  dedi,  bədən  qurulu-
şundan karandaşla eskiz alım. Hiss elədim ki, rəngim ağarır. 
Həm qəzəbdən, həm də qorxudan, bilmirəm hansından daha 
çox ağarmışdım: hər iki hiss məni birdən vurdu, əsdim.
Həyasızlığından  necə  narahat  olmağım  onun  diqqətini 
çəkdi. Və başladı danışmağa ki, karlikin öz bədənini olduğu 
kimi başqa birisinə göstərməyində ayıb heç nə yoxdur. Təbiət 
qarşısında  o  həmişə  eyni  riqqət  hissi  keçirir,  hətta  qəribə 
istəyindən doğaraq adi çərçivəyə sığmayan bir məxluq ya-
radanda  belə.  Özünü  başqa  birisinə  necə  varsansa,  elə  də 
göstərmək  qətiyyən  ayıb  deyil,  çünki  əslində  heç  birimiz 


38
yalnız  özümüzə  məxsus  deyilik.  «Mən  özümə  məxsusam! 
–  deyə  qəzəb  içində  qışqırdım.  –  Özünə  məxsus  olmayan 
sizlərsiniz! Mən özümə məxsusam!»
O, mənim emosional partlayışımı tamamilə sakit qarşıla-
dı, hələ bu azmış kimi, məni böyük maraq və diq qətlə sü-
zürdü, buna lap əsəbiləşdim. Sonra isə dedi ki, işə başlamaq 
vaxtıdır və mənə tərəf bir addım atdı. «Mən imkan vermərəm 
ki, bədənimə müdaxilə edələr!» – deyə lap özümdən çıxaraq, 
çığırdım. O, sözlərimə qətiyyən əhəmiyyət vermədi, amma 
başa düşəndə ki, könüllü soyu nan deyiləm, məni soyundur-
mağa  özü  hazırlaşdı.  Xəncərimi  qınından  çəkə  bildim  və 
məncə  o,  poladın  parıltısını  görəndə  çox  təəccübləndi. La-
kin  onu  ehtiyatla  əlimdən  alıb  yuxarı  qoydu.  «Görünür  ki, 
sən təhlükəli şəxssən», – dedi və mənə təəccüblü nəzərləriylə 
baxdı.  Mən  onun  bu  sözlərinə  kinayə  ilə  gülümsündüm. 
Sonra  isə  o  heç  bir  şey  olmayıbmış  kimi,  mənim  paltarla-
rımı çıxarmağa, bədənimi abırsız bir tərzdə lütləməyə baş-
ladı.  Mən  ona  həyatımı  qoruyurmuşam  kimi,  var  gücümlə 
müqavimət göstərir, mübarizə edirdim, amma hər şey əbəs 
idi, axı o məndən güclüydü.
Özünün  biabırçı  əməlini  başa  çatdırandan  sonra,  məni 
qaldırıb,  salonun  ortasında  qurulmuş  taxta  səkinin  üstünə 
qoydu.
Tamamilə müdafiəsiz, lüt, addım atmağa iqtidarı ol mayan 
bir  vəziyyətdə  durmuşdum,  hərçənd  ki,  içimdəki  dəhşətli 
qəzəb kükrəyib coşurdu. Səkidən bir neçə ad dım aralıda isə 
o  mənim  biabırçılığımı  soyuqqanlı  bir  tərzdə,  insafsızcası-
na süzürdü. Büsbütün onun baxışla rının ixtiyarına verilmiş-
dim, mənimlə lap öz malı kimi davranırdı. Başqa bir şəxsin 
gözləri önündə beləcə sərgilənməkdən dəhşətli əskiklik ola 


39
bilməz  və  mən  bu  vəziyyətə  necə  dözdüyümü  heç  anlaya 
bilmirəm. Onun gümüş qələminin kağızı cızarkən çıxardığı 
səsi indiyədək yaxşı xatırlayıram – çox mümkün idi ki, qəsr 
darvazaları önündəki qurumuş kəllələri və başqa murdarçı-
lıqları da elə həmin qələmlə çəkirdi. Onun baxışları dəyişib 
bıçağın ucu kimi iti olmuşdu, mənə elə gəlirdi ki, baxışları 
bədənimi dəlib keçirdi.
Mən insan övladına qarşı içimdə oyanan nifrəti həmin o 
dəhşətli  dəqiqələrdə  olduğu  kimi  heç  vaxt  duymamışdım. 
Bu nifrəti fiziki olaraq hiss edirdim və az qaldı ki, huşumu 
itirəm, gözlərim dəqiqəbaşı qaralırdı. Görəsən yer üzündə in-
sandan murdar, nifrətə onlardan layiq məxluq varmı?!
Üzbəüz  divarda  onun  çəkdiyi  iri  tablonu  görürdüm  – 
həmin o şedevr alınacağına əmin olduqları tablosunu. Təzəcə 
başlamışdı  və  görünür  «Sirli  axşam»ı,  İsanın  öz  tələbələri 
ilə qardaş süfrəsini təsvir edəcəydi. Mən başı üzərində ila-
hi halə görünən bu göylər hökmdarı ilə yanaşı özlərini hər 
şeydən  və  hamıdan  qüdrətli  sayan  tələbələrin  günahsız, 
təntənəli sifətlərinə qəzəb içində baxırdım. Və bədxahcasına 
fikirləşdim  ki,  onu  bir  azdan  tutacaqlar,  küncdə  büzüşmüş 
İuda isə onu lap tezliklə satacaq. Hələlik ona pərəstiş, sitayiş 
edirlər, qardaşlıq süfrəsində oturub hələ – məni isə elə bura-
daca biabırçı şəkildə sərgiləyirlər! Lakin onun da biabır ola-
cağı an yetişəcək! Tezliklə özününkülərin çevrəsində, süfrə 
başında əyləşməyəcək, elə onlar tərəfdən satılacaq, tək-tənha 
çarmıxa çəkiləcək. Elə mənim kimi lüt asılacaq, elə mənim 
kimi alçaldılacaq. Hamının gözü qabağında asıla qalacaq, onu 
da söyəcəklər, təhqir edəcəklər. niyə də olmasın! niyə o elə 
mənim kimi əzab çəkməsin! O, daim çevrəsində məhəbbət 
görüb, anasının döşlərindən məhəbbət əmib – mən isə nifrət 


40
əmmişəm. Mən nifrəti anamın südüylə əmmişəm, onun acı 
dadını da elə onda tanımışam. Mən anamın öd dolu döşünü 
yemişəm, o isə mərhəmətli, mehriban Madonnanı əmib – qa-
dınların ən incəsini, ən gözəlini, dünyada ən şirin ana südünü 
əmib, elə bir süd ki, insanlardan heç biri onun dadına bələd 
deyil. Sadəlövh xeyirxah, dostlarının içində kefi kök oturub 
özü üçün, heç ağlına da gəlmir ki, kimsə ona ziyan vura bilər. 
niyə də vurmasınlar! nədir, o istisnadır məgər! Əlbəttə, ona 
elə gəlir ki, əgər Tanrı-atadan yaranıbsa, mütləq bütün sadə 
insanların  sevimlisi  olmalıdır.  Sadəlövhlüyə  bir  bax!  Bəsit 
bir  uşaq  kimi  insanları  tanımır! axı  onların  qəlbində  gizli 
pusqu qurmuş kin elə məhz həmin o möcüzəyə görə yaranıb. 
İnsan övladları Tanrı tərəfindən zorlanmağı xoşlamır.
Bu ağrılı biabırçılıqdan qurtararaq həyatımın ən rəzil al-
çaqlığına məruz qaldığım bu lənətə gəlmiş ziyafət otağının 
qapısında duranda da, hələ ona baxırdım. Eybi yox, tezliklə 
səni də bir neçə eskudoya səlahiyyətli şəxslərə satacaqlar, – 
səni də elə mənim kimi satacaqlar!
Və qəzəblə qapını çırpdım, həmin qapını ki, məni tablo-
nun  yaradıcısından,  öz  şahanə  əsərini  nəzərdən  keçirməyə 
qərq olmuş və onun ucbatından misilsiz əzablar yaşamış bir 
karliki  artıq  unutmağa  macal  tapmış  maestro  Bernardodan 
ayırırdı.
Ən  yaxşısı  Santa-Kroçeni  xatırlamamaqdır,  ondan  da 
yaxşısı çalışıb unutmaqdır. amma bir şey beynimdən heç cür 
çıxmır. Geyinərkən gözlərim ətrafa səpələnmiş şəkillərə sa-
taşırdı, qəribə məxluqat təsvirləri vardı, heç kəsin indiyədək 
görmədiyi, ümumiyyətlə təbiətdə mövcud olmayan heyvan 
şəkilləri. İnsanla heyvan arasında duran canlılar: yarasa qa-
nadlı qadınlar, qurbağa pəncəli, kərtənkələ sifətli kişilər, iblis 


41
kimi havada uçan qartal başlı, əl yerinə caynaqlı pəncələri 
olan kişilər və bir də nəsə eybəcər məxluqlar, nə kişiydi, nə 
qadın; dəniz heyvanına bənzəyirdi, qamçı kimi uzun, qıvrıl-
mış qolları, insan gözünə bənzəyən soyuq və acıqlı bəbəkləri 
vardı  bu  məxluqların.  Bu  eybəcər  məxluqlar  məni  dəhşətə 
gətirdi,  indiyə  qədər  də  onların  təsirindən  çıxa  bilmirəm, 
gözlərimin qabağından çəkilmirlər. niyə onun fantaziyasını 
məhz bu cür şeylər işğal edir? niyə bu eybəcər, kabus obraz-
larını yoxluqdan çağırır? niyə onun gözlərinə bu həyulalar 
görünür? niyə təbiətdə olmayan nəsnələrlə əlləşir? nəsə bir 
səbəb olsun gərək! Görünür nəsə bir daxili tələbatı var belə 
işlərə. Bəlkə də onlara marağı elə təbiətdə mövcud olmadıq-
larından göstərir? Mən başa düşə bilmirəm.
Belə eybəcərliklər yaradan insanın gör özü nə olma lıdır? 
Bütün bu dəhşətlərdən ləzzət alan, onlara can atan bir insan?
Qeyd etməliyəm ki, onu demək lazımdır ki, nəciblikdən 
və  incəlikdən  xali  olmayan  özündənrazı  sifətinə  baxanda, 
heç  ağlına  sığışmır  ki,  bu  eybəcər  şəkillər  onun  beyninin 
məhsuludur.  Lakin  bu  belədir.  Burda  düşünməli  məqamlar 
var.  Görünür  bu  eybəcər  məxluqat,  yaratdığı  bütün  qalan 
şeylər kimi, elə onun öz içində yaşayır.
Mənim  şəklimi  çəkərkən  aldığı  görkəmin  də  üzərində 
düşünməmək mümkün deyil, necə birdən-birə dəyişdi, san-
ki  tamam  başqa  adam  oldu:  Bu  xoşagəlməz,  iti,  soyuq  və 
ürpərdici  baxışlar  və  sifətindəki  dəhşətli  dərəcədə  qəddar 
ifadə, – lap iblisin özüydü.
Belə çıxır ki, o qətiyyən özünü göstərmək istədiyi kimi 
deyil. Elə bütün qalan adamlar kimi. 
Qətiyyən ağlasığan deyil ki, eyni adam həm də qardaşlıq 
süfrəsində Məsihin günahsız, işıqlı obrazını yaradıb.


42
ancelika bu gün axşam zala girdi. Və yanımızdan keçəndə 
hersoq ona dedi ki, aparmaq istədiyi tikmə qurğusunun dalın-
da bir dəqiqə əyləşsin. Qız həvəssiz tabe oldu, hərçənd ki, 
etirazını  bildirməyə  ürək  etməzdi,  tünlüyü  o,  ümumiyyətlə 
sevmirdi, heç saray həyatına da, hersoqun qızı roluna da ya-
ramırdı. Yeri  gəlmişkən,  heç  hersoqun  qızı  olması  da  hələ 
bəlli deyildi; olsun ki, hətta bic idi. amma messir Bernar-
do  bu  barədə  heç  nə  bilmirdi  axı.  O,  qızın  gözlərini  aşağı 
dikərək  sarsaq  kimi  necə  ağzıaçıq  oturmasına  yayınmadan 
baxırdı, guya çox maraqlı bir şey görürdü – onun üçün hər 
şey maraqlı idi. Yoxsa mənim kimi və yaxud onun qeyri-adi, 
qiymətli, o qədər qiymətli ki, yerdən götürdüyü, tamaşasın-
dan  doya  bilmədiyi  daşları  kimi,  daha  bir  təbiət  möcüzəsi 
kəşf  etmişdi?  O  susurdu,  adama  elə  gəlirdi  ki,  həqiqətən 
riqqətlənib, hərçənd ki, qız lap zırrama kimi oturmuşdu və 
bütün vaxt ərzində bircə səs belə çıxarmamışdı. Sükut yavaş-
yavaş dözülməz olurdu.
Bilmirəm  onu  mütəəssir  edən  nə  idi.  Çox  mümkün  ki, 
gözəl olmadığından yazığı gəlirdi ona, axı gözəllikdən yax-
şı baş çıxarırdı və başa düşürdü ki, insan üçün gözəllik nə 
dərəcədə mühüm bir şeydir. Ola bilər, məhz bu səbəbdən qıza 
qüssəli, acıyan nəzərlərlə baxırdı. Bilmirəm, heç bilmək də 
istəmirəm.
Təbii  ki,  qızın  hövsələsi  çatmırdı,  tez  qaçıb  getmək 
istəyirdi.  O,  ədəb  normalarının  tələb  etdiyi  qədər  otur-
du, bir dəqiqə də artıq qalmadı və hersoqdan getmək üçün 
icazə  istədi. ayağa  tələsik,  amma  qorxa-qorxa  durdu,  özü-
nün adi natarazlığı, nahamarlığı ilə – o hələ də yöndəmsiz 
yeniyetməyə bənzəyirdi. Qəribədir ki, hər cür incəlik deyilən 
zaddan necə bilmərrə məhrum idi bu qız.


43
Geyimi, təbii ki, həmişəki kimi sadə, az qala lap kasıb idi. 
Onun üçün necə geyinməsinin əhəmiyyəti yox idi, elə başqa-
ları da onun geyiminə əhəmiyyət vermirdilər.
Maestro  Bernardo  görünür  öz  işindən  həqiqi  zövq  ala 
bilmirdi. Gah bir işin, gah da başqasının qulpundan yapışır-
dı,  başlayır  və  sona  çatdırmadan  yarımçıq  qoyurdu.  Bunu 
nəylə izah etmək olar? Zahirən indi ona yalnız «Sirli axşam» 
üzərində işləmək lazım idi ki, nəhayət başa çatdırsın bu tab-
lonu. O isə heç əlini də vurmurdu. Görünür bezmişdi. Bunun 
yerinə qəflətən hersoginyanın portretinə başladı.
Deyirlər ki, qadın özü portretinin çəkilməsini heç istəmir. 
Bu hersoqun arzusudur. Mən bu qadını anlayıram, onu başa 
düşmək çətin deyil. Özünə güzgüdə tamaşa eləyə bilərsən, 
amma kənara çəkiləndə, istəməzsən ki, əksin orda həmişəlik 
qalsın, ürəyi istəyən gəlib yiyələnsin. Haradasa şəklinin qal-
masını elə mənim kimi niyə istəmədiyini gözəl başa düşürəm.
Heç kəs özünə məxsus olmur? nə murdar fikirdir! Yox 
bir, heç kəs özünə məxsus olmur. Hər şey hamınındır. Sənin 
üzün, deməli səninki deyil! Ona baxan istənilən adamınkıdır! 
Bədənin  də!  Deməli  başqaları  da  sənin  bədəninə  yiyələnə 
bilər! Mənə bu barədə düşünmək belə iyrənc gəlir.
Mən  özümə  məxsus  hər  şeyin  sahibi  özüm  olmaq 
istəyirəm. Mənim heç nəyimi heç kim mənimsəyə, ona toxu-
na bilməz. Mənimki elə mənimdir, heç kimin deyil. Öləndən 
sonra da özümə məxsus olmaq istəyirəm. Mənim içalatımda 
heç kim eşələnə bilməz. Mən istəmirəm ki, yad bir adam onu 
nəzərdən keçirsin, hərçənd ki, inanmıram alçaq Françesko-
nunku qədər murdar olsun içim.
Messir  Bernardonun  daim  hər  şeyə  burnunu  soxması, 
hər  şeylə  maraqlanması  mənim  aləmimdə  nifrətə  layiqdir. 


44
Bu, nəyə xidmət edə bilər ki? Hansı məntiqli məqsədə? Mən 
şəklimin onda qalmasını fikirləşəndə də nifrət edirəm, indi 
də mənə yiyələnib. Daha özüm özümə tam sahiblik etmirəm, 
yəni eyni zamanda həm burda, həm də Santa-Kroçedə onun 
murdar eybəcərlərinin yanındayam.
Lap yaxşı – qoy hersoginyanın da şəklini çəksinlər! Qoy 
o da mənim kimi buna dözsün! Mən hətta sevinirəm də, indi 
o da bu həyasız şəxsin gözləri qarşısına aşkar sərgilənəcək, 
ona da əl atılacaq.
amma  bu  fahişədə  maraqlı  nə  var  ki?  Məsələn,  mən 
heç vaxt güman etməmişəm ki, onda maraqlı nəsə ola bilər, 
hərçənd ki, bu qadını başqalarından daha yaxşı tanıyıram.
nə isə, vaxtı gələndə bilinər, hələ görək bu portret məsələ-
sindən nə çıxacaq. Bunun mənə aidiyyəti yoxdur.
Düşünmürəm ki, o, insanlardan düz-əməlli baş çıxarsın.
Etiraf  etməliyəm  ki,  maestro  Bernardo  məni  təəc-
cübləndirdi.  O  dərəcədə  təəccübləndirdi  ki,  bütün  gecəni 
yuxuya gedə bilmədim, elə hey bu barədə düşündüm.
Dünən axşam onlar adəti üzrə oturub söhbət edirdilər – 
sevimli yüksək materiyalarından. Lakin o yaman pərt görü-
nürdü.  Şələ  saqqalını  ovcunun  içində  sıxıb  düşün cələrinə, 
özü  də  qətiyyən  ürəkaçan  olmayan  düşüncələrinə  qərq  ol-
muşdu.  amma  qəflətən  danışmağa  başlayanda,  ehtirasla, 
hərarətlə danışırdı, hərçənd ki, bu hərarətin üstündə sanki bir 
kül pərdəsi vardı. Onu tanıya bilmirdim: mənə elə gəlirdi ki, 
tamam başqa adama qulaq asıram.
Deyirdi  ki,  insan  düşüncəsi  son  nəhayətdə  gücsüzdür. 
Onun  uçmaq  üçün  güclü  qanadları  var,  lakin  bu  qanadları 
insana bəxş etmiş tale bizdən güclüdür. O bizi çox uzaqlaş-
mağa qoymur, icazə verdiyi sərhəddən o tərəfə keçə bilmi-


45
rik.  Bizim  qabağımızda  bir  sədd  qoyub:  kiçik  bir  dairə  ilə 
yüyürərək  dövrə  vuranda,  qəlbimizdə  bir  ümid,  bir  sevinc 
oyanır, sonra isə bizi yenidən geri çəkirlər; şahin uçuran ovçu 
quşun ipini çəkən kimi. azadlığımızı nə vaxt tapacağıq? O 
ipi nə vaxt kəsəcəklər ki, şahin də açıq səmaya qalxa bilsin?
nə  vaxt?  Və  ümumiyyətlə,  bu  nə  zamansa  olacaq mı? 
Mövcudiyyətimizin sirri elə ovçunun əlinə bağlan mağımızda, 
əbədilik bağlı qalmağımızda deyilmi? Əks təqdirdə, biz indi-
ki məxluqlar olmazdıq daha və bizim taleyimiz də adi insan 
taleyi olmazdı.
amma biz hər halda daim açıq səmaya can atmaq üçün 
özümüzü  uca  göylərə  bağlı  sanmaq  üçün  yaranmışıq. 
Yüksəklik heç nəyə baxmayaraq mövcuddur, o öz ənginlik-
ləriylə gözlərimizin qarşısında açılır, mütləq reallıqdır bu. Bu 
genişlik də elə bizim əsir olmağımız kimi bir reallıqdır.
Heç vaxt əlimiz çatmayan bu ənginliklər niyə mövcuddur 
bəs?  –  deyə  mühakimə  yürüdürdü.  Ətrafımızdakı,  həyatın 
ətrafındakı  bu  nəhayətsizliyin  nə  mənası  var,  əgər  biz  elə 
həmişəki əsirləriksə və həyat da elə həmişəki kimi öz içində 
davam edirsə? Bu nəhayətsizliyin nə mənası var onda? Məgər 
biz bundan daha xoşbəxt oluruq? Heç oxşamır. Bəlkə hələ bir 
az da bədbəxt hiss edirik özümüzü.
Mən ona diqqətlə göz qoyurdum – üzündəki tutqunluq, 
qoca gözlərində qəfil açılan dərin yorğunluq nə idi bəs!
Biz həqiqəti tapmağa can atanda daha xoşbəxt olu ruqmu? 
– deyə sözünə davam edirdi. Bilmirəm. Mən yalnız onu tap-
mağa  can  atıram.  Bütün  həyatım  həqiqəti  tapmaq  naminə 
sonsuz axtarışlardan ibarət olub və hərdən mənə elə gəlir ki, 
ayılıram, sanki həqiqət səmasının təmiz bir parçası gözlərim 
önündə  açılır.  Lakin  heç  vaxt  göylər  sirrini  mənə  açmayıb 


46
və baxışlarım nəhayətsizliyin görüntüsündən dadmayıb, onu 
dadmadan yer üzündə heç nəyi dərk edə bilməzsən. Bizə bu 
icazə  verilməyib.  Elə  buna  görə  də  mənim  bütün  səylərim 
əslində  əbəs  idi.  Elə  buna  görə  də  baş  vurduğum  hər  şey 
yarımhəqiqət  olaraq  qalırdı,  bəhrəsini  vermirdi.  Yaratdıq-
larım barədə ürək ağrısı ilə fikirləşirəm, yəqin başqaları da 
onları görəndə qüssə, əzab çəkirlər – başı, qolları olmayan 
antik heykəllərə də elə eyni hisslərlə tamaşa edirik. Mənim 
yaratdıqlarımın hamısı eybəcər, yarımçıqdır. Özümdən sonra 
insanlara da yalnız yarımçıq işlər qoyacam.
axı burda qəribə nə var ki?
İnsanın qismətidir bu. İnsanın bütün səylərinin, bütün ya-
ratdıqlarının  qaçılmaz  nəsibi  budur.  Bizim  yaratdıq larımız 
həmişə  əlçatmaz  qalacaq,  qarşımızda  açılmalı  olmayan  və 
heç  vaxt  aça  bilməyəcəyimiz  nəyəsə  aparan  yolun  ilk  ad-
dımıdır.  Bütün  bəşər  mədəniyyəti  mahiyyətcə  əlçatmaz  bir 
məqsədə aparan yolun yalnız ilk addımıdır. Bütün yaratdıq-
larımız  eybəcərdir,  antik  heykəllərin  faciəvi  natamamlığını 
andırır.  Bəs  insan  ruhunun  özü  necə,  elə  eyni  natamamlıq 
deyilmi?
Bizi heç vaxt göylərə qaldıra bilməyəcək qanadların nə 
faydası? Onlar yükümüzü azaltmaq əvəzinə yalnız əlavə na-
rahatlıq yaradır. Biz qanadlarımıza görə rahat ola bilmirik. 
Biz onları dalımızca sürüyürük. Və nəhayətdə, onlara nifrət 
etməyə başlayırıq.
Və ovçu öz qəddar əyləncəsindən bezib başımıza qapaq 
taxaraq, bizi zülmətə qərq edəndə bir yüngüllük duyuruq.
O,  hərəkətsiz  oturmuşdu,  əzgin  və  sərt  idi,  dodaqlarını 
qürurla sıxaraq danışırdı, gözlərində acı bir alov parlayırdı. 
Mən,  etiraf  edim  ki,  dəhşətli  dərəcədə  heyran  qalmışdım. 


47
Yəni bu, bir neçə gün qabaq insanın nəhayətsiz əzəmətinə 
heyranlığını  bildirən,  onu  hər  şeyə  qadir  sayan,  bəşər  öv-
ladının  dünyanı  qüdrətli  bir  hökmdar  kimi  idarə  edəcəyi 
haqda peyğəmbərlik eləyən həmin o adam idi? İnsanı az qala 
ilahiləşdirən kim idimi?
Yox, anlaya bilmirəm onu. Mən heç nə anlamıram.
Hersoq  isə  ona  ağzıaçıq  qulaq  asırdı,  maestronun  ağıl-
lı  nitqlərinin  əsiri  idi,  hərçənd  ki,  indi  dedikləri  əvvəllər 
söylədikləri ilə daban-dabana ziddiyyət təşkil edirdi. Onunla 
tam razı görünürdü. nə demək olar, istedadlı şagirddir.
Bunları  bir-birinə  necə  bağlamaq  olar  axı?  Batinlərində 
bu ziddiyyəti necə yerləşdirirlər, nədən desən eyni əminliklə 
necə danışa bilirlər? Mən özüm həmişə sabit qalıram, elə bu 
səbəbdən də onları başa düşmürəm.
uzun müddət yuxuya gedə bilmirdim və çalışırdım ki, on-
ların həqiqi mahiyyətini aşkarlayam özüm üçün, lakin bacar-
mıram. Mənzərəni heç aydınlaşdıra bilmirəm.
Gah, başdan-ayağa təntənə içindədir – nə bilim, insan ol-
maq gözəldir, nə bilim filan-bəşməkan… Gah da görürsən, 
çıxılmazlıqdan dəm vurur, həyatında heç bir məna görmür, 
pisikir.
Bunların hansını ciddi deyir?
Hersoginyanın portretini dayandırıb, daha çəkmir. Deyir 
ki, bitirə bilmir, alınmır: guya nəsə bir mübhəm şey var onda, 
tuta bilmir, aydınlaşdıra bilmir özü üçün. Beləliklə bu işini də 
«Sirli axşam» kimi yarımçıq qoydu, elə əlini buladığı bütün 
işlər kimi.
Mən  hersoqun  yataq  otağında  o  portreti  görmüşəm, 
bilmirəm onun nəyindən narazıdır. Məncə əla portretdir. Onu 
elə olduğu kimi çəkib: qocalmaqda olan fahişə. Dəhşət oxşa-


48
yır, adamın tükləri biz-biz olur. ağır göz qapaqları olan his-
siyyatlı sifət və bir də zorla sezilən günahkar təbəssüm, ha-
mısını dəqiq tutub. Onun lap içini üzə çıxararaq çəkib, dəhşət 
ifşa eləyib onu.
Yox, nə deyirsən de, amma insanlardan yaxşı baş çı xarır.
Bəs  çatışmayan  nədir?  axı  o  deyir  ki,  nəsə  çatmır 
portretdə. nədir bu çatmayan? Deyir ki, mühüm, əsaslı bir 
şeydir çatmayan, elə bir şey ki, onsuz bu qadın elə hesab elə 
ki, yoxdur. O şey nədir? Heç cür anlaya bilmirəm.
amma deyirsə ki, portret bitməyib, deməli elədir. «Özüm-
dən sonra yarımçıq işlər qoyuram» – onun öz sözləridir də. 
Bir də ki, deyirdi nəyə baxsan – əlçatmazlığa aparan yolun 
ilk addımıdır. Bütün bəşər mədəniyyəti – yalnız ilk addımdır, 
başlanğıcdır, sonuna çatmaq isə qətiyyən mümkün deyil. Və 
bu səbəbdən də küll halında götürəndə heç bir şeyin mənası 
yoxdur.
Təbii ki, mənası yoxdur. Həyatı məgər başqa cür təsəvvür 
etmək olar?! axı mənasızlıq onun bünövrəsinin bünövrəsidir. 
Başqa  bu  cür  möhkəm  və  sabit  bünövrə  var  ki,  üzərində 
həyat qurula? axı istənilən, hətta ən parlaq ideya belə, başqa 
parlaq ideya tərəfindən laxlaya bilər və zaman keçdikcə da-
ğılar, məhv olar. Mənasızlıq isə möhkəm şeydir, dağılmaz, 
sarsılmazdır. O, – yeganə əsaslı əsasdır, ona görə seçim onun 
üzərinə düşüb. Yəni bunu anlamaq üçün bu qədər baş sındır-
malısan?
Bu mənim üçün çoxdan aydındır.
Fəzada nəsə bir nigarançılıq kabusu dolaşır. nə məsələdir? 
Heç nə bilmirəm, amma hissiyyatım deyir ki, nəsə hazırlanır.
Zahirən hər şey sakitdir, qəsrdə həyat öz axarı ilə davam 
edir. Hətta həmişəkindən də sakitdir, çünki qonaq lap azdır, 


49
qəbullar təşkil olunmur, həmişə ilin bu aylarında planlaşdırı-
lan tədbirlər yoxdur. Sizə necə anladım bunu… elə buna görə 
də nəsə mühüm hadisələr baş verəcəyini daha aydın duyur-
san.
Mən daim ayıq-sayığam, hər şeyə fikir verirəm – amma 
zahirən fikir verəsi bir şey də yoxdur. Hər şey lap həmişəki 
kimidir, dəqiq. amma nəsə pis bir şey baş verir. Çox ciddi bir 
şey. Əminəm.
Hövsələni basıb, gözləmək lazımdır, görək nə olur.
Kondotyer  Bakkarossa  yola  düşdü  və  palasso  Ceralda 
yenə  boşaldı.  Hara  getdiyini  kimsə  bilmir,  yoxa  çıxıb,  elə 
bil  yerin  təkinə  girib.  Əlbəttə,  fikirləşə  bilərlər  ki,  hersoq-
la onun arası dəyib. Çoxlarına qəribə gəlirdi ki, hersoq kimi 
dərin  savadlı  birisi  onun  təki  kobud,  yonulmamış  adamla 
ünsiyyətdən nə zövq alır. amma mən fərqli fikirdəyəm. Təbii 
ki, Bokkarossanın əməlli-başlı vəhşi, hersoqun isə son dərəcə 
həssas, tərbiyəli insan olduğunu təkzib edə bilmərəm. Lakin 
o özü də kondotyerlər nəslindəndir, əksəriyyət bunu deyəsən 
çoxdan  unudub.  Məgər  onun  əcdadları  çoxdan  kondotyer 
olub – cəmi bir-neçə nəsil qabaq! Bir neçə nəsil nədir ki!
Mənə elə gəlir ki, bu iki nəfər bir-birini gözəl başa dü-
şürdü.
Hələ bir dəyişiklik yoxdur, lakin fəzada elə qabaqkı niga-
rançılıq havası var. Hissiyyatım məni belə şeylərdə aldatmır. 
nəsə ciddi bir şey hazırlanır.
Hersoq yaman qızğın fəaliyyətdədir. nə iş görür? Kim-
lərisə qəbul edir, otaqda kilidlənirlər, nəsə məxfi danışıqlar 
aparırlar.  Hər  şey  məxfi  saxlanılır.  Söhbət  nə  barədə  gedə 
bilər?
Çaparlar peyda olur, tam gizli gəlirlər, saraya da yalnız 
gecə buraxırlar onları. Yaman çox adam var indi, iş dalın-


50
ca gəlirlər: valilər, müşavirlər, sərkərdələr, qədim nəsillərin 
nümayəndələri  –  qədim  döyüşçü  nəsillərinin,  bir  zamanlar 
hersoqun  əcdadları  tərəfindən  tabeçiliyə  salınan  nəsillərin. 
İndi daha deməzsən ki, qəsrdə sakitlikdir.
Maestro Bernardo, görünür bu baş verənlərdə heç bir rol 
oynamır. Hersoq indi ətrafına tamam başqa tip adamları top-
layıb. Qoca alim, görünür artıq səhnədən tamam çəkilib, hər 
halda qabaqkı vəziyyətilə heç müqayisəyə gəlməz.
Mən bunu yalnız alqışlaya bilərəm. Ona sarayda onsuz da 
həddindən ziyadə diqqət yetirilirdi.
Mənim nəsə baş verəcəyi barədə hissiyyatım özünü doğ-
rultdu. Daha heç bir tərəddüdə yer yoxdur.
Bir  çox  əlamətlərə  əsaslanıb  nəticə  çıxarıram.  Əvvəla 
münəccimləri çağırmışdılar və onlar hersoqun yanında xeyli 
oturdular: saray münəccimi nikodemus və burda parazit kimi 
yaşayan digər uzunsaqqallılar da orda idilər. Dəqiq əlamətdir. 
Bundan başqa hersoqun səfir Mediçi və Venesiya ticarət res-
publikasının nümayəndəsi ilə sürəkli söhbətləri olmuşdu, ən 
başlıcası isə Müqəddəs taxt-tacı təmsil edən arxiyepiskopla. 
Həm bu, həm də son günlərin bəzi digər hadisələri kifayət 
qədər birmənalı idi və hər şey eyni istiqamətə yönəlmişdi.
Görünür  hərbi  yürüş  hazırlanırdı.  Münəccimləri  yəqin 
ona  görə  çağırmışdılar,  məsləhətləşmək  istəyirdilər  ki, 
nəzərdə tutulan tədbirə ulduzların münasibəti necədir – hər 
bir ağıllı hökmdar ilk növbədə bunu aydınlaşdırmaqdan vaz 
keçməməlidir.  Hersoq  messir  Bernarda  ilə  oturub-duranda, 
yazıq  münəccimlər  əhəmiyyətsiz  adamlara  çev rilmişdilər, 
düzdür,  messir  də  ulduzların  qüvvəsinə  inanırdı,  amma  bu 
barədə  tamam  başqa  anlayışlara  malik  idi,  onun  fikirlərini 
bizim münəccimlər kafirlik, iblisin təsiri altında olması kimi 


51
qiymətləndirərdilər.  İndi  isə  hersoq  öz  ətrafına  möminləri 
toplamağa üstünlük verirdi. Onlar da təzədən az qalırlar şi-
şib partlayalar forslarından. Səfirlərlə görüşlər isə ona görə 
təşkil  olunurdu  ki,  onların  dövlətləri  bizi  müdafiə  etsinlər, 
heç olmasa niyyətimizə mane olmasınlar.
Zənnimcə  hamısından  mühümü  bu  planlara  ruhanilərin 
münasibəti  idi.  Tanrının  xeyr-duası  olmadan  yer  üzündəki 
heç bir iş uğurla bitməzdi.
Ümidvaram ki, xeyir-dua veriblər, hövsələm çatmır daha, 
müharibə başlayaydı barı.
Müharibə  olacaq!  Ürəyimə  damıb,  ürəyimə  daman  da 
mütləq olur, mən müharibənin olacağını hər şeydə duyuram: 
bu  həyəcan,  bu  məxfilik,  insan  sifətlərindəki  tanış  ifadə… 
Havanın özündən də müharibə iyi gəlir. Havada adamın ke-
fini qaldıran, yaxşı tanıdığım nəsə var. Sonsuz boşboğazlıq-
larla  dolu  bu  boğucu  adilikdən  ayrılanda  adam  cana  gəlir. 
İlahiyə şükür ki, adamlara çənə döyməkdən savayı nəsə bir 
iş tapıldı.
Əslində müharibəni bütün adamlar istəyir. Müharibə za-
manı  hər  şey  daha  sadədir,  ona  görə  adama  bir  yün güllük 
gətirir. adamların hamısı fikirləşir ki, həyat çox müşkül şey-
dir. Elədir ki, var, çünki onu elə insanların özü müşkülləşdirir. 
Həyat isə öz-özlüyündə qətiyyən qəliz deyil, əksinə təəccüblü 
dərəcədə sadədir. amma onlar, görünür, bunu heç vaxt dərk 
etməyəcəklər.  Onlar  anlamırlar  ki,  ən  yaxşısı  hər  şeyi  elə 
necə varsa, eləcə də qoymaqdır. Onlar heç cür həyatın yaxa-
sından əl çəkmək, onu ən müxtəlif, qəribə məqsədlərinə tabe 
etmək fikrindən vaz keçmək istəmirlər. Və bununla yanaşı 
həm də deyirlər ki, sadəcə yaşamaq, nəfəs almaq özü artıq 
bir nemətdir!


52
Hersoq o saat ruh yüksəkliyi tapdı, qəddi dikəldi. Üzün-
də enerjili qətiyyət: qısa, kvadrat saqqal, rəngi qaçmış batıq 
yanaqlar, gizlin bir diqqətə malik, ovlağı üzərində süzən alıcı 
quşunku kimi iti baxış. Görünür o indi öz sevimli ovuna – 
nəsillərinin köhnə düşmənlərinə köklənmişdi.
Bu gün onun qvardiya rəisinin müşayiətilə (yəqin qoşun-
ların  hazırlığını  yoxlamaqdan  gəlirdilər)  rəsmi  pilləkəndən 
yuxarı necə yüyürdüyünün şahidi oldum – zala girən kimi, 
çiynindəki  plaşı  özünü  yetirən  nökərin  qoluna  saldı  və 
əynində  qırmızı  kamzolu  qaldı,  qılınc  tiyəsi  kimi  elastik, 
möhkəm, nazik dodaqlarında təkəbbürlü təbəssüm. O, mas-
karad  kostyumunu  nəhayət  ki,  çıxarmış  adama  bənzəyirdi. 
Bütün vücudundan enerji yağırdı. Onun hər şeyi hərəkət ada-
mı olduğundan xəbər verirdi.
Onun belə adam olduğunu mən çoxdan bilirdim.
Münəccimlər elan elədilər ki, müharibə üçün çox uğur-
lu  fürsətdir,  bundan  yaxşısı  ola  bilməzdi.  Onlar  hersoqun 
ulduz cədvəlini quraraq aşkar etdilər ki, o Şir bürcü altında 
doğulub. (Elə böyük bir şey tapmamışdılar, hersoq anadan 
olanda bəlliydi bu və deyirlər ki, bu əlamət onların ailəsinə 
yaxın  olan  insanların  fantaziyasını  ilhama  gətirirmiş,  onu 
gələcək hökmdar üçün müsbət, çox şey vəd edən bir əlamət 
kimi qiymətləndirirmişlər, xalq isə bundan çox qayğılanmış, 
çox qorxmuşdu. Onun üçün də adı belə idi – Leo.) Bu bür-
cün  düz  yanında  isə  indi  Mars  qərar  tutmuşdu  və  tezliklə 
müharibə ilahisinin bu qanlı ulduzu hersoqun qüdrətli bürcü 
ilə birləşəcəkdi. Hersoqun taleyinə təsirə malik digər səma 
fenomenləri  də  müstəsna  dərəcədə  əlverişli  mövqelərdə 
idilər.  Guya  bu  səbəbdən  də  münəccimlər  hərbi  kampani-
yanın uğurlu sonluğunu dəqiq vəd edirdilər. Hələ bu azmış 


53
kimi, deyirdilər ki, belə nadir fürsəti fövtə vermək bağışlan-
maz səhv olardı.
Onların  öncəgörmələri  məni  qətiyyən  təəccübləndirmir, 
axı onların proqnozu hökmdarların ürəyi istəyənlərlə həmişə 
üst-üstə düşür, xüsusilə də hersoqun atası nəsil lərinin məhv 
olmaq təhlükəsi ilə qarşılaşdığını söyləmiş münəccimi şallaq-
ladandan sonra: həmin münəccim hesab lamışdı ki, sülalənin 
banisi qan tökməklə taxt-taca qalxdığı gün tarix etibarilə göy 
qübbəsində  uzun,  yanar  quyruğu  olan  yeni  ulduzun  yaran-
ması ilə eyni vaxta düşürdü, – bu bəd əlamət, az qala, bütün 
hökmdar sülalələri üçün keçərli sayılırdı.
Bir  də  təkrar  edirəm  ki,  onların  məhz  belə  söylədikləri 
heç  qəribə  deyildi  və  bu  dəfə  onlardan  razı  qaldım.  Onlar 
öz işlərini bilirdilər, nəhayət ki, nəyəsə faydaları oldu – axı 
mühüm məsələ o idi ki, həm hersoq, həm onun əsgərləri, həm 
də  bütün  xalq  inandı  ki,  ulduzlar  bu  kampaniyaya  müsbət 
münasibətdədirlər, hətta onun baş tutmasında maraqlıdırlar. 
İndi artıq ulduzlar da öz sözlərini demişdilər və bu sözlərdən 
hamı çox razı qaldı.
amma mən heç vaxt ulduzlarla söhbət etmirəm, insanlar 
isə bu məşğuliyyətdən ötrü ölürlər.
Maestro Bernardo məni yenə məəttəl qoydu. Dü nən ax-
şam hersoqla onun səmimi bir görüşü oldu və qa baq   lardakı 
kimi,  gecə  yarısından  xeyli  ötənədək  söhbət ləşdilər.  Mənə 
aydın  oldu  ki,  qoca  alim  qətiyyən  saraydakı  mövqeyini 
mənim fikirləşdiyim kimi itirməyib və onun çoxbilmiş araş-
dırmaları narahat dünyamız üçün də yad deyil. Qətiyyən yox. 
Mən çox yanılırmışam.
Yanılmağıma əsəbiləşirəm, axı  insanların bu  üzündən  o 
biri üzünü görürəm. 


54
Məni  adətləri  üzrə,  onlara  qulluq  etmək,  şərabla  dolu 
qədəhlərini  vermək  üçün  çağıranda  hər  ikisini  nəsə  qə ribə 
şəkillərin üstünə əyilmiş gördüm və əvvəlcə nəyə baxdıqları-
nı başa düşmədim. Sonra isə onları yaxından seyr edə bildim, 
söhbətlərini  dinləyəndə  isə,  hər  şey  aydın  oldu.  Şəkillərdə 
indiyədək görünməmiş, düşmənlər arasında ölüm və dəhşət 
yayacaq  hərbi  maşınlar  vardı,  –  insanları  uzun  dəryazlarla 
biçən, özündən sonra hər tərəfdə qanlı insan qalıqları qoyan 
təkərli döyüş arabaları və daha bir şeytan əməli, arxada ça-
pan atların itələdiyi, düşmən sıralarına soxulan təkərli araba, 
onun qarşısında istənilən insan cəsurluğu tam gücsüz idi, bir 
də ki, üstü və yanları bağlı, içində möhkəm qorunan atıcılar 
olan,  onun  dediyi  kimi,  istənilən  döyüş  düzümünü  darma-
dağın etməyə qadir olan və hərəkəti zamanı arxadan gələn, 
maşının açdığı yolla düşmənin içinə soxularaq işi başa çat-
dıracaq piyadaları qoruyan maşın. Bu şəkillərdə elə dəhşətli 
ölüm  alətləri  vardı  ki,  sadəcə  olaraq  insanın  ağlına  bu  cür 
şeylərin  necə  gəlməsini  anlamaq  olmurdu,  –  mən,  təəssüf 
ki, həyatımı hərb sənətinə həsr etmək imkanından məhrum 
olmuşam  deyə,  çox  şeyi  əməlli  anlamırdım.  Orda  həm  də 
cürbəcür mortirlər, bombardalar, falkonyetlər, alov püskürən, 
daş,  mərmi  atan,  əsgərlərin  əl-ayağını  qoparan  müxtəlif 
şeylər vardı və bütün bunlar o qədər həqiqətə uyğun və canlı 
təsvir olunurdu ki, elə bil şəkillərin çəkilişi maestronu heç də 
onun məzmunundan az narahat etmirdi. Və o bu və ya başqa 
ölüm alətinin necə işləməsini, hansı dağıntılara səbəb olaca-
ğını təfərrüatı ilə təsvir edirdi, ağlı və fantaziyasını işğal edən 
hər şey barədə necə sakit və işgüzar ahənglə söhbət açırdı-
sa, bunlar haqda da elə danışırdı. Görkəmindən bəlliydi ki, 
bu maşınların real həyatda necə işləməsinə məmnuniyyətlə 


55
baxardı, bu da tam anlaşılan idi, çünki bu maşınları da o ya-
ratmışdı və kim istəməz ki, öz əməyinin bəhrəsini görsün.
Belə  çıxır  ki,  maestro  Bernardo  başını  qatan  min  dənə 
başqa işi – təbiəti tədqiq etmək, onun sirlərini açmaq, çiçək və 
daşları öyrənmək, Françeskonun içalatında eşələnmək, – iça-
lat barədə, yadımdadır ki, hersoqa təbiətin dahi, ağlasığmaz 
bir  əsər  yaratdığını  söyləmişdi  –  Santa  Kroçedə  qeyri-adi, 
gözəgörünməz pyedestala qaldırılan, onu sevən tələbələriylə 
əhatə  olunmuş  Məsihi  olan  –  və  öz  küncündə  büzüşmüş, 
gələcəyin satqını İudası olan «Sirli axşam» çəkməklə yanaşı, 
hərb maşınları ilə də məşğul olmağa vaxt tapırmış.
Əminəm ki, bu işlərin hamısını eyni həvəslə görürdü. axı 
niyə də olmasın, öz qəribə maşınlarına, elə bütün başqa işləri 
kimi,  niyə  qızğın  maraq  göstərməsin?  Fərz  edək  ki,  insan 
bədəni həqiqətən də çox qəliz qurğudur, hərçənd mən özüm 
qətiyyən bu fikirdə deyiləm, lakin maşın da ondan sadə de-
yil, həm də, bir daha təkrar edirəm, axı bu maşınları da özü 
yaradıb.
nə  qədər  maraqlı  olsa  da,  hersoqun  diqqətini  qəribə 
görkəmli, dəhşətli, mənim fikrimcə çox faydalı olan, təkcə 
görünüşləri ilə bütöv bir qoşunu pərən-pərən düşməyə məc-
bur  edə  bilən  maşınlar  deyil,  zahirən  kifayət  qədər  sadə 
və qorxulu olmayan mexanizmlər cəlb etdi – o dedi ki, bu 
maşınlar  ona  daha  etibarlı  gəlir.  Onun  düşüncəsinə  görə  o 
birilər daha çox gələcəyin işi idi. Mühasirə qurğuları, qala 
qüllələrinin altına lağım atıb mina qoymaq üçün nəzərdə tu-
tulan maraqlı üsul, daşatan dəzgahların işində düşmən üçün 
hələlik  sirr  olan  gözlənilməz  təkmilləşdirmələr,  –  qısası, 
yəqin əvvəllər də müzakirə etdikləri və hətta bə zilərini əməli 
olaraq sınaqdan belə keçirdikləri mexa nizmlər.


56
Hersoq,  ümumiyyətlə  götürəndə,  heyran  qalmışdı.  İde-
yaların,  tapıntıların  heyrətamiz  bolluğu,  həqiqətən  sər -
hədsiz fantaziyanın qanad açması, – bütün bunlar onu hey-
ran qoymuşdu və o, qoca alimin dühasını ən tərifli ifadələrlə 
qiymətləndirirdi.  Deyirdi  ki,  maestro  hələ  heç  vaxt  öz 
zəkasını və zəngin təxəyyülünü bu cür əyani isbatlamamışdı! 
Onların hər ikisi xirtdəyə kimi bu fantaziya dünyasına qərq 
olmuşdular və qızğın fikir mübadiləsi aparırdılar – eynilə bu 
yaxınlarda  birgə  keçirdikləri  ən  məhsuldar  gecədəki  kimi. 
Mən  də  onlara  sevinc  içində  qulaq  asırdım,  çünki  bu  dəfə 
qəlbim heyranlıq və məftunluqla dolmuşdu.
İndi mənim üçün tam aydındır ki, niyə hersoq messir Ber-
nardonu saraya dəvət etmişdi və niyə onunla özünə bərabər 
birisi kimi davranır, ehtiramını daim nümayiş etdirir, diqqət 
və qayğı ilə əhatə edirdi. Bernardonun elmi araşdırmalarına, 
təbiət sahəsindəki həm faydalı, həm xeyirsiz tədqiqatlarına 
hersoqun  qızğın  marağı,  onun  rəssamlıq  məharəti,  Santa-
Kroçedəki «Sirli axşam»ı haqda, bu hərtərəfli istedada ma-
lik  insanın  gördüyü  bütün  işlər  barədə  diqqətli  və  heyran 
mülahizələrinin mənası da mənə indi çatdı!
O, həqiqətən böyük hökmdardır!
Bu  gün  dəhşətli  yuxu  gördüm.  Gördüm  ki,  ucaboy  və 
əzəmətli,  nəcib  mütəfəkkir  alnı  çal  saçların  haləsində  olan 
maestro Bernardo çox uca bir dağın başında durub, ətrafında 
isə  əcaib  varlıqlar  –  Santa-Kroçedəki  şəkillərdə  gördüyüm 
həmin  o  murdar  məxluqlar  sürətlə  uçuşurlar.  Onlar  qoca-
nın  ətrafında  şər  qüvvələr  kimi  qaynaşırdılar,  o  isə  sanki 
hökmranlıq  edirdi  onlara.  Bu  dəhşətli  məxluqların  üzləri 
kərtənkələ və qurbağa sifətlərinə bənzəyirdi, onun öz üzü isə 
həmişəki ciddiyyətində və nəcabətində idi. Lakin onun boyu 


57
yavaş-yavaş kiçildi, bədəni büzüşərək rəzil və murdar oldu 
və kürəyindən tüklü ayaqları ilə birləşən iki qanad çıxdı, lap 
yarasa kimi. Üzündə elə bayaqkı təntənəli ifadə, qanad çal-
mağa başladı və qəflətən yerdən qalxaraq həmin o dəhşətli 
varlıqların əhatəsində gecənin zülmətinə uçdu.
Mən yuxulara əhəmiyyət vermirəm. Onların heç bir şeylə 
əlaqəsi yoxdur və heç bir məna daşımırlar. az-çox əhəmiyyəti 
olan yeganə şey həqiqətin özüdür.
Onun eybəcər olduğunu mən çoxdan anlamışam.
Kondotyer  Bakkarossa  dörd  min  əsgərlə  sərhədi  keç-
di!  O,  ölkənin  içərilərinə  artıq  iki  mil  soxularaq,  hücum 
gözləmədiyindən heç bir hazırlıq görməyə macalı olmayan 
Öküz ləqəbli Lodoviko Montansanı qəfil yaxaladı.
Bütün şəhəri ildırım kimi vuran inanılmaz xəbər! Bütün 
beyinləri həyəcana gətirən ağlasığmaz hadisə!
Kondotyer  cənub-şərqin  əlçatmaz  dağlarında,  tam  məx-
filik  içində  öz  muzdlularını  toplayaraq  hücum  planını  lap 
şeytan bicliyi ilə hazırlamışdı və bu plan da indi ona uğur 
gətirirdi.
Heç kəs heç bir şey bilmirdi – hətta biz özümüz də. Her-
soqdan  –  bu  dahiyanə  hücum  planının  əsl  təşəbbüskarı  və 
ilhamvericisindən – savayı. Heç ağlasığan deyil! Hətta ada-
mın inanmağı da gəlmir!
İndi  artıq  Montansa  ailəsinin  sayılı  günləri  qalırdı 
və  nifrətəlayiq  Lodoviko  –  deyirdilər  ki,  bizim  kimi  elə 
həmvətənlərinin də onu görən gözü yox idi, – nəhayət ki, bu 
öküz boynunu qırdıracaqdı və bununla da murdar bir nəslin 
hakimiyyəti sona yetəcəkdi.
Bütün  bicliyinə,  çoxbilmişliyinə  baxmayaraq,  onu  bar-
maqlarına dolamışdılar! Heç şübhəsiz ki, hersoqun ona hü-


58
cum  etmək  barədə  düşündüyündən  xəbərdar  idi,  lakin  onu 
da bilirdi ki, burda, şəhərdə heç bir qoşun yoxdur və elə bu 
səbəbdən, çox elə narahat da deyildi. Və hər şeydən az isə heç 
bir sərhəd qalalarının olmadığı həmin o keçilməz yerlərdən 
hücum gözləyirdi. Öküzün sonu çatdı! Cavabdehlik anı ye-
tişdi!
İndi  şəhərdə  hakim  olan  əhval-ruhiyyəni  təsvir  etmək 
çətindir.  adamlar  küçələrə  toplaşıb  əl-qolla,  ucadan, 
həyəcanlı və qızğın danışır, ya da ki, dinməzcə durub marşla 
yanlarından  keçən  döyüşçü  dəstələrinə  –  hersoqun  qoşun-
larına tamaşa edirlər. Bəlli deyil ki, bu qoşun haradan çıx-
dı, sanki yerin altındaymışlar. Hə, məlum olurdu ki, bu hü-
cum yaxşı planlaşdırılmışdı. Bütün kilsə zəngləri çalınırdı, 
kilsələr insanla dolu idi, onların girişində daim basabas idi. 
Ruhani atalar müharibənin uğurla başa çatmasına qızğın dua-
lar edirdilər və heç şübhə yox idi ki, bütün bunlar kilsənin xe-
yir-duası ilə baş verirdi. Başqa necə olmalıydı ki? Müharibə 
bizim hamımıza şöhrət gətirəcək!
Bütün  xalq  coşqunluq  içindədir.  Sarayda  məxsusi  can-
lanma var – misilsiz heyranlıq duyğusu hakimdir və hersoqla 
möhkəm fəxr edirlər.
Bizim  qoşunlar  döyüşə  başqa  yerdə  girəcəklər:  onlar 
sərhədi  şərqdən,  geniş  çay  vadisindən  keçəcəkdilər  –  qə-
dim, klassik hücum yolu. Bir gün yol qət edib dağ ətəyindəki 
düzənlikdə,  döyüş  üçün  rahat  olan,  torpağın  igidlərin 
qanı  ilə  sulandığı  bir  məkanda  kondotyerin  dəstələri  ilə 
birləşəcəkdilər. Kampaniyanın planı bu idi! Onu mən öyrənə 
bildim!
O mənada demirəm ki, nəyisə dəqiqliyi ilə öyrənə bilmi-
şəm, yox, mən onsuzda hər şeydən iyləyib-çüy ləyib xəbərdar 


59
olmuşdum,  məlumatları  havada  tikə-tikə  qapırdım;  burdan 
bir kəlmə, ordan bir kəlmə, bir də görürdün ki, mənzərə ay-
dınlaşdı. Başım elə buna qarış  mışdı da, hər şeyi bilməyə, heç 
nəyi diqqətdən kənarda qoymamağa çalışırdım: qapı dalın-
dan qulaq asır, şkafların, pərdələrin arxasında gizlənir, indi 
baş verən əzəmətli hadisələr barədə imkan dairəsində, daha 
çox şey öyrənməyə çalışırdım.
Əcəb  plan  idi!  Çox  güman  ki,  baş  tutacaqdı.  Düzdür, 
sərhədin bu hissəsində qalalar da vardı. Lakin onlar alınacaq-
dı. Bəlkə hələ özləri də təslim olacaqdılar, bu imkanı da unut-
maq  olmaz,  baxacaqdılar  ki,  müqavimətin  mənası  yoxdur, 
təslim olacaqdılar. Bəlkə də o qalaları hü cumla tutacaqdılar. 
Hər halda qabağımızı ala bilməyəcəkdi bu qalalar. Qarşımı-
zı heç nə kəsə bilməz, çünki hücum gözlənilməz, müstəsna 
dərəcədə sarsıdıcı idi.
Bizim  hersoq  gör  necə  dahi  sərkərdədir!  Təcrübəli  tül-
küdür!  Sən  bicliyə,  ölçüb-biçməyə  bir  bax!  Bu  kampaniya 
ideyasının özündəki vüsətə, əzəmətə bax!
Belə bir hersoqun karliki olmaqdan qürur duyuram.
Bütün fikirlərim eyni arzuya köklənib: müharibəyə necə 
gedim?  Mütləq  getməliyəm.  nəyin  bahasına  olursa,  olsun. 
amma necə, hansı yolla gerçəkləşdirim bu arzunu? Mənim 
heç bir hərbi biliyim yoxdur. Sərkərdədən, ya da heç olmasa, 
adi əsgərdən tələb olunan biliyi deyirəm. Lakin mən silahla 
davrana  bilirəm!  Kişi  kimi  qılınc  çalıram!  Mənim  şpaqam 
heç kiminkindən pis deyil! Bir az gödəkdir, vəssalam. amma 
qısa tiyələr bəzən uzunlardan təhlükəli olur! Düşmən bunu 
öz canında hiss edəcək!
Yaxamdan əl çəkməyən bu fikirlərdən bihal oluram, evdə, 
qadınlar və uşaqlarla qalacağımdan, nəhayət ki, nəsə baş ver-


60
diyi günlərdə kənarda qalacağımdan qorxuram. Ən dəhşətli 
qırğın isə yəqin elə indi, kampaniyanın başlanğıcında ola-
caqdı.
Mən qana susamışam!
Məni də aparırlar! aparırlar!
nəhayət ki, bu gün səhər içimdəkilərin hamısını her soqa 
açdım, yürüşdə iştirak etmək kimi həyati əhəmiyyət daşıyan 
arzumu  bildirdim.  Öz  xahişimi  elə  hərarətlə  açıq ladım  ki, 
o biganə qalmadı, bunu hiss etdim. Həm də bəxtim gətirdi: 
xahişim,  necə  deyərlər,  onun  xoş  anına  təsadüf  etmişdi. 
O,  alnına  sarı  daradığı  qısa  saçlarına  sığal  çəkdi  –  əhvali-
ruhiyyəsinin yaxşı olduğunun dəqiq göstəricisi bu idi, – və 
mənə nəzər salanda qara gözləri parladı.
«Əlbəttə, sən də gedərsən müharibəyə», – dedi. Özü ge-
dirdi, təbii ki, məni də aparacaqdı. Hersoq öz karliki olmadan 
nə edə bilər? Onu şəraba kim qonaq edəcək? Və o şən bir 
tərzdə mənə göz vurdu.
Məni aparırlar! aparırlar!
artıq  piniyalar  bitən  təpədə  qurulmuş  yürüş  çadırında 
oturmuşam, burdan dağın ətəyindəki düşmən mövqeləri lap 
ovcunun içində görünür. Çadırın enli, sarı və qırmızı zolaqlı 
– bu hersoqun rəngidir – parçası küləyin altında şappıldayır, 
adamı lap şeypur səsi kimi coşdurur, tələsdirirdi. Mən tam 
döyüş qiyafəsindəyəm, əynimdəki hər şey eynilə hersoqun-
ku kimidir: zireh də, dəbilqə də, böyrümdən asıl mış gümüş 
kəmərli şpaqa da. axşamtərəfidir, indi burda məndən başqa 
heç  kəs  yoxdur.  Girişdə  salınan  örtük  qal dırılıb  və  mənim 
qulağıma sabahkı döyüş planını müzakirə edən sərkərdələrin 
səsləri  yetişir,  uzaqdan  isə  əsgərlərin  oxuduğu  mərdlik 
mahnısının  sədaları  gəlir. aşağıda,  düzənlikdə  Öküzün  qa-


61
ra-ağ  çadırını,  çadırın  ətrafında  qaynaşan  insan  fiqurlarını 
görürəm, bapbalaca görünürlər, burdan baxanda fikirləşirsən 
ki, tamam ziyansız məxluqlardır, sol tərəfdə, lap uzaqlarda 
isə döyüş əlbisələrini çıxarmış qurşağa kimi lüt süvarilər at-
larını çayda çimizdirirlər.
Bir həftədən artıqdır ki, yürüşdəyik – əzəmətli hadi sələrlə 
zəngin günlər. Hücum elə dəqiq mən deyən kimi inkişaf etdi. 
Bizimkilər düşmənin sərhəd qalalarını aldılar, amma əvvəlcə 
onları  messir  Bernardonun  zəkasının  məhsulu,  nəyə  qadir 
olduğunu ilk yoxladığımız əvəzsiz bombardmanlardan atəşə 
tutdular, – dəhşətli yaylım atəşindən qorxmuş qarnizon elə 
o dəqiqə təslim oldu. Öküz Bokkarossanın qarşısını kəsmək 
üçün  sax ladığı,  sayı  o  qədər  də  çox  olmayan  dəstələrini 
tələsik  qabağımıza  çıxardı,  lakin  bütün  qızğın  döyüşlərdən 
biz qalib çıxdıq, çünki düşmənin gücü bizimkindən xeyli az 
idi. Elə bu əsnada Bokkarossanın muzdluları getdikcə daha 
az mü qavimət göstərərək özlərinin yolunu qılınclarıyla aç-
dılar və düşmənin canlı qüvvəsinə aman verməyərək bir az 
da  şimala  irəlilədilər  ki,  bizim  dəstələrlə  birləşə  bilsinlər. 
Və  beləliklə, dünən  günorta  üstü,  çoxdan  intizarında oldu-
ğumuz, kampaniyanın gələcəyi üçün çox mühüm sayılan bu 
görüş  baş  tutdu.  Hal-hazırda  bizim  birləşmiş  qüvvələrimiz 
dağətəyi nahiyədə, düzənlik ilə dağların arasında qərar tutub, 
say etibarilə on beş min nəfərdən artıqdır ki, onların da iki 
min nəfərini süvarilər təşkil edir.
Mən  hersoqun  kondotyerlə  görüşündə  iştirak  etdim. 
Həqiqətən  unudulmaz,  tarixi  bir  an  idi.  Bu  vaxt  ərzində 
cavanlaşaraq,  hamını  təəccüb  qoymuş  hersoq  qiyamət  bir 
zirehli  geyimdə  idi:  sinəbəndi  və  dirsəkliyi  qızıl  suyuna 
çəkilmiş  gümüşdən,  dəbilqəsində  isə  iki  lələk  vardı,  biri 


62
sarı,  o  birisi  qırmızı,  –  çoxsaylı  əsabələrinin  əhatəsində 
xoşagəlməz  şöhrətilə  seçilən  müttəfiqini  nəzakətlə  salam-
layanda, dəbilqəsindəki lələklər çox qəşəng tərpəndi. Onun 
daim solğun, cins sifəti bir az qızarmışdı, nazik dodaqlarında 
isə  bir  təbəssüm  yaranmışdı,  səmimi,  ürək dən  gələn,  lakin 
bununla yanaşı, həm də adəti üzrə bir az sıxılmış, ehtiyatlı 
bir təbəssüm. Onunla üzbəüz qüdrətli, enlikürək Bokkaros-
sa durmuşdu – əsl nəhəng. İçimdə qəribə bir hissiyyat vardı, 
sanki onunla ilk dəfə idi görüşürdüm. amma bu görkəmdə 
onu gördüyüm, həqiqətən birinci dəfəydi – axı birbaşa döyüş 
meydanından gəlirdi. Əynində hersoqunkularla müqayisədə 
lap sadə görünən polad geyim vardı, yeganə bəzəyi sinəsində 
bürüncdən  düzəlmiş  heyvan  sifəti  idi  –  ağzını  qəzəblə  aç-
mış şir. Dəbilqəsində heç bir lələk, ya başqa bəzək yox idi 
– sadə, hamar dəbilqə idi. Onun sifəti mənə insan sifətlərinin 
ən dəhşətlisi kimi gəldi. Piyli, çopur idi, elə bir çənəsi vardı 
ki, görəndə istər-istəməz əsərdin, ağzı isə ətyeyən heyvanla-
rınkı kimi qan qırmızısı rəngdə idi. Qalın dodaqları möhkəm 
sıxılmışdı, pusquda durmuş vəhşi kimi, hardasa lap dərində 
qərar tutan baxışları isə, elə bilirəm öz yuvasından bir anlıq 
görünməsi ilə istənilən düşməni qaçırda bilərdi. Ona baxanda 
adam qorxurdu. amma mən onun qədər kişiyə oxşayan başqa 
birisini heç vaxt görməmişdim. Mənim üçün o, hakimiyyət 
anlayışının  təcəssümü  idi.  Qədim  baxışlarımla  baxırdım 
ona,  dünyada  artıq  hər  şeyi  görmüş,  özündə  minilliklərin 
təcrübəsini toplamış karlik gözüylə heyran-heyran baxırdım.
az danışırdı, demək olar ki, susurdu. Danışan başqaları 
idi. Bir dəfə hersoqun hansı sözünəsə gülümsündü. Bil mirəm 
buna niyə gülümsəmək dedim, amma başqa insanlarda bu-
nun adına elə gülümsəmək deyirlər.


63
Maraqlıdır, bəlkə o da mənim kimi gülümsəməyi bacar-
mır?
O, başqaları kimi hamarsifət deyil. Heç dünən də anadan 
olmayıb, qədim nəsildən çıxıb, bizimki qədər qədim olmasa 
da, hər halda…
Hersoq  onunla  yanaşı  mənə  elə  bil  əhəmiyyətsiz  gəldi. 
Və bu hökmdarımın qarşısında ehtiramla baş əydiyim bir za-
manda, – dəfələrlə dediyim kimi, bu ehtiramım son zamanlar 
möhkəm artmışdı – baş verirdi!
Ümidvaram ki, kondotyeri döyüşdə görmək mənə nəsib 
olacaq.
Beləliklə sabah səhər həlledici döyüş olacaq. adama elə 
gəlir  ki,  qoşunlarımızın  iki  dəstəsi  birləşən  kimi,  nə  qədər 
ki,  Lodoviko  nəfəsini  dərib  gücünü  toplamamışdı,  –  yeri 
gəlmişkən, etdiyi ilk şey də elə bu olmuşdu – ara vermədən, 
təcili hücum etmək lazım idi. Mən öz fikrimi hersoqa dedim, 
o isə cavab verdi ki, adamlara bir az istirahət vermək gərəkdir. 
Bir də ki, elə düşmənə də cəngavər münasibəti göstərmək, 
ona bu məsuliyyətli döyüş üçün hərbi hazırlığını bərpa etmək 
fürsəti vermək lazımdır. Mən belə bir baxışla müharibə apar-
mağın məqsədəuyğunluğu barədə öz tərəddüdümü bildirdim. 
«Məqsədəuyğunluq öz yerində, – o cavab verdi, – lakin mən 
hər şeydən öncə cəngavərəm. Bizim qanunlar sənin üçün ya-
zılmayıb». Mən başımı buladım. Gəl bu qəribə adamı anla 
görüm, necə anlayırsan. Bilmək istərdim ki, Bokkarossa bu 
barədə nə düşünür.
Öküz isə bəlli idi ki, vaxtını hədər yerə keçirmirdi. Biz 
axı  burdan  hər  şeyi  görürdük.  Gün  ərzində  hətta  ehtiyat 
qüvvələrini də gətirə bilmişdi.


64
Biz, təbii ki, istənilən vəziyyətdə qələbə çalacağıq, bu ar-
tıq həll olunmuş bir məsələdir. Bəlkə də elə qoşununun sayını 
artırması da yaxşı oldu: bizimkilərin baş kəsməsi üçün xeyli 
adam tapılacaq. Düşmən nə qədər çox olsa, qələbə də bir o 
qədər inamlı sayılır. Əslində o onsuz da uduzacaqdı, başını 
işlədib, qoşunun sayını artırmaya bilərdi, əsgəri nə qədər az 
olsa, onun üçün bir o qədər yaxşı olardı. Lakin o qürurlu və 
həqiqətən də öküz kimi tərsdir.
Onun tam təhlükəsiz olduğunu düşünmək də böyük yan-
lışlıq  olardı.  O,  bicdir,  cəsarətlidir,  başını  yaxşı  işlədir  və 
gerçəkdən  qeyri-adi  sərkərdədir.  Əgər  müharibə  onun  ba-
şına  bu  qədər  qəfil  gəlməsəydi,  təhlükəli  düşmən  olardı. 
Günbəgün daha yaxşı anlayırsan ki, bax belə, qəflətən hü-
cum etmək nə qədər mühüm imiş; biz bu məqamı hələ yürüş 
bitənə kimi dəfələrlə xatırlayacağıq.
Sabahkı döyüşün planı mənə bütün təfərrüatı ilə bəllidir. 
Bizim, yəni hersoqun qoşunları zərbəni mərkəzdən endirəcək, 
Bokkarossanın qüvvələri – sol cinahdan. Beləliklə hücuma 
bir yox, eyni zamanda iki istiqamətdən keçəcəyik. Tamamilə 
təbiidir, çünki ixtiyarımızda iki müstəqil qoşun var. Cəmi bir 
qoşunu olan düşmən isə məcbur olacaq ki, eyni zamanda iki 
istiqamətdə döyüşsün. aydındır ki, bu onlar üçün çox böyük 
problem yaradacaq, bizə isə əhəmiyyətli üstünlük verəcək. 
nəticədən nigaran qalmağa əsas yoxdur. Hərçənd ki, biz də 
müəyyən itkilərə hazır olmalıyıq. Ümumiyyətlə isə, mənə elə 
gəlir ki, döyüş qanlı olacaq. Qurban vermədən heç nəyə nail 
ola bilməzsən. Bir də ki, bu döyüş fövqəladə əhəmiyyətlidir, 
onun  nəticəsindən,  çox  güman  ki,  bütün  müharibənin  son-
luğu  asılıdır.  Bunun  naminə  müəyyən  qurbanlar  verməyə 
dəyər.


65
Hərb  sənətinin  mənə  indiyədək  gizlin  qalmış  sirləri 
ilə  getdikcə  daha  artıq  maraqlanmağa  başlayıram.  Yü-
rüş  həyatının  rəngarəngliyi  və  gərginliyi  lap  ürəyimcədir. 
Gözəl həyatdır! Müharibədə iştirak həm bədən, həm də ruh 
üçün bir azadlıqdır! Sanki tamam başqa adama çevrilirsən. 
Hərəkətlərim də yüngülləşib. Elə bil bədənim çəkisizdir.
Ömrüm boyu belə xoşbəxt olmamışam. Əşi, nə deyim 
daha! Məgər mən əvvəllər xoşbəxtlik nə olduğunu bilir-
dim ki?
Deməli, sabah! Sabah!
Mən bu döyüşə uşaq kimi sevinirəm.
Dəhşətli dərəcədə tələsirəm. Qısaca söyləyəcəm.
Qələbə  çaldıq,  parlaq  qələbə!  Düşmən  dağılmış  dəstə-
lərini toplamağa çalışaraq tam qarışıqlıq içində geri çəkilir. 
Biz onları addımbaaddım təqib edirik! Bu ana kimi əlçatmaz 
sayılan Montansa şəhərinin yolu artıq açıqdır!
Vaxt  tapan  kimi,  bu  gözəl  döyüşü  təfərrüatı  ilə  təsvir 
edəcəyəm. Hadisələr özü hər şeyi danışır – artıq sözlər öz 
mənasını büsbütün itirib. Mən qələmi qılıncla əvəz etdim.
nəhayət ki, nələrisə qeyd etmək üçün azacıq boş vaxtım 
var. Bu son günlər biz döyüşə-döyüşə inadla irəliləyirdik, sö-
zün əsl mənasında nəfəs çəkməyə fürsətimiz yox idi. Hətta 
bəzən, gecələmək üçün çadır qurmağa da vaxt tapılmırdı və 
biz düşərgəni açıq çöldə, piniya və zeytunların içində salıb 
plaşımıza bürünür, başımızın altına isə daş qoyaraq yatırdıq. 
Gözəl həyatdır! Bayaq dediyim kimi, indi boş vaxtımız bir 
qədər çoxalıb. Hersoq deyir ki, istirahət bizə ziyan gətirməz, 
– o, bəlkə də, haqlıdır. arası kəsilmədən qələbə çalmaq da 
axı adamı yorur.


66
İndi  şəhərdən  cəmi  yarım  mil  məsafədəyik,  şəhər  elə 
bil  ovcumuzun  içindədir:  tən  ortadakı  təpədə  qədim  Mon-
tansa  qəsridir,  ətrafında  isə  gözətçi  qüllələri,  kilsələr,  zəng 
qüllələri, bir az geridə də başqa, nisbətən sadə evlər və bü-
tün bunlar çox hündür qala divarları ilə əhatə olunub – əsl 
quldur  yuvasıdır.  Qulaqlarımıza  kilsə  zənglərinin  səsi  ye-
tir – yəqin ilahidən nicat diləyirlər. Biz çalışarıq ki, onların 
duası müstəcab olmasın. Öküz bütün qoşununun qalıqlarını 
bura  toplayıb  –  bizimlə  şəhər  arasındakı  düzənliyə.  Kimi 
mümkündürsə, yığıb. Onu elə döymüşük ki, müdafiə üçün 
sayları bəs eləməyəcək. Görkəmli sərkərdədir, amma görü-
nür vəziyyətinin tam ümidsiz oldu ğunu anlamır. Belə çıxır 
ki,  son  damla  qanlarına  kimi  döyüşmək  niyyətindədirlər, 
əlindəki bütün qüvvələri ortaya atacaq, təki onun üçün ya-
zılmış taledən qaça bilsin. Bu, şəhəri xilas etmək üçün onun 
son cəhdidir.
Tamamilə  mənasız  bir  cəhd.  Montansa  ailəsinin  taleyi 
həmin  tarixi  səhər  çağında,  təxminən  bir  həftə  qabaq  həll 
edilib və indi artıq onların son saatı yetişib. 
aşağıda isə həmin o əzəmətli, tayı-bərabəri olmayan dö-
yüşün geniş və dəqiq şərhini verməyə cəhd edəcəm.
Hər şey ondan başladı ki, hər iki qoşunumuz eyni zaman-
da hücuma keçdilər, bütün dəqiqliyi ilə elə mənim qabaqca-
dan dediyim kimi. Təpənin başından bu proses lap əzəmətli 
bir tamaşa idi sanki – həm gözü, həm də ruhu oxşayan bir 
tamaşa.  Döyüş  musiqisi  guruldadı,  rəngarəng,  səliqəli  sı-
raların  başı  üstündə  bayraqların  səfi  dalğalandı.  Doğan 
günəşin nuruna boyanmış döyüş meydanını gümüş şeypur-
ların sədası doldurdu, bu səda altında yamacla piyadalardan 
ibarət sel üzüaşağı axdı. Düşmən onları sıx, qorxulu sıralar-


67
da  gözləyirdi  və  elə  ki,  başdan-ayağa  silahlanmış  rəqiblər 
toqquşdular, əlbəyaxa döyüş qopdu. Yəqin ki, orda qan çay 
kimi axırdı. adamlar biçilmiş kimi yerə sərilirdilər, yaralılar 
isə sürünərək meydandan çıxmağa cəhd edirdilər, lakin onları 
elə o dəqiqə ölümcül zərbələr, ya da tapdalanmaq gözləyirdi, 
acı çığırtılar eşidilirdi, bütün döyüşlərdə olduğu kimi. 
Döyüş  meydanı  təlatümlü  dəniz  təki  dalğalanırdı,  belə 
görünürdü  ki,  bəzi  yerlərdə  üstünlük  bizim,  bəzilərində 
isə  düşmənin  tərəfində  idi.  Bokkarossa  əvvəlcə  özünü  elə 
göstərdi ki, guya bizimlə eyni istiqamətdə irəliləyir, amma 
onun  dəstələri  tədricən,  istiqamətdən  yayındılar,  geniş  bir 
çevrə cızaraq, düşmənin üstünə cinahdan atıldılar. Düşmən 
hiyləgər manevrdən çaşqınlığa düçar olaraq ciddi müqavimət 
göstərə bilmədi. Qələbə uzaqda deyildi, mən belə düşünür-
düm. artıq neçə saat keçmişdi və günəş xeyli yüksəkdə idi.
Və birdən dəhşətli bir şey baş verdi. Çayın yanında mövqe 
seçmiş dəstələrimiz sarsıldılar. Onlar Lodovikonun sağ cina-
hının təzyiqi altında geri çəkilməyə başladılar, getdikcə bu 
dəstələri bir az da arxaya sıxışdırırdılar, onlar isə pərakəndə 
müqavimət  göstərməkdən  savayı  bir  şey  edə  bilmirdilər. 
Kənardan  elə  görünürdü  ki,  döyüş  əzmini  artıq  tamam 
itiriblər. Elə hey geri çəkilirdilər. Görünür ölüm qorxusu can-
larını elə almışdı ki, yaşamaq imkanını nəyin bahasına desən, 
qızırqanmadan alardılar. Gözlərimə inanmırdım. anlaya bil-
mirdim nə baş verdiyini, axı biz düşməni say cəhətdən xeyli 
üstələyirdik: az qala iki dəfə. Sifətim qıpqırmızı oldu: bu mur-
dar qorxaqların yerinə utanırdım! Mən coşmuşdum, qışqırır, 
ayaqlarımı  yerə  döyür,  qəzəbdən  onlara  yumruq  göstərir, 
lənətlər yağdırırdım – bir sözlə, öz qəzəbimi, nifrətimi nüma-
yiş etdirirdim. nə faydası! Onlar məni təbii ki, eşitmirdilər 


68
–  elə  hey  geri  çəkilməklərindəydilər.  Mənə  elə  gəlirdi  ki, 
dəli olacam. Heç kəs də onların köməyinə tələsmirdi. Çətin 
vəziyyətlərinə fikir verən də yox idi. Onlar buna layiq idilər!
Birdən gördüm ki, mərkəzə rəhbərlik edən hersoq, arxa-
da gözləyən bir-neçə dəstəyə işarə etdi. Onlar qabağa, çay 
istiqamətində  irəliləməyə,  düşmən  sıralarını  bacarıqla  yar-
mağa  başladılar.  Çaya  aparan  yolu  qarış-qarış  azad  edərək 
nəhayət  zəfər  çığırtılarıyla  sahilə  çatdılar.  Düşmənin  geri 
çəkilməyə yolu qapandı! Beş yüzlə yeddi yüz nəfər arasın-
da düşmən dəstəsi mühasirəyə düşdü. Elə bil torbada idilər, 
məhv ediləcəkləri anı gözləməkdən başqa çıxış yolları qal-
mamışdı.
Mən heyrətdən donub qaldım. Bu cür hərbi biclik barə-
də  təsəvvürüm  də  yox  idi.  Mən  də  bunu  qorxaqlıq  kimi 
qiymətləndirmişdim.  Ürəyim  çırpınırdı,  sevindiyimdən  az 
qalırdı nəfəsim kəsilə. Sanki çiyinlərimdən ağır bir yük at-
mışdım.
Sonra  da  maraqlı  bir  tamaşa  başlandı.  Bizim  dəstələr 
mühasirədəki  düşməni  hər  tərəfdən  sıxışdırır,  onları  döyüş 
meydanı ilə çay arasındakı nazik zolağa qovurdular. nəhayət 
düşmən  elə  bir  məngənəyə  düşdü  ki,  heç  tərpənə  bilmədi 
və bizimkilər onları amansızcasına məhv etməyə başladılar. 
Mən həyatım boyu belə «qanlı hamam» görməmişdim. Özü 
də əsl hamam idi, suyu da vardı: onları birbaşa çaya sıxışdı-
rırdıq, dəstə-dəstə suya tökür, pişik balaları kimi batırırdıq. 
Onlar axınla mübarizə aparır, burulğanlarda boğulur, qışqı-
rıb köməyə çağırırdılar və özlərini heç əsgər kimi aparmır-
dılar. Onların demək olar ki, heç biri üzə bilmirdi, sanki ilk 
dəfə  idi  suya  girdikləri.  Üzüb  sahilə  çıxmağa  nail  olanları 
da qılınc zərbələriylə öldürürdük, qarşı sahilə keçməyə cəhd 


69
göstərənləri isə su özü aparırdı. Demək olar ki, nicat tapan 
olmadı.
Qorxaqlıq parlaq qələbəyə çevrildi!
Həmin dəqiqədən etibarən, hadisələr ağlasığmaz sürətlə 
cərəyan edirdi. Mərkəzi qüvvələr də, sol cinah da düşmənə 
ağır zərbələr endirdi, Bokkarossanın sağ cinahdakı dəstələri 
də düşməni ikiqat qəzəblə doğrayırdılar. Yamacla üzüaşağı 
isə yaxşıca dincəlmiş süvarilərimiz əllərində nizə, yel kimi 
özlərini yetirib, döyüşün ən qızğın yerinə soxuldular, Lodo-
vikonun  əldən  düşmüş,  sıxışdırılan  sıralarında  əsl  başıpo-
zuqluq yarandı. Çox tezliklə onlar təzyiqə davam gətirməyib 
bizə kürəklərini göstərdilər. Biz də başda süvari dəstəsi ol-
maqla,  onları  təqib  etməyə  başladıq  ki,  gözəl  qələbəmizin 
bəhrəsini sona kimi yığa bilək. Hersoq, təbii ki, qarşısında 
açılan  imkanları  əldən  vermək  fikrində  deyildi.  Piyadalar-
dan və süvarilərdən ibarət bir neçə dəstə əsas qüvvələrdən 
ayrılaraq, yan tərəfdəki dərəyə sarı hərəkət etdi – yəqin ki, 
düşmənin  yolunu  kəsmək  idi  məqsəd.  Hadisələrin  sonrakı 
inkişafını artıq biz görə bilmədik, çünki dağlar hər iki qoşu-
nun qarşılaşdığı yeri gizləyirdi. Hər şey göz önündən birdən 
çəkildi, elə indicə hərbi əməliyyat teatrı olmuş düzənliyin o 
biri üzündə, yamaclarında üzüm bağları olan təpələrin ara-
sında qeyb oldu.
Bizim  düşərgədə  o  dəqiqə  qarışıqlıq  başladı,  hər  şey 
hərəkətə  gəldi.  atları  arabalara  qoşur,  silahları,  döyüş 
ləvazimatını  tələsik  arabalara  yükləyirdilər,  hamı  yüyürür, 
canfəşanlıq edirdi, arabalar yola hazırlanırdı. Mən hersoqun 
çadırı  yüklənmiş  araba  ilə  getməli  idim.  Hərəkət  siqna-
lı verildi və biz yamacdan döyüş meydanına endik, indi bu 
meydan  ölülər  və  yaralılarla  dolu  cansıxıcı  bir  səhranı  xa-


70
tırladırdı. O qədər çox idilər ki, hərdən bədənlərin üstündən 
keçəsi olurduq. Əsasən ölülər idi təkərlərin altında qalanlar, 
amma bəziləri dəhşət içində qışqırırdılar. Bizim yaralılar da 
arxamızca  çığırırdılar  ki,  onları  da  özümüzlə  aparaq,  lakin 
buna imkanımız yox idi, tələsməliydik ki, qoşuna çata bilək. 
Müharibələr insanı möhkəmlədir, elə bil hər şeyə öyrəşirsən. 
amma belə bir şeyi həyatım boyu hələ görməmişdim. İnsan-
ların arasında atlar da uzana qalmışdılar. Biz qarnı yırtılmış, 
içalatı tökülmüş bir atın üstündən keçdik. Baxa bilmirdim, az 
qaldı qaytarım. Bilmirəm niyə, amma mənə yaman təsir elədi 
bu mənzərə. arabaçıya qışqırdım ki, tələssin, o da qamçısını 
şaqqıldatdı və biz sürətlə irəli atıldıq.
Qəribə  işdir.  neçə  dəfə  şahidi  olmuşam  ki,  bəzi  vəziy-
yətlərdə mən çox həssas oluram. Elə şeylər var ki, onların 
görünüşünə qətiyyən dözə bilmirəm. Məsələn Fran çeskonun 
bağırsaqları  barədə  fikirləşən  kimi  ödüm  ağzıma  gəlir.  Ən 
təbii şeylər, nədənsə, xüsusilə ürək bulandırıcı olur.
Gün sona yetirdi. Dünyada hər şeyin, təəssüf ki, bir sonu 
olur. Dağların arxasından hələ boylanan günəş görünməmiş 
cəsarətin, görünməmiş şərəf və məğlubiyyətin şahidi olmuş 
döyüş meydanını hamıya əlvida deyən şüalarıyla işıqlandırır-
dı. Silkələnən arabada arxası ata oturaraq, düzənlik üzərinə 
düşən alatoranı seyr edirdim.
Budur, bütün səhnə zülmətə qərq oldu və burda cərəyan 
etmiş qanlı dram tarixin payına çevrildi.
İndi  öz  yazılarıma  ürəyim  istəyən  qədər  vaxt  ayıra 
bilərəm. Məsələ burasındadır ki, yağış tökür. Sanki göy üzü 
yırtılıb, sel-su axır yerə. Gecə-gündüz elə hey yağır, yağır.
Təbii  ki,  zəhlətökəndir.  Düşərgədə  lıqqa  palçıq.  Ça-
dırların arasındakı keçidlər dizə kimi batdığın və içində ara-


71
sıra at, insan nəcisi üzən duru, gilli bir horraya çevrilib. nəyə 
əl  vursan  yapışqanlı,  çirklidir,  toxunmağa  iyrənirsən.  Su 
çadırın qalın parçasından da süzülür, içəridə hər şey yaşdır. 
Xoşagələn bir şey yoxdur və bu təbii ki, çoxlarının əsəbinə 
toxunur. Hər axşam ümid edirsən ki, səhər yaxşı hava ola-
caq, amma yuxudan oyananda yenə yağış damcılarının çadırı 
təbil kimi döyəcləməsini eşidirsən.
Bu bitməyən yağışın nə xeyri var axı! ancaq hərbi əmə-
liyyatlara mane olur, bütün müharibəni saxlayıb. Özü də par-
laq qələbəmizin bəhrəsini yığmalı olduğumuz bir zamanda. 
niyə yağır!
Əsgərlər sakitləşmişdi. Peşələri ancaq yatmaq, bir də zər 
atmaqdı. Hansı döyüş ruhundan söhbət gedə bilər ki. Öküz 
güc yığır – heç şübhə etməyə bilərsiniz. Biz isə, aydındır ki, 
güclənmirik. Əlbəttə, narahatlığa heç bir əsas yoxdur, amma 
fikirləşəndə, adamı hirs götürür.
Yağış kimi qoşunun döyüş ruhuna pis təsir edən ikinci bir 
şey ola bilməz. Göz önündəki mənzərə artıq baxışları cəlb et-
mir, ehtiras doğurmur, hər şey sanki bozarır, parıltısını itirir, 
– müharibə ilə bağlı olan bütün parlaq və bayramsayağı nə 
varsa. Bütün gözəlliklər solur. amma müharibəni əbədi bay-
ram kimi də təsəvvür etmək olmaz. Müharibə oyuncaq deyil, 
ciddi məsələdir. O, ölüm, fəlakət, qırğındır; sayca səndən az 
olan düşmənlə maraqlı döyüşlərdə vaxtını xoş keçirmək de-
yil qətiyyən. Burda dözüm, səbir, bütün məhrumiyyətlərlə, 
əzablarla barışmağı öyrənməlisən. Bu qaçılmazdır.
Əgər  darıxma  bütün  qoşuna  sirayət  etsə,  iş  təhlükəli 
məcraya girəcək. Evimizə qələbə ilə dönənə kimi, hələ çox 
şeylər  etməliyik.  Düşmən  hələ  də  tam  məhv  edilməyib, 
hərçənd ki, bunun üçün çox gözləmək lazım gəlməz. Və etiraf 


72
etmək vacibdir ki, onlar çay kənarındakı ağır məğlubiyyətə 
baxmayaraq,  geriyə  uğurla  çəkilmişdilər,  hətta  qismən 
mühasirəni yarıb, canlarını qurtarmağa da müvəffəq olmuş-
dular.  İndi  isə,  təkrar  edirəm,  düşmən  yəqin  yenidən  güc 
toplayır. Bizə onu birdəfəlik darmadağın etmək üçün mütləq 
əvvəlki döyüş ruhumuz gərəkdir.
Hersoq  isə  qətiyyən  ruhdan  düşməyib.  O,  müharibəni 
həqiqətən sevənlərdəndir – onun bütün təzahürlərini. Sakit, 
inamlı  və  enerjilidir,  daim  sabit  ruh  yüksəkliyindədir.  Bir 
dəqiqəliyə belə mərdliyini, qələbəyə dərin inamını əldən ver-
mir. Əsl döyüşçü! Yürüş həyatında biz onunla yaman oxşa-
yırıq.
Onda  məni  qane  etməyən,  heç  vaxt  bağışlamadığım, 
həmişə qızğın bir şəkildə qınadığım yeganə cəhət məni dö-
yüş meydanına buraxmaq istəməməsidir. Bilmirəm niyə qoy-
mur? niyə mane olur? Hər döyüş ərəfəsində ona yalvarıram, 
bir  dəfə  hətta  dizi  üstə  çöküb  ayaqlarını  qucaqlayaraq  zır-
zır ağlamışam da! O isə ya özünü elə göstərir ki, guya heç 
nə eşitmir, ya da təbəssümlə cavab verir ki, mən onun üçün 
çox  qiymətliyəm  və  pərvərdigara  məni  başıma  gələ  bilən 
təhlükədən qorusun. Gələ bilən! Bəs mənim istədiyim nədir! 
O  heç  cür  başa  düşmək  istəmir  ki,  bu  mənim  üçün  həyati 
əhəmiyyət kəsb edən məsələdir. anlamır ki, mən bütün varlı-
ğımla döyüşə can atıram – onun heç bir əsgəri belə arzulamır 
döyüşü, – mən bunu başqalarından səmimi, hərarətlə arzu-
layıram. Mənim üçün müharibə oyuncaq deyil, həyatın özü-
dür. Mən vuruşmaq, öldürmək istəyirəm. Fərqlənmək üçün 
istəmirəm,  döyüş  xatirinə  istəyirəm.  Ətrafımda  ölənlərin 
necə  yıxıldığını  görmək  istəyirəm,  ölümü,  məhvi  görmək 
istəyirəm. Onlar mənim əslində necə olduğumu heç təsəvvür 


73
etmirlər. İndi, ruhumun döyüş meydanına can atdığı bir za-
manda ona şərab verməliyəm, qulluq göstərməliyəm, çadır-
dan bir addım belə kənara qoymamalıyam. Mən daim yalnız 
tamaşaçıyam,  mən  bütün  düşüncələrimin  yönəldiyi  bir  işi 
başqalarının necə elədiyinə baxmaq məcburiyyətindəyəm, – 
özümə isə döyüşdə iştirak üçün icazə verilməyib. Dözülməz 
bir həqarət. İndiyədək bircə nəfər belə öldürməmişəm! Kaş 
biləydi ki, əlimdən bu imkanı almaqla mənə necə əzab ver-
miş olur.
Odur  ki,  həqiqətən  xoşbəxtəm  deyəndə,  tam  səmimi 
deyiləm.
Təbii ki, mənim döyüşə can atmağımı başqaları da görür. 
Lakin hersoqdan fərqli olaraq, onlar bilmirlər ki, bu məsələ 
mənim üçün nə qədər ciddidir. Onlar sadəcə, görürlər ki, mən 
əynimdə zireh, yanımda şpaqa gəzirəm, təəccüblənirlər. On-
ların mənim bu yürüşdə oynadığım rol haqda fikirlərinə tam 
biganəyəm.
Hersoqun indiki çevrəsinə girənlərin əksəriyyətini, təbii 
ki, yaxşı tanıyıram. Hamısı onun əyanları və qəsrimizin dai-
mi qonaqlarıdır, əsrlər boyu müharibələrdə fərqlənmiş qədim 
nəsillərin nümayəndələridir, bir də ki, təkcə özlərinin yüksək 
mövqeyinə görə qoşuna başçılıq edən ali rütbəli məmurlar. 
İndiki sərkərdələrin hamısı çoxdan və gözəl tanışdır mənə, 
elə  onlar  məni  tanıyan  kimi.  Hersoqla  bir  yerdə  onlar  da 
kampaniyanın  gedişini  idarə  edirlər.  Deməliyəm  ki,  onu 
həqiqətən cəmiyyətin seçilmişləri əhatə edir – ölkənin hərbi 
aristokratiyasının ən parlaq nümayəndələri.
Məni  əsəbiləşdirir  ki,  yürüşdə  don  Rikkardo  da  iştirak 
edir.  Bu  gopçu  və  özündənbəy  harda  aşdırsa,  orda  da  baş-
dır  (hersoqun  böyründən  heç  qopmur),  özünün  hamını 


74
əyləndirən həmişəki sarsaq zarafatları ilə. Yanağında plebey 
qırmızılığı, hər şey ona gülməli gəldiyindən, daim ağartdığı 
iri, ağ dişləri var, – çox primitiv bir şəxsdir! Təkcə saçlarını 
geriyə atması və balaca, qıvrım saqqalını barmaqlarının ara-
sında özündənrazı bir görkəmlə oy natması bəs eləyər. anla-
mıram ki, onun burada olmasına hersoq necə dözür!
Və tamamilə anlaşılmazdır ki, bu köklü plebeydə cəlbedici 
nə tapıb hersoq. Əslində bunun mənə bir dəxli yoxdur. Bu 
məni, sadəcə olaraq, maraqlandırmır.
Hərdən  onun  cəsurluğu  barədə  söz-söhbətlər  eşidirəm 
və  qətiyyən  aydın  olmur  ki,  bunu  deyərkən,  nəyi  nəzərdə 
tuturlar.  azından,  elə  mən  özüm  anlamıram.  Başqaları  ilə 
bir yerdə çay kənarındakı döyüşdə iştirak edib, amma onun 
nəyləsə  fərqlənə  bildiyinə  heç  inanmıram.  Məsələn  mən 
heç onu görmədim. Görünür bunu özü deyir və başqaları da 
diqqətlə qulaq asanda maraqdan düz ağzının içinə girirlərsə, 
onları  inandırmağa  nə  var  ki.  Şəxsən  mən  onun  nəsə  bir 
cəsurluq göstərdiyinə heç inanmıram. Dözülməz gopçudur o, 
vəssalam. Cəsur! adamın lap qıdığı tutur!
Bax, hersoq həqiqətən cəsurdur. Qızğın döyüş har dadırsa, 
o da qar kimi ağappaq atının belində elə ordadır; dəbilqəsinin 
rəngbərəng lələyi onu döyüşün ən gərgin yerində seçməyə im-
kan verir və düşmən istəsə, onunla lap üzbəüz vuruşa bilər, o, 
həyatını hər dəqiqə təhlükəyə atır. Əlbəyaxa döyüşü elə onun 
əlbəyaxalığına görə sevir, kənardan o dəqiqə görünür, yəqin 
məst olur belə döyüşdən. Bokkarossa da, təbii ki, cəsurdur. 
amma düzünü desəm, onun barədə danışanda, bu ifadə çox 
zəif gəlir adama. Cılız ifadədir, onun döyüş zamanı özünü 
necə aparması barədə tam təsəvvür yaratmır. Mənə danışırdı-
lar: o, düşmənin üstünə gedəndə ən sınanmış döyüşçülər belə 


75
qorxuya düşürlər. Ən dəhşətlisi isə, deyirlər ki, o döyüşdən 
nə qızır, nə məst olur, sadəcə tam diqqətlə öz işini görür, so-
yuqqanlılıqla öldürür. Danışırlar ki, tez-tez atdan düşərək vu-
ruşur – yəqin düşməninə bir az da yaxın olmaq üçün. Görü-
nür insan qanı axıdanda, insan bədənini bu üzündən o üzünə 
kimi  deşəndə,  sadəcə  xoşuna  gəlir.  Hersoqla  qalanlarının 
döyüşməsi onunkuna baxanda, deyirlər ki, lap uşaq oyunu-
na bənzəyir. Mən özüm görməmişəm, bu məsafədən hər şeyi 
seçmək olmaz, adamların danışdıq larına əsaslanıram. Onun 
döyüşünü yaxından görə bilmədiyim üçün nə qədər yanıb-
töküldüyümü ifadə etmək iqtidarında deyiləm.
Bax,  hersoq  kimi,  onun  kimi  insanlar  həqiqətən  cəsur-
durlar, hərəsi özünəməxsus bir tərzdə. amma don Rikkardo! 
Bu adı onlarınkı ilə yanaşı çəkmək lap gül məlidir.
Bokkarossa – elə özünün muzdluları kimi – deyirlər ki, öz 
yolunun üstündə hər şeyi kül etmək, talamaq, müflis etmək 
və xarabazara çevirməkdən xoşlanır. Bu isə, hersoqun fikrinə 
görə, tamam artıq bir şeydir, heç bir hərbi məqsədəuyğunluğu 
yoxdur belə əməllərin. amma, onun elə özü də dağıtmağın 
heç əleyhinə deyil. Lakin Bokkarossa keçən yerdə, deyirlər 
ki, ancaq xarabazarlıq qalır. Ümumiyyətlə, əgər danışılanlara 
inansaq, hersoqla kondotyer arasında fikir müxtəlifliyi möv-
cuddur. Şəxsən mən bu məsələdə Bokkarossanın baxışlarını 
bəyənirəm. Düşmən torpağı, elə düşmən torpağıdır da, gərək 
elə buna müvafiq də davranasan. Müharibənin qanunu bu-
dur. Qoy buna qəddarlıq desinlər, lakin qəddarlıqla müharibə 
ayrılmaz  məfhumlardır,  nə  etmək  olar.  İstədin-istəmədin, 
kiminlə  döyüşürsənsə,  onu  da  məhv  etməlisən,  ölkəni  isə 
bünövrəsinə  kimi  viran  qoymalısan  ki,  bir  də  özünə  gələ 
bilməsin. arxanda müqavimət ocaqları qoymaq təhlükəlidir, 


76
gərək arxayın olasan ki, kürəkdən zərbə almayacaqsan. Yox, 
Bokkarossa şəksiz haqlıdır. 
Hersoq hərdən düşmən içində olduğunu bilmərrə unudur. 
Əhali ilə, mənə belə gəlir ki, heç düzgün dav ranmır. Məsələn, 
belə bir hadisəni götürək. Biz axmaq bir dağ kəndindən keçir-
dik və o ayaq saxladı ki, nəsə bir bayramları vardı, ona tamaşa 
eləsin. Dayanıb, onların necə tütək çalmasına diqqətlə qulaq 
asırdı, elə bil nəsə bir qiymətli musiqi idi və onu dinləmək 
üçün vaxt itirməyə dəyərdi. Başa düşmürəm ki, orda zövq al-
malı nə vardı. Bu yarımvəhşilərlə söhbət eləməyə niyə həvəs 
göstərirdi. Şəxsən mən bunu heç anlamıram. Elə bayramın 
özü də çox sarsaq bir şey idi – adı, gərək ki, məhsul bayra-
mı idi, ya da nəsə ona bənzər bir şey. Bir hamilə qadın yerə 
bir az şərab, bir də zeytun yağı tökdü və hamısı həmin yerin 
ətrafında dövrə vurub əyləşdilər, sonra da başladılar çörəyi, 
şərabı,  keçi  südündən  özləri  düzəltdiyi  pendiri  bir-birinə 
ötürə-ötürə yeyib-içməyə. Hersoq da oturub onlarla bir yerdə 
yeyir,  zeytunlarını,  eybəcər,  yastı  pendirlərini  tərifləyirdi, 
növbəsi çatanda isə köhnə, kirli bardağı ağzına yaxınlaşdırıb 
hamı kimi şərab içdi. adam baxanda iyrənirdi. Onu tanıya 
bilmirdim. Hər dəfə bir şeylə məni daim təəccübləndirir.
O soruşanda ki, qadın şərabla yağı niyə yerə tökür, bunun 
mənası nədir, onlar utancaq-utancaq susdular, guya bu nəsə 
çox  mühüm  bir  sirr  imiş  və  küt  kəndçi  sifətlərində  bic  bir 
təbəssüm peyda oldu. nəhayət aydınlaşdıra bildik ki, torpa-
ğın gələn il bol üzüm və zeytun gətirməsi üçün belə edirlər. 
Lap gülməlidir. Guya torpaq başa düşməlidir ki, ona şərabla 
yağ töküblər və tökəndə nə arzulayıblar. «Biz həmişə ilin bu 
çağında  belə  eləyirik»,  –  dedilər.  uzun,  pırtlaşıq  saqqallı, 
deyəsən şərabdan babat vurmuş bir qoca isə hersoqa yaxın-


77
laşıb düz gözünün içinə baxaraq məhrəmanə bir tərzdə dedi: 
«atalarımız belə eləyib, biz də onların adətini yaşatmalıyıq». 
Sonra isə hamısı – həm qocalar, həm cavanlar, hətta bir 
ayağı  gorda  olan  həmin  o  qoca  özü  də  –  özlərinin  nataraz 
kəndçi rəqslərinə başladılar. Musiqiçilər isə əldəqayırma ço-
ban tütəklərində çalırdılar, onlardan cəmi iki-üç səs çıxarmaq 
olurdu, ona görə də elə eyni şey alınırdı. Bilmirəm hersoqun 
dünyanın ən primitiv musiqisinə qulaq asmağa haradan həvəsi 
vardı. Lakin, o da, don Rikkardo da – o da bizimlə idi, qopan 
deyildi – müharibə getdiyini, ətraflarında düşmənlərin oldu-
ğunu tamam unudub, əyləş dikləri yerdə eləcə dinləyirdilər. 
Bu yarımvəhşilər öz uzunçu, cansıxıcı mahnılarına başlayan-
da daha ordan heç qopa bilmədilər. 
Beləcə, şər qovuşana kimi oturdular. Sonra da nəhayət an-
ladılar ki, gecəgözü dağlarda qalmaq təhlükəsiz deyil.
Düşərgəyə  dönəndə  bir-birlərinə  –  «nə  gözəl  axşam-
dır»  –  deməkdən  yorulmurdular.  Hissiyyata  qapılaraq  ah-
uf  etməkdə  mahir  olan  don  Rikkardo  isə  buraların  təbii 
gözəlliklərindən  pafoslu  ifadələrlə  dəm  vurmağa  başladı, 
hərçənd ki, burda xüsusi bir gözəllik yox idi, arabir də ayaq 
saxlayıb tütək, mahnı səslərinə qulaq asırdı; həmin o dağla-
rın başında itmiş, kirli, sarsaq, qotur kənddən musiqi sədaları 
hələ xeyli müddət eşidildi.
Və elə həmin axşam da düşərgədən iki pozğun qadın götü-
rüb hersoqun çadırına gəldi; qadınlar şəhərdən çıxıb düşmən 
düşərgəsindən keçərək, kim bilir necə çatmışdılar bura – gö-
rünür, qazanmaq ümidilə gəlmişdilər, çünki bizdə bu malın 
əməlli-başlı  qıtlığı  vardı.  Bundan  başqa,  qadına  düşmənlə 
yatmaq  həmişə  daha  maraqlıdır  –  özləri  deyirdi  bunu. 
Əvvəlcə hersoq çox narahat oldu, görkəmindən bəlliydi və 


78
mən heç şübhə etmirdim ki, bu dəqiqə əsəbiləşib fahişələri 
qovacaq, don Rikkardonu isə görünməmiş həyasızlığa görə 
nümayişkəranə şəkildə cəzalandıracaq, amma mənim sonsuz 
təəccübümə səbəb o oldu ki, hersoq qəflətən şaqqanaq çəkib 
qadınlardan birini dizinin üstünə oturtdu və mənə əmr etdi 
ən incə çaxırımızı gətirim. Mən o gecə elə şeylər gördüm ki, 
indiyə  qədər  özümə  gələ  bilmirəm.  nə  desən  verərdim  ki, 
onların gecə orgiyası zamanı içəridə olmayım: indi isə yad-
daşımdakı ürəkbulandırıcı səhnələrdən qurtara bilmirəm.
Cəbhə xəttini necə keçmişdilər! Heç aydın deyildi. Əşi, 
qadınlar,  ələlxüsus  da  bu  növ  qadınlar,  siçovul  kimi  bir 
şeydirlər,  onlar  üçün  heç  bir  maneə  yoxdur,  haranı  desən, 
gəmirib,  yol  açarlar  özlərinə.  Mən  elə  hazırlaşırdım  ki,  öz 
çadırıma gedib, yatım, amma onlara qulluq etmək üçün qa-
lası oldum – özü də yalnız öz sahibimə və don Rikkardoya 
yox,  həm  də  bu  ənlik-kirşanlı,  yüz  addımlıqdan  Venesiya 
məlhəmi, qızmış, tərli arvad bədəninin iyini verən qadınla-
ra.  Bütün  vücudumu  çulğayan  nifrətimi  heç  cür  izhar  edə 
bilmirəm.
Don  Rikkardo  qadınların,  xüsusilə  də  onlardan  birinin 
gözəlliyinə heyranlığını bildirirdi, gözlərinə, saçlarına, ayaq-
larına – dedikcə də onları bir-bir hersoqa göstərirdi (heç ol-
masa qadın dayandıraydı bu abırsızı!), sonra da o biri qadı-
na tərəf çönüb onu da eyni gəlişigözəl sözlərlə tərifləməyə 
başladı  ki,  inciməsin.  Bütün  qadınlar  gözəldir!  –  deyirdi. 
Həyatın  bütün  heyranedici  gözəlliyi  onlarda  cəmləşib!  La-
kin  hamısından  gözəli  isə  kurtizankalardır:  bütün  ömrünü 
məhəbbətə həsr eləyən, ona bircə an belə xəyanət etməyən 
kurtizankalar!  Özünü  dəhşətli  dərəcədə  sarsaq  və  bayağı 
aparırdı, düzdür, mən onu həmişə kişilərin ən bayağısı və ən 


79
səfehi saymışam, amma onun bu dərəcədə gülməli və küt ol-
duğunu güman etməzdim.
Onlar  çox  içirdilər  və  çaxır  yavaş-yavaş  öz  təsirini 
göstərirdi,  don  Rikkardo,  təbii  ki,  tamam  duyğulandı, 
məhəbbətdən danışmağa başlayaraq sözünü şeirlə bitirdi, şeir 
də lap darıxdırıcı idi, Laura adlı birisindən məhəbbət sonetləri, 
– bu qadınların lap gözləri də yaşardı. O, başını onlardan bi-
rinin dizi üstünə qoydu, hersoq da o birisinin, fahişələr isə 
bu boşboğazlıqlara qulaq asa-asa onların saçlarını nəvazişlə 
sığallayaraq dalbadal köks ötürürdülər. Don Rikkardonunku 
həmin o qəşəngi idi və mən fikir verdim ki, səfeh qadınlar 
onun  dediyi  və  elədiyinə  heyranlıqlarını  bildirərək  ah-uf 
edəndə, hersoq Rikkardoya necə qəribə, diqqətli nəzərlərlə 
baxırdı. Qadınlar həmişə primitiv, əhəmiyyətsiz kişilərə üs-
tünlük  verirlər,  çünki  bu  cür  kişilərlə  onların  bənzərlikləri 
daha çoxdur.
Lakin  don  Rikkardo  qəflətən  yerindən  sıçrayıb  dedi  ki, 
bəsdir  –  göz  yaşlarıyla  dolu  məhəbbət  heyranlığı  kifa yət 
edər, içək, şənlənək! Və burda əsl orgiya başlandı: sərxoşluq, 
zarafatlar, hırıltı, lətifələr, o qədər abırsız idi ki, təkrarlaya 
bilmərəm.  İçki  məclisinin  ən  şirin  yerində  hersoq  badəsini 
qaldırıb  don  Rikkardonun  şərəfinə  içərək  qışqırdı:  «Sa-
bahkı  döyüşdə  mənim  bayraqdarım  sən  olacaqsan!»  Don 
Rikkardo  gözlənilməz  şərəfdən  vəcdə  gəldi,  gözləri  parıl-
dadı. «Ümidvaram, möhkəm döyüş olacaq!» – deyə özünü 
göstərərək qışqırdı ki, qadınlar onun cəsurluğunu layiqincə 
qiymətləndirə  bilsinlər.  «Əv vəlcədən  bilmək  olmaz,  amma 
mümkündür», – hersoq cavab verdi. Və burda don Rikkardo 
onun  əlindən  tutub  ehtiramla,  nəcib  bir  tərzdə  öpdü,  sanki 
cəngavər öz süzereninin əlini öpürdü. «Mənim mehriban her-


soqum,  içki  məclisinin  şadyanalığında  verdiyin  sözü  unut-
ma!» – «arxayın ol. Mən unutmaram».
Fahişələr, görünür ki, bu səhnəyə valeh olmuşdular, hər 
ikisini  gözləriylə  yeyirdilər.  Xüsusilə  də,  təbii  ki,  döyüşdə 
bayraq aparacaq şəxsi.
Bu səhnəcik bitəndən sonra isə abırsız orgiya davam etdi, 
onlar özlərini getdikcə daha pozğun, daha həyasız aparırdı-
lar, zorla şahidə çevrilmiş mən yazıq isə utanır, onlara tamaşa 
etməkdən iyrənirdim. Onlar aşkar və həyasız şəhvətlərindən 
çox  murdar  bir  şəkildə  qızaraq  qucaqlaşıb  öpüşürdülər. 
Təsvirəgəlməz  murdarlıq!  Hərçənd  ki,  qadınlar  özlərini 
müqavimət göstərirmiş kimi aparırdılar, kişilər onları qurşa-
ğa kimi soyundurdular, döşlərini açıqda qoydular və həmin o 
qəşənginin döşünün gilələri çəhrayı idi, birinin düz yanında 
xalı da vardı, o qədər də iri deyildi, amma hər halda gözəgirən 
idi. Şərab süzəndə, onun bədənindən gələn qoxu ürəyimi bu-
landırdı. Ondan da səhərlər, hələ yataqdan qalxmamış herso-
ginyadan gələn iy gəlirdi, amma hersoginyaya heç vaxt belə 
yaxın laşmamışdım.  Don  Rikkardo  onun  döşlərindən  yapı-
şanda, içimdə bu pozğun adama qarşı elə bir nifrət baş qal-
dırdı ki, onu boğmağa, ya da elə yerindəcə xəncərlə deşməyə 
hazır idim ki, şəhvət dolu qanı axıb qurtarsın və bir də heç 
bir qadına toxuna bilməsin. İyrənməkdən əsərək, bir kənarda 
durub fikirləşirdim: gör adamlar necə murdar məx luqdurlar. 
Qoy onların hamısı cəhənnəm odunda yansın!
İstər-istəməz qadınların qəşəngi ilə məşğul olan – qa dın 
özü qəmiş olmuşdu ona, yaxasından əl çəkmirdi – don Rik-
kardonun ağlına axırda növbəti sarsaq ideya gəldi, gözəlçənin 
taleyini qoy zərlər həll etsin: yəni kim udsa, o da yiyələnəcək. 
İdeya  hamının  xoşuna  gəldi,  hersoqun  da,  qadınların  da, 


81
barəsində söhbət gedən qadın isə yarıçılpaq vəziyyətdə otu-
racağa sərilərək qarşıdakı yarışmanın kefini ucadan, cır səsli 
gülüşü ilə dadırdı. Ona baxmaqdan iyrənirdim, başa düşə bil-
mirdim ki, onda gözəl və cəzbedici nə vardı və bu murdar-
lıqda mükafata necə can atmaq olar. Sarışın saçlı, bəyaz dərili, 
iri, mavi gözlü və qoltuqlarının altı dəhşətli dərəcədə tüklü – 
məncə bəs deyincə iyrənc idi. Heç vaxt başa düşməmişəm 
ki, insanların qoltuğunun altında tük nəyə lazımdır, hər dəfə 
belə şey görəndə, dəhşət nifrət eləyirəm, xüsusilə də qoltuq-
ların altı tərli olanda. Biz karliklərdə hər şey tamam başqa 
cürdür və bu iyrəndirir bizi. Mənim başımdan başqa – başda 
tük həqiqətən lazımdır – haramdasa tük olsaydı, xəcalətdən 
girməyə deşik axtarardım.
Mənə  tapşırdılar  ki,  zərləri  gətirim,  hersoq  birinci  atdı, 
altı ilə bir düşdü. Danışığa əsasən gözəlçə əlli xalı birinci kim 
yığdısa, onunku idi. Onlar növbə ilə atırdılar, hər iki qadın isə 
diqqətlə izləyirdi, yaman maraqlanmışdılar, hərdən də bir-birinə 
nəsə şit söz deyir, ciyildəyib hırıl daşırdılar. Hersoq uddu və ha-
mısı birdən yerindən sıçrayıb gülüşərək çığırışdılar.
Və hər ikisi qadınların üstünə atıldı, hərə özününkünün, 
paltarlarını çıxarıb elə murdar oyunlar açdılar başlarına ki, 
özümü unudub çadırdan güllə kimi bayıra çıxdım və o dəqiqə 
qusmağa başladım. Tamam soyuq tər bürüdü məni, dərim isə 
tükü  yolunmuş  qaz  dərisinə  oxşadı.  Titr-tir  əsərək  sürünə-
sürünə  özümü  nökərlərin  çadırına  çatdırdım  və  aşpazla 
dözülməz dərəcədə kobud, daim at iyi verən, hər səhər atla-
rı təmizləmək üçün yerindən qalxanda məni təpiyi ilə vuran 
mehtərin arasındakı samanıma uzandım. niyə vururdu məni, 
bilmirəm,  amma  özü  deyirdi  ki,  məni  təpikləməkdən  xoşu 
gəlir.


82
İnsanlar arasındakı məhəbbət mənim üçün anlaşılmaz bir 
şeydir. Mən ondan yalnız iyrənirəm. Həmin gecə şahidi oldu-
ğum hər şey məndə ancaq nifrət oyatdı.
Ola  bilər  ki,  mən  tamam  başqa  cinsin,  daha  incə,  daha 
həssas,  daha  nəcib  bir  cinsin  nümayəndəsiyəm  deyə,  on-
ların  vecinə  gəlməyən  çox  şeylərə  kəskin  reaksiyam  olur. 
Bilmirəm.  Onların  məhəbbət  dediyi  şeyi  heç  vaxt  sınama-
mışam, heç belə bir istəyim də yoxdur. az da olsa. Bir dəfə 
mənə bir karlik qadın təklif etdilər, mənim kimi qırışlı, zərif 
sifətində xırda, diqqətli gözləri olan bir gözəl qadın idi – in-
sanlardan xeyli gözəl. amma o məndə heç bir hissiyyat oyat-
madı,  hərçənd  ki,  onun  gözəlliyində  insanlarda  olan  kimi 
itələyici bir şey yox idi, onun gözəlliyi tamam başqa gözəllik 
idi. Bəlkə də səbəb bunda idi ki, onu mənə hersoginya təklif 
edirdi, o elə bilirdi ki, biz dünyaya onun çox arzuladığı bala 
karlik  gətirəcəyik.  Bu  hələ  ancelika  anadan  olmamışdan 
idi, özünə oyuncaq istəyirdi. Deyirdi ki, körpə karliki olmaq 
maraqlıdır.  Lakin  mən  ona  bu  xidməti  göstərmək  fikrində 
deyildim,  abırsız  təkliflə  razılaşıb,  nəslimin  adını  batıra 
bilməzdim.
Yeri  gəlmişkən,  bizim  ona  karlik  bağışlayacağımızı 
düşünəndə  artıq  səhv  edirdi.  Biz  karliklərin  uşağı  olmur, 
biz  təbiətən  anadangəlmə  sonsuzuq.  Biz  həyatın  davamına 
xidmət etmirik və bunu heç arzulamırıq da. nəsil artırmaq 
bizə  lazım  deyil,  axı  karlikləri  adi  insanlar  gətirir  dünya-
ya.  Biz  narahat  olmaya  bilərik.  Qoy  bizi  bu  özündənrazı 
məxluqlar doğsunlar, elə insanı dünyaya gətirəndə çəkdikləri 
əziyyəti bizim üçün də çəksinlər. Bizim qədim nəslimiz on-
ların  səylərinə  görə  davam  edir  –  biz  dünyaya  ancaq  belə 
gəlməliyik. 


83
Sonsuzluğumuzda dərin məna var. Biz eyni mənşədənik, 
amma  buna  rəğmən  tamam  fərqliyik.  Biz  yer  üzündə  qo-
nağıq. Qədim, sifəti qırış-qırış qonaq, minilliklərin qonağı, 
əbədi qonaq.
Deyəsən  hekayətimdən  yaman  yayındım.  Beləliklə,  da-
vam edirəm.
Ertəsi  gün  səhər  don  Rikkardo  həqiqətən  də  hersoqun 
bayrağını  aparırdı.  Bunun  niyə  və  necə  baş  verdiyi  haqda 
nələr eşitmədim! Lakin mənim bu barədə şəxsi fikrim var, 
məsələnin  əsl  mahiyyətindən  şübhələnirəm.  Danışırdılar 
ki, guya hersoq bu qəribə əmrini verməklə, don Rikkardo-
nun həyatını əlavə təhlükəyə atıb və o guya az qalıbmış ki, 
həlak olsun, yalnız möcüzə nəticəsində sağ qala bilib, çünki 
düşmən  üzərinə  özünün  kiçik  süvari  dəstəsi  ilə  birinci  hü-
cum  etməyə  məcbur  olaraq  çox  təhlükəli  vəziyyətə  düşüb. 
Bir  də  deyirdilər  ki,  o  qeyri-adi  cəsurluqla  döyüşürmüş, 
– bax, buna ömründə inanmaram. Onun yanında lap az sü-
vari qalanda isə, guya onların hamısı bir nəfər kimi bayra-
ğı dövrəyə alaraq qətiyyətlə döyüşürmüşlər, baxmayaraq ki, 
düşmənlə müqayisədə dəryada bir damla qədər imişlər. Və 
hamı bayrağın əldən gedəcəyini düşünəndə, döyüşün qızğın 
nöqtəsinə hersoq atılmışdı – ya bu qədər riskli oyunda işti-
rak etmək istəyindən, ya da tamam başqa səbəbdən, düzünü 
pərvərdigara bilir. Başındakı kiçik süvari dəstəsi ilə düşmən 
səflərinə  soxularaq,  sağdan-soldan  qılınclamağa  başlayıb, 
kömək  üçün  don  Rikkardoya  yaxınlaşmağa  can  atırmışlar. 
Lakin  həmin  an  hersoqun  atı  sinəsindən  nizə  zərbəsi  ala-
raq, yerə yıxılır, hersoq özü isə yəhərdən düz düşmənlərin 
içinə düşür. Deyirlər ki, yaranmış vəziyyət don Rikkardonu 
elə qəzəbləndirir ki, o öz adamları ilə düşmən halqasını ya-


84
raraq hersoqun dəstəsindən sağ qalan döyüşçülərin yardımı 
ilə, kömək özünü yetirənədək düşmənin ona yaxınlaşmasının 
qabağını alır. Danışırlar ki, don Rikkardo aldığı çoxsaylı ya-
ralardan qanına qəltan imiş. Şahidlər eyham vururdular ki, 
anlamışdı hersoqun ona ölüm arzulamasını, lakin buna bax-
mayaraq, yenə də cəsurluq göstərib ağasının həyatını xilas 
edir.
Mən bu versiyaya inanmıram. O mənə çox qeyri-inandırı-
cı gəlir. Və onu yalnız bu səbəbdən sizə çatdırıram ki, həmin 
səhər baş vermiş dramatik hadisələr barədə məhz bunları da-
nışmışdılar mənə. Əgər mən bu hadisəyə tamam başqa baxış 
nöqtəsindən  nəzər  salıramsa,  bu  yalnız  don  Rikkardonun 
xasiyyətinə yaxşı bələd olduğumdandır. Mənim kimi onu heç 
kəs tanımır. O, bu cür adam deyil.
Bu versiyaya, mənə elə gəlir ki, don Rikkardo haqda ha-
mıda formalaşmış təsəvvürlərdən və onun özünün özü barədə 
düşüncələrindən  ibarət  romantik  bir  bəzək-düzək  vurulub. 
nəticədə  gözəl  bir  əfsanə  yaranıb  və  artıq  heç  kim  onun 
həqiqətə nə dərəcədə uyğun olmasının fərqində deyil. Belə 
düşünürlər  ki,  bu  insan  elə  cəsarətin  özüdür  və  nə  edirsə, 
nəcibdir, gözəldir, əladır. Bunun səbəbi də yalnız onun özünü 
gözə  soxmaq,  hər  üsulla  diqqət  cəlb  etmək  bacarığındadır. 
Onun döyüş meydanında davranışı da elə bütün hərəkətləri, 
bütün  gördüyü  işlər  kimi  gülməli  şöhrətpərəstliyindən 
qaynaq lanır. Hamını riqqətə gətirən, cəsarət dedikləri düşün-
cəsizliyi isə sarsaqlıqdan başqa bir şey deyil. Sarsaq düşün-
cəsizliyi igidlik kimi qələmə verirlər.
Əgər  o  həqiqətən  də  görünməmiş  cəsarət  sahibdirsə  və 
özünün dediyi kimi həyatını daim təhlükəyə atırsa – bəs niyə 


85
həlak olmur? Sual özü-özünə yaranır. Heç kəs təəssüflənməzdi 
buna, ən azından mən qətiyyən məyus olmazdım.
Bu  dəfə  guya  çoxlu  yara  alıbmış.  Bunun  həqiqət  olub-
olmamasını bilmirəm, amma icazə verin şübhə edim. Yəqin 
vəziyyəti təhlükəli deyil. Yüngül yaralardır aldığı. Hər halda 
həmin gündən bəri onu görmək məcburiyyətindən azad ol-
muşam.
Əvəzində  mən  kəmali-meyillə  inanıram  ki,  o,  dəbil-
qəsində  hersoginyanın  rənglərini  əks  etdirən  lələklərlə  dö-
yüşmək  həyasızlığını  özündə  tapıb,  deyirlər  ki,  biz  yürüşə 
çıxan  günün  axşamı  bu  lələkləri  qadın  özü  bağışlayıbmış 
ona,  deməli  lələklər  həmin  səhər  artıq  onun  dəbilqəsində 
dalğalanırmış  və  deməli  o  hamının  gözü  qabağında,  açıq-
aşkar qəlbinə məhrəm olan xanımının şərəfinə döyüşdüyü-
nü  nümayiş  etdirirmiş.  Hersoqun  bayrağını  o  cür  igidliklə 
qoruyarkən, o həm də sevgilisinin uğrunda döyüşürmüş. Və 
hersoqun həyatını xilas edərkən də. amma elə həmin ərəfədə 
başqa qadınla qol-boyun ol muşdu. Bəlkə də elə döyüşə də 
o qadının yatağından qalxıb, dəbilqəsini sevgilisinin verdi-
yi – böyük, alovlu məhəbbət rəmzi olan lələklərlə bəzəyib 
getmişdi. Onun həqiqi məhəbbəti cəngavər dəbilqəsinin açıq 
niqabının  üstündə  çiçəklənmişdi,  məkrli  vücudu  isə  hələ 
cinayətkar ehtirasın hərarətini özündə saxlayırdı. Həqiqətən 
də insanlar arasındakı sevgi tapmacadır. Və qəribə deyil ki, 
mən bu məhəbbəti dərk edə bilmirəm.
Eyni qadına bağlı olan bu iki kişinin də münasibətləri elə 
tapmaca kimi bir şeydir. Görəsən onların arasında gizli bir 
bağlılıq yoxdur ki? Hərdən mənə elə gəlir ki, var. Görəsən don 
Rikkardo, danışdıqları kimi, həqiqətənmi hersoqun həyatını 
xilas  edib?  Düşünmürəm.  amma  mümkündür  –  yalnız 


86
şöhrətpərəstliyindən qaynaqlanır onun bu hərəkəti, hersoqa 
onun ölümünü arzuladığı üçün öz tərzilə, cəngavərcəsinə ca-
vab  verirmiş  yəqin,  yəqin  hamıya göstərmək istəyirmiş ki, 
görün mən necə müstəsna dərəcədə nəcib insanam. Bax, bu 
dəqiq onun ruhundadır. Və həqiqətən, inandırmaq istədikləri 
kimi, hersoq don Rikkardonun həyatını xilas etmək üçün irəli 
atılaraq onu ölüm təhlükəsindən qurtarıbmı – axı elə indicə 
həlak olmasını arzulayırdı? Bilmirəm. Mənə bunlar qətiyyən 
aydın deyil. axı insan eyni zamanda həm sevə, həm də nifrət 
eləyə bilərmi?
Onun həmin gecədəki qəribə, diqqətli baxışını xatır ladım 
– bu baxışlar ölüm müjdəçisi idi. Lakin mən həm də don Rik-
kardo böyük, dərkedilməz, bizi öz alovu ilə yandıran, bütün 
vücudumuzu külə döndərən məhəbbət haqda şeirlərini oxu-
yanda,  hersoqun  xəyalpərəst,  nəmli  gözlərini  xatırlayıram. 
Bəlkə  məhəbbət  elə  müəyyən  məzmunu  olmayan,  avazla 
oxunduğundan  sadəcə  qulağa  xoş  gələn  qəşəng  şeirlərdir? 
Bilmirəm. amma istisna etmək olmaz. adamlar da saxta pul 
kəsənlər kimidirlər.
Məni  həmin  o  gecə  fahişə  qadınla  münasibəti  də  mat 
qoyub. Həmişə fikirləşirdim ki, hersoq heç vaxt belə alça-
la  bilməz.  Əşi,  mənə  nə  var  ee.  Onun  mənim  təsəvvür  et-
diyim  kimi  olmamasına  artıq  öyrənmişəm.  Ertəsi  gün  bu 
hadisə  barədə  nökərlərdən  birinə  ehtiyatlı  ifadələrlə  danı-
şaraq heyrətimi bildirdim. O isə qəti təəccüblənmədi. Her-
soqun  həmişə  saray  xanımları,  şəhərli  qadınlar,  bəzən  də 
məşhur  kurtizanlar  arasından  sevgililəri  olub,  hal-hazırda 
onun istəklisi hersoginyanın bir damicellasıdır (saray xanı-
mı) – Fyametta. Hersoq sevgililərini əlcək kimi dəyişir, deyə 
gülərək mənim məlumatsızlığıma təəccüb etdi.


87
Qəribədir  ki,  bu  boyda  şey  mənim  fövqəladə  diqqətli, 
sirayətedici  gözlərimdən  yayına  bilib.  Gör  hersoqa  qeyd-
şərtsiz pərəstişim məni necə kor qoyub.
Onun hersoginyaya xəyanəti məni narahat etmir. Bu qa-
dına nifrət bəsləyirəm və onun aldadılmasına hətta sevinirəm 
də. Özü də o, don Rikkardonu sevir axı. Sinəmdə gizləməyə 
məcbur olduğum, qaynar məhəbbət sözləriylə dolu məktubları 
da ona yox, don Rikkardoya yazır. Ürəkdən inanıram ki, onu 
nə vaxtsa vurub öldürəcəklər.
Yağış,  tanrıya  şükürlər  olsun  ki,  kəsdi.  Bu  gün  biz  ça-
dırlardan  çıxanda  günəş  möhkəm  parlayırdı,  dağların  silu-
eti  dəqiq  görünürdü,  hərçənd  ki,  bütün  ətrafa  hələ  rütubət 
hopmuşdu,  hər  yerdə  gölməçələr,  qıjıltıyla  axan  sular  var-
dı. adamın əhvalını fövqəladə yüksəldən bir səhər idi. Göy 
üzü  təmizlənmişdi,  gözlərimiz  qarşısında  təpənin  üstündə 
yüksələn  quldur  şəhəri  Montansa  açılırdı;  biz  artıq  onun 
görkəmini də unutmuşduq, indi isə qala divarlarının arxasın-
dakı hər ev, qədim qüllələrin hər mazğalı – bir sözlə, kilsələrin 
və zəng qüllələrinin başındakı qızıl suyuna çəkilmiş xaçlara 
qədər, hər şey yağışdan sonra xüsusilə aydın görünürdü. Bu 
lənətə gəlmiş şəhərin alınacağı və nəhayət ki, yer üzündən 
silinəcəyi gün uzaqda deyil.
Çölə çıxıb təmiz havada bədənini açdığına hamı sevinir-
di, yaxşı hava adamı oyadır, hərbi ruhiyyəni qaldırır. Darıx-
maq,  biganəlik  elə  bil  küləklə  sovrulmuşdu.  Hamı  döyüşə 
can atırdı. Mən ordunun döyüş ruhuna yağışın öldürücü təsir 
göstərdiyini  güman  edəndə  böyük  səhvə  yol  vermişdim. 
Görünür  yağış  döyüş  ruhunu  zamanı  yetişənə  kimi  bir  az 
kütləşdirirmiş.


88
Düşərgəmizdə  həyat  qaynayır.  Əsgərlər  danışıb  gülə-
gülə, silahlarını təmizləyirlər, nökərlər cəngavər zireh lərini 
par-par yanana kimi sürtürlər, atları zeytunlu təpələr arasın-
dan yağışdan sonra qıjıltı ilə addımbaşı axan kiçik çaylarda 
çimdirməyə aparırlar, hamı və hər şey qarşıdakı döyüşə ha-
zırlanır. Düşərgə əvvəlki görünüşünü qaytarıb, müharibə isə 
özünün rəngarəngliyini və bayram sayağılığını; bu sima ona, 
heç şübhəsiz, daha çox yaraşır. Rəngbərəng əsgər mundirləri, 
dəbdəbəli  gümüş  yəhər-qayışlar  günəş  altında  parlayaraq 
bərq vurur.
Mən durub şəhəri – yürüşümüzün son mənzilini bir xeyli 
nəzərdən keçirdim.
Zahirən  güclü  istehkamlarla  möhkəmləndirilmişə  ox-
şayırdı, onun divarları və qala qurğuları hətta alınmaz kimi 
görünürdü. Lakin onu alacağıq və bu işdə bizə messir Ber-
nardonun böyük köməyi dəyəcək. Onun yeni taranlarını və 
daşatan  maşınlarını,  bic  mühasirə  qurğularını  və  dəhşətli, 
nəhəng  bombardalarını  görmüşəm.  Dünyanın  heç  bir  qa-
lası  onların  qarşısında  davam  gətirə  bilməz.  Biz  istənilən 
maneədən keçəcəyik, uçurub dağıdacağıq, o da alınmayanda, 
həmin axşam özünün dediyi kimi, lağım atıb, divarın bir par-
çasına mina qoyaraq, sadəcə partladacağıq, bütün ağlabatan 
vasitələrlə  döyüşəcəyik,  bu  dahinin  bizim  üçün  kəşf  etdiyi 
hər şeydən istifadə edəcəyik və ətrafımıza ölüm və dağıntılar 
səpərək, şəhərə, onun küçələrinə soxulacağıq. Şəhər yandı-
rılacaq, talanacaq, yer üzündən silinəcək. Daşı daş üstə qal-
mayacaq. Və onun əhalisi, bu qaçaq-quldur layiqli cəzalarını 
alaraq ya məhv ediləcək, ya da əsir götürüləcək, Montansa-
nın keçmiş əzəmətinə yalnız böyük, tüstülənən xarabazarlıq 
dəlalət edəcək. Mən inanıram ki, hersoq özünün sərt əliylə 


89
qan  düşmənini  məhv  edəcək.  O  ki,  qaldı  Bokkarossanın 
muzdlularına – onların azğınlığını təsəvvürə gətirmək belə 
dəhşətlidir. Bu bizim son və qəti qələbəmiz olacaq.
amma əvvəlcə yolumuzun üstündəki, şəhərlə bizim ara-
mızda qərar tutan qoşunları süpürləməliyik. Onların sayının 
əhəmiyyətli  dərəcədə  artdığını  görmək  çətin  deyil  –  bunu 
mən də təxmin edirdim. Bəziləri deyir ki, bu çox əzəmətli 
qoşun  elə  bizimki  boydadır,  sayı  Bokkarossanın  qüvvələri 
ilə  bir  yerdə  bütün  bizim  qoşunların  sayından  az  olmaz. 
Şişirtmədir. Düzdür, onlar əvvəlkindən xeyli böyük ərazini 
tutublar, amma ona əzəmətli demək düşmənin gücünə layiq 
olduğundan artıq qiymət verməkdir. Hersoq onları ilk dəfə 
görəndə əvvəlcə qaşları çatıldı, amma elə o dəqiqə də qarşı-
dakı döyüş barədə fikirdən, nəhayət ki, insanı şövqə gətirən 
son və həlledici çarpışmaya girə bilmək imkanından ilham-
lanaraq  şad  oldu.  Bax,  buna  deyərəm  əsl  döyüşçü!  O,  bir 
dəqiqəlik  belə  olsa,  qələbəmizə  şübhə  etmir,  mənə  məlum 
olduğu qədər, heç sərkərdələrimiz arasında da buna şübhə ilə 
yanaşan yoxdur.
Şəhərə hücumun iştirakçısı olmaq yəqin əla şeydir. İndiyə 
kimi bu mənə bir dəfə də qismət olmayıb.
Mən qəsrimizin sol qülləsindəki yataq otağımda, adətən 
yazı-pozu etdiyim guşədəyəm. alçaq, mənim üçün çox rahat 
olan masanın arxasında iştirakçısı olduğum o əlamətdar və 
taleyüklü hadisələrin təsvirinə davam edirəm. necə olub ki, 
mən yenə evimizə dönmüşəm? Bunun çox bəsit bir izahı var.
Biz döyüşdə qələbə çaldıq. amma heç şübhəmiz yox idi 
ki, əhəmiyyətli itkilər bahasına belə olsa, mütləq qələbə ça-
lacağıq.  Ölənlər  həm  o,  həm  də  bu  tərəfdən  kifayət  qədər 
idi,  amma  düşmən  tərəfdən  daha  çox  olardı.  İndi,  təbii  ki, 


90
bizə nəsə bir ciddi müqavimət göstərmək çətin olacaq. Lakin 
təkrar edirəm ki, bu döyüş bizim üçün də qanlı-qadalı oldu. 
Xüsusilə də döyüşün ikinci günü. amma əsgərlər elə bunun 
üçündür də. Elə bir dəhşətli şey də olmayıb, adamlar boş-boş 
danışırlar özləri üçün.
Biz  indi  ona  görə  evdəyik  ki,  hersoq  müharibəni  tam 
qələbə ilə başa çatdırmaq məqsədilə geri dönərək güc top-
lamaq  məcburiyyətində  qaldı. Və  bundan  başqa  eşitmişəm 
ki,  bu  məqsədə  çatmaq  üçün  zəruri  olan  ehtiyat  maliyyə 
vəsaitləri  də  olmalıdır.  Belə  bir  kampaniyaya,  təbii  ki,  bö-
yük  vəsaitlər  tələb  olunur.  Deyirlər  ki,  hersoq  Venesiya 
tacirləriylə danışıqlar aparır. Bu alverçilərdə bizə lazım olan 
mal zibil kimidir və bu məsələ, deyilənə görə, lap yaxınlarda 
həllini tapacaq. Bundan sonra isə ara vermədən yürüşə çıxa-
cağıq.
Deyirlər  ki,  Bokkarossa  və  onun  muzdluları  paylarının 
artırılmasını  tələb  ediblər,  bundan  savayı  onlar  elə  hesab 
edirlər ki, əvvəlki razılaşmadan paylarına düşəsi məbləği də 
tam almayıblar. Bu səbəbdən də indi bizimkilər üçün xeyli 
problem yaradırlar. Mən, etiraf edim ki, onların müharibənin 
bu  tərəfinə  belə  əhəmiyyət  vermələrini  heç  gözləməzdim, 
axı heç kəs onlar kimi cəsur və qorxmaz vuruşmurdu. Elə 
fikirləşirdim  ki,  onlar  müharibəni  elə  müharibə  xatirinə 
sevirlər, məsələn mənim kimi. Lakin belə qərəzsizliyi hamı-
dan ummaq da olmaz yəqin. Onların pul istəməkləri tamamilə 
təbiidir. Odur ki, paylarına düşəni alacaqlar.
Bir də hersoqla kondotyer arasındakı fikir ayrılıqla rından 
söz açırlar – o qədər boş-boş şeylər eşidir ki, adam. Qoşunlar 
itki verəndə və işlər rəvan getməyəndə adamlar adətən ruh 
düşkünlüyünə düçar olurlar. İşin nəticəsindən hamı narazı qa-


91
lır, hamı bir-birini ittiham edir, yorğunluqdan şikayətlənirlər, 
özlərinin  və  düşmənlərinin  itkilərini  saymağa  başlayırlar 
və sairə və ilaxır. Bokkarossanın muzdluları isə əla, lap qu-
duz kimi vuruşsalar da, çox mümkündür ki, bunu hersoqun 
gələcəyə yönəlik planlarının gerçəkləşməsi naminə eləmirlər, 
böyük ehtimalla, onların beynindəki tamam başqa şeylərdir. 
amma bütün bunlar xırda məsələlərdir. Tam əhəmiyyətsiz və 
keçici.
Əşi, belə məsələlər mənim üçün qətiyyən maraqlı deyil, 
o ki qalmış müharibə kimi bir işdə bayağı pul məsələləri ola 
və ona görə də bu barədə geniş söhbət açmaq fikrim yoxdur.
Evdə oturmaq ay darıxdırıcıdır ha! Birbaşa döyüş meyda-
nından gəlmiş bir adam üçün burdakı həyat dəhşət dərəcədə 
boş,  yeknəsəqdir.  Zaman  dartıla-dartıla  uzanıb  gedir, 
bilmirsən ki, başını nəyə qatasan, bütün həyat sanki iflic olur. 
amma  bu  günlərdə  hər  şey  öz  həllini  tapmalıdır. Tezliklə, 
yenə də yürüşə.
Buranın  sakinlərinə  adamın  gülməyi  gəlir  baxanda, 
mən  nökərləri  və  müharibədə  iştirak  etməyən  başqalarını 
nəzərdə tuturam. Onlar sanki tamam fərqli aləmdə yaşayır-
lar, elə bil ölkənin müharibə vəziyyətində olma sından belə 
bixəbərdirlər.  Mənim  zirehli  paltarıma  baxanda,  ağızla-
rı  açıla  qalır,  guya  bilmirlər  ki,  döyüş  meydanında  həmişə 
belə geyinirlər – yoxsa heç ağzını açmağa da macal tapma-
mış düşmənin qənimətinə çevrilərsən, özünü məhv edərsən. 
Onlar  deyir  ki,  döyüşü  anladıq,  amma  burda  axı  heç  bir 
təhlükə yoxdur. Düzdür, amma müharibə də bitməyib hələ. 
Mən tezliklə yenə yürüşə çıxacam. Hersoqun yürüş əmrini 
hər dəqiqə gözləmək olar, bunun üçün də tam hərbi hazırlıq 


92
vəziyyətində olmaq gərəkdir. Mən buna görə zirehli paltarı 
çıxarmıram. Əşi, onları anlatmaq mümkündür məgər?
Özləri  müharibədə  olmadıqlarından  bunu  təbii  ki,  heç 
cür  təsəvvür  edə  bilməzlər.  Yürüş  həyatını,  onun  bütün 
təhlükələrilə bir yerdə, təxmini də olsa təsvir etməyə çalışan-
da isə, sənə idiot kimi inamsız nəzərlərlə baxırlar, amma eyni 
zamanda həsədlərini də gizlədə bilmirlər. Bütün görkəmləri 
ilə demək istəyirlər ki, bu işlərin sənə ki, bir dəxli yoxdur, 
sən ki, bunları yaşamamısan, haqqında danışdığın döyüşlərin 
heç birində az və ya çox dərəcədə əməli fəaliyyətin qətiyyən 
olmayıb. Bu fikirlərin onların içindəki adi paxıllıq hissindən 
doğduğunu anlamaq çətin deyil. Yaşamamışam! Onlar bilmir 
ki, şpaqamın tiyəsində son qəddar döyüşün qanlı izi hələ du-
rur.  Mən  onu  göstərmirəm,  çünki  adətən  müharibə  zamanı 
çiçəklənən, məsələn elə don Rikkardonun özünə də aid olan 
əsgər gopçuluğu ilə heç aram yoxdur. Mən yalnız şpaqamın 
qəbzəsini bir az da bərk sıxaraq arxamı onlara çevirirəm.
Hadisə isə belə olmuşdu. Son ikigünlük döyüşümüz zama-
nı bizim qarşımızda sağ cinahla şəhər arasındakı yüksəkliyi 
tutmaq vəzifəsi dururdu və biz bunu həyata keçirdik. amma 
bu  əməliyyat  ucuz  başa  gəlmədi.  Əvəzində  vəziyyətimizi 
xeyli  dərəcədə  yaxşılaşdırdı.  Hersoq  o  dəqiqə  yüksəkliyin 
bizə verdiyi üstünlükləri qiymətləndirmək üçün ora yollandı. 
Mən də təbii ki, onunla getdim. Yüksəkliyin lap təpəsində 
Lodovikonun  şəhərkənarı  qəsri  yerləşirdi.  Qeyd  etmək  la-
zımdır ki, yerini yaxşı seçmişdilər, sərv və ərik ağacları ilə 
əhatə olunmuş qəsr çox gözəl görünürdü. Bir neçə əsgərlə 
mən getdik ki, görək qəsrdə bizə xoşagəlməz sürpriz düzəldib 
üstümüzə qəfil hücum edərək, hersoqun həyatı üçün təhlükə 
yarada biləcək düşmən gizlənməyib ki. Qəsr bomboş idi, bir 


93
neçə qocalıb, əldən düşmüş və görünür elə bu səbəbdən geri 
çəkilərkən özləri ilə aparmadıqları nökərlərdən savayı kimsə 
yox idi, – hersoq onların işini bitirməyə icazə vermədi. Mən 
də vaxt var ikən zirzəmiyə endim, onu nəzərdən keçirmək 
heç kimin ağlına gəlməmişdi, hərçənd ki, bundan gözəl sı-
ğınacaq tapa bilməzdin. Orda gözlənilmədən bir karlik gör-
düm – Lodoviko öz sarayında çoxlu karlik saxlayırdı, – yəqin 
onu da geri çəkilərkən atmışdılar, amma bilmədim niyə. O, 
dəhşətli dərəcədə qorxdu və yarıqaranlıq yan keçidə üz qoy-
du. Mən qışqırdım: «Dayan!» amma o qışqırtıma əhəmiyyət 
vermədi, bundan özüm üçün elə nəticə çıxardım ki, deməli 
bu karlikin vicdanı təmiz deyil. Onun silahlı olub-olmama-
sını bilmirdim və elə buna görə də dolaşıq yeraltı keçidlərdə 
onu  təqib  etməyim  həyəcanlı,  riskli  bir  iş  idi.  nəhayət  ki, 
o  bayıra  çıxışı  olan  bir  otağa  sivişdi,  yəqin  çıxıb  qaçmaq 
istəyirdi, amma qapını açmağa macal tapmadı, özümü yetir-
dim. O, şikayətlə ciyildədi, ilişdiyini dərk edirdi. Onu siçovul 
kimi divarların dibi ilə qovaladım, bilirdim ki, əlimdən qur-
tarası deyil daha. axırda bir təhər küncə sıxışdırdım – artıq 
o mənim idi! Şpaqamı onun qarnına itələdim, çox asan dəlib 
keçdi. Əynində döyüşçüyə aid zireh-zad da yox idi, gülməli 
mavi,  məxmər  kamzol  geymişdi,  yaxalığında  krujeva-zad 
vardı, lap balaca uşaq kimi. Onu elə yıxıldığı yerdə qoyub, 
gündüz işığına və döyüşə qayıtdım.
Mən bu barədə ona görə danışmadım ki, bu hərəkətimi 
qəhrəmanlıq  saymıram.  adi  bir  hadisədir,  müharibə  üçün 
adi. Bununla qürrələnmək istəmirəm. Mən öz əsgər borcumu 
yerinə yetirdim – vəssalam. Bu barədə heç kəs bilmir, nə her-
soq, nə də başqa birisi. Heç kəsin ağlına da gəlmir ki, mənim 


94
şpaqam düşmən qanından qıpqırmızıdır və mən o qanlı izi 
silmirəm – yürüşdə iştirakımdan yadigar saxlayıram.
Bir az təəssüf edirəm ki, məhz karliklə rastlaşdım, daha 
yaxşı olardı ki, çox nifrət bəslədiyim adamlardan kiminləsə 
üzləşim.  Həm  də  döyüşümüz  daha  maraqlı  olardı.  amma 
mənim elə öz xalqımı da görən gözüm yoxdur, karliklərə də 
nifrət edirəm. Və bu döyüşdə, ələlxüsus da ölümcül zərbəni 
endirəndə  qəribə  bir  ekstaza  düşdüm,  sanki  bir  dini  ayin 
icra edirdim. Buna bənzər hissi İosofatı boğanda keçirmiş-
dim,  –  özüməbənzərləri  qırmaq  yanğısı.  niyə,  nə  üçün? 
Bilmirəm. Özüm özümü anlamıram, Yəni mən hətta özümə 
bənzəyənlərin də məhvini arzulamağa məhkumam?
Onun da, bütün karliklər kimi cırıltılı xədim səsi vardı, 
məni  yaman  özümdən  çıxardı.  Öz  səsim  bəmdir,  möhkəm 
çıxır.
nifrətə layiq, miskin xalq.
Onlar niyə mənim kimi deyillər!
Bu  gün  səhər  hersoginya  mənimlə  məhəbbətdən  da nış-
mağa  cəhd  elədi.  nəsə  ağlaşma  qurmaq  əhvali-ruhiyyəsin-
dəydi, bilmirəm niyə – ümumiyyətlə onun ağlamasına səbəb 
şəksiz  ki,  var,  əgər  bilsəydi  ki,  nə  qədər  səbəb  var  bunun 
üçün!  Sonra  birdən  söhbətinin  ahəngini  bir  anda  dəyişdi 
– onun əhvalı ani dəyişən şeydir – və başladı zarafatla da-
nışmağa. Kameristka onun saçlarını düzəldənə kimi, güzgü 
qabağında oturub zarafatı ciddiyə qataraq çalışırdı ki, məni 
yersiz və xoşagəlməz saydığım bu söhbətə çəksin. Mən hər 
bir vəchlə boyun qaçırırdım. amma o da əl çəkmirdi. Yəni 
heç vaxt eşq macərası yaşamamışam? «Yox, elə bir şey ol-
mayıb»,  –  deyə  qaşqa bağımı  sallayıb  cavab  verirdim.  O, 
təəccüblənir, inanmaq istəmirdi. Yenə yaxamdan əl çəkmədi. 


95
nəhayət bu söhbəti kəsmək üçün dedim ki, əgər nə vaxtsa 
sevsəm, kişi sevərəm.
O, üzünü mənə tərəf çevirib abırsızcasına qəhqəhə çəkdi, 
dalınca da kameristkası. «Kişi – istehzalı bir nida etdi, guya 
bunda maraqlı nəsə vardı, – Kişi? Konkret kimi? Bokkarossa 
deyil ki?» Və onların hər ikisi yenə gülüşdülər. Mən qızar-
dım,  çünki  elə  onu  nəzərdə  tuturdum.  Mənim  qızardığımı 
görən kimi lap şənləndilər.
Başa  düşə  bilmirdim  ki,  burda  gülməli  nə  var.  Onlara 
buz  kimi,  nifrət  dolu  nəzərlərlə  baxırdım.  Gülmək,  məncə 
eybəcər, biabırçı bir şeydir. adamın ağzı birdən aralanıb qır-
mızı  damağı  görünəndə  təsəvvürəgəlməz  dərəcədə  zəhləm 
gedir. Mən neyləyə bilərəm ki, Bokkarossa məndə ən səmimi 
qürur hissi oyadır, elə bir hiss ki, onda müəyyən yanğı rüşey-
mi də var. Mənim gözümdə o əsl kişidir.
Xüsusilə  də  o  murdar  qulluqçunun  hırıltısı,  özü  də 
sahibəsinin gülüşündən xeyli abırsız hırıltısı məni özümdən 
çıxardı. Mən hələ hersoginyanın zarafatı ilə birtəhər barışa-
ram, hərçənd ki, mənimlə bu mövzuda zarafat etmək həvəsini 
burnundan gətirə bilərdim, onun sualına elə cavab verərdim 
ki, lap dəhşətə gələrdi, mən onun gözlərini bu «məhəbbətə» 
açardım.  Yenə  buna,  bir  də  təkrar  edirəm,  birtəhər  dözə 
bilərəm – necə olsa, mənim sahibəmdir, hersoq nəslindəndir. 
Lakin  bu  qız  kimi,  yerindən  qalxan  hər  murdar  mənə  gül-
sün! Yox, məni məzur tutun! O, özünü mənimlə münasibətdə 
həmişə dözülməz aparır, yekəbaşlıq, kinayə edir, məni lağa 
qoyurdu ki, saraydakı bəzi qıfılları aça bilmirəm. Ona nə var 
axı! Sırtıq, yonulmamış kəndçi, beləsini ancaq şallaqlayasan.
Bokkarossa  isə…  Mənim  ona  heyranlığımda  qəribə  nə 
var ki. Mənim də naturam döyüşçü naturasıdır.


96
Günlər əzici intizarda keçir, bilmirsən başını nəyə qata-
san.
Dünən  məni  Santa-Kroçeyə  yolladılar,  maestro  Ber-
nardoya tapşırıqları vardı. O, adətən elə orda itib-batır, «Sir-
li  axşam»  üzərində  işini  davam  elətdirir.  Mən  özümə  neçə 
dəfələrlə bu sualı vermişəm ki, niyə o, müharibədə olmadı və 
maşınlarının fəaliyyətinə əməli iş şəraitində tamaşa etmədi 
–  özünün  yaratdığı  maşınlara?  Yəni  onları  təkcə  dünyaya 
gətirməyi kifayət edir ona?
Mən elə bilirdim ki, onların işinə baxmaq istəyəcək. Orda 
ürəyi istəyən qədər meyitləri də öyrənə bilərdi, elmdə böyük 
nailiyyətlər qazanardı.
Mən onu öz qiymətli əsərinin seyrinə qərq olmuş vəziy-
yətdə  tapdım  –  hətta  mənim  içəri  girməyimi  də  görmədi. 
nəhayət başını qaldırıb mənə baxanda, gözləri harasa başqa 
yerə  baxırdı  –  harada  dolaşırdı  fikirləri?  Mənim  cəngavər 
geyimimə heç diqqət eləmədi, hərçənd ki, ilk dəfə idi məni 
bu  qiyafədə  görürdü.  Yəqin  hər  halda  gördü,  amma  nə 
təəccüb,  nə  də  elə  bir  maraq  göstərmədi.  Üzümə  dostyana 
baxıb soruşdu: «Sənə nə lazımdır, balaca?» Məni belə adlan-
dırmasından hirslənsəm də tapşırdıqlarını ona çatdırdım. Və 
elə o dəqiqə də çıxıb getdim, burda ləngiməyin mənası yox 
idi. Bircə onun bu şedevrini gözucu süzdüm, mənə elə gəldi 
ki, elə keçən dəfəki kimi, işin axırına hələ çox qalıb. O, heç 
vaxt bir işi axıra çatdırmır. Görəsən bir belə müddəti nəyin 
üzərində düşünür bu?
O, müharibədən heç bir şey soruşmadı, baxmayaraq ki, 
mən elə birbaşa ordan gəlirdim. Məndə elə təsəvvür yarandı 
ki, müharibə onu qətiyyən maraqlandırmır.
Sinyoriya  bizə  borc  verməkdən  boyun  qaçırdı!  Yol la-
dıqları  nümayəndə  dedi  ki,  daha  onlardan  heç  bir  maliyyə 


97
vəsaiti gözləməyək. ağlasığmazdır! Heç aydın olmadı. On-
ların  fikrincə  müharibəni  pis  aparmışdıq.  Pis!  Həyasızlığa 
bax! Pis! Dalbadal qələbələr çalmağımıza baxmayaraq! Biz 
düşmən ölkənin lap içərilərinə girmiş dik, düz onların quldur 
yuvasına çatmışdıq, indi də divarlarının dibində dayanmış-
dıq, şəhəri almağa tam əzmli idik ki, böyük qələbələrimizin 
bəhrəsini  dərək.  Belə  bir  zamanda  bizə  badalaq  vurmaq! 
Şəhərin taleyi artıq həll olunduğu, alınacağı, talan ediləcəyi, 
yandırılacağı,  yer  üzündən  silinəcəyi  bir  zamanda.  Bu 
dözülməzdir! adamın inanmağı gəlmir ki, rəzil alverçilər bi-
zim qəti qələbəmizə mane olsunlar! Və yalnız ona görə ki, bu 
zəhrimar qır-qızıllarından heç cür əl çəkmək istəmirlər! Yox! 
Ola bilməz belə bir şey! Bu, həyasızlığın son nöqtəsi olardı!
Hersoq  çıxış  yolu  tapmağa  sadəcə  borcludur.  Təbii  ki, 
tapacaq  da.  Belə  böyük,  şərəfli  bir  müharibənin  qələbə  ilə 
başa  çatmasının  müqəddəratını  murdar  bir  şey  olan  pul 
müəyyənləşdirə bilərmi? Bu tam istisna olunur.
Sarayda  çaparların,  yadelli  səfirlərin,  müşavirlərin  və 
sərkərdələrin əlindən ayaq basmağa yer yoxdur. Çaparlar elə 
ora-bura çapmaqlarındadırlar.
Həyəcandan az qalıram dəli olam.
Bokkarossanın  muzdluları  daha  vuruşmaqdan  imtina 
eləyirlər!  Onlar  tələb  edirlər  ki,  razılaşdıqları  məbləğ  tam 
olaraq indi ödənilsin, sonrakı mərhələdə isə iki dəfə çox ala-
caqlar. Yəni onlara düşəni tam şəkildə almasalar, barmaqla-
rını  da  tərpətməyəcəklər.  Hersoq  pul  tapa  bilmir  və  çalışır 
ki, onları başqa yolla şirnikləndirsin, deyir ki, şəhər alınan-
da, talan üçün büsbütün onların ixtiyarına veriləcək, ordakı 
qənimət isə görünməmiş bir sərvətdir. Onlar da cavab verirlər 
ki, şəhərin alınıb-alınmayacağı hələ bəlli deyil, indiyədək bu 


98
şəhəri alan olmayıb. Özü də əvvəlcə Öküzün qoşununu dar-
madağın  etmək,  şəhəri  uzun  müddət  mühasirədə  saxlamaq 
lazımdır. Onların isə mühasirə ilə heç arası yoxdur, darıxırlar. 
nə qədər ki, mühasirə halqasını gözləyirsən, heç talan etmək 
də olmur. Onların onsuz da xeyli, güman etdiklərindən artıq 
itkiləri vardı. Və bütün bunlardan heç xoşlanmırdılar. Onlara 
xoş gələn öldürməkdir, özlərinin gəbərməyi deyil, elə belə də 
çatdırın, öləndə də heç olmasa babat pula görə öləsən, qəpik-
quruş  üçün  yox.  Bir  sözlə,  onların  ifadələrində  diplomatik 
incəlikdən əsər belə yox idi.
İndi nə olacaq? Bunların axırı necə olacaq?
Yəqin hersoq nəsə bir çıxış yolu tapar. Kəlləsi saat kimi 
əla  işləyir.  O,  maneələri  sevir,  qarşısına  maneə  çıxanda 
onun  dühası  da  var  gücü  ilə  təzahür  eləyir.  Bir  də  axı  bi-
zim  məğlubedilməz  ordumuz  Montansa  şəhərinin  divarla-
rı  önündə  necə  durmuşdusa,  eləcə  də  dayanıb.  Gəlin  bunu 
unutmayaq.
Müharibə başa çatdı! Qoşunları geri, sərhədlərdən bu üzə 
çəkəcəklər, hər şey bitdi. Qurtardı!
Yuxuda deyiləm ki, görəsən! Bunlar mənim yuxularımda 
baş vermir ki! Yəqin indi oyanıb başa düşəcəyəm ki, bu an-
caq yuxu imiş, qorxulu, dəhşətli yuxu.
Lakin  bu  yuxu  deyildi!  Bu,  həqiqətdir.  Dəhşətli  həqi-
qət!  Çıxılmazlıq  içində  başından  tutursan,  bunları  başa 
düşməkdən imtina edirsən.
acgözlük,  şərəfsizlik,  satqınlıq  –  insanın  bütün  bu  qü-
surları birləşərək bizim qəhrəman orduya üstün gəldi, onun 
silahını  əlindən  aldı.  Bizim  düşmən  qapısında  dəhşətli  bir 
qüvvə kimi dayanmış şanlı ordumuz bircə məğlubiyyət belə 
görmədən başını aşağı salıb geri çəkilməlidir, aldan mış, sa-


99
tılmış,  hamı  tərəfindən  aldadılmış  halda  evə  dönməlidir. 
Evə! Ya qələbə, ya ölüm yanğısıyla yaşadıqları halda! Bu nə 
cinayət, nə faciədir!
Bizim əzəmətli, ölkə tarixində ən uğurlu müharibəmiz və 
bu cür sonluq!
Sanki iflic vurub məni. Ömrüm boyu heç vaxt içimdə belə 
bir etiraz baş qaldırmamışdı. Mənim bütün vücudum qəzəblə 
etiraz edir. Və eyni zamanda, sanki iflic olmuşam, tam güc-
süzlüyümü hiss edirəm. Mən işlərin gedişinə necə müdaxilə 
edə bilərəm, onu necə dəyişə bilərəm axı? Bu ağrılı tamaşanı 
necə dayandıra bilərəm? Mənim əlimdən heç nə gəlməz. Heç 
bir şey.
Bu sondur. Hər şey bitdi. Son.
Bu  barədə  eşidəndə  və  eşitdiklərimin  mahiyyətini  an-
layanda  qaçıb  getdim,  heç  kəs  görmədən  gözdən  itdim  ki, 
yuxarıda,  öz  otağımda  tək  qalım.  Qorxurdum  ki,  hisslərim 
məndən güclü çıxa, qorxurdum ki, onların öhdəsindən kişi 
kimi gələ bilməyəm. Və elə ki, öz otağıma qədəm basdım, 
məni ağlamaq tutdu. Bunu gizlətmirəm. Daha özümə gücüm 
çatmırdı. Dəli bir qəzəb içində yumruqlarımı gözlərimə sıxıb 
ağlayırdım. Hönkürtü çəkirdim.
Hersoq öz otağından çıxmır və heç kəsi qəbul eləmir. Elə 
naharını da orada eləyir, təklikdə. Masa arxasında mən qul-
luq eləyirəm ona, məndən və yeməyi gətirən nökərdən başqa 
onu görən olmur. Zahirən tamamilə sakitdir. Lakin bu solğun 
maskanın arxasında nələrin gizləndiyini demək çox çətindir. 
Onun  qara  saqqalla  çevrələnmiş  sifəti  təbaşir  kimi  ağarıb, 
gözləri isə donuq nəzərlərlə baxır. Çətin ki, mənim burda ol-
duğumu  duya;  nazik,  qanı  qaçmış  dodaqlarından  bircə  söz 


100
belə qopmur. Yazıq nökər ondan dəhşət qorxur. Qorxağın bi-
ridir.
Venesiyanın  imtina  etməsi  barədə,  bu  zəhrimar  alverçi 
respublikanın  ona  müharibəni  davam  etdirməkdə  mane  ol-
maq fikrinə düşdüyü haqda xəbər yetişəndə qəzəbindən part-
ladı. Onu heç vaxt bu vəziyyətdə görməmişdim. Qəzəb içində 
kükrəyirdi, qorxudan baxmaq olmurdu ona. Özümü unudub 
xəncərimi  qapdım,  onu  az  qala  qəbzəsinə  kimi  stola  sanc-
dım. Əgər bu rəzil alverçilər onu həmin anlarda görsəydilər, 
əminəm  ki,  pullarını  çıxarıb,  masanın  üstünə  qoyardılar. 
Deyirlər  ki,  o  messir  Bernardonun  dahiyanə  kəşflə rindən 
əməlli-başlı istifadə edə bilməməsindən daha çox narahatdır. 
Bu təchizat indi onun karına yaman gələrdi. O, arxayındır ki, 
bu  mexanizmlərin  köməyi  ilə  biz  şəhəri  mütləq  alacaqdıq, 
qələbə,  necə  deyərlər,  lap  ovcumuzun  içində  idi.  Bəs  niyə 
olmadı?
Mən onun dəli olmasına məmnuniyyətlə tamaşa edir dim. 
Qəzəbi gözəl idi. amma sonra fikirləşdim ki, bəlkə də her-
soq heç o dərəcədə güclü şəxsiyyət deyil. niyə başqaların-
dan bu qədər asılıdır axı? Murdar pullardan asılıdır? niyə öz 
qoşunumuza əmr verib şəhəri toza çevirmədi? Bəs qoşun nə 
üçündür?
Mən sadəcə soruşuram. Sərkərdə deyiləm, bəlkə də hərb 
sənətindən qətiyyən başım çıxmır. amma mənim də qəlbim 
yanır, əzab çəkir, başımıza gələnləri anlamağa çalışır.
Döyüş  paltarımı  çıxardım,  onu  acı  hisslərlə  karliklərin 
yataq  otağında  divardan  asdım.  Elə  ordaca  asılı  qalıb  – 
kəndirdən asılan kukla kimi yazıq, gücsüz, abırdan düşmüş, 
şərəfi əlindən alınmış halda.
Sülh  şəraitində  yaşamağımızın  bir  ayı  olacaq,  az  qalıb. 
Əhvali-ruhiyyə  pisdir  –  qəsrdə  də,  şəhərdə  də,  ölkədə  də. 


101
Qəribədir ki, qısa, ya da uzun sülh şəraiti ümumi narazılıq 
və sıxıntı vəziyyətini necə gücləndirir, bax, indi də elə bu baş 
verir, atmosfer getdikcə daha boğucu olur, insanı darıxdıran 
ölü bir sükunət hökm sürür fəzada. Evlərinə dönmüş əsgərlər 
hər  şeydən  narazıdırlar,  müharibədən  gizlənənlər  isə  onla-
ra  kinayə  edir,  lağa  qoyurlar,  yəqin  ona  görə  ki,  müharibə 
gözlənilən  nəticəni  verməmişdi.  Gündəlik  həyat  çoxdan 
müəyyənləşmiş bir məcra ilə ölgün, darıxdırıcı axıb gedirdi, 
nə bir sevinc vardı, nə də qarşıda bir məqsəd. Müharibənin 
gətirdiyi bütün ruh yüksəkliyi, bütün gümrahlıq izsiz yox ol-
muşdu.
Qəsr sanki ölmüşdü. Əsas qapılardan nə girən vardı, nə 
çıxan,  təkcə  özümüzük,  biz  də  çox  vaxt  başqa  qapılardan 
istifadə edirik. nə məruzə etməli bir adam var, nə də qonaq 
eləməli. Rəsmi zallar bomboşdur, hətta saray əyanları da or-
da-burda gizlənir, burunlarının ucunu da göstərmirlər. Saray 
keçidlərində bir ins-cins görməzsən, pillələrdə isə yalnız öz 
addımlarının əks-sədası eşidilir. adamın canına lap üşütmə 
düşür,  sanki  xəyalat  səltənətinə  düşmüsən.  İçəridə,  uzaq 
yataq otaqlarında isə hersoq ya o baş-bu başa gəzir, ya da 
üstündə xəncər zərbəsinin qaralan yarası olan stolun arxasın-
da düşüncələrə qərq olub oturur. 
Eyni nöqtəyə baxır, qaşlarını çataraq, qəzəblə baxır, nəsə 
fikirləşirdi, fikri nə idi – bəlli olmurdu.
Kədərli, darıxdırıcı günlər. Gün uzanıb gedir, axşam düşə-
nəcən bezirsən.
İndi boş vaxtım nə qədər desən var, ürəyim istəyən qədər 
həyatımı təsvir eləyə, düşüncələrimi bölüşə bilərəm, amma 
heç həvəsim yoxdur. Vaxtımın çoxunu pəncərə qarşısında ke-
çirir, qəsrin qabağından boğuq sarı kərtənkələ kimi qıvrıla-


102
qıvrıla, tənbəl-tənbəl axaraq qala divarlarının yaşıl mamırını 
parça-parça qoparıb aparan çaya tamaşa edirəm.
Lodovikonun torpaqlarında bizim parlaq qələbəmizə şa-
hidlik edən həmin bu çaya!
Yox, bu görünməmiş bir şeydir! Bu, son, dəhşətli günlər 
ərzində baş vermiş hadisələrin ən ağlasığmazıdır! ayağımın 
altından torpaq qaçır – bundan sonra kimə və nəyə inanasan 
axı?!
Heç təsəvvürə gətirmək olardı ki, hersoq bizimlə Montan-
sa arasında barışığı zəruri bilsin və bir də bir-biriylə müharibə 
etməyəcəkləri barədə saziş imzalamağı vacib saysın! Deyir-
miş  ki,  bu  bitmək  bilməyən  müharibələrə  son  qoymaq  la-
zımdır, tərəflər təntənəli şəkildə öhdəlik götürməlidirlər ki, 
heç vaxt bir-birilərinə qarşı silah qaldırmayacaqlar! Sonun-
cu hücumdan qəzəblənən Öküz guya əvvəlcə razılaşmırmış. 
Lakin  hersoq  öz  təklifində  möhkəm  israr  edib. Yəni  deyib 
ki, niyə bizim xalqlarımız bir-birini qırmalıdır, bu mənasız 
müharibələrin nə faydası var? Müharibə xırda fasilələrlə ar-
tıq neçə yüz ildir ki, davam edir, tərəflərdən heç biri həlledici 
qələbəyə nail ola bilmir, hər ikisi var-yoxdan çıxır. nə qədər 
bəla gətirir bu müharibələr! Sülh və razılıq şəraitində yaşamaq 
nə qədər gözəl olardı, ölkələrimiz necə lazımdır çiçəklənər, 
öz rifahını daim yüksəldərdi! Deyəsən Lodoviko da yavaş-
yavaş hersoqun ona öz namələrində təlqin etdiklərinə qulaq 
asmağa, onun dəlillərini ağıllı saymağa başlamışdı. İndi isə 
artıq öz cavabında hersoqun təklifinə razılıq verərək «əbədi 
sülh» danışıqlarına gəlmək, «təntənəli müqavilə» imzalamaq 
dəvətini qəbul edirdi.
Deyəsən  hamının  ağlı  çaşıb!  Əbədi  sülh?  Müharibəsiz 
həyat? Bu nə sayıqlama, bu nə uşaqlıqdır! Yəni onlar belə 


103
hesab  edir  ki,  dünya  düzənini  dəyişmək  iqtidarındadırlar? 
Özündən müştəbehliyə bir bax! Keçmişin böyük ənənələrinə 
xəyanətə bir bax! nədir, belə çıxır ki, daha heç vaxt qan ax-
mayacaq,  şərəf,  igidlik  hörmətə  layiq  sayılmayacaq?  Heç 
vaxt  şeypurlar  səslənməyəcək,  süvarilər  əldə  nizə  hücuma 
yürüməyəcək,  düşmənlər  bir-birinə  qarşı  qalxaraq  döyüş 
meydanında qəhrəmancasına həlak olmayacaq? Bəşər övla-
dının nəhayətsiz özündənrazılığını cilovlaya biləcək heç bir 
şey qalmayacaq? Deməli belə çıxır ki, soyuqqanlı, amansız 
Bokkarossa da enli qılıncını yelləyərək forsundan cırılan in-
san kütləsinə onları idarə edənin kimliyini və nəliyini anlat-
mayacaq? Və həyatın ən vacib təməli söküləcək?!
Barışıq!  Bundan  böyük  biabırçılıq  təsəvvür  edilə  bilər-
mi?! Qarı düşmənlə barışıq! Həyat, yaşam qanunlarının necə 
murdar  təhrifidir  bu!  Bizim  hamımız  üçün  necə  alçaqlıq, 
necə  böyük  təhqirdir!  Bizim  döyüşçülər  üçün,  həyatını  bu 
yolda  qurban  vermişlər  üçün!  Həlak  olmuş  qəhrəmanların 
xatirəsinə necə dəhşətli bir həqarət idi, belə çıxırdı ki, onlar 
özlərini nahaqdan qurban vermişdilər! Bu murdarlıqdan lap 
ürəyim bulanırdı.
Deməli bu barədə düşünürmüş. Mən də başa düşmürdüm 
heç, anlaya bilmirdim. Bu imiş məsələ! Əhvali-ruhiyyəsi də 
gözlə seziləcək dərəcədə dəyişmişdi bundan sonra, yenə də 
insanlarla  təmas  saxlayırdı,  gümrah,  özündənrazı  idi  yenə. 
Görünür  elə  bilirdi  ki,  qeyri-adi  dərəcədə  müdrik  bir  çıxış 
yolu tapmış, «əhəmiyyətli bir ideya» kəşf etmişdi.
Mənim sonsuz nifrətimi təcəssüm etdirmək üçün söz yoxdur. 
Hersoqa, mənim ağama inamım sarsıdıcı bir zərbəyə məruz qal-
dı və bu zərbədən bir də özünə gəlməz. O, bir hökmdarın enə 
biləcəyi  ən  aşağı  nöqtəyə  düşdü.  Əbədi  sülh!  Əbədi  barışıq! 


104
Əbədi olaraq müharibəyə «yox» deyirik. Yalnız sülh və yenə 
də sülh!
Həqiqətən belə bir ağanın karliki olmaq asan deyil.
Qəsrdə bu sarsaq hadisəyə görə it yiyəsini tanımır. ad-
dımbaşı  süpürgəyə,  vedrəyə  ilişirsən,  hər  tərəfdə  cır-cındır 
qalaqlanıb, onları pəncərələrdən çıxarıb çırpanda toz ərşə elə 
dirənir ki, adamın lap boğazı qovuşur. Çardaqlardan qədim 
qobelenləri gətirib hər tərəfdə salıblar yerə, indi isə üstündəki 
sarsaq məhəbbət səhnələrini tapdalayırlar ki, düzəlsin, sonra 
da onları biabırçı «sülh və həmrəylik» bayramını bəzəmək 
üçün divarlardan asacaqlar. İllər uzunu boş qalmış qonaq otaq-
larını tələsik qaydaya salırlar, nökərlər fırfıra kimi ora-bura 
o qədər fırlanırlar ki, ayaqları dolaşır. Hamı qəzəblidir, hamı 
bezib, ürəklərində hersoqun bu axmaq planına lənət yağdırır-
lar. Palasso Ceraldini də yuyub təmizləyirlər, görünür orda 
Lodovikonun eskortu yerləşəcək. Deyirlər ki, Bokkarossa və 
muzdluları özlərindən sonra orada əsl donuz tövləsinə bənzər 
bir  mənzərə  qoyublar.  anbarlar  yeyəcəklərlə  doldurulur  – 
yüzlərlə öküz, dana, qoyun cəmdəyini eşikağasının tapşırığı 
ilə yoxsul camaat gətirir bura; nə qədər taxıl da gətiriblər, həm 
də qonaqların atlarını yemləmək üçün. Təbii ki, kəndlilər də 
qəzəblidirlər, bütün ölkədə narazılıq var. Fikirləşirəm ki, əgər 
gücləri çatsaydı, hersoqun bu sərsəm «sülh bayramına» görə 
qiyama qalxardılar. Meşə təsərrüfatlarında maralları, qırqo-
vulları və dovşanları ovlayır, dağlarda qaban vururlar. Saray 
ovçuları  mətbəxə  kəklik,  leylək  daşıyır,  nökərlər  göyərçin 
kəsir, quş damlarında axta xoruzların yağlısını axtarır, rəsmi 
ziyafət üçün tovuz quşları seçirlər. Dərzilər hersoq üçün, her-
soginya üçün bahalı Venesiya parçalarından pal-paltar tikirlər 
– buna kredit açıqdır, müharibə məsələsi deyil ki! – Eləcə də 


105
şəhərin bütün zadəganları üçün elə hey ölçü çıxarır, geyindi-
rib yoxlayırlar. Qəsrin önündə və sonra da bütün küçə boyu 
zəfər tağları qurulur, Lodoviko özünün əsabələri ilə onların 
altından keçəcək. Hər tərəfdə bəzəkli talvarlar qurulur, qul-
luqçular xalıların, cürbəcür tikmələrin tozunu çırpırlar; onları 
pəncərələrdən asacaqlar. Musiqiçilər səhərdən axşama kimi 
məşq edirlər, adamın az qalır başı çatlasın, saray şairləri isə 
komediantların  taxt-tac  zalında  oynayacağı  növbəti  sarsaq 
tamaşanın  sözlərini  qoşurlar.  Hamının  işi-peşəsi  bu  axmaq 
bayrama hazırlıqdır! Bütün söhbətlər də bu barədədir, fikir-
düşüncələr də. Bir qazan yağda qaynayırıq elə bil, sarayda 
bircə dənə xəlvət guşə belə tapılmaz – kiməsə toxunmadan, 
ya nəyəsə ilişmədən, addım belə ata bilməzsən, hər yerdə qa-
çaqaç, qovhaqovdur.
Hirsimdən lap partlamağım gəlir.
Düşmən onun şərəfinə misilsiz dərəcədə bəzənmiş pay-
taxtımıza  təntənə  ilə  girdi.  Lap  öndə  at  belində,  əllərində 
təbərzin  tutmuş  yaşıl  və  qara  paltarlı  süvari  cangüdənlərin 
əhatəsində  otuz  şeypurçu  və  fleytaçalan  gəlirdi.  Lodoviko 
Montansa  küçələrdən  öz  oğlu,  ağzından  süd  iyi  gələn  Co-
vanni  ilə  bir  yerdə  çapıb  keçdi,  onların  arxasınca  isə  əsl-
nəcabətli cəngavərlər, senyorlar, lap axırda isə iki yüz arba-
letçi ötdü. Lodoviko gümüş tikməli, tünd-yaşıl örtüklü qara 
at minmişdi, öz əynində isə gümüş zireh vardı və xalq onu 
«böyük  ruh  yüksəkliyi  ilə»  qarşıladı  –  xalqa  tapşıran  kimi 
ruhu yüksəlir, səbəbinin isə heç əhəmiyyəti yoxdur; məsələn 
indi onlar əbədi sülhə görə xoşbəxt sayırdılar özlərini. Her-
soq tərəfindən dəstənin pişvazına çıxmış üç carçı Lodoviko-
nun gəldiyindən xəbər verdi, bu səfərin məqsədini şərh etdi 
və şəhərin bütün kilsələrində zənglər çalındı. Bizim biabırçı-


106
lığımızın əla uvertürası. Hətta qəsr təpəsində yerləşən, göyə 
tuşlanmış  bombardalardan  yaylım  atəşi  də  açıldı  –  məncə 
onlara bir az da bol barıt qoyub təşrif gətirənlərin dəstəsinə 
tuşlasaydılar, daha düzgün olardı. Montansanın oğlu minən 
at yaylım atəşindən, ya nəsə başqa şeydən ürkdü, oğlan az 
qaldı yəhərdən düşə, qıpqırmızı olmuşdu, lakin atı tez ram 
edib  çaparaq  getdi.  O  lap  uşağa  bənzəyirdi,  yəqin  on  yed-
di yaşı ancaq olardı. Düzdür, hər şey salamatlıqla qurtardı, 
amma ətrafdakı camaat başladı fikirləşməyə ki, görəsən bu 
bəd əlamət sayılırmı. Onların peşəsi «təntənəli hadisələrdə» 
cürbəcür  əlamət  axtarmaqdır,  lakin  bu  mərasimdə  onların 
təxəyyülünü canlandıracaq başqa bir fürsət olmadı.
Qəsrin darvazasına çatanda Lodoviko atdan endi və her-
soq tərəfindən dəbdəbəli, bər-bəzəkli ifadələrlə salamlandı. 
O, möhkəm bədənli, qırmızı damarları görü nən ətli yanaqlı 
və qısa, öküz boyunlu, bəstəboy bir kişi imiş. Saqqalı yalnız 
çənəsinin kənarlarında çıxırdı, özü də seyrək və belə saqqal 
onsuz  da  qəşəng  olmayan  sifətini  heç  gözəlləşdirmirdi.  İti 
baxışlı, xırda boz gözləri özünü səmimi göstərməyə çalışır-
dı, amma onlara inanmaq olmazdı, axı hamı bilir ki, o bicin 
biridir. O, tez qızışan adam təsiri bağışlayırdı və köklüyünü 
nəzərə alsaq, məncə hər dəqiqə qan sıza bilərdi beyninə.
Gün mərasimlərdə, qəbullarda, ziyafətlərdə və bizim iki 
dövlət  arasındakı  saziş  ətrafında  danışıqlarda  keçdi.  ax-
şam  latın  dilində  dəhşətli  dərəcədə  darıxdırıcı  bir  tamaşa 
göstərildi,  mən  bircə  kəlməsini  də  anlamadım,  elə  bilirəm 
başqaları  da  mənim  kimi.  Əvəzində  onun  dalınca  adam 
dilində əttökən bir komediya göstərdilər, bu tamaşanı hamı 
daha yaxşı başa düşdü – ondakı kobud zarafatlardan, əttökən 
sözlərdən doyunca ləzzət aldılar.


107
amma bu tamaşa da mənə iyrənc gəldi.
Bu günümüz nəhayət ki, belə bitdi və mən indi öz ota-
ğımda oturub tənhalığıma sevinirəm. Bundan ləzzətli nə ola 
bilər!  Yaxşı  ki,  karliklərin  otağında  tavan  alçaqdır,  yoxsa 
bura da qonaqları yerləşdirərdilər. Bu lap dəhşət olardı.
Bu  hersoq  oğlu  insanların  «şəkil  kimi  gözəl»  dedik-
lərindəndir,  deməli  heç  atasına  çəkməyib.  Mavi  məxmər 
çullu atının belində, əynində elə həmin rəngdə paltar, atası 
ilə yanaşı çapanda, ətrafdakıların hamısı ona gözəl dedi. Ola 
bilər. amma şəxsən mənim zövqümə görə, onda kişiyə xas 
cəhətlər çox azdır – onun maral gözləri, uzun, qara saçları və 
qız kimi incə dərisi… Bir şey olan kimi də elə qız kimi qıza-
rır… Bəlkə də mənim zövqüm pisdir, amma mən belə zahiri 
qəbul etmirəm. Məncə kişi, kişiyə oxşamalıdır. Deyirlər ki, o 
anasına, böyük mömin və son dərəcə gözəl qadın Beatriçaya 
oxşayır, deyirlər ki, bu qadın cəmi on il qabaq ölməsinə bax-
mayaraq, artıq məşhərdən cənnətə keçib.
Günortadan sonra mən oğlanın ancelika ilə rozaridə necə 
gəzdiyini  gördüm.  Daha  sonra  isə  çayın  yanında  gəzir,  qu 
quşlarını çörək qırıntıları ilə yemləyirdilər. Hər iki dəfə fi-
kir verdim ki, nə barədəsə danışırdılar. Başa düşmürəm ki, 
bu sarsaq uşaqla nə barədə danışa bilər o. Bəlkə də qızın nə 
dərəcədə  kifir  olduğunu  da  görmürdü,  əks-təqdirdə  onunla 
yanaşı olmaqdan qaçardı. Ola bilər ki, onun özü də elə pri-
mitiv məxluqdur.
Don Rikkardo isə təbii ki, harada aş-orda başdır, bütün 
mərasimlərdə  iştirak  edir,  əlinə  düşən  hər  fürsətdə  özünü 
qabağa  dürtürdü. Yaraları  artıq  sağalmışdı.  Mən  nədən  da-
nışıram  e?  Hansı  yaralar?  Baxanda  heç  nə  hiss  olunmur, 
təkcə  əlinin  biri  azacıq  ləng  tərpənir.  Bu  da  onun  bütün 
qəhrəmanlığı.


108
artıq üçüncü gündür ki, düşmən şəhərimizdədir. On ların 
şəninə bayram tədbirləri bir-birinə calanıb və bir dəqiqə ra-
hatlıq yoxdur. Dünən axşam yaman yorğun idim, heç bir şey 
yaza bilmədim, bu səhər də dünənki boşluğun yerini doldur-
mağa tələsirəm. Sizə dünənki günün necə keçdiyindən, özü-
mün bu barədə düşüncələrimdən söz açım.
Hər iki hersoq qəsrdən hava işıqlaşmamış çıxdılar və bir 
neçə saatlarını şəhərin qərb tərəfindəki çəmənliklərdə şahin 
ovuna həsr etdilər. Lodoviko şahin ovunun böyük azarkeşi 
idi, bizim hersoq isə əla şahinlər saxlayır, onların arasında 
Fransa  kralından  hədiyyə  aldığı  bir  neçə  nadir  quş  da  var 
və  təbii  ki,  indi  quşlarını  göstərib  qürrələnməyə  tələsirdi. 
Ovdan  qayıdandan  sonra  masa  arxasına  keçdilər,  yeyib-
içmək başladı, bitmək bilməyən ziyafət, sonra musi qiçilərin 
növbəsi çatdı, istədin-istəmədin, qulaq asmalı idin, hərçənd 
ki,  mənim  aləmimdə  musiqidən  axmaq  şey  yoxdur,  bunun 
dalınca mahnı və rəqslərdən ibarət sarsaq bir şey göstərdilər, 
sonra da jonqlyorlar çıxış etdi, hamı ləzzət aldı və baxmağa 
dəyən yeganə çıxış elə bu idi. Çıxış bitən kimi, yenidən masa 
arxasına  keçdilər,  gecədən  xeyli  ötənədək  yeyib-içmək  da-
vam elədi, yemək vaxtı isə abırsız bir pantomima göstərildi – 
kişi və qadın aktyorlar elə dar paltarlar geymişdilər ki, lap lüt 
təsəvvürü  bağışlayırdılar.  Tamaşaya  qədər  əksəriyyət  artıq 
donuz kimi sərxoş idi. Beləliklə günün proqramı başa çatdı, 
mən nəhayət ki, yatmağa gedə bildim və ölü kimi yatdım.
Hersoq bütün bu müddət ərzində çox canlı, mehriban və 
cazibədar idi, onu hələ belə görməmişdim. Görünür bilmirdi 
ki, öz qonaqlarına necə yarınsın – onların qarşısında elə oyun-
lar çıxarırdı ki, adamın ürəyi bulanırdı. Elə düşünmək olardı 
ki, guya Öküzlə o nə vaxtdan bəri çox mehriban dost idilər. 


109
Bizim hersoq bu rolu var gücüylə oynamağa çalışırdı. Lodo-
viko isə əvvəlcə özünü bir az donuq, hətta ehtiyatlı aparırdı, 
amma  yavaş-yavaş  düzəldi.  Özü  də  bura  cangüdənləriylə, 
neçə yüz əsgərlə gəlmişdi – əbədi sülh imzalamağa gedəndə, 
bu  qədər  əsgər  nəyinə  lazım  idi,  bilmirəm. amma  mövqe-
yi  bunu  tələb  edirdi.  Təbii  ki,  hersoq  başqasının  sarayı-
na əsabələri olmadan gələ bilməz. Mən elə özüm də gözəl 
bilirəm ki, adət-ənənə belədir. Lakin sakit baxa bilmirəm on-
lara, düşmənləri adam lap qılınclamaq istəyir, amma təəssüf 
ki, barmağını belə vura bilməzsən. Dəhşətli vəziyyətdir.
Mənim  ağamın  davranışı  –  başdan-ayağa  tapmaca  idi; 
özünü qarı düşmənimizlə bu cür necə apara bilərdi? Mən heç 
nə anlamıram. amma heç təzə xəbər deyildi bu. Mən onu nə 
vaxt başa düşə bilmişəm ki? Bu da nəsə bir qismətdir. Əşi, 
bu barədə bəsdir daha, istəyirəm bayaq söylədiyimi bir daha 
təkrar eləyim: ona nifrətim həqiqətən hədsizdir.
Covanni  ilə  ancelikanı  dünən  yenə  bir  yerdə  gör düm, 
özü də neçə dəfə. Görünür darıxırdılar yaman. ax şamtərəfi 
çay  kənarında  oturmuşdular,  lakin  bu  dəfə  qu  quşlarını 
yemləmirdilər, heç söhbət də etmirdilər, sakitcə oturub suya 
baxırdılar. Yəqin daha danışmağa mövzuları tükənmişdi.
Daha nədən yazım, vacib nə qaldı? Deyəsən bir şey qal-
madı.  Bu  gün  «əbədi  sülh  sazişi»  imzalanacaq  və  bundan 
sonra rəsmi ziyafət olacaqdı, özü də bütün tamaşaları-filan-
ları bir yerdə. Yəqin səhərə kimi çəkəcəkdi. Qanım it qanıdır, 
hər şeydən zəhləm gedir.
Hersoq mənə böyük etimad göstərdi! Lap başım gicəllənir! 
Mənə hansı tapşırığı verdiyini deyə bilmərəm. Heç bir kəlmə 
də. Bu bizim sirrimizdir. İndiyədək başa düşmürdüm ki, biz 
bir-birimizə nə dərəcədə yaxınıq.


110
Mən nəhayətsiz xoşbəxtəm. Bundan artıq heç bir şey deyə 
bilmərəm.
Bu  gün  axşam  saat  altıda  böyük  rəsmi  ziyafət  başlana-
caq. Bu, bayram tədbirlərinin ən başlıcasıdır, ziyafət üçün o 
qədər gözəl şeylər düşünüblər ki, bu tədbir heç şübhəsiz əla 
keçəcək. Gözləməyə daha səbrim qalmayıb.
O, həqiqətən böyük hökmdardır!
İndi  sizə  sonuncu  günün  necə  keçməsindən  –  əsasən 
də  bizim  hersoqla  Montansa  arasında  sazişin  imzalanma-
sı şərəfinə bayram tədbirlərini yekunlaşdıran ziyafətdən və 
onunla bağlı bəzi məsələlərdən söhbət açacağam.
Beləliklə, biz əvvəl taxt-tac zalında toplaşdıq, orada iki 
dövlət  arasında  pozulmaz  sülh  barədə  sazişin  mətni  oxun-
du. Saziş çox gözəl və təntənəli ifadələrlə tərtib olunmuşdu 
və  sənəddə  başqa  şeylərlə  yanaşı,  sərhəd  qalalarının  ləğv 
olunmasından,  ölkələrimiz  arasında  sərbəst  ticarətdən,  bu 
ticarəti asanlaşdırmaq üçün görüləsi tədbirlərdən söz açılır-
dı. Sonra imzalama mərasimi oldu. Hər iki hersoq ən yaxın 
əsabələriylə  bir  yerdə  masaya  yaxınlaşaraq  iki  böyük  ka-
ğızda  imzalarını  cızdılar.  Hər  şey  çox  təntənəli  idi. Və  elə 
həmi  an  şeypurlar  dilləndi:  altmış  şeypurçu  divarın  dibinə 
üç  addımdan  bir  düzülmüşdü,  biri  bizim  hersoqun,  yanın-
dakı  Montansa  evinin  rənglərində  geyinmişdilər  şeypurçu-
lar. Sonra elə bu gün üçün bəstələnmiş təntənəli musiqinin 
sədaları altında bütün mərasim hofmeysterin rəhbərliyi altın-
da ziyafət salonuna keçdi. Əzəmətli zal əlli gümüş qəndilin, 
qızıl tikməli nökərlərin tutduğu iki yüz məşəlin nuruna qərq 
olmuşdu, amma nökərlərdən savayı küçədən tutduqları, cır-
cındır içində, kirli ayaqları yalın olan və yaxınlaşanda pis iy 
verən oğlanlar da gətirilmişdi. Bütün zal boyu beş böyük stol 


111
açılmışdı, stollar üstündəki gümüş və mayolik qab-qacaqdan, 
dağ kimi qalaqlanmış cürbəcür yemək və meyvələrdən, şirin 
xəmirdən bişirilən, mənə deyildiyinə görə, yunan mifologi-
yasından – bu nəsə tanımadığım bütpərəst inanclardan biri 
idi – səhnələr təsvir olunan fiqurların ağırlığından az qala qı-
rılırdı. Əsas stolun ortasındakı hər şey qızıldan idi: qəndillər, 
meyvə vazları, boşqablar, şərab dolçaları, qədəhlər, – hər iki 
hersoq və onların soyadlarını daşıyan şəxslər, həmçinin ən 
yaxın adamları həmin stolun arxasında oturmuşdular. Hersoq 
düz Öküzlə üzbəüz əyləşmişdi, ondan sağ tərəfdə al-qırmı-
zı, bəyaz, tikməli ipəkdən yarıqlı qolları olan, yaxası qızıl-
la, daş-qaşla bəzəkli paltar geyinmiş hersoginya əyləşmişdi. 
Başındakı brilyantlı gümüş tor eybəcər şabalıdı saçlarını bir 
az bəzəyirdi və onun neçə saat ənlik-kirşanla məşğul oldu-
ğundan, indi bu həddindən ziyadə yumşaq və kök sifətin bir 
zamanlar çox gözəl olduğu şəksiz nəzərə çarpırdı. O, özünün 
həmişəki gözəgörünməz təbəssümü ilə gülümsünürdü. Her-
soqun əynində qara məxmərdən dar kostyum vardı, çox sadə 
kostyumun qolları yarıqlı idi, yarıqlardan isə şux sarı ipək 
görünürdü. Onun şax qaməti lap yeniyetmə bədənini xatır-
ladır, şpaqa tiyəsi kimi oynaq görünürdü. azacıq sıxılırmış 
kimi gözə dəyirdi, amma əhvali-ruhiyyəsi yaxşı idi: ara-sıra 
mənə  yaxşı  tanış  olan  hərəkətiylə  qısa  qara  saçlarına  sığal 
çəkirdi. Və mən birdən hiss elədim ki, ona necə nəhayətsiz 
dərəcədə sadiqəm. Öküzün əynində əla tünd yaşıl parçadan, 
sincab dərisi ilə işlənmiş qısa, enli örtük vardı, onun altında 
isə sinəsindən ağır qızıl zəncirlər sallanan şux qırmızı kam-
zol görünürdü. Bu paltarda bir az da enli və alçaqboy hiss 
olunurdu,  sincab  dərisinə  bürünmüş  öküz  boynu  isə  daha 
kök və daha qısa təsiri bağışlayırdı. Onun sifətində dostyana 


112
səmimiyyət ifadəsi oxunurdu, amma insanın sifətindən çox 
bədəni ifşa edir onu.
Don Rikkardonun da yeri təbii ki, yaxınlıqda, ən hörmətli 
yerlərdən biri idi, hərçənd ki, xeyli uzaqda, tamam başqa sto-
lun arxasında oturmalıydı. Lakin o daim özünü qabağa soxur, 
hersoq  da  təbii  ki,  onsuz  keçinə  bilmir,  hersoginyadan  isə 
heç danışmağa dəyməz. Don Rikkardo o dəqiqə qara qıvrım 
saqqalını  barmaqlarında  özündənrazı  görkəmlə  oynadaraq 
çərənləməyə başladı və bir azdan hamını bezdirdi. Mən ona 
buz kimi nəzərlərlə baxırdım və bu baxışların həqiqi mənası 
təbii ki, heç kəsin ağlına gəlmirdi. Yaxşısı budur, hələlik su-
sum.
Yerləri ümumi sırada olsa da, Covanni ilə ancelika bir-
birinin  yanında  oturmuşdular.  Onlar  təxminən  eyni  yaşda 
olduqları  üçün  yanaşı  oturmaları  təbii  idi.  Həm  də  onların 
hər ikisi hersoq nəslindən idilər – ən azından oğlan barədə 
bunu dəqiq söyləmək olardı. Qız çox ola bilər ki, bicdir. On-
lar qonaqlar arasında ən gənc idilər və daha çox uşağa bən-
zəyirdilər. adama elə gəlirdi ki, onların bu məclisə düşmələri 
səhvən olmuşdu. Yazıq ancelika üçün bu böyük cəmiyyətdə 
ilk çıxışı idi və ona qızıl tikməli qolları olan ağ ipək paltar 
geyindirmişdilər,  başında  isə  sarı,  az  qala  rəngsiz  görünən 
saçlarını  azacıq  örtən  mirvari  və  qızıl  tikməli  kiçik  papağı 
vardı. Təbii  ki,  çox  pis  görkəmi  vardı.  Onu  daim  sadə,  az 
qala kasıb paltarlarda görməyə adət edənlər üçünsə bugünkü 
görkəmi yəqin lap gülünc idi. ağzı həmişəki kimi yarıaçıq idi 
və uşağınkını xatırladan yanaqları utancaqlıqdan alışıb-yanır-
dı. Onun iri, girdə, mavi gözləri heyranlıq içində parlayırdı, 
sanki nəsə görünməmiş bir şeyə baxırdı. Covanni də, görü-
nür, bütün bu əsl-nəcabətli insanların arasında utanır, hərdən 


113
onlara  ürkək  nəzərlər  salırdı.  amma  o  deyəsən,  cəmiyyət 
içinə çıxmağa daha çox adətkərdə idi, ürkəklik çox güman 
ki,  onun  xarakterində  idi.  Əynində  yaxalığı  qızıl  tikməli, 
mavi məxmər paltar vardı, boynundakı nazik qızıl zəncirdən 
girdə medalyon asılmışdı, deyirdilər ki, medalyonun içində, 
hamının fikrinə əsasən, indi cənnətdə rahatlıq tapmış – bunu 
hardan bilirdilər axı, bəlkə yazıq hələ indiyə kimi məşhərdə 
sakitcə əziyyətini çəkirdi – anasının portreti vardı. Qonaqlar 
onu təbii ki, qənirsiz gözəl kimi qəbul edirdilər, onların pıçıl-
daşmalarını özüm eşidirdim, lakin bu «gözəl cütlük» barədə 
danışdıqlarına  qulaq  asanda  anladım  ki,  onların  gözəllik 
haqda təsəvvürləri çox qəribədir. Qısası, o mənim zövqümə 
uyğun deyil. Məncə kişi, kişi kimi olmalıdır. Hətta adamın 
inanmağı gəlmir ki, bu oğlan Montansa evindən hersoq oğ-
ludur. O, taxtda necə əyləşəcək, xalqı necə idarə edəcək? La-
kin, mənim anlayışıma görə, iş o yerə çəkməyəcək – o heç 
vaxt taxta çıxası deyil.
Bu uşaqlar ümumi söhbətdə heç iştirak etmirdilər və gö-
rünür  diqqət  yetirməli  hər  şey  onlara  əziyyət  verirdi.  On-
lar  öz  aralarında  da  heç  o  qədər  danışmırdılar,  amma  mən 
fikir  verdim  ki,  daim  bir-birinə  qəribə  tərzdə  nəzər  salır, 
baxışları  toqquşanda  oğrun-oğrun  gülümsünürdülər.  Bu  qı-
zın  təbəssümünü  görmək  mənə  qəribə  gəlirdi  –  nəsə  onun 
körpəlik  dövründən  sonra  gülümsəməyini  heç  xatırlaya 
bilmirəm. Düzdür, indi də inamsız gülümsünür, sanki özünü 
sınayırdı hələ. Yəqin başa düşürdü ki, onun təbəssümü gözəl 
deyil. amma məncə elə ümumiyyətlə insan təbəssümü kifir 
şeydir.
Onlara  nə  qədər  çox  göz  qoysam,  bir  o  qədər  də  çox 
təəccüblənirdim:  onlar  niyə  belə  idilər?  Yeməklərə  demək 


114
olar  ki,  toxunmur,  vaxtın  çoxunu  gözlərini  boşqablarına 
zilləyərək oturmuşdular. Fikir verdim ki, stolun altında da əl-
ələ tutmuşdular. Onlar əl-ələ olanda, ətrafdakılardan kimsə 
qonşusuna göz eləyib onların tamaşasına dururdusa, yaman 
utanırdılar,  qıpqırmızı  olub  başlayırdılar  yalandan  qızğın 
söhbət  eləməyə.  nəhayət  ki,  mən  onların  arasında  tamam 
başqa münasibətin – məhəbbətin olduğunu anladım. Dəhşətli 
kəşf idi! Heç özüm də əməlli başa düşmürəm ki, kəşfim niyə 
məni bu dərəcədə hiddətləndirdi. niyə bu qədər nifrət elədim.
İnsanlar  arasındakı  məhəbbət  həmişə  iyrəncdir.  Lakin 
zahirən  günahsız  görünən  bu  uşaqlar  arasında  məhəbbət 
ikiqat murdar idi. O qədər qəzəbləndim, içimdə elə bir etiraz 
baş qaldırdı ki, hətta hərarətim yüksəldi, bu bia bırçılığın şa-
hidi olduğuma dözə bilmirdim.
nə  isə,  onlar  barədə  kifayətdir  artıq.  Mən  bu  ziyafətdə 
əsas sima olmayan uşaq-muşağa onsuz da lazım oldu ğundan 
artıq diqqət yetirdim. Ziyafətin təsvirini davam etdirsəm yax-
şıdır.
Qonaqlar  masaların  üstündə  həddindən  ziyadə  bol  olan 
soyuq qəlyanaltıların işini bitirəndən sonra açıq qapıda qır-
mızı yəhərli ağ atın belində qofmarşal göründü və uca səslə 
ilk  on  iki  isti  xörəyin  adını  elan  etdi  və  elə  həmin  dəqiqə 
saysız-hesabsız nökər və xörəkpaylayanlar həmin yeməkləri 
gətirdilər. Qofmarşalın atının yüyənini tutmuş iki şeypurçu 
isə  şeypuruna  güc  verdi.  Buğlanan  xörəklər  ət,  ədvə,  yağ 
qoxusu yayırdılar, mənim bütün yeməklərə nifrətimi anlasa-
nız, bilərsiniz ki, ürəyim necə bulanırdı. Baş xörəkpaylayan 
həmişəki əhəmiyyətli və sarsaq görkəmi ilə boynunu xoruz 
kimi uzadıb hersoqun stoluna yaxınlaşdı və əti, ördək və xo-
ruzları  doğramağa  başladı,  onun  sol  əlinin  barmaqlarından 


115
yağ damır, sağ əlindəki bıçaqla özünün ölümcül məharətini 
nümayiş etdirən qılıncoynadan kimi ustalıqla davranırdı. Qo-
naqlar yeməyə cumdular və mən hiss elədim ki, halım qarı-
şır:  çeynəyən  adamları,  xüsusilə  də  bunlar  kimi  yeməkdən 
doymayan  insanları  görəndə  içimdə  həmişə  baş  qaldıran 
iyrənməyə bənzər həmin o hiss güclənirdi. Onlar iri tikələri 
içəri ötürmək üçün ağızlarını eybəcər şəkildə daha geniş açır, 
çənələri durmadan işləyir, ağızlarının dərinliyində isə dilləri 
tərpənirdi.  Hersoq  stolunun  arxasında  oturanlar  arasında 
Öküzə  baxmaq  ən  iyrənci  idi:  o  çox  kobud  yeyirdi,  tikəni 
tikənin dalınca dəhşətli bir acgözlüklə içəri ötürürdü. Dili də 
murdar idi – al-qırmızı, enli, əsl öküz dili. Hersoq isə əksinə, 
ədəblə  yeyirdi.  Həmin  axşam  o  həmişəkindən  də  az  yedi, 
içki demək olar ki, içmədi. Bir dəfə diqqət yetirdim, qədəhi 
qaldırıb, onun yaşılımtıl şüşəsinə baxaraq fikrə getdi, sanki 
dünyaya bu şüşənin arxasından tamaşa edirdi. Qalanları ağı-
na-bozuna baxmadan, hədsiz dərəcədə çox içirdilər.
Böyük  mayolik  buludlarda  gözəl  bişirildiyindən  hamı-
nın bir xeyli heyranlığını bildirdiyi qızılı-qırmızı nərə balıq-
ları,  karp,  durna  balığı  gətirdilər,  sonra  şirə  gəzdirilməmiş 
yeməklər  başladı,  iri  boşqablarda  qəribə  mum  ornamentlə 
bəzədilmiş xörəklər gəldi, bəzəyi o qədər bol idi ki, yeməyin 
nədən  bişirildiyi  dadmamış  bilinmirdi,  onların  dalınca  ma-
ral, qaban kəlləsi şəklində düzəldilmiş paştetlər, bütöv qızar-
dılmış qızılı çoşqalar, şirin, ətirli ədəvalı toyuqlar və bildir-
çin,  qırqovul  və  leyləklərdən  hazırlanmış  cürbəcür  qoxulu 
yeməklər  gəldi.  Və  nəhayət  ovçu  paltarı  geymiş  iki  nəfər 
qızılı rəngə çalan bütöv vəhşi qaban gətirdilər, onun ağzın-
dan  alov  dilimləri  çıxırdı,  nəsə  axmaq  iyi  olan  yanan  bir 
şey qoymuşdular ağzına. Burda nimfa paltarı geymiş qızlar 


116
çıxdılar ortaya – paltarlıdan daha çox lütə oxşayırdılar, – və 
başladılar döşəməyə qoxulu tozlar səpməyə, vəziyyət bir az 
da gərginləşdi: daha heç nəfəs almaq olmurdu. Mən az qala 
boğulurdum.
Öküz acgözlüklə qaban qızartmasına cumdu, elə bil ba-
yaqdan heç nə yeməmişdi. Qalanları da özlərinə tünd-qırmızı, 
ala-çiy ətdən iri tikələr götürdülər, bu da nadir yeməklərdən 
sayılırdı.  Onların  çənələrinin  təzədən  necə  işə  girişməsinə, 
dodaqlarını, saqqallarını yağlı ət suyu ilə necə bulaşdırması-
na nifrətlə baxırdım, içimdə elə bir hiss vardı ki, sanki abırsız 
bir şeyin şahidinə çevrilmişdim, – mən ümumiyyətlə hamı ilə 
bir yerdə yeməkdən həmişə qaçıram, yalnız ən vacib şeylərin 
dadına  baxıram,  –  və  getdikcə  bu  yeməkdən  və  içməkdən 
şişmiş qıpqırmızı və sanki yalnız mədədən ibarət olan yekə 
adamlara  tamaşa  etməkdən  daha  çox  iyrənirdim.  Və  baş 
xörəkpaylayanın qabanı yırtmasına, onun skeleti lüt qalana 
kimi, qanlı tikələri içindən sökməsinə baxmaq da dözülməz 
idi.
Məxsusi  onun  üçün  ət  doğramaq  məqsədilə  təyin  olun-
muş  nökərin  köməyi  ilə,  yalnız  sol  əliylə  yeyən  don  Rik-
kardo  tikələri  dalbadal  ağzına  dürtür,  üstündən  xeyli  şərab 
içirdi. Onun üzü indi yekə və sarsaq bir təbəssümdən ibarət 
idi  və  salamat  əli  ilə  qədəhi  dəqiqəbaşı  ağzına  yaxınlaşdı-
rırdı. Əynində tünd qırmızı məxmər kamzol vardı, görünür 
bu rəng onun ehtirasını simvolizə etməli idi – axı o həmişə 
qəlbinə  hakim  kəsilmiş  qadın  üçün  geyinirdi.  Baxışları 
həmişəkindən artıq yanırdı və oturduğu yerdə, əl-qol ata-ata 
hersoginyadan başqa onu dinləmək istəyən istənilən adama 
üzünü tutub, sarsaq-sarsaq şeirlər oxumağa başlayırdı. Qadın 
məhəbbətindən bəhs edən təmtəraqlı sözlər onun ağzından, 


117
qarnına  tökdüyü  şərabla  düz  mütənasib  həcmdə  çölə  axır-
dı. O hərdənbir hersoginyaya nəzər salanda, qadının gözləri 
işarır,  ona  müəmmalı  təbəssümünü  bəxş  edirdi,  hərçənd 
ki,  bütün  qalan  vaxtı,  digər  bayramlarda  olduğu  kimi,  sto-
lun arxasında elə otururdu, sanki heç burda deyildi. Bundan 
başqa heç kəsin görmədiyini düşünəndə, hərdən uzun-uzadı, 
oğrun-oğrun baxışırdılar və hər ikisinin gözündə nəmli, az 
qala xəstə bir parıltı peyda olurdu. Mən axı hər şeyi görür-
düm. Onları bircə dəqiqəliyə belə gözümdən qaçırmırdım – 
hərçənd ki, ağıllarına belə gəlməzdi bu. Heç mənim qəlbimin 
dərinliklərində olanlar da qətiyyən ağıllarına gəlməzdi. Bunu 
kim bilər ki? Kim bilər ki, mən, karlik qəlbimin heç kəsin 
girə  bilmədiyi  mübhəm  guşələrində  nələr  hazırlayıram? 
Lap  dərinliklərində  bu  insanların  taleyi  həll  olunan  karlik 
qəlbi  haqda  kim  bilir  axı?  Mənim  əslində  necə  olduğumu 
təsəvvür eləyə bilməzlər. Təsəvvür edə bilməməkləri onların 
xoşbəxtliyidir. Bilsəydilər dəhşətə gələrdilər. Əgər xəbər tut-
saydılar,  təbəssümləri  dodaqlarındaca  solardı,  dodağın  özü 
də əbədi quruyardı. Və bütün yer üzünün şərabı belə onları 
bir də isladıb, öz rəngini qaytara bilməzdi.
Görək dünyada elə şərab tapılacaq ki, onların təravətini 
və təbəssümünü qaytara bilsin!
Mən  həm  də  hersoginyanın  damicellası  Fyamettoya 
baxırdım, o hersoq stolunun arxasında oturmasa da, çox yax-
şı,  sarayda  tutduğu  mövqeyə  görə  oturmalı  olduğu  yerdən 
də yaxşısında əyləşmişdi. Sarayda o təzə peyda olmuşdu və 
indiyədək nəsə mənim diqqətimi cəlb etməmişdi. İndi mən 
bu diqqətsizliyimi artıq izaholunmaz sayırdım. axı o çox ba-
riz bir gözəldir – ucaboy, şax qamətli, gənc və eyni zamanda 
yetkin, bu həyat üçün artıq tam yetişmiş. Onun düzgün cizgi-


118
li, qarabuğdayı, çox qürurlu sərt sifəti və lap dərinliyində tək 
bircə qığılcım işaran kömür kimi qara gözləri var. Mən fikir 
verdim  ki,  hersoq  arabir  ona  tərəf  narahat  baxışlarla  nəzər 
salır, sanki bu sakit sifətdən onun sahibinin fikirlərini, əhvali-
ruhiyyəsini oxumaq istəyirdi. Xanım isə ona heç baxmırdı.
Budur, zalda demək olar ki, şamların hamısını sön dürdülər 
və naməlum bir yerdən iti musiqi səsləndi. Qaranlığın içinə 
dişlərində yanan məşəllər tutmuş on iki mavritaniya rəqqasəsi 
atıldı və çılğın bir rəqsə başladılar. Hamı nəfəsini dərmədən 
tamaşa  edirdi.  Qara  başlarının  ətrafında  odlu  halə  olan 
rəqqasələr  burulğan  kimi  hərlənir,  məşəlləri gah  bir-birinə, 
gah da yüksəklərə atır və qaranlıqda işaran vəhşi dişləriylə 
yenidən tuturdular. Onlar alovla lap təhlükəli düşmən kimi 
oynayırdılar  və  hamı  bu  əcaib-qəraib  məxluqların  dəhşətli 
rəqsinə tilsimlənibmiş kimi qorxu içində baxırdı. Rəqqasələr 
əsasən  hər  iki  hersoqun  əyləşdiyi yerin  yaxınlığında dövrə 
vururdular, məşəllərini tullayanda da qığılcımlar yağış kimi 
yağırdı.  Göydə  uçan  məşəlləri  dişləri  ilə  tutmağa  hazırla-
şanda isə qara sifətləri tükürpərdici ifadədən elə əyilirdi ki, 
elə  bil  cəhənnəmdən  çıxaraq  özləriylə  zəbanə  çəkən  alov 
gətirmiş dəhşətli ruhlar idilər. niyə də olmasın? Kim dəqiq 
deyə bilər ki, onlar məşəllərini cəhənnəm tonqalında yandır-
mayıblar? Mən qədim karlik sifətimi görünməz edən zülmətə 
bələnərək durmuşdum və bu qəribə ruhlara, onların sanki ib-
lisin  özündən  öyrəndikləri  qorxulu,  əcaib  rəqslərinə  baxır-
dım.
Və  sanki  özlərinin  iblisdən  ilhamlanan  mahiyyətlərini 
sübuta yetirmək üçün bütün dirilərin yolunu gözləyən ölülər 
səltənətinin rəmzi olaraq, rəqsin lap axırında məşəllərini üzü-
aşağı çevirib döşəmədə söndürdülər və tez də yoxa çıxdılar, 
elə bil yerə girib, yox oldular. 


119
Şamları yenidən yandırana kimi, mən qaranlıqda adam-
lardan yaxşı seçən iti karlik gözümlə gördüm ki, qonaqların 
bəziləri xəncərlərinin qəbzəsini əsəbi halda necə sıxmışdılar, 
elə bil hər dəqiqə bütün gözlənilməz hadisələrə hazır idilər.
Xeyir ola? axı bunlar rəqqasədən başqa bir şey deyil dilər, 
hersoq  onları  Venesiyadan,  qonaqları  əyləndirmək  üçün 
gətirtmişdi.
Elə  ki,  zal  yenidən  işıqlandırıldı,  qapının  ağzında  qof-
marşal özünün ağ atı ilə yenə peyda olaraq, uca səslə bu ax-
şamın «hadisəsi», təəccüb doğurucu və çox incə bir təamın 
gətiriləcəyini söylədi və elə həmin dəqiqə hər tərəfdən stolla-
ra sarı əlliyə yaxın nökər yaxınlaşdı, onlar başlarının üstündə 
bahalı daş-qaşla bəzədilmiş gümüş sinilərdə taxtın üstündəki 
kimi  oturmuş,  göyqurşağının  bütün  rənglərinə  çalan  quy-
ruqlarını sallamış qızılı tovuz quşlarını gətirirdilər. Onların 
görünməyi  tamam  dəli  bir  heyranlığa  səbəb  oldu.  Bayaqkı 
qorxu da, ölümü xatırladan başıaşağı çevrilmiş məşəllər də 
bir  göz  qırpı mında  buxarlanıb  getdi,  sanki  heç  yox  imiş. 
adamlar da uşaq kimidir: təzə oyunun xətrinə köhnəsini o 
dəqiqə unudurlar. Yalnız mənim onlarla oynayacağım oyunu 
heç vaxt yaddan çıxara bilməyəcəklər.
Görmədikləri yeməyə də gözlərini bərəldərək baxır dılar, 
bayaqdan bəri hər təzə xörəyin üstünə necə cumur dularsa, elə 
həmin acgözlüklə indi də buna soxuldular. Həmişə zəhləm 
getmiş,  mənə  insanları  xatırladan,  –  bəlkə  də  ona  görə  ki, 
insanlar  bu  quşlara  heyranlıqla  baxır,  onları  təamların  ən 
ləzizi sayırlar – bu özündənrazı quşların ucbatından hər şey 
təzədən başlandı. Tovuz quşlarının işini bitirəndən sonra sto-
la yenidən qırqovullar, xoruzlar, bildirçinlər, ördəklər, nərə 
balıqları,  karplar  və  vəhşi  heyvanların  qızartmaları  gəldi  – 


120
təzədən dağ kimi qalaqlanan yeməklər – onları elə acgözlüklə 
udurdular ki, nifrətdən az qalırdı qaytaram. Sonra da ortaya 
qonaqların bütün axşam ac oturubmuş kimi dəhşətli sürətlə 
yox  etdikləri  şirin  şeylər,  konfetlər  və  cürbəcür  müşk  qo-
xuyan  şirnilər  gəldi.  Lap  sonda  da  özlərinin  dediyinə  görə 
böyük məharətlə hazırlanmış və dadlı bişirilmiş yunan mifo-
logiyasının ilahi fiqurlarına cumdular, onları doğrayıb, ağız-
larına  dürtə-dürtə  axırlarına  çıxdılar;  masa  üzərində  yalnız 
qırıntıları qaldı. Masalar sanki barbar hücumlarından qalan 
xarabalıq idi. Mən bu talana, bu qızmış və tərli adamlara bö-
yük nifrətlə tamaşa edirdim.
Bu yerdə qofmeyster irəli yeriyərək sakitlik tələb etdi və 
elan elədi ki, indicə qonaqlara gözəl alleqorik bir səhnəcik 
təqdim ediləcək, bu səhnəciyin sözlərini hersoqun əmri ilə 
saray  şairləri  yüksək  qonaqları  əyləndirmək  üçün  qələmə 
alıblar.  Bayaqdan  ən  uzaq  və  ən  kasıb  masanın  arxasında 
əyləşmiş arıq, əldən düşmüş şairlər qulaqlarını şəklədilər – 
bu  bəsit,  özündənrazı  məxluqlar  özlərinin  dərin  məzmunlu 
və geniş yozumlu əsərlərindən bayramın bəzəyinə çevriləcək 
nümunələrinin səslənməsini səbirsizliklə gözləyirdilər.
Divarın  dibində  qurulmuş  səhnəyə  əynindəki  zirehli 
paltarı  bərq  vuran  Mars  gəldi  və  elan  etdi  ki,  iki  əzəmətli 
döyüşçünü – Tselefonla Kaliksti şöhrəti bütün dünyaya ya-
yılacaq və onların adlarını əbədiləşdirəcək bir döyüşdə qar-
şılaşdırmaq  qərarına  gəlib,  əsas  məqsədi  isə  insanları  hərb 
ilahəsinin  əzəməti  və  nəhayətsiz  imkanlarına  inandırmaq-
dır: qoy hamı görsün ki, onun iradəsinə tabe olan iki nəcib 
cəngavər necə igidliklə döyüşərək öz qanlarını necə axıdırlar. 
nə qədər ki, yer üzündə cəsarət və cəngavərlik yaşayır, insan 
xarakterindəki  başqa  gözəl  cəhətlər  də  yalnız  mənə  qulluq 


121
edəcək, başqa heç kəsə, Mars bu sözləri deyərək, səhnədən 
çıxdı.
Bu  yerdə  səhnədə  iki  döyüşçü  göründü  və  gözləri  bir-
birilərinə  sataşan  kimi,  döyüşə  atıldılar.  Kifayət  qədər 
çəkən  bu  səhnədə  elə  qılınc  çalmaq  məharəti  nümayiş 
etdir dilər  ki,  bundan  gözəl  başı  çıxan,  bu  qarşılaşmanı 
layiqincə qiymətləndirə bilən bəzi qonaqlar öz valehlik lərini 
gizlətmədilər. Etiraf etməliyəm ki, onlar əla döyüşürdülər və 
mən bu qarşılaşmadan böyük zövq aldım. Onlar özlərini elə 
göstərirdilər ki, guya bir-birilərinə təhlükəli yaralar vururlar, 
nəhayət guya axıdılmış qandan gücdən düşüb hər ikisi yerə 
yıxılaraq canlarını tapşırırlar.
Bu yerdə yenə hərb tanrısı önə çıxıb təmtəraqlı ifadələrlə 
qəhrəmanların güzəştsiz döyüşündən söz açır, bu çarpışma-
nın onlar üçün əsl igid ölümü hazırladığını söyləyir, özünün 
isə  insanların  ruhuna  nəhayətsiz  hakim  kəsildiyini,  Olimp 
tanrılarının hamısından güclü olduğunu bildirir.
Sonra da çıxıb gedir. Sakit, ehtiyatlı səslənən bir musiqi 
eşidilir  və  bir  müddətdən  sonra  səhnəyə  özünün  «qrasiya» 
adlı üç rəfiqəsi ilə birlikdə Venera çıxır, əzə mətli bədənləri 
dağım-dağım olmuş, öz qanlarında çimən bu iki döyüşçünü 
görür. Üç qrasiya onların üzərinə əyilərək ağlaşma qururlar 
ki,  belə  gözəl,  belə  misilsiz  kişilər  heç  bir  səbəb  olmadan 
öz qüdrətlərini əldən verərək həlak olublar, bu döyüşçülərin 
acı taleyinə ağladıqları zaman onların sahibəsi izah edir ki, 
qəddar Mars onları qızışdıraraq mənasız bir döyüşə atılmağa 
məcbur eləyib. Qrasiyalar bununla razılaşırlar və xatırladır-
lar ki, Mars onun aşiqidir, bütün ilahi gözəlliyinə baxmaya-
raq Venera onu daim öz ağuşuna alır, qucaqlayır. Venera isə 
cavab verir ki, bu alçaqcasına şər atmaqdan savayı bir şey 


122
deyil. Məgər məhəbbət ilahəsi hamının, hətta atası Yupiterin 
belə görməyə gözü olmayan qana susamış, bu barbar tanrını 
sevə bilərmi? O, bu sözlərlə yaxınlaşıb, özünün sehrli ağacı 
ilə cəsədlərə toxunur və onlar sağ-salamat, heç nə olmayıb-
mış kimi yerlərindən atılaraq əbədi sülh və dostluq əlaməti 
olaraq bir-birinə əl uzadırlar, söz verirlər ki, onları bu qan-
lı, ölümcül döyüşə vadar eləyən qəddar Marsın sözlərinə bir 
daha uymayacaqlar.
Sonra  isə  ilahi  uzun  və  riqqətəgətirən  bir  nitq  söylədi, 
həmin nitq onun özünü vəsf edir, insanlar üzərində hakim olan 
qüvvələrin ən güclüsü və ən nəcibi, həyatın mənbəyi, bütün 
başlanğıcların başlanğıcı olduğunu çatdırırdı. O, məhəbbətin 
gözəl  hökmranlığından,  onun  istənilən  gücə  incəlik  bəxş 
etmək bacarığından, dünyəvi varlıqları ilahi qanunlara tabe 
etməsindən, qarşısında bütün canlıları baş əydirən, insanlar-
da kobud, heyvani nə varsa islah edən, onları nəcibləşdirən, 
hökmdarların hərəkətlərini və xalqların adətlərini yönəldən 
bir  nemət  olduğundan  uzun-uzadı  danışır,  deyir  ki,  bəşər 
məhəbbəti  və  bəşər  mərhəməti  artıq  viran  edilmiş,  qanla 
murdarlanmış  yer  üzündə  öz  müzəffər  yürüşünə  başlayıb, 
nəciblik və cəngavərlik onun qulluğundadır, məhəbbət bəşər 
övladına döyüşçü şərəfi, hərbi şöhrətdən daha uca anlayışlar 
bəxş edir. Və axırda da öz sehrli çubuğunu qaldıraraq elan 
edir ki, nəhayətsiz gücə və nəhayətsiz hakimiyyətə malik bir 
ilahi olan o, günahkar dünyanı fəth edəcək və oranı məhəbbət 
və əbədi sülhün sığınacağına çevirəcək.
Əgər  mənim  gülümsəmək  bacaran  üzüm  olsaydı,  bu 
sadəlövh  sonluğu  eşidəndə  mütləq  gülümsünərdim.  Lakin 
ilahinin pafoslu çıxışı tamaşaçılarda möhkəm əks-səda do-
ğurdu, çoxlarını həyəcanlandıraraq riqqətə gətirdi, sonluqda 


123
söylədiyi gözəl sözləri isə hamı nəfəs çəkmədən dinləyirdi. Bu 
əsəri dünyaya gətirən şairlər də, sifətlərindəki özünəməftun 
ifadədən  sezilirdi  ki,  tamaşanın  bütün  uğurunu  öz  adlarına 
çıxmağa  meyilli  idilər,  hərçənd  ki,  onlar  barədə  fikirləşən 
qətiyyən  yox  idi.  Mən  əminəm  ki,  onlar  özlərinin  eyham-
larla, gəlişigözəl sözlərlə dolu alleqoriyalarını bizim hersoq 
ailəsi ilə Montansa evi arasında əbədi sülh sazişinin imzalan-
ması  şərəfinə  keçirilən  bütün  təntənələrin  ən  əhəmiyyətlisi 
sayırdılar. Mən isə elə düşünürəm ki, ən əhəmiyyətli hadisə 
məhz bundan sonra baş verəcəkdi.
Mənim yerim adəti üzrə yüksək hökmdarımın arxasında 
idi, çünki onu kifayət qədər yaxşı tanıdığımdan öz istəyini 
dilinə, yaxud ağlına belə gətirməmişdən tapır, yerinə yetirə 
bilirdim,  sanki  onun  bir  parçası  idim.  O,  məndən  başqa 
kimsənin  sezmədiyi  bir  işarə  elədi  ki,  Lodovikoya,  onun 
oğluna,  onun  yaxınlarına  ixtiyarımda  olan,  reseptini  an-
caq mənim bildiyim qiymətli şərabdan süzüm. Mən öz qı-
zıl dolçamı götürüb əvvəlcə Öküz üçün süzdüm. O, içkinin 
təsirindən  qızaraq  xəzli  örtüyünü  çoxdan  çıxarıb  atmışdı, 
əynində qırmızı kamzolu oturmuşdu, gödəkboy, ətli və ba-
şına vurmuş qandan tamam qıpqırmızı idi. Boynundakı qızıl 
zəncirlər elə dolaşmışdı, sanki zəncirləmişdilər onu. Bu içi 
yeməklə ağzına kimi dolu cəmdəyin ətrafındakı hava qazla, 
tər iyiylə, şərab buxarı ilə zəhərlənmişdi və bu heyvanabənzər 
məxluqun  yanında  durmaq  ürəkbulandıran  dərəcədə  mur-
dar  bir  şey  idi.  Onun  yanından  çəkilərkən  fikirləşdim  ki, 
görəsən yer üzündə insandan murdar məxluq varmı və baş-
ladım onun hersoq masasının arxasında oturmuş yaxınlarına 
növbə  ilə  şərab  süzməyə.  Sonra  Covanninin  badəsini  dol-
durdum, fikir verdim ki, ancelika mənə özünün girdə mavi 


124
gözlərindəki sadəlövh heyranlıq ifadəsiylə baxır, hələ uşaq 
olanda,  mənim  daşa  dönmüş  sifətimdən  onunla  oynamaq 
istəmədiyimi başa düşərkən baxdığı ifadənin eynisi idi. Mən 
yaxınlaşanda,  fikir  verdim,  oğlanın  əlini  buraxdı,  qəflətən 
rəngi ağardı, yəqin qorxdu ki, onların biabırçı sirlərindən du-
yuq düşərəm. Və o heç də səhv etmirdi. Onların bir-birinə 
yaxınlaşmasını görmək nifrət doğururdu, özü də düşmənçilik 
aparan iki nəslin nümayəndələri olmaqla yanaşı, həm də uşaq 
idilər, amma məhəbbətin murdar bataqlığına girmişdilər ar-
tıq. Mən onların sifətindəki qırmızılığa, qanın utanc gətirən 
istəklərdən  coşmasını  göstərən  rəngə  göz  qoyurdum,  bu 
istəklər əyaniləşəndə çox murdar bir mənzərə yaradırdı. Gü-
nahsızlıqla şəhvətin bu qarışığını görmək ikrah doğururdu, 
bu qarışıq xüsusilə ona görə murdar idi ki, onlar yaşda olan 
insanların  arasındakı  məhəbbəti  tamam  başqa,  biabırçı  bir 
şeyə  çevirirdi.  Mən  məmnuniyyətlə  onun  yarımçıq  camını 
tamam doldurardım – amma bunun bir əhəmiyyəti yox idi, 
mənim şərabımın bir damcısı da bəs edərdi.
Sonra  don  Rikkardoya  yaxınlaşıb  onun  badəsini  ağzına 
kimi doldurdum. Bu mənə həvalə olunmuş vəzifəyə aid de-
yildi. amma mənim şəxsən özümə aid vəzifələrim də vardı. 
Mən  özüm  də  özümə  tapşırıqlar  verə  bilirəm.  Görəndə  ki, 
hersoq mənə baxır, onun baxışlarına sakitcə davam gətirdim. 
Qəribə baxış idi. İnsanlarda belə baxış olur. Karliklərdə isə 
heç  vaxt.  Sanki  pusquda  durmuş,  qəlbinin  dərinliklərində 
gizlənən  bir  şey  qəflətən  üzə  çıx mışdı  və  mənə  qorxu  qa-
rışıq  məmnuniyyətlə  göz  qoyurdu.  Gizlin  bir  istək  bircə 
dəqiqəliyinə  dərinliklərin  zülmətindən  çıxmışdı,  sürüşkən 
bədəni qıvrılan, işıqdan qorxan su həyulası təki qəfil çıxmış-
dı. Mənim kimi qədim bir məxluqun bu cür baxışı heç vaxt 


125
ola bilməz. Mən onun gözlərinin içinə dimdik baxırdım və 
ümidvaram ki, əlimin əsmədiyini hiss etdi.
Mən bilirəm o nə istəyir. Mən həm də onun cəngavər oldu-
ğunu bilirəm. Mən cəngavər deyiləm. Mən yalnız cəngavərin 
karlikiyəm. Mən onun arzularını söyləmə mişdən, heç fikrinə 
belə  gətirməmişdən  tapıram  və  onun  bir  hissəsi  olmaqla, 
eşidilməz  əmrlərini  belə  yerinə  yeti rirəm. adamın  yanında 
öhdənə düşən işlərin bir hissəsini boynuna çəkəcək belə ba-
laca bir bravo
1
 olsa, yaxşıdır.
Don Rikkardoya şərab süzəndə onun badəsi təbii ki, yenə 
boş idi, kreslosuna yayılıb elə bir qəhqəhə çəkdi ki, saqqalı 
dimdik kimi qabağa uzandı, iki sıra bəyaz, enli dişləri olan 
ağzı isə lap geniş açılıb yekə bir deşik kimi qaraldı. Mən onun 
düz hülqumuna baxa bildim. Gülən adama baxmağın məncə 
nə qədər iyrənc olduğunu artıq söyləmişəm. Lakin «həyata 
aşiq olmuş» və onu sonsuz dərəcədə gözəl sayan bu təlxəyin 
bayağı qəhqəhəsini görmək ikiqat iyrənc idi. Dodaqları, da-
mağı lap yaş idi, parlaq, geniş açılmış bəbəklərinə xırda da-
marlar uzanan gözlərinin kənarlarında daim yaş gilələnirdi. 
Qısa, qara tüklərindən aşağı, boğazında hülqumu atılıb-dü-
şürdü. Sol əlində hersoginyanın bağışladığı yaqut qaşlı üzü-
yü gördüm, xəstələnəndə yollamışdı, bu üzüyü onun şəhvətli 
sevgi məktublarından birinə bükərək sinəmdə gizlətmişdim. 
nəyə güldüyünü bilmirəm, mənim üçün maraqlı de yildi, 
əminəm ki, bilsəm belə, mənə qətiyyən gülməli gəlməyəcəkdi. 
Hər halda sonuncu dəfə gülürdü, bunu bilirdim.
Mən öz işimi gördüm. İndi isə bu əxlaqsız, nikbin təlxəyin 
yanında duraraq onun qoxusunu, əynindəki, ehtirasına işarə 
1
 bravo – muzdlu qatil 


126
olan tünd-qırmızı kamzolunun məxmərinin qoxusunu sinəmə 
çəkərək, işimin nəticəsini gözləyirdim.
Və  budur,  hersoq  mənim  möhtərəm  hökmdarım  yaşıla 
çalan  badəsini  qaldırdı  və  ən  nəcib  bir  təbəssümlə  özünün 
hörmətli  qonaqlarına,  Lodoviko  Montansa  ilə  onun  bü-
tün  əsabələrinə,  ilk  növbədə  üzbəüz  əyləşdiyi  Lodoviko-
ya  müraciət  elədi.  Onun  insana  nəcib  və  gözəl  gələn  cins 
sifəti burdakı bütün qalan qırmızı və şişkin sifətlərdən çox 
fərqlənirdi.  Özünün  xoşagələn,  yumşaq  və  eyni  zamanda 
bəm, güclü, əsl kişi səsiylə iki dövlət, iki hersoq ailəsi, iki xalq 
arasında  bu  gündən  etibarən  bərqərar  olacaq  əbədi  sülhün 
şərəfinə sağlıq dedi. Bitmək bilməyən mənasız müharibələrə 
son qoyulub artıq, yeni dövr başlanıb və bu dövr bizim hamı-
mıza xoşbəxtlik və sevinc gətirəcək. nəhayət ki, müqəddəs 
kitabın  dünyada  əmin-amanlıq  barədə  yazdıqları  həyata 
keçəcək. Bu sözləri deyərək o, öz badəsini başına çəkdi və 
onunla  eyni  anda  bütün  ali  qonaqlar  da  öz  qızıl  badələrini 
boşaltdılar.
Mənim hökmdarım əyləşdi və əlində badəsi bir xeyli fikrə 
getdi, sanki dünyanı yenə şüşə arxasından süzürdü.
Bayram  səs-küyü  təzədən  qızışdı,  bunun  nə  qədər  da-
vam  etdiyini  söyləmək  mənə  çətindir:  elə  vəziyyətlər  olur 
ki, zaman anlayışını bilmərrə itirirsən. Həm də daxilimdəki 
gərginlik çox güclü, az qala dözülməz idi, öz qədəhinə əlini 
belə vurmamış Covanniyə qəzəbim isə dəlilik həddinə çatır-
dı. Qəzəb içində görürdüm ki, ancelika solğun bir təbəssümlə 
qədəhi özünə sarı çəkdi, elə bil içmək istəyirdi. Ümid edirdim 
ki, bir-birini sevən bu iki cavan mənim şərabımdan dadacaq, 
eyni  bulağın  gözündən  içmək  istəyəcəklər.  amma  onların 
biri qədəhə heç toxunmadı da. Ya bu murdar qız nəsə duy-


127
muşdu, ya da onlar öz ehtiraslarından artıq elə məst idilər. 
Qəzəb  içimdə  qaynayırdı.  niyə  yaşamalıdırlar  axı!  Lənətə 
gəlsin onlar!
Əvəzində don Rikkardo, təbii ki, badəsini başına çəkdi. 
Yeri gəlmişkən, son badəsini də nəcib kavaler kimi qəlbinin 
hakimi  hersoginyanın  şərəfinə  qaldırdı. Tabutunun  başında 
da oyunbazlıq edirdi. Komik bir jestlə yararsız sağ əlinə işarə 
edərək,  sol  əliylə  onu  qonaq  etdiyim  əvəzsiz  içkini  yuxarı 
qaldırdı, özünün məşhur, amma son dərəcə sarsaq görünən 
təbəssümünü bütün ağzı ilə nümayiş etdirirdi. Qadın da onun 
üzünə gülümsünürdü, əvvəlcə yüngülvarı, bic-bic, sonra isə 
baxışlarından məni iyrəndirən nəm, nisgilli parıltı yağdıraraq 
gülümsünürdü. Başa düşmürəm ki, bu cür baxmaqdan necə 
utanmır qadın olan bəndə.
Birdən  Öküz  vəhşi  bir  nərə  çəkdi  və  onun  gözləri  bir 
anda  sanki  şüşəyə  döndü.  Stolun  həmin  tərəfində  oturmuş 
əsabələrindən  bir  neçəsi  yerindən  atıldı,  amma  ayaq  üstə 
dayana  bilmədilər,  masanın  kənarından  yapışıb,  təzədən 
öz  stullarına  sərildilər,  ağrıdan  qıvrılır,  zəhər  barədə  nəsə 
mızıldayırdılar.  Eşitmək  olmurdu  onları.  Lakin  hələ  halı 
üstündə  olanlardan  biri  ucadan,  bütün  zala  çığırdı:  «Bizi 
zəhərləyiblər!»  Hamı  yerindən  qalxdı,  ara  dəhşət  qarışdı. 
Lodovikonun adamları xəncərlərini, başqa silahlarını qapa-
raq, zalın hər tərəfindən əsas stola sarı yüyürüb, öz ağalarına 
yaxınlaşa bilmək üçün bizimkilərə zərbələr endirməyə baş-
ladılar. amma bizim adamlar da artıq qalxmışdılar, özlərini 
və hersoqu müdafiə etməyə çalışırdılar. İt yiyəsini tanımırdı, 
ağlasığmaz bir qarışıqlıq düşdü. Həm bizimkilərin, həm də 
onların arasından ölənlər, yaralananlar vardı, qan su yerinə 
axırdı.  Elə  indicə  dinc-yanaşı  oturmuş  sərxoş,  qırmızısifət 


128
döyüşçülər bir anın içində ölümcül davaya qalxmışdılar, dörd 
divar arasında, bər-bəzəkli stolların arxasında müharibə mey-
danındaymış kimi vuruşurdular. Hər tərəfdən can verənlərin 
iniltisini, xırıltısını boğan qışqırıq, çığırtı eşi dilirdi. Dəhşətli 
lənətlər  cəhənnəmin  bütün  ruhlarını  bura,  cinayətlərin  ən 
məkrlisinin törəndiyi yerə çağırırdı. Mən stulun üstünə qalx-
dım ki, baş verənləri yaxşı görə bilim. Əməlimin nəticəsinə 
həyəcandan,  coşqunluqdan  özümü  itirərək  baxırdım,  daha 
yaxşı aqibətə layiq olmayan bu murdar cinsin kökünü necə 
kəsdiyimə baxırdım. Baxırdım ki, mənim amansız və öldü-
rücü, cəza verən və intiqamını alan qüdrət qılıncım onların 
başları üstündə necə oynayır. Bu insanları əbədi əzab üçün 
cəhənnəmin körüyünə necə yolladığıma baxırdım. Qoy on-
ların  hamısı  cəhənnəm  alovunun  zəbanəsində  yansınlar! 
Özlərini  insan  adlandıran  və  yalnız  ikrah,  nifrət  doğuran 
bütün bu iyrənc məxluqlar! niyə yaşasınlar axı! niyə yeyib 
hırıldaşsınlar, sevişsinlər, doğub, törəsinlər yer üzündə! Xe-
yirxahlıqları bəd əməllərindən dəhşətli olan bu yalançı ko-
mediantlar, bu ikiüzlülər, bu günahkar və abırsız məxluqlar 
nəyə  lazımdır  axı!  Qoy  onların  hamısı  cəhənnəmdə  kül 
olsun!  Mən  özümü  İblis  sayırdım,  zülmətin  bütün  ruhları 
məni  əhatə  edirdi,  bu  ruhları  isə  onların  özləri  çağırmışdı 
cəhənnəmdən və indi həmin o ruhlar ətrafda qaynaşırdılar, 
üz-gözlərini eybəcər şəklə salıb özləriylə ölülər səltənətinə 
hələ bədən iyi verən təzə ruhları dartıb aparırdılar. O vaxtadək 
yaşamadığım,  huşumu  itirəcək  dərəcədə  iti  olan  bir  həzlə 
yer üzündəki hakimiyyətimi duyurdum. Mən idim dünyanı 
dəhşət və ölümlə dolduran, mən idim buraları parlaq bayram-
dan ölüm və qorxu səltənətinə çevirən. Mən öz dərmanımı 
hazırlayıram  –  hersoq  və  hersoginyalar  ölümqabağı  can 


129
çəkişmələrində inildəyir və döşəmədə, öz qanlarında qıvrılır-
lar. Mən öz içkimə onları qonaq edirəm – bəzəkli, təmtəraqlı 
stolların arxasındakı möhtərəm qonaqların rəngi ağarır, daha 
heç kəs heç kəsə gülümsünmür, qadına məhəbbətdən, həyata 
məhəbbətdən  dəm  vurmur.  Çünki  mənim  şərbətim  həyatın 
ecazkar və gözəl olduğunu unutdurur, ətrafda hər şeyi qatı 
duman bürüyür, gözlər kor olur, baxışlara zülmət çökür. Mən 
onların məşəlini təpəsi üstə çevirərək söndürürəm, qaranlıq 
hər yanı öz ağuşuna alır. Buranın sahibi mənəm, mən onları 
özümün Dəhşət axşamıma toplayıram, daim qəlbimi qida-
landıran, onlar üçünsə elə ölümün özü olan zəhərli qanımdan 
daddıraraq hamısını kor edirəm.
Öküz  hərəkətsiz  oturmuşdu,  üzü  göyərmiş,  seyrək  saq-
qallı  alt  çənəsi  isə  qəzəbli  bir  tərzdə  sallanmışdı,  sanki  öz 
çürük  dişləriylə  kimisə  dişləməyə  hazırlaşırdı.  Gözləri 
hədəqəsindən  çıxmış,  saralaraq  qanla  dolmuşdu,  baxanda, 
adamı dəhşət götürürdü. Birdən zəncirlənmiş boynunu iti bir 
hərəkətlə  tərpətdi,  sanki  sındırmaq  istə yirdi  və  ağır  kəlləsi 
yana sallandı. Onun qısa öküz bədəni qövs kimi əyildi, bıçaq 
sancılıbmış kimi titrədi, – o, artıq ölmüşdü. Onun hersoq sto-
lunun arxasında oturmuş yaxınları isə cəhənnəm əzablarında 
qovurulurdular,  lakin  tezliklə  onlar  da  hərəkətsiz  qaldılar, 
həyat nişanəsi daha görünmürdü sifətlərində. O ki, qaldı don 
Rikkardoya, o kreslosuna yayılaraq gözlərini qapayıb ölürdü, 
sanki  mənim  şərbətimdən  ləzzət  alırdı  (gözəl  şərab  dadan-
da, onun sevimli pozası bu idi), sonra birdən bütün dünyanı 
qucaqlamaq  istəyirmiş  kimi,  əllərini  yana  açdı,  arxası  üstə 
yıxıldı, peysəri yerə dəyib taqqıldadı – bu da son.
Qızğın döyüşdə və qarışıqlıqda isə onların heyinə qalan 
yox idi, özləri öləsi idilər və hərə də öz bacardığı kimi ölür-


130
dü. Təkcə Öküzlə bir sırada oturmuş və lənətə gəlmiş qızın 
ucbatından şərbətimə əl dəyməmiş Covanni atasının yanına 
atılıb cəsədi üstünə əyilmişdi, guya əlindən nəsə gələ bilərdi. 
Lakin  qoca  əclafın  canı  ağzından  çıxan  kimi,  yumruqları 
yaxşı dəmirçi yumruqlarına bənzəyən bir nəhəng Covanniyə 
yaxınlaşmağa  müvəffəq  oldu,  onu  qoltuğuna  vurub  çıxışa 
sarı üz qoydu. Bu qorxaq da təbii ki, özünü aradan çıxarma-
larına imkan verdi. Bax, beləcə qaçdı əlimizdən. İblis aparsın 
onu!
Stol aşdı, üstündə nə vardısa yerə töküldü, qəzəbdən özü-
nü unudub, bir-birinin qanını tökməyə can atanların ayaqları 
altında sıyığa bənzər bir şeyə çevrildi. Qadınlar artıq çoxdan 
çığırtı salıb dağılışmışdılar, lakin davanın ən qızğın dəmində 
hersoginyanı gördüm, daş heykəl kimi donaraq, ətrafındakı 
dağıntının içində durmuşdu, sifəti ölününkü kimiydi, gözləri 
elə bil şüşə parçasına çevrilmişdi. Qırışlı, boşalmış dərisində 
yanaq qırmızısının qalıqları olan bu son dərəcə solğun maska 
komik təsir bağışlayırdı. nəhayət ki, nökərlər onu bu dəhşət 
zalından apara bildilər, o da tamamilə iradəsiz halda onların 
dalınca getdi, sanki harda olduğunu, hara getdiyini də anla-
mırdı.
Montansanın say etibarilə üstün qüvvələrimiz tərə findən 
sıxışdırılan  adamları  çıxış  qapılarına  tərəf  geri  çəkilməyə 
başladılar,  amma  yenə  də  vəhşi  kimi  müdafiə  olunurdular, 
hərçənd ki, silahları aşkar azlıq edirdi. Döyüş pilləkənlərdə 
də  davam  edirdi,  onlar  düz  meydana  kimi  təqib  olundular. 
Lakin burda hər tərəfdən sıxışdırılan düşmənə Montansanın 
palasso Ceraldidən çağırılmış şəxsi mühafizə dəstəsi köməyə 
yetişdi  və  düşmən  onların  yardımı  ilə  şəhərdən  qaça  bildi. 
Yoxsa sonuncu nəfərədək qırılacaqdılar.


131
Mən  boşalmış  zalın  alatoranında  durmuşdum,  bütün 
qəndillər yerdə idi. Yalnız cır-cındır geymiş, ac küçə uşaq-
ları  əllərindəki  məşəllərlə  ölülərin  arasında  yemək  qalıqla-
rı  axtarır,  tapdıqlarını  dəhşətli  bir  acgözlüklə  udur dular  və 
eyni zamanda gümüş qab-qacağı da götürməyi unutmurdu-
lar,  onları  paltarlarının  altında  gizlədərək  çır pış dırırdılar. 
Burda çox ləngiməkdən qorxduqları üçün məşəlləri atdılar, 
qənimətlərini də götürərək sivişib küçəyə qaçdılar, mən isə 
zalda tamam tək qaldım. İndi ətrafıma sakitcə göz gəzdirib 
düşünə bilərdim.
Daş döşəmədə sönməkdə olan məşəllərin sayrışan işığın-
da,  qan  gölündə  tapdalanmış,  kirlənmiş  süfrələrin,  ziyafət 
xörəklərinin arasında yaman gündə olan meyitlər qalaq-qa-
laq idi – həm bizimkilərin, həm də onların me yitləri. Bayram 
paltarları cırılmış, kirlənmişdi, rəngi qaçmış sifətləri isə hələ 
qəzəbli  ifadələrdən  əyilmişdi,  çünki  onların  hamısı  qəddar 
döyüşdə, dəli qəzəbin ağuşunda ölmüşdülər. Mən də dayanıb 
bütün bu mənzərəyə özümün qədim gözlərimlə baxırdım.
Bəşər sevgisi. Əbədi sülh.
Bu məxluqlar özlərindən, öz həyatlarından danışarkən pa-
foslu, gözəl sözlər olmadan keçinə bilmirlər də.
Ertəsi  gün  mən  hersoginyanın  yataq  otağına  gələndə  o, 
yerinin içində hər şeyə biganə uzanmışdı – mənasız gözlər, 
qupquru dodaqlar. adama elə gəlirdi ki, bu dodaqlar bir də 
heç bir səs çıxarmayacaqdılar. Səliqəsiz, sönük saçları əzik 
çarpayı başlığında kilkə kimi qalmışdı. Əlləri heysiz halda 
yorğanın üstünə düşmüşdü. O məncə gəldiyimi heç görmür-
dü,  hərçənd  ki,  düz  otağın  ortasında  durmuşdum  və  onun 
üzünə  baxırdım  ki,  tapşırığı  varsa,  söyləsin.  Onu  ürəyim 
istəyən qədər nəzərdən keçirə bilərdim. Yanağının qırmızı-


132
sı hələ tam silinməmişdi – keçmiş sevincin yeganə sübutu, 
üzünün solmuş və qurumuş dərisi, köklüyünə baxmayaraq, 
tamam qırış içində olan boynu. Həmişə ifadəli olan gözləri 
də indi donub qalmışdı. Onların bütün parlaqlığı itmişdi. Heç 
kəs inanmazdı ki, nə vaxtsa gözəl olub bu qadın, kimsə onu 
sevib, qucaqlayıb. Bu fikrin özü indi ağlasığmaz görünürdü. 
Yataqda qoca, eybəcər bir qadın uzanmışdı.
nəhayət ki.
Bizim sarayda matəmdir. Saray öz təlxəyini itirdi. Bütün 
saray  camaatı,  bütün  cəngavərlər,  şəhərin  bütün  adlı-sanlı-
ları və təbii ki, öz nökər-qulluqçuları yola salırdı onu. Mən 
əminəm  ki,  onun  nökərləri  sidq-ürəkdən  ağlayırdılar  onun 
üçün – belə qayğısız, bədxərc xozeyinə qulluq eləmək yəqin 
xoş idi. 
Dəfn  mərasiminə  tamaşa  eləmək  üçün  qara  camaat  da 
küçələrə tökülmüşdü – deyirlər ki, bu məsuliyyətsiz insan-
dan  onların  da  xoşu  gəlirmiş.  Onlar,  nə  qədər  qəribə  olsa 
da, belələrini çox istəyirlər. Bir qarnı ac, biri qarnı tox ya-
şaya-yaşaya,  başqalarının  qayğısız,  israfçı  həyat  tərzindən 
gözəl hekayətlərə sevə-sevə qulaq asırlar. Deyirlər ki, qara 
camaat onun barəsində dillərdə dolaşan lətifələrin hamısını 
– onun «igidlikləri» və «oyunbazlığı» haqda – əzbər bilir, bu 
lətifələri sarayın yanına sığınmış yoxsul daxmalarında danış-
mağı xoşlayırlar. İndi isə o, camaatı bir də sevindirirdi, özü-
nün təmtəraqlı dəfninə tamaşa etmək imkanı vermişdi onlara.
Mərasimin  önündə  başını  lap  aşağı  salmış,  qüssədən 
əzilmiş kimi görünən hersoq gedirdi. aktyorluq etmək lazım 
gələndə, onun əvəzi yox idi. amma bunda təəccüblü bir şey 
də yoxdur. O, axı təbiətən çoxsifətli idi.


133
Heç kəs pıçıldaşmağa cəsarət eləmirdi. Mərasimdən son-
ra,  öz  daxma  və  saraylarında  nədən  danışacaqdılar,  bunun 
elə bir əhəmiyyəti yox idi. Baş vermiş hadisəni taleyüklü bir 
anlaşılmazlıq  hesab  etmişdilər.  Don  Rik kardo  yüksək  qo-
naqlar üçün nəzərdə tutulmuş zəhərli şərabı səhvən içmişdi. 
axı onun sonsuz iştahası hamıya bəlli idi, təəssüf ki, faciəvi 
ölümündə də bütün günah elə onun öz boynuna düşürdü. O 
ki,  qaldı  Lodoviko  ilə  əsabələrini  zəhərləməyimizə,  buna 
yalnız sevinirdilər, elə zəhərlənməli alçaq idi, deyirdilər.
Dəfn mərasimində hersoginya yox idi. O, elə uzana qal-
mışdı, hərəkətsiz, hər şeyə biganə idi, yeməkdən də imtina 
etmişdi. Daha doğrusu, imtina etmirdi, çünki ümumiyyətlə 
bir kəlmə də danışmırdı, amma qulluqçular bir tikə də sala 
bilmirdilər ağzına. Gözləri qıpqırmızı olmuş sarsaq kamerist-
kası da çaşqın halda onun başına hərlənir, gözlərinin yaşını 
ətli yanaqlarına yaxırdı.
Məndən heç kəs şübhələnmir. Çünki mənim içimdəkiləri 
bilən yoxdur.
Çox  ola  bilər  ki,  hersoq  onun  ölümünə  möhkəm  qüs-
sələnir. Onun təbiətini nəzərə alsan, bunu da istisna etmək 
olmaz. Mənə belə gəlir ki, onun üçün kədərlənmək hersoqa 
xoş gəlir, ona elə gəlir ki, bu gözəl və nəcib bir hərəkətdir. 
Cəngavərlərə  xas  qərəzsiz  kədər  –  bu  hiss  insanı  ucaldan, 
böyüdən bir hissdir. Həm də hersoq onun ölümünü arzulasa 
belə, yaman bağlanmışdı ona. İndi o, dünyasını dəyişəndən 
sonra  isə,  ikiqat  əziz  olmuşdu.  Əvvəllər  onun  öz  dostuna 
bəslədiyi hissləri nələrsə məhdudlaşdırırdı. İndi onların heç 
biri artıq yoxdur. İndi, istədiyinə çatandan sonra, hiss edirdi 
ki, getdikcə daha çox sevir onu.


134
Hamı don Rikkardodan danışır, başqa mövzu yoxdur. Onun 
necə insan olmasından, necə yaşamasından, necə ölməsindən, 
filan-filan vaxtlarda nə deməsindən, filan-filan hallarda necə 
ürəyigenişlik göstərməsindən, cəngavərliyindən, şən və igid 
bir kişi olmasından söhbət açırdılar. Sanki o, yaşadığı günlərə 
nisbətən indi daha canlı idi. amma insan təzə öləndə həmişə 
belə danışırlar. Bu tez keçir. Sənin mütləq unudulacağından 
labüd həqiqət mövcud deyil.
Onlar isə söyləyirlər ki, guya o heç vaxt unudulmayacaq. 
Və müstəsna adam olması, qeyri-adiliyi haqda nağıllar uy-
duraraq onu ölməzliyə qovuşdurmaq istəyirlər. Qəribədir ki, 
bu insanlar ölümə nifrət edirlər, xüsusilə də əgər söhbət öz 
sevimlilərindən gedirsə. Beləliklə əfsanə yaradıcılığı özünün 
ən qızğın dövrünü yaşayır və bu əyyaş, boşboğaz və təlxək 
barədə  bütün  həqiqətləri  bilənlərə  isə  yalnız  əllərini  yana 
açıb  onların  nağıllarına  qulaq  asmaq  qalır.  Danışdıqlarının 
həqiqətə qətiyyən aidiyyəti olmadığı belələrini heç narahat 
eləmir; deyirlər ki, o sevincin, poeziyanın özüdür, daha nədir, 
daha nədir və dünya onsuz ləzzətini itirib, təəssüf ki, bir də 
heç vaxt onun sirayətedici gülüşünü eşitməyəcək, zarafatla-
rının şahidi olmayacaqlar, onlar özlərini kədərin əlində əsir 
olan bir yetim kimi hiss edirlər. Onun xiffətini çəkməkdən 
indi hamının dəhşət xoşu gəlir.
Hersoq bu melodramda özünə xas qəlbigenişliklə iştirak 
edir. O, təriflərlə dolu nitqlərə qüssə içində qulaq asır, arabir 
də hersoqun dilindən çıxdığına görə, daha gözəl görünən rep-
likalarını tullayır.
amma ümumiyyətlə, küll halında götürəndə ümidvaram 
ki, o özünün balaca bravosundan tam razı qalıb. Hərçənd ki, 
bunu heç büruzə vermir. O, baş vermiş hadisə barədə mənə 


135
nə  yaxşı,  nə  də  ki,  pis  bir  söz  demədi.  Hersoq  istəsə,  öz 
nökərlərinin hərəkətlərini görməyə bilər, əgər ona belə rahat-
dırsa.
O,  məndən  qaçır.  Həmişə  bu  cür  vəziyyətlərdə  olduğu 
kimi.
Hersoginyanın kədəri heç bir şeydə görünmür. Bil mir əm 
bunu necə yozum, – ola bilər ki, bu onun çox qüssələnməsinə 
dəlalət  edir.  O,  sadəcə  yataqdadır,  gözlə rini  bir  nöqtəyə 
zilləyərək uzanıb.
Onun qəm yeməsinin səbəbkarı təkcə mənəm, başqa bir 
kimsə  deyil.  Əgər  o  çıxılmazlığa  düçar  olubsa,  bu,  yalnız 
mənə  görədir.  Əgər  o  tanınmaz  dərəcədə  dəyişibsə  və  bir 
də  heç  vaxt  əvvəlki  kimi  olmayacaqsa,  bunun  da  baiskarı 
mənəm. Və əgər o yatağa düşübsə, uzana qalıbsa və daha öz 
görkəmi barədə heç düşünmürsə, bütün bunlar mənə görədir.
Mənim  heç  ağlıma  da  gəlməzdi  ki,  onun  üzərində  nə 
dərəcədə təsirim varmış.
Qətl  hersoqun  populyarlığını  lap  artırdı.  Hamı  bir 
ağızdan  deyir  ki,  o,  görkəmli  hökmdardır.  Hələ  heç  vaxt 
düşmən üzərində qələbə belə tam olmamışdı və hökmdarın 
şəxsiyyətinə təbəələrində bu dərəcədə sitayiş doğurmamışdı. 
Onunla fəxr edirlər və belə düşünürlər ki, bu hərəkətiylə qey-
ri-adi uzaqgörənlik və qətiyyət nümayiş etdirib.
Bəziləri  tərəddüd  edir  ki,  bütün  bunlar  sonucda  xeyrə 
calanacaqmı.  Onlar  indidən  xoşagəlməz  şeylər  duyurlar. 
Əşi, belələri həmişə olur da. Əksəriyyət isə ruh yüksəkliyi 
içindədir və elə ki, hersoq göründü, onu alqışlarla, heyran-
lıqla  qarşılayırlar.  Məqsədə  aparan  yolda  heç  bir  maneə 
görməyən  hökmdarın  nüfuzu  qarşısında  kim  davam  gətirə 
bilər ki!


136
Xalq ümid edir ki, nəhayət sakit və xoşbəxt həyat sürəcək. 
Onlar  razı  qalıblar  ki,  qonşu  xalq  öz  başçısını  itirib:  artıq 
xoşbəxtliyə çatmaq yolunda qonşuları heç bir maneə yarada 
bilməyəcək, onları narahat etməyəcəklər.
Onların dərdi-azarı təkcə xoşbəxtlikdir.
Maraqlıdır,  görəsən  indi  hansı  uzaqgörən  planlar  qurur. 
Görəsən  onlara  yenə  hücum  çəkib  birbaşa  şəhərə  girmək, 
ölkəni tam istila etmək istəyirmi? Onların bütün başçılarını, 
az-çox əhəmiyyətli simalarının hamısını aradan götürəndən 
sonra  bundan  asan  nə  vardı  ki.  Covanni  uşaqdır,  onu  saya 
almaq  gərəkməz,  o  bizim  üçün  heç  bir  narahatlıq  yaradası 
deyil, bir şey olan kimi aradan çıxanlardandır. Yaxşı olardı 
ki, onu tutub əsl kişi davranışının necə olduğunu öyrədək.
Şübhə  etmirəm  ki,  mənim  ağam  bu  qətliamın  meyvə-
lərini  dərmək  niyyətindədir.  Bu,  ağlabatan  hərəkət  olardı. 
O, əlindəkilərlə qane olanlardan deyil. Əgər əkdinsə, mütləq 
biçmək də lazımdır.
Sarsaq  şayiələr  dolaşır,  guya  Montansa  xalqı  silaha  sa-
rılaraq  öz  hersoqlarının  və  onun  yaxınlarının  qanını  ala-
cağına and içir. Boş söhbətlərdir təbii ki. Çox ola bilər ki, 
onlar  həqiqətən  qəzəbləniblər.  Bizim  istədiyimiz  də  elə  bu 
idi  də. amma  silaha  sarılmaqları,  belə  bir  hökmdara  görə 
qisas almaq niyyətində olmalarına inanmağım gəlmir. Hətta 
deyilənlər həqiqət olsa belə, buna əhəmiyyət vermək lazım 
deyil. Hökmdarsız xalq, təkəsiz keçi sürüsü kimi bir şeydir.
Eşitmişəm  ki,  onlarda  hakimiyyət  başına  gənc  Covan-
ninin  əmisi,  Lodovikonun  qardaşı  gəlib.  İntiqam  alacağına 
da guya o and içib. Bax, bu həqiqətə daha çox oxşayır. Xalq 
öz  hökmdarına  görə  intiqam  almır,  niyə  də  alsın  ki.  Xalq 
bütün  hökmdarların  əyyamında  eyni  dərəcədə  pis  yaşayır 


137
və həmişə özünə əzab verənlərin lap birindən də olsa canını 
qurtaranda, sevinir.
Deyirlər ki, o da elə mərhum Lodoviko kimi bir adam-
dır, amma indiyədək onu sıxışdırır, əhəmiyyətli bir rol oy-
namasına  imkan  vermirdilər.  adı  Erkole  Montansadır  və 
görünür  döyüşçü  olmasa  belə,  təhlükəli  adamdır.  Deyirlər 
ki, o indi sükanı öz əlinə alıb, özünün dediyinə görə, ölkəni 
ölüm  təhlükəsindən  xilas  etmək  və  həm  də  səltənətin  her-
soqu olmaq həddindən ziyadə zəif xarakterə malik gənc va-
risi kənarlaşdırmaq üçün; o özünü Montansa nəslinin layiqli 
davamçısı kimi, hökmdarlıq vəzifəsinə daha uyğun sayırmış. 
nə olar, tamamilə inandırıcıdır. Dünyada hər şey adətən belə 
baş verir. 
Deyəsən bu maral gözlü, sinəsində medalyonu olan oğ-
lanın heç vaxt taxta çıxmayacağı barədə dediklərim yavaş-
yavaş doğrulmağa başlayır axı.
Deyirlər  ki,  artıq  qisas  almaq  üçün  əhəmiyyətli  sayda 
qoşun toplanıb, guya düşmən artıq ölkəmizə girib çay boyu 
irəliləyir.  Qoşuna  rəhbərliyi  Bokkarossa  edir;  o  muzdlula-
rı ilə bir yerdə, bizim verdiyimizdən iki dəfə artıq məbləğə 
yeni Montansa uğrunda ölməyə razılıq verib. Onlar vəhşilik 
törədir, qarşılarına çıxan nə varsa, yandırır, məhv edirlər – 
görünür  heç  ölməyə  hazırlaşmırlar,  başqalarını  öldürməyə 
gəliblər bura.
Bizim  sərkərdələr  tələsik  qoşun  yığırlar  ki,  düşmənin 
irəliləməsini  dayandıralar.  Şəhərdə  əsgər  yenə  çoxdur,  on-
lar  cəbhəyə  yollanırlar  ki,  nəhayət  öz  işləri  ilə  məşğul  ola 
bilsinlər.
Hersoq isə əslində tam fəaliyyətsizdir.


138
Deyirlər  canlı  qüvvə  sarıdan  bizim  çətinliyimiz  var, 
məlum  məsələdir  də,  gör  sonuncu  müharibədə  nə  qədər 
adam ölmüşdü. Lazımi qədər, heç olmasa əlində qılınc tuta 
bilən kişi yığmaq elə asan iş deyil. amma çalışırlar, kim var-
sa, yığırlar ki, Montansanın ordusundan sayca az olmayaq, 
axı onlar da son müharibədə kifayət qədər gücdən düşmüş, 
möhkəm itkilərə məruz qalmışdılar. Əvvəlki ruh yüksəkliyi 
gözə dəymir, amma hamı əmrə tabe olur, başa düşürlər ki, bu 
qaçılmazdır. Hamı anlayır ki, hərə öz nəsibi ilə sözsüz barış-
malıdır, həyatda yalnız xoşbəxtlik naminə yaşamaq olmaz.
İstilaçılar şəhərə can atırlar və onların qarşısını indi yalnız 
təsadüf ala bilər. Bizim qoşunlar mövqelərini uzun müddət 
saxlaya bilmir, hər dəfə geri çəkilməyə məcbur olurlar. 
Döyüş  meydanlarından  elə  eyni  zəhlətökən,  kədərli 
məlu matlar yetişir – verilən itkilər və bizim qoşunların geri 
çəkilməsi barədə.
Düşmən  ayağı  dəyən  yerləri  sonuna  kimi  talan  eləyir. 
Kəndləri tutan kimi, yandırır, əhalini o dəqiqə qətlə yetirir. 
Mal-qaranı tutub aparır, bir qismini kəsib elə düşərgə tonqal-
larının  dibində  yeyirlər,  qalanını  isə  ehtiyat  üçün  aparırlar. 
Zəmilərdəki  taxıla  od  vururlar.  Bokkarossanın  muzdluları 
ürəkləri istəyəni edirlər. Onlar keçən yerdə bir ins-cins qal-
mır.
Şəhərə dəstə-dəstə qaçqın axışır, şəhər darvazalarından öz 
arabaları ilə arası kəsilmədən, elə hey keçirlər. nələr yoxdur 
bu  arabalarda:  gil  qazanlar,  yorğanlar,  cır-cındır,  köhnə-
kürüş, o qədər gərəksiz şeylər gətirirlər ki, hamını gülmək 
tutur. Kimsə keçinin, arıq inəyin buynuzundan yapışıb çəkir, 
möhkəm qorxduqları isə görkəmlərindən bəllidir. Şəhərlilər 
deyinirlər:  niyə  gəliblər,  bunlar?  Onların  şəhərə  doluşması 


139
hamıya  narahatlıq  yaradırdı.  Qaçqınlar  elə  meydanlardaca 
binə salır, öz mal-heyvanlarının yanında yatırdılar və şəhər 
də getdikcə daha çox pinti bir kəndə bənzəyirdi, onlar harda 
yerləşirdilərsə, ordan dəhşətli üfunət ucalırdı.
Bizim  qoşunlar  geri  çəkilməkdən  başqa  heç  bir  iş 
görmürlər.  Şayiələr  gəzir  ki,  düşmən  artıq  şəhərin  yaxınlı-
ğındadır,  amma  dəqiq  harda  olmaları  mənə  bəlli  deyil,  al-
dığım məlumatlar bir-birinə tamamilə ziddir, odur ki, onla-
ra inanmaq olmur. Cəbhədən gələn məlumatlar da elə eyni 
zəhlətökən, darıxdırıcı xəbərlərdir, guya müqavimət göstərib 
bizimkilər, amma axırda geri çəkilməyə məcbur olublar, indi 
isə  yeni  mövqedə  möhkəmlənməyə  çalışırlar,  bir  azdan  da 
xəbər  yetişir  ki,  bu  mövqeni  də  buraxıb  geri  çəkildilər  və 
sairə.  Qaçqınlar  sel  kimi  axır,  onlar  bütün  şəhəri  özlərinin 
mal-davarı, cır-cındırı, qınaqlarıyla ağzına kimi doldurublar.
Qəribə müharibədir.
Mənim  üçün  hersoqun  biganəliyi,  bütün  işləri  öz  sər-
kərdələrinə  tapşırması  anlaşılandır.  Onu  müdafiə  qətiyyən 
maraqlandırmır, cəlb etmir. O mənim kimidir, hücum etməyi 
sevir. Hücum – bu bizim ruhumuzun mayasındadır. Müdafiə 
olunmaqdan nə ləzzət almaq olar, daim eyni şeydir, nə döyü-
şün parlaqlığı, nə ehtirası var onda. nəyə lazımdır müdafiə. 
Tamam mənasız şeydir. Ondan kimin xoşu gələ bilər ki? Da-
rıxdırıcı müharibədir.
Montansanın  və  Bokkarossanın  qoşunları  artıq  şəhər 
divarlarından  görünür.  İndi  axşamdır,  qüllənin  təpəsində 
yerləşən otağımın pəncərəsindən düzənlikdə düşərgə tonqal-
larını işıqlı nöqtələr kimi görürəm. Qaranlıqda bu çox gözəl 
mənzərədir.


140
Mən  indi  tonqal  kənarında  oturmuş  və  bugünkü  qəhrə-
manlıqlarını  qeyd  edən  muzdlu  döyüşçülərin  sifətini  aydın 
təsəvvür edirəm. Budur, tonqala zeytun ağacının budaqları-
nı atırlar və alovun oynaşan dilləri onların sifətlərinin sərt, 
qətiyyətli cizgilərini işıqlandırır. Onlar əsl kişidir, təsadüf eh-
timalı qarşısında qorxu yaşamır, öz talelərinə sahiblik edirlər. 
Onlar öz tonqallarını istə nilən torpaqda çatırlar, hansı xalqın 
çörəyini yedikləri haqda qətiyyən düşünmürlər. Onlar hansı 
ağaya qulluq etdiklərini də heç vaxt soruşmur: onlar həmişə 
yalnız özlərinə qulluq edirlər. usanmış halda birbaşa torpa-
ğın üstünə uzanır, sabahkı qanlı qırğın ərəfəsində dincəlirlər. 
Onların öz vətəni yoxdur, amma bütün yer üzü də elə onlara 
məxsusdur.
Gözəl  axşamdır.  Payızın  havası  təmizdir,  dağlardan 
küləyin gətirdiyi sərinlik duyulur havada, göydə də yəqin ul-
duzlar var. Mən pəncərənin qabağında uzun müddət oturub, 
saysız-hesabsız işıqlı nöqtələrə – tonqallara ba xırdım. amma 
vaxt idi artıq, gedib dincəlməliydim.
Bu qədər uzaqda olan tonqalları seçə bilməyim qəribə idi, 
göydəki ulduzları isə ümumiyyətlə görmürəm, heç vaxt görə 
bilməmişəm. Mənim gözlərim elə bil başqalarınkı kimi de-
yil,  amma  bu  heç  də  o  demək  deyil  ki,  gözlərim  xarabdır, 
çünki yer üzündə nə varsa, tamam aydın görürəm.
Mən  Bokkarossa  barədə  tez-tez  düşünürəm.  O,  göz-
lərimin  önündədir;  özünün  çopur  sifəti,  yırtıcı  çənəsi  və 
dərində  gizlənən  gözləri,  hündür,  az  qala  nəhəng  boyu  ilə. 
Sinəsində də şir sifəti – qəzəblə qıcanmış yırtıcı dişlər, bütün 
dünyaya göstərdiyi dil.
Qala  divarlarının  düz  altında  baş  vermiş  dramatik 
döyüşdən sonra bizim əsgərlər özləri də şəhərə qaçqınlarla 


141
bir yerdə gəldilər. Döyüş qanlı olmuşdu və bizimkilər neçə 
yüz adam itirmişdilər, sürünə-sürünə şəhər darvazalarından 
keçən, ya da döyüş meydanına ərlərini, oğullarını axtarmaq 
üçün çıxmış qadınların köməyi ilə gətirilən yaralılardan isə 
heç  danışmağa  dəyməzdi.  Bizim  əsgərlər  müqaviməti  da-
yandırıb  şəhər  divarlarından  içəri  çəkilərək,  burda  sığına-
caq tapanda vəziyyət artıq ağlamalı idi. Onların ucbatından 
şəhərdə  həqiqətən  dəhşətli  bir  qarışıqlıq  vardı,  adama  elə 
gəlirdi  ki,  küçələrdəki  əsgərlərin,  yaralıların,  kəndlərdən 
gəlmiş  qaçqınların  əlindən  şəhər  indicə  partlayacaq.  ara 
tamam qarışmışdı,  təbii ki,  əhvali-ruhiyyə də  bundan  daha 
pis  ola  bilməzdi. adamlar  elə  küçədəcə  yatırdılar,  hərçənd 
ki,  gecələr  möhkəm  soyuq  olurdu,  amma  elə  gündüz  də 
əldən  düşmüş,  yorğunluqdan  yatmış  adamlara,  yaralılara 
rast gəlirdin, onların bəzilərinin yaralarını eləcə birtəhər sa-
rımışdılar, daha bir kimsə yox idi qayğılarını çəkə. Qısası bir 
çıxılmazlıq, ümidsizlik vardı hamıda və qarşıdakı mühasirə 
barədə düşüncələr bu ümidsizliyi bir az da dərinləşdirirdi.
Heç Bokkarossa kimi birisinə müqavimətə cəhd etməyə 
dəyərdimi?  Şəxsən  mən  bu  müharibənin  uğuruna  heç  vaxt 
inanmamışam.
Lakin deyirlər ki, şəhər son damla qanımızadək müdafiə 
olunacaq.  Yəni  onun  müdafiə  istehkamları  guya  çox 
möhkəmdir, uzun müddət davam gətirə bilər və bəlkə də lap 
alınmazdır bizim qala. Bütün şəhərlər həmin o ana kimi alın-
maz olur ki, kimsə onu almaq üçün əməlli hücuma keçsin. Bu 
alınmaz qalalar barədə mənim öz düşüncəm var.
Hersoq  birdən  dirilib  deyəsən  şəhərin  müdafiəsini  öz 
üzərinə götürəcək. İndi ona çəp-çəp baxır, görəndə də heyran 
alqışlarla qarşılamırlar daha. Belə hesab edirlər ki, Montan-


142
sanın bütün əsabələriylə bir yerdə qətli ağılsız bir hərəkət idi 
və belə hərəkət yeni müharibələr, yeni əzablardan savayı heç 
nə gətirə bilməzdi.
Hersoginya  yenə  ayaq  üstədir,  başlayıb  xırda-xırda 
yeməyə,  amma  özünə  hələ  də  oxşamır.  Çox  arıqlayıb,  bir 
zamanlar  kök  üzünün  dərisi  bozararaq  tamam  quruyub. 
Onu  elə  bil  dəyişiblər.  Paltarları  əynindən  tökülür,  elə  bil 
özgəninkidir. Daim qara geyinir. Hərdən dillənəndə də yavaş, 
az qala pıçıltıyla deyir sözünü. ağzı elə əvvəlki kimi, qupqu-
rudur, arıqlamağı sifətinin ifadəsini büsbütün dəyişib, gözləri 
quyuya düşüb, ətrafında qara halqalar var, baxışı qızdırmalı 
adamlarınkına bənzəyir.
O,  saatlarla,  dizləri  tamam  uyuşana  kimi  xaçın  önündə 
dua eləyir, sonra da böyük çətinliklə ayağa qalxır. nə barədə 
dua etməsini təbii ki, mən bilmirəm, lakin duaları çox güman 
ki, yerinə çatmır, çünki hər gün təzədən başlayır tanrıya yal-
varmağa.
O öz yataq otağından heç çıxmır.
Mənim  eşitdiyimə  görə,  maestro  Bernardo  hersoqa 
müdafiə  istehkamlarının  möhkəmləndirilməsi  üçün  kömək 
edir və mühasirəyə düşmüş şəhər üçün son dərəcə qiymətli, 
cürbəcür  qurğular  fikirləşir.  Deyirlər  ki,  qızğın  iş  gedir  bu 
sahədə, nə gündüz bitir, nə də gecə.
Mən  maestro  Bernardonun  dahiliyinə  zərrə  qədər  də 
şübhə etmirəm. Lakin Bokkarossanın qarşısında, elə bilirəm 
ki,  o  da  acizdir.  Qoca  maestro  ruhən  şəksiz  ki,  güclüdür, 
zəkası da çox şeyi, bəlkə də lap hər şeyi ehtiva eləyir. Onun 
qulluğunda  təbiətin  güclü  ünsürləri  durub,  bəlkə  də  bunu 
həmin o ünsürlər heç öz iradəsiylə etmir. amma Bokkaros-
sa özü bir təbiət ünsürüdür və bütün qalan ünsürlər də ona 


143
məmnuniyyətlə kömək edirlər. Mənə elə gəlir ki, təbiətə o 
daha yaxındır.
Bernardo  –  ana  təbiətdən  ayrılmış  bir  insandır  və  onun 
özündənrazı, aristokrat cizgiləri həmişə içimdə bir inamsızlıq 
oyadıb.
Mənə elə gəlir ki, döyüş qeyri-bərabər olacaq.
Kim onları yanaşı qoyub baxsa, – Bernardonun zəkalı al-
nına və Bokkarossanın vəhşi, yırtıcı çənəsinə, – kimin daha 
güclü olması barədə qətiyyən tərəddüd etməzdi.
Şəhərdə  ərzaq  qıtlığı  yaranıb.  Burda,  sarayda  biz  təbii 
ki,  bunu  hiss  etmirik,  amma  deyirlər  ki,  xalq  aclıq  çəkir. 
Əhalinin bu qədər artdığını nəzərə alsaq, burda qəribə heç 
nə yoxdur. Qaçqınlara getdikcə daha artıq narazılıqla baxır-
lar,  onları  tamamilə  əsaslı  olaraq  ərzaq  qıtlığının  baiskarı 
sayırlar. Həqiqətən də şəhər əhalisi üçün ağır yükdür onlar. 
Xüsusilə də burnunu hər yerə soxub, sədəqə dilənən, daim 
zarıyan  kirli-paslı  uşaqlar  adamın  zəhləsini  tökür.  Deyirlər 
ki,  fürsət  tapanda  onlar  hətta  oğurluq  da  edirlər.  Çörəyi 
həftədə iki-üç dəfə paylayırlar, onu da çox az miqdarda, çün-
ki heç kəs mühasirəyə hazır deyildi, indi də ərzaq ehtiyatı 
azlıq edir. Yəqin tezliklə ərzaq tamam bitəcək. Özüylə keçi, 
inək gətirmiş qaçqınlar əvvəlcə südlə dolanırdılar, sonra isə 
acından arıqlayıb, ölən heyvanlarını kəsməyə məcbur oldu-
lar, çünki yem onsuz da yox idi və bir müddət həmin heyvan-
ların ətini yeməklə, əti una, başqa şeylərə dəyişməklə dolan-
dılar. İndi onların artıq heç nəyi yoxdur, şəhərlilərin onların 
ət gizləmələri, başqalarından daha yaxşı yaşamaları barədə 
söhbətlərinə mən elə də inanmıram, çünki həmin kəndlilərə 
baxanda  vəziyyətlərini  anlayırsan.  Onlar  dəhşətli  dərəcədə 
arıq və ac görünürlər. Mən bu insanlara xüsusi rəğbət bəslə-


144
diyimdən belə danışmıram. Şəhərlilərin narazılığına da tam 
şərikəm.  Onlar  bütün  kəndlilər  kimi  kütdürlər,  bütün  günü 
barmaqlarını  barmaqlarına  vurmadan  oturub  ətrafa  tamaşa 
edirlər.  Heç  kimlə  ünsiyyətləri  yoxdur,  həmyerlilər  dəstə-
dəstə  bölüşüb,  az  qala  bütün  vaxtlarını  sığınacaq  tapdıqla-
rı  yerdə,  meydanın  pis  qoxulu,  cır-cındırlı,  öz  evləri  kimi 
yerləşdikləri parçasında keçirirlər. Gecələri isə, əgər odun tap-
mağa müvəffəq olublarsa, tonqalların ətrafında söhbətlərdə ke-
çir, bizlərin bir söz belə anlamadığı primitiv ləhcələrdə danışır-
lar. Əşi, onların nədən danışdıqlarını anlamaq kimə gərəkdir 
ki…
Küçə  və  meydanlarda  yerləşmiş  bu  adamların  kiri-pa-
sı,  qoxusu  sadəcə  olaraq  dəhşətdir.  Mənim  zatən  təmizkar 
və səliqəli olmağım, başqalarının davranışına bu baxımdan 
tələbkarlığımı nəzərə alanda, onların pintiliyi lap dözülməzdir. 
Mənim  xüsusi  –  bir  çoxlarının  fikrinə  görə  şişirdilmiş  – 
nifrətimi insan ifrazatları, onların yaydığı iylər doğurur. Bu 
primitiv məxluqlar isə özlərini lap heyvan kimi aparır, zəruri 
işlərini harda gəldi görürlər. Əsl donuzluq edirlər. Havadan 
elə bil vəba yağır, küçələr, meydanlar elə kökdədir ki, imkan 
dairəsində şəhərə çıxmamağa çalışıram. Həm də hersoginya 
dəyişəndən, don Rikkardo isə məni xoşbəxt edərək öləndən 
bəri, daha tapşırıqlarım da az olur. 
Bütün bu evsizlər elə küçədəcə gecələyirlər, indi isə ar-
tıq qışdır, sərt qış, görünür əyinlərindəki pal-paltarda o qədər 
də  isti  olmaz  onlara.  Deyirlər  ki,  bəzilərini  səhər  don  vur-
muş halda tapırlar: baxırlar ki, cır-cındıra bürünərək uzanıb 
başqaları  kimi  yerindən  qalxmır,  tərpədəndə  görürsən  ki, 
həyat  nişanəsi  görünmür. amma  əksəriyyət  soyuqdan  yox, 
acından ölür, bunların da çoxu onsuz da gücdən düşmüş, qanı 


145
heç qızmayan qocalar olur. Əşşi, qoy ölsünlər özləri üçün, 
başqalarının yükünü ağırlaşdırmaqdan savayı nəyə yarayırlar 
ki, onsuz da şəhərdə adam çoxdur.
Bokkarossanın muzdluları ehtiyac nə olduğunu bil mirlər. 
Bütün ölkə onların ixtiyarındadır, nə qədər istəyirsən, tala, 
onlar da təbii ki, talayırlar, getdikcə ölkənin içərilərinə nüfuz 
edir, özlərini lazım olan hər şeylə təmin eləyirlər. Talayandan 
sonra kəndləri yandırırlar, gecələr uzaq yanğınların şəfəqini 
göy  üzündə  tez-tez  görmək  olur.  Bu  yaxın  ətrafı  isə  artıq 
çoxdan var-yoxdan çıxarıblar.
amma, nə qədər qəribə olsa da, hələlik şəhərin üzərinə hü-
cuma keçmirlər. Məni təəccübləndirir bu, axı müdafiəni indi 
yarmaq su içmək qədər asandır. Bəlkə də onlar fikirləşirlər ki, 
əhalini acından tamam əldən salsalar, əziyyətləri az olar, özü 
də gözlədikləri bu müddət ərzində bekar durmurdular, ölkəni 
ürəkləri istəyən qədər talayırdılar, ona görə də nə qədər desən 
gözləməyə hazır idilər.
ancelikanın  da  avaraçılıqdan  başqa  əlindən  heç  nə 
gəlmir. Əvvəllər heç olmasa tikmə ilə məşğul olurdu. O, az 
qala bütün vaxtını çay kənarında keçirir, orada oturub, ya qu 
quşlarını yemləyir, ya da eləcə yanından axan suya tamaşa 
edir. Hərdən də bütün axşamı öz pəncərəsinin önündə əyləşir, 
düşmənin aşağıda, yandırılmış çöllüyün dərinliklərinə qədər 
uzanan gözətçi tonqallarına və çadırlarına baxır. Yəqin daim 
öz şahzadəsi barədə düşünür.
Qəribədir,  adamlar  vurulanda,  ələlxüsus  da  möhkəm 
vurulanda  nə  axmaq  görkəm  alırlar.  Sifətlərində  misilsiz 
dərəcədə küt bir ifadə olur və mən qətiyyən anlamıram ki, 
məhəbbətin insanı gözəlləşdirdiyini necə iddia eləmək olar. 
Onun gözləri əvvəlkindən də sarsaq, ifadəsiz görünür – əgər 


146
bu ümumiyyətlə mümkündürsə; yanaqları da ki, tamam so-
lub, daha qonaqlıqdakı kimi deyil. amma ağzı elə bil böyü-
yüb, dodaqları da şişib, daha aydın görünür ki, uşaq deyil.
Elə bilirəm ki, mən onun cinayətkar sirrini bilən yeganə 
adamam.
Təəccüblüdür, lakin hersoginya bu gün məndən so ruşdu 
ki, necə düşünürsən, Məsih mənə nifrət edirmi. Təbii ki, bu-
nun  mənə  məlum  olmadığını  söylədim.  O,  qızdırmalıymış 
kimi yanan gözləriylə baxdı mənə, deyəsən nədənsə möhkəm 
həyəcanlı idi. Əlbəttə, Məsih yəqin ki, nifrət edirdi ona, yox-
sa heç olmasa, bir dəqiqəliyə rahat buraxardı. Bütün günah-
larına görə ona nifrət etməliydi də, bəs necə. Mən dedim ki, 
onun vəziyyətini başa düşürəm. Guya həmfikir olmağımdan 
təsəlli tapacaqdı? Hersoginya dərindən köksünü ötürüb stula 
çökdü. Mənim daha burda qalmağımın əhəmiyyəti yox idi, 
çünki gözlədiyim kimi, mənə dair heç bir tapşırığı yox idi. 
Soruşanda ki, gedə bilərəmmi, cavabı belə oldu ki, mənim 
ixtiyarım  onun  əlində  deyil,  amma  bunu  deyərkən  elə  ilti-
masla baxdı, sanki məndən nəsə bir kömək istəyirdi. Lakin 
özümü çox narahat hiss edirdim onun yanında və getməyə 
üstünlük verdim, qapının ağzında bir də çönüb, ona baxarkən 
gördüm ki, xaçın qabağında yenə diz çöküb duanın sözlərini 
bir  çıxılmazlıq  içində  mızıldayır,  barmaqları  isə  təsbehinin 
dənələrini lap əsə-əsə çevirir.
Bütün bunlar mənə çox qəribə təsir elədi.
Bu qoca sarsağa nə olmuşdu görəsən?
Heç şübhə yox idi ki, Məsihin ona nifrət etdiyini tam cid-
di düşünürdü. Bu gün yenə qayıtdı həmin söhbətə. Dedi ki, 
bütün duaları əbəsdir; o məni onsuz da bağışlamır, sadəcə, 
eşitmir məni və məni bircə an belə rahat buraxmamasından 


147
savayı,  mövcudluğumdan  xəbərdar  olmasını  heç  bir  şeylə 
büruzə vermir. Bu, dəhşətdir, dözə bilməyəcək. Mən də de-
dim ki, elə bilirəm, öz ruhani atanıza müraciət etməlisiniz, o 
sizin ruhi ehtiyaclarınıza qarşı həmişə diqqətli olub. O, başını 
yellədi – artıq sınamışdı, amma bunun da bir köməyi olma-
mışdı. Heç başa da düşməmişdi hansı vəziyyətə düşdüyünü. 
Ruhani ata onu tamam günahsız sayırdı. Mən yaltaq rahibin 
bu sözlərinə kinayə ilə gülümsündüm. Onda hersoginya so-
ruşdu ki, maraqlıdır, bəs sən nə fikirləşirsən bu barədə. Mən 
dedim ki, onu günahkar qadın sayıram və cəhənnəm odunda 
yanacağına inanıram. Bu yerdə o mənim önümdə diz çökdü 
və  göyərənə  qədər  barmaqlarını  bir-birinə  sıxıb  qışqırma-
ğa, inildəməyə başladı; yalvarırdı ki, onu xilas eləyim, ba-
ğışlayım. Mən isə onun ayaqlarıma düşərək ikiqat olmasına 
sakitcə  tamaşa  edirdim.  Əvvəla  mənim  ona  kömək  etmək 
üçün heç bir vasitəm yox idi, ikincisi isə, mən fikirləşirdim 
ki, o haqlı olaraq bu əzabları çəkir. O, əlimdən yapışıb onu 
göz yaşlarına qərq elədi, hətta öpməyə cəhd göstərdi, lakin 
mən əlimi dartdım, buna imkan vermədim. Bu yerdə o daha 
ucadan  qışqırmağa,  yalvarmağa  başladı,  özünü  əsl  isterika 
vəziyyətinə  çatdırdı.  «Günahlarına  tövbə  et!»  –  dedim  və 
özüm də hiss elədim ki, bunu deyəndə, üzümün ifadəsi necə 
ciddiləşdi. Və o bütün cinayətlərini, pozğun həyat tərzi ke-
çirdiyini, ağuşuna şeytanın itələdiyi kişilərlə nikahdan kənar 
əlaqələrini, şeytanın torunda dolaşaraq bu əlaqələrdən ləzzət 
almasını etiraf eləməyə başladı. Mən onu məcbur elədim ki, 
törətdiyi bu günahın özünü, yaşadığı qeyri-adi həzzi bütün 
təfərrüatı ilə təsvir eləsin, cinayət əlaqəsinə girdiyi kişilərin 
adlarını  söyləsin.  O,  müticəsinə  tabe  olub  tapşırdıqlarımın 
hamısını yerinə yetirdi və mənim gözlərim önündə bu qadı-


148
nın  biabırçı  həyatının  dəhşətli  mənzərələri  canlandı.  Lakin 
o don Rikkardo barədə bircə söz belə demədi, mən də bunu 
ona xatırlatdım. Hersoginya mənə elə baxdı, sanki ondan nə 
istədiyimi heç cür başa düşə bilmirdi. axı bunun don Rikkar-
doya nə dəxli vardı? Məgər bu da günahdır? Mən ona izah 
elədim ki, bu bütün günahların ən böyüyüdür. Deyəsən heç 
cür  başa  düşə  bilmirdi  və  mənə  təəccüblə,  hətta  şübhə  ilə 
baxırdı, amma sonra, dediklərim barədə fikrə getdi, yəqin ki, 
indiyə qədər ağlına gəlməyən şeyləri düşünürdü və görünür 
öz  fikirlərindən qorxdu.  Soruşdum  ki,  məgər  onu  hamıdan 
çox sevmirdi? Pıçıltı ilə «hə» deyə zorla eşidilən bir cavab 
verdi və yenə də ağlamağa başladı, amma bayaqkı kimi yox, 
adam kimi. Heç cür qurtara bilmirdi ağlamağını, axırda bez-
dim və dedim ki, vaxtdır, getməliyəm. O, mənə iltimas dolu 
nəzərlərlə, köməksiz qalmış kimi baxdı və soruşdu ki, onu 
bir  şeylə  ovundura  bilmərəm  ki.  O  nə  etməlidir  ki,  Tanrı-
nın ona rəhmi gəlsin? Mən cavab verdim ki, bu qədər gü-
nahın ola-ola Tanrının mərhəmətini diləmək onun tərəfindən 
görünməmiş cəsarətdir və Bağışlayanın dualarını eşitməməsi 
tamamilə təbiidir. Ona görə çarmıxa çəkilməyib ki, bu cür 
qadınların  günahlarını  bağışlasın.  O  məni  etiraz  etmədən 
dinlədi  və  dedi  ki,  özü  də  eynilə  bu  cür  düşünür.  nəinki 
bağışlanmağa,  heç  eşidilməyə  də  layiq  deyil.  O,  Çarmıxa 
çəkilənin təsviri önündə dizi üstə dua edərkən, bunu qəlbinin 
dərinliklərində duyurdu. Köksünü ötürüb bir az sakitləşmiş 
vəziyyətdə stula oturdu və başladı özü barədə dünyanın ən 
böyük günahkarı kimi, insanların ən alçaldılmışı kimi danış-
mağa;  şikayətlənirdi  ki,  göylərin  mərhəmətini  dadmaq  ona 
heç vaxt nəsib olmayacaq. «Mən çox sevmişəm, – dedi. – La-


149
kin Tanrını, onun oğlunu sevməmişəm və buna görə də belə 
cəzalandırılmağım ədalətlidir».
axırda  mənə  mərhəmətli  olduğum  üçün  təşəkkür  elədi. 
Günahlarının  etirafından  sonra  bir  az  yüngülləşmişdi, 
hərçənd, özü də gözəl bilirdi ki, günahları heç vaxt bağışlan-
mayacaq. Və bu gün o ilk dəfə idi ki, ağlaya bilmişdi.
Mən getdim, o isə qaldı – gözləri qızarmış, kilkələnmiş 
saçları köhnə sağsağan yuvasına bənzəyən donqarbel qarı.
Hersoqla Famyetta birlikdə çox vaxt keçirirlər. Onlar tez-
tez şam yeməyindən sonra ikisi qalırlar, onda mən də qalı-
ram ki, qulluq edim. Hersoginya ilə də hərdən axşamlar ikisi 
oturardılar,  amma  bu  çox  nadir  hallarda  baş  verərdi.  Fam-
yetta tamam başqa tip qadındır, soyuq, sakit, əlçatmaz və əsl 
gözəl.  Onun  qarabuğdayı  sifəti  indiyədək  gördüyüm  qadın 
sifətlərinin içində ən sərti idi və bu dərəcədə gözəl olmasay-
dı,  onda  cazibədən  bircə  əlamət  də  qalmazdı.  Kömür  kimi 
qara gözlərin bəbəklərin lap dərinliyində oxunan bir tək qı-
ğılcım baxışı adamı ram edir, öz sehrinə salır.
Mən  belə  düşünürəm  ki,  o  məhəbbət  oyunlarında  da 
soyuqdur  və  verdiyindən  çox  alır  və  kimisə  sevmək  üçün 
kiçilirsə,  həmin  adamdan  da  tam  itaət  tələb  eləyir.  Her-
soqun da deyəsən, bundan – tabe olmaqdan xoşu gəlir. Bəlkə 
məhəbbətdə soyuqluq heç də ehtirasdan az qiymətləndirilmir, 
mən haradan bilim. 
Şəxsən  mənim  içimdə  ona  qarşı  heç  bir  şey  yoxdur. 
Əvəzində  başqalarında  var.  nökərlər,  qulluqçular  onun 
gözündə heç adam deyillər, onlar da, özlərinin dediyinə görə, 
belə davranışa öyrəncəli deyillər, özü də bu xanım onların 
sahibəsi  də  deyildi,  hersoqun  adi  kənizi  idi.  amma  buna 
baxmayaraq,  o  digər  saray  qadınlarını  özünə  tay  bilmir  – 


150
mən elə fikirləşirəm ki, görəsən o nə vaxtsa, ümumiyyətlə 
kimisə özünə tay bilibmi? amma xarakterinin bu cəhəti onda 
təşəxxüs  kimi  görünmür,  bu  çox  güman  ki,  anadangəlmə 
qürurdur. Onlar da, təbii ki, yanıb tökülürlər. amma büruzə 
verməyə cəsarətləri çatmır, fikirləşirlər ki, birdən hersogin-
yanın yerini tutar, əlbəttə əgər o bu mövqeyi təzədən özünə 
qaytarmasa.
Bütün  saray  danışır  ki,  o  elə  təşəxxüsünə  görə, 
mənəviyyatsızlıq edərək özünü «yoldan çıxarmağa» imkan 
verib, yoxsa balıq kimi soyuqqanlıdır. Mən bilmirəm onlar 
nəyi nəzərdə tuturlar, axı belə əməllərə əl atanların hamısın-
dan fərqli olaraq, o qətiyyən mənəviyyatsız qadın təsiri ba-
ğışlamır.
Hersoq  ona  yüz  faiz  məftun  olub  və  bir  yerdə  olan-
da  xüsusilə  diqqətli,  cazibədar  görünməyə  çalışır.  amma 
ümumən  götürəndə,  onun  əhvali-ruhiyyəsi  yaxşı  deyildi, 
tez  əsəbiləşir  və  nökərlərinə  tamamilə  səbəbsiz  qızaraq, 
hücum da çəkə bilərdi, əvvəllər onda qətiyyən belə bir şey 
görməzdin, – özü də təkcə nökərlərə yox, onlardan yuxarıda 
dayanan şəxslərə də. Deyirlər ki, guya xalqın ondan narazı-
lığına görə, daha sevilmədiyinə görə əsəbidir. Xüsusilə də, 
təbii ki, aclıq çəkənlər onun əhvalını korlayır, bura gəlib, düz 
pəncərələrin altında qara-qışqırıq salaraq çörək tələb edirlər.
Məncə, belə şeylərə fikir vermək hersoqa yaraşan hərəkət 
deyil, nə dəxli var ki, onu əhatə eləyən qara kütlə nə düşü-
nür, ya nə çığırır. Onlara qalsa, çığırmaq üçün həmişə bəhanə 
taparlar.  Əgər  kütlənin  qışqırdığı  şeylər  barədə  fikirləşsən, 
işin-peşən ona yarınmaq olacaq.
Deyirlər ki, o hamıdan gizlin saray münəccimi niko demusu 
və  digər  uzunsaqqallıları  məhz  nikbin  öncəgörmələrinə 


151
görə  şallaqladıb.  nə  deyim,  çox  ola  bilər.  axı  onun  atası 
da həmin hərəkəti eləmişdi, hərçənd ki, onda səbəb tamam 
başqa idi: astroloqlar ağalarının xoşuna gəlməyən proqnozlar 
vermişdilər.
ulduzları oxumaq asan iş deyil. Həm də elə oxuyasan ki, 
başqaları da səndən razı qalsın.
Şəhərdə  vəziyyət  durmadan  pisləşməkdədir.  İndi  artıq 
demək olar ki, orda əsl aclıq tüğyan edir. Hər gün nə qədər 
adam acından ölür, bəlkə də təkcə acından yox, həm də so-
yuqdan, demək çətindir. Küçə və meydanlarda ayağa qalx-
maq  iqtidarında  olmayan,  artıq  hər  şeyə  biganə  insanlar  o 
qədər  yıxılıb  qalıb  ki.  Başqaları  isə  şəhəri  lap  canlı  skelet 
kimi, bir tikə dişə dəyən şey, aclığını cilovlayacaq nəsə tap-
maq ümidiylə dolaşır. Pişikləri, itləri, siçovulları əməlli-başlı 
ovlayırlar,  indi  onlar  ləziz  təam  sayılır.  Qaçqın  düşərgələri 
üçün əsl bəla olan, zibilliklər içində sürüylə dolaşan siçovul-
lar  indi  az  qala  nadir  ov  heyvanına  çevriliblər  və  getdikcə 
azalmağa,  yoxa  çıxmağa  başlayıblar.  Daha  siçovul  da  tap-
maq  olmur.  Bəlkə  nəsə  xəstəlik  tutublar,  çünki  addımba-
şı meyitlərin içində dolaşırdılar və belə çıxır ki, siçovullar 
adamların onlara ehtiyacı yarananda, aradan çıxdılar.
Siçovulların insanlarla qonşuluğa davam gətirə bilməməsi 
məni qətiyyən təəccübləndirmir.
Görünməmiş  bir  şey  baş  verdi.  Mən  bunun  barəsində 
sakit, təmkinlə danışmağa cəhd edəcəm, özü də hadisələrin 
cərəyan  etdiyi  ardıcıllıqla.  Bu  çox  asan  deyil,  çünki  özüm 
də bu hadisələrin bilavasitə iştirakçısı olmuşam, əhəmiyyətli 
rolum olub onlarda və indiyə kimi də həyəcanımdan tir-tir 
əsirəm. İndi, hər şey artıq arxada qalandan və hər şey uğurla 
başa  çatandan,  nəticələrdən  də,  özümdən  də  tamamilə  razı 


152
qalandan sonra, vaxtımın müəyyən hissəsini hadisələrin necə 
cərəyan etdiyinə ayırmaq istəyirəm.
Dünən axşam öz pəncərəmin qabağında əyləşərək adətim 
üzrə  Bokkarossanın  tonqallarının  işığına  tamaşa  edəndə 
çayın  kənarındakı  ağacların  arasında  qəsrin  sağ  cinahına 
tərəf gedən bir insan fiquru gördüm. Mənə qəribə gəldi ki, 
görəsən  kimdir  gecənin  bir  aləmi  buralarda  işi  olan,  hətta 
fikirləşdim  ki,  yəqin  nökərlərdən  biridir.  ay  işıq  saçırdı, 
amma  qatı  duman  olduğundan  bu  adamın  siluetini  zorla 
seçə bilirdim. O, deyəsən gen plaşa bürünmüşdü və fligelə 
sarı  az  qala  qaça-qaça  gəlirdi,  elə  yan  qapıların  birindən 
də  içəri  girdi.  Belə  fikirləşdim  ki,  girişin  səmtini  bilirsə, 
deməli  özümüzünkülərdən  biridir.  amma  bu  şəxsin  zahiri 
görkəmində məni nəsə ehtiyatlandırdı, elə onun davranışı da 
şübhəli  idi.  Ona  görə  də  yoxlamaq  qərarına  gəldim  ki  gö-
rüm nə məsələdir və tez aşağı enərək elə həmin qapıdan ke-
çib, onun dalına düşdüm. Pilləkən zülmət idi, amma məhz 
bu  pilləkən  mənə  bütün  başqalarından  yaxşı  tanış  idi,  axı 
qabaqlar  məni  daim  bu  pilləkənlə  aşağı-yuxarı  qovurdular, 
düz əldən düşənə kimi. Elə ancelikanın yataq otağına da bu 
pilləkən aparırdı. İndi isə bütün qalan otaqlar boş olduğun-
dan, pilləkən yalnız onun otağına qalxırdı.
Birtəhər yuxarı, onun qapısının ağzına çıxdım və qulaq 
asmağa  başladım.  Qismən  bunu  gözləsəm  belə,  yenə  də 
mənim dəhşətli təəccübümə səbəb o oldu ki, qapının arxasın-
dan bir yox, iki səs eşitdim. Səslərdən biri Covannininki idi!
Onlar pıçıldaşırdılar, amma həssas qulağım deyilənlərin 
hamısını seçə bildi. Görünür, mən riqqətəgətirən, nəha yətsiz 
bir «xoşbəxtliyin» gözəgörünməz şahidinə çevril mişdim.


153
«Sevgilim!» – səsin biri boğulurdu və «Sevgilim!» – deyə 
ikinci səs pıçıltıyla ona cavab verirdi. «Sevgilim!» – və yenə 
də «Sevgilim!» – başqa heç nə demirdilər və onların başını bir 
belə qatan bu söhbət yad qulaqlar üçün elə böyük maraq kəsb 
etmirdi. Əgər baş verən hadisənin ciddiliyi, dəhşəti olmasay-
dı, eyni sözün bu cür təkrarı mənə də gülməli gələrdi. amma 
mən  gülmək  vəziyyətində  deyildim.  Bumbuz  olub  onların 
sadəlövhlüklə, tamamilə fərqinə varmadan təkrarladıqları bu 
sözü dinləyirdim, əgər bircə dəqiqə dərindən fikirləşsəydilər 
onun  hansı  mənanı  ehtiva  etdiyindən,  onların  dilində  necə 
səsləndiyindən  dəhşət  içində  diksinərdilər.  Sonra  isə  bu 
canilərin  necə  öpüşdüyünü  eşitdim,  yenə  də  bir-birini 
sadəlövhcəsinə  öz  sevgilərinə  inandırmağa  çalışırdılar.  Bu 
dəhşət idi!
Mən geriyə döndüm. Hersoqu harada axtaraydım? Bəlkə 
şam otağında, bir saat qabaq onu Famyetta ilə orda qoymuş-
dum.  Onlara  qulluq  edirdim,  sonra  da  dedi  ki,  daha  gərək 
deyiləm, gedə bilərəm.
Daha gərək deyiləm! Əcəb gərək olmadım, deyə qaran-
lıq  pillələri  tələsik  düşə-düşə  fikirləşirdim.  Karlik  ağasına 
həmişə lazımdır.
Mən  qəsrin  içəri  həyətindən  köhnə  və  təzə  tikilini  bir-
birindən  ayıran  əsas  girişin  tağlı  keçidinə  tərəf  yüyürdüm. 
Ordakı pilləkən və keçidlər də təbii ki, zülmətə qərq olmuş-
du. Lakin mən yolu tapdım və nəhayət nəfəsim kəsilə-kəsilə, 
özümü hündür iki-lay qapının önünə çat dırdım. Qulaq ver-
dim. Heç bir səs gəlmirdi. amma çox mümkün idi ki, onlar 
içəridə olalar. Yaxşı olardı ki, yoxlayım. amma təəssüf ki, 
mən qapını aralaya bil məzdim: bu həmin o qapılardan idi ki, 
mən boyumun ucbatından onları aça bilmirdim. Bir də diqqət 


154
kəsildim. Sakitlik idi. Hərçənd ki, içəridə olub-olmamaqları-
nı tam dəqiqliyi ilə bilmədim, amma çıxıb getməkdən başqa 
yolum qalmamışdı.
Mən hersoqun yataq otaqlarına yollandım. Onlar yemək 
otağından çox elə uzaq deyildilər, amma bir mərtəbə yuxa-
rıda yerləşirdilər. Pillələri qalxıb qapıya yaxınlaşdım, qulaq 
asmağa başladım. nə qədər qulaq assam da, bircə səs belə 
seçə bilmədim ki, onun içəridə olmasına dəlalət edə. Bəlkə 
artıq yatıb, deyə düşündüm. Bu çox mümkün idi. Fikirləşdim 
ki, bəlkə riskə gedib oyatmağa dəyər onu? Yox, ola bilməz, 
bu görünməmiş cəsarət olardı. Lakin baş vermiş hadisə də 
fövqəladə  əhəmiyyətə  malik  idi,  onu  təcili  görməliydim. 
Tamamilə müstəsna bir vəziyyət idi.
Bütün cəsarətimi toplayıb qapını döydüm. Heç kəs cavab 
vermirdi. Qapını var gücümlə yumruqladım. Cavab gəlmədi.
Deməli burda yoxdur. axı nə qədər ayıq yatdığına yaxşı 
bələd idim. Yaxşı, burda da deyilsə, bəs haradadır? Getdikcə 
daha artıq əsəbiləşirdim. nə qədər vaxt itirirdim! Harda ola 
bilərdi görəsən?
Bəlkə Famyettanın yanında idi? Bəlkə ora getmişdilər ki, 
özlərini daha sərbəst hiss edələr? Bu mənim son ümidim idi.
Mən  pillələrlə  aşağı  yüyürüb  həyətə  atıldım.  Famyetta 
qəsrin  tamam  başqa  hissəsində  yaşayır,  ola  bilər  ki,  bunu 
özləri,  bilə-bilə  düzüb-qoşmuşdular  ki,  münasibətlərini  bu 
yolla ört-basdır edə bilsinlər.
Lazımi girişi tapdım, lakin qəsrin bu hissəsi mənə xeyli 
az tanış olduğundan bir xeyli fəhmlə dolaşdım, pillələri səhv 
qalxır, sonra yenə enir, digəriylə qalxırdım, onun dalınca da 
saysız-hesabsız keçidlərdə dolaşdım, oralar da qaranlıq idi və 
mən də itirdiyim vaxta görə əsəbiləşərək irəli-geri vurnuxur, 


155
yolu  tapa  bilmirdim.  Mən  özümü  yeraltı  yolların  labirinti 
ilə yüyürərək qarşısına çıxan hər şeyi həyəcanla qoxulayan 
köstəbək kimi hiss edirdim. Xoşbəxtlikdən elə köstəbək kimi 
də qaranlıqda səmti yaxşı müəyyənləşdirə bilirəm. Həm də 
onun fasad tərəfdəki pəncərələrinin yerini dəqiq bilirdim və 
nəhayət səmti düzgün tapıb lazımi qapını aşkar etdim.
Qulaq asdım. Kimsə varmı görəsən? Var!
İlk  eşitdiyim  –  Famyettanın  soyuq  gülüşü  oldu.  Mən 
qabaqlar onun necə güldüyünü heç eşitməmişdim, amma o 
dəqiqə hiss etdim ki, bu onun gülüşüdür. Elə bil bir az qəddar 
gülüş idi, bir az qondarma, amma onda nəsə ehtiras doğuran 
notlar da vardı. Sonra hersoqun gülməyini eşitdim, qısa və 
həvəssiz. Yüngülləşib nəfəsimi dərdim.
Sonra da onların səslərini eşitdim, lakin dediklərini anla-
maq olmurdu, hardasa otağın içərilərində idilər. amma aydın 
idi ki, əməlli-başlı söhbət edirdilər, daha bayaqkılar kimi eyni 
sözləri  təkrarlayıb  durmamışdılar.  Məhəbbətdən  danışırdı-
larmı, bilmədim, amma inanmıram, buna oxşamırdı. Sonra 
birdən sakitlik çökdü. Qulağıma nə qədər güc versəm də, heç 
nə  eşidə  bilmədim. amma  bir  azdan  xoşagəlməz  bir  ah-uf 
eşitdim və başa düşdüm ki, nəsə biabırçı işlə məşğuldurlar. 
Ürəyim yüngülcə bulandı. Düzdür, o qədər həyəcanlı idim ki, 
özümü pis hiss edə bilməzdim, amma ehtiyat üçün qapının 
ağzından aralandım, amma çox uzağa çəkilmədim, hersoqu 
heç qaçırmaq istəmirdim, başladım gözləməyə. Fikirləşdim 
ki, hövsələmi basıb gözləyim ki, bu xoşagəlməz səsləri bir də 
eşitməyim. Mənə elə gəldi ki, düz bir ömür gözlədim orda.
nəhayət  ki,  yenidən  qapıya  yaxınlaşanda  onlar  nə 
barədəsə soyuqqanlı söhbət eləyirdilər, amma söhbətləri nə 
barədə idi, yenə bilmədim. Bu gözlənilməz dəyişiklik məni 


156
həm təəccübləndirdi, həm də sevindirdi və mən fikirləşdim 
ki,  nəzərdə  tutduğumu  tezliklə  həyata  keçirəcəyəm.  Lakin 
onlar tələsmirdilər, uzanıb söhbət eləyirdilər, çox güman ki, 
boş-boş şeylərdən. Mən artıq özümdən çıxırdım, gör nə qədər 
qiymətli vaxt itirmişdim! amma əlimdən gələn bir şey yox 
idi. Təbii ki, beləcə içəri girib onlara mane ola bilməzdim.
nəhayət hersoqun yerindən necə qalxdığını eşitdim, qalx-
dı və onunla nəyisə müzakirə eləyə-eləyə, geyinməyə başla-
dı, deyəsən nədəsə razılaşa bilmirdilər. Qapıdan yenə aralan-
dım, qaranlıqda bir yer seçib, gözləməyə başladım.
Çıxanda  özü  də  bilmədən  birbaşa  mənə  tərəf  yeridi. 
«Əlahəzrət!» – deyə bəraye-ehtiyat, hələ uzaqda ikən pıçıl-
dadım. Məni burda görəndə, yaman qəzəbləndi və dəhşətli 
söyüşlər, təhdidlər yağdırdı: «Sən neynirsən burda? Casusluq 
edirsən?  Murdar,  eybəcər  məxluq!  Zəhərli  ilan!  Hardasan, 
çıx görüm! Bu dəqiqə boğazını üzərəm!» Və o əllərini açıb 
o  tərəf-bu  tərəfə  atılmağa  başladı,  qaranlıqda  məni  tutmaq 
istəyirdi. amma  bu  zülmətdə  məni  təbii  ki,  tuta  bilməzdi. 
«İcazə  verin  söyləyim!  İcazə  verin  məsələnin  nədən  ibarət 
olduğunu deyim», – sakit bir tərzdə təkrarlayırdım, hərçənd 
ki, bütün içim əsirdi qorxudan. nəhayət ki, imkan verdi.
Onda birbaşa üzünə dedim ki, məhz elə bu dəqiqə Lodo-
viko Montansanın oğlu onun qızını zorlayır – o qəsrə gizlincə 
girib ki, qızın namusuna təcavüz edərək onun bütün ailəsinin 
şərəfini  silinməz  bir  ləkə  ilə  murdarlasın,  atasının  qisasını 
alsın. «Bu yalandır! – o qışqırdı. – Sən nə çərənləyirsən, ay 
dəli! Yalandır bu!» – «Yox, yalan deyil! – mən qətiyyətlə ona 
lap  yaxınlaşaraq,  etiraz  etdim.  –  O  indi  qızın  otağındadır, 
cinayətkarın ora necə girdiyini öz gözlərimlə gördüm. Sən 
çox gec yetişəcəksən, cinayət artıq çox güman ki, sona ça-


157
tıb, amma bəlkə oğlanı hələ orda tuta bilərsən». Başa düş-
düm ki, ancaq indi inandı mənə: ildırım vurmuş kimi yerində 
qalmışdı. «Ola bilməz! – dedi, amma iti addımlarla, az qala 
qaça-qaça çıxışa tərəf üz qoydu. – Ola bilməz! – deyə təkrar 
edirdi. – Şəhərə necə girə bilər axı? Elə qəsrin özünə də, bu 
mümkün deyil – buralar tamam qorunur!» Mən var gücümlə 
çalışırdım ki, ondan dala qalmayam, amma sözlərini də ca-
vabsız qoymadım, dedim ki, mən də başa düşmürəm, amma 
əvvəlcə onu çayın kənarında gördüm, ola bilər bərə ilə, ya 
da  başqa  şeylə  keçib,  kim  bilir,  bu  sarsaq,  südəmər  gədə 
nəyə  qadirdir,  ordan  da  birbaşa  sarayın  içəri  həyətinə  gi-
rib yəqin. «Ola bilməz!» – tutduğunu buraxmırdı. – Şəhərə 
çay tərəfdən xəlvət girmək, həm o tayda, həm də bu tayda 
oxçuları,  bombardirləri  olan,  gecə-gündüz  mühafizə  edilən 
qüllələrin  arasından  görünmədən  sivişib  keçmək  mümkün 
deyil. Bu, qətiyyən ağlasığmazdır!» – «Bəli, ağlasığmazdır, 
– deyə razılaşdım. – Bunu başa düşmək mümkün deyil, heç 
iblisin  özü  də  baş  çıxarmaz  ki,  bu  oğlan  necə  girib  qəsrə, 
amma buna baxmayaraq, o indi burdadır. Mən qəti əminəm 
ki, məhz onun səsini eşidirdim».
Biz aşağı enib, qəsrin həyətinə düşdük. Hersoq cəld əsas 
girişə tərəf getdi ki, gözətçilərə diqqətli olmağı tapşırsın və 
oğlanın qaçmasına mane ola bilsin. Onun ehtiyatlı davran-
mağı çox əsaslı idi – amma gədə artıq aradan çıxıbsa, nə ola-
caq? Bəlkə də elə bir yerdə qaçıblar! Bu dəhşətli fikir məni 
həyəti yüyürərək keçməyə, özümü ancelikanın qapısı ağzına 
yetirməyə məcbur etdi.
Qulağımı  qapıya  dirədim.  Səs  gəlmirdi! Yəni  doğru dan 
qaçıblar? Ürəyim həm yüyürməkdən, həm də onların aradan 
çıxması barədə fikirləşəndə bədənimi çulğayan həyəcandan 


158
möhkəm  çırpınırdı,  bu  çırpıntı  düz  qulaqlarımda  səslənirdi 
– düşündüm ki, bəlkə elə buna görə heç nə eşitmirəm. Çalış-
dım ki, özümü ələ alıb, sakitləşim, nəfəsimi dərim – və yenə 
diqqət  kəsildim.  Yox,  otaqdan  bircə  hənirti  belə  gəlmirdi. 
Özümü  lap  itirmişdim.  Elə  bilirdim  dəli  olacam.  nəhayət 
qeyri-müəyyənliyə dözə bilməyib ehtiyatla qapını araladım. 
Bunu elə elədim ki, heç cırıltısı da eşidilmədi. Qapının ara-
sından işığın yandığını gördüm, amma burda insan olmasına 
dəlalət edən heç bir səs-səmir yox idi. Sivişib, otağa keçdim. 
Və  elə  o  dəqiqə  də  sakitləşdim.  Söndürməyi  unutduqları 
balaca  çırağın  işığında  onların  hər  ikisini  yataqda  gördüm 
– yatmışdılar. Özlərinin heyvani şəhvətiylə ilk tanışlığından 
sonra yorğun uşaqlar kimi yatmışdılar.
Mən  çırağı  götürdüm,  yaxınlaşıb  işığı  üstlərinə  saldım. 
Onlar üzlərini bir-birinə çevirib yatmışdılar, yarıaçıq ağızla-
rı, pörtmüş rəngləri vardı, hələ də törətdikləri cinayətin istisi 
canlarındaydı, elə yatmışdılar, elə bil özlərini unutmuşdular, 
dünyadan tam bixəbər idilər. Kirpikləri nəm idi, hər ikisinin 
üst  dodaqlarında  isə  tər  damcıları  puçurlanmışdı.  Mən  öz 
sakitliyi  ilə  tam  günahsız  olan  bu  yuxuya  tamaşa  edirdim. 
Görəsən insanların xoşbəxtlik dediyi elə budur?
Covanni  qıraqda  uzanmışdı,  qara  saçlarının  qıvrımla-
rı  alnına  tökülmüşdü,  dodaqlarında  isə  məmnuniyyət  dolu 
bir təbəssüm donmuşdu, sanki nəsə bir qəhrəmanlıq etmiş-
di. Boynundakı nazik qızıl zəncirdən indi cənnətdə olduğu 
deyilən anasının portreti asılmışdı.
Bu  yerdə  pillələrdən  səs  gəldiyini  eşitdim  –  hersoq  iki 
muzdlu gözətçi ilə bir yerdə içəri girdi, gözətçilərdən birinin 
əlində məşəl vardı. Otaq işığa qərq oldu, lakin möhkəm yat-
mış bu gəncləri heç nə oyada bilməzdi. Hersoq inamsız, az 


159
qala ləngərləyən addımlarla yatağa yaxınlaşdı və bu biabırçı-
lığı gözləri ilə gördü. Qəzəbdən ölü kimi ağararaq, gözətçinin 
qılıncını qapdı və bir zərbə ilə Covanninin başını bədənindən 
ayırdı. ancelika yerindən dik atıldı və qan içində olan sev-
gilisinin  cəsədini  yataqdan  necə  çıxardıqlarını,  pəncərədən 
birbaşa zibilləyə atmaqlarını öz gözləriylə gördü. Bu yerdə 
o da huşunu itirib yıxıldı və biz gedənə kimi özünə gəlmədi.
Öz  işini  yüksək  səviyyədə  görmüş  hersoq  həyəcandan 
titrəyirdi  və  mən  onun  otaqdan  çıxarkən  yıxılmamaq  üçün 
qapıdan necə tutduğuna diqqət yetirdim. Onun dalınca çıxıb 
öz otağıma getdim. Mən tələsmədən gedirdim – daha tələsik 
bir  işim  yox  idi.  Həyətdə,  məndən  xeyli  irəlidə  hersoqu 
müşayiət edən məşəli gördüm, sonra da həmin işıq tağın al-
tında yox oldu, elə bil zülmətdə ərimişdi.
ancelika  qızdırmadan  yanırdı,  saray  həkimi  də  gücsüz 
idi,  huşu  özünə  gəlmirdi.  Onun  halına  azacıq  da  olsa,  ya-
nan  yoxdur,  çünki  zorlananda  kiçicik  bir  müqavimət  belə 
göstərmədiyi  aydın  idi  və  onun  ləyaqətinin  alçaldılması 
hersoq ailəsi üçün, bütövlükdə hersoqluq üçün heç bir şeylə 
müqayisə olunmayacaq şərəfsizlik idi. Ona bir qoca qarı qul-
luq edir, saray əhlindən heç kəs qıza baş çəkmirdi.
Onun  cinayətkar  sevgilisinin  cəsədini  çaya  atdılar, 
istəmədilər  ki,  qəsrin  qabağında  uzun  müddət  qalsın. 
Deyirdilər  ki,  meyiti  burulğanlar  da  çəkməyib,  axın  onu 
dənizə çıxarıb.
Şəhərdə  qəribə  bir  xəstəlik  yayılmağa  başlayıb.  Eşit-
diyimə görə, bu xəstəlik titrətmə və dəhşətli baş ağrılarından 
başlayır, sonra da gözlər tor görür, dil isə elə şişir ki, adam 
heç əməlli danışa da bilmir, bütün bədən qızarır və dəridən 
üfunətli irin sızır. Xəstələr daim qışqırıb su istəyirlər, çünki 


160
bütün içəriləri alışıb yanır. Həkimlər onlara heç bir kömək 
edə bilmirlər – onların əlindən ümumiyyətlə nəsə gəlir ki? 
Deyirlər ki, xəstəlik tutanların hamısı ölür; indiyədək cəmi 
nə qədər adam ölüb, mənə bəlli deyil.
Sarayda, təbii ki, heç kəs xəstələnməyib. azar ən yoxsul, 
ən ac adamların arasında tüğyan eləyir, xüsusilə də qaçqınla-
rın içində və görünür bu da onların öz düşər gələrində, şəhərin 
hər  tərəfində  əmələ  gətirdikləri  misilsiz  murdarçılıqlarla 
birbaşa  əlaqədardır.  Məni  təəccübləndirən  onların  dörd  bir 
tərəfindəki kəsafətdən ölməməkləridir.
ancelika təbii ki, tamam başqa xəstəlikdən əziyyət çəkir. 
Onun bu azarı bir dəfə uşaq vaxtı tutduğu xəstəliklə tamam 
eynidir, amma onda hansı şəraitdə, nəyə görə azarladığı ya-
dımda deyil. O həmişə elə şeylərdən xəstələnir ki, başqasının 
qətiyyən vecinə olmazdı. Hə, indi düşdü yadıma, uşaq vaxtı, 
mən onun pişiyinin başını kəsəndən sonra yatağa düşmüşdü.
Epidemiya  yaman  tez  yayılır.  İndi  artıq  təkcə  kasıblar 
deyil xəstələnən, lənətə gəlmiş taun heç kəsə rəhm eləmir. 
Bəla  hər  evə,  hər  küçəyə,  hər  meydana  baş  çəkir,  axı  ca-
maatın çoxu açıq havada yaşayır. Deyirlər ki, orada addım-
başı  xəstələrə  tuş  gəlirsən,  əynində  cır-cındır  olan  insanlar 
küçənin  ortasında  ağrıdan  qıvrılaraq  qulaqbatırıcı  səslə 
çığırırlar.  Görünür  ağrıları  dözülməzdir,  adamı  lap  dəlilik 
dərəcəsinə çatdırır. Şəhərdə yerimək, sadəcə, mümkün deyil, 
bu mənzərəni gözləriylə görənlərin da nışdıqları ikrahdoğu-
ran, dəhşətli təfərrüatlarla doludur. Xəstələrin nəfəsi üfunətli 
olur, bədənlərini isə murdar, suluqlu yaralar basır, suluqlar 
Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin