Sosioloqların apardıqları tədqiqatlar göstərir ki, anbarlarda mal saxlanması funksiyasının xüsusi çəkisi digər funksiyalara nisbətən böyükdür.Ticarət anbarları bu funksiyanı yerinə yetirməklə tədavül sferasında malların dövr etməsinin sürətləndirilməsinə, malların lazımi keyfiyyətdə saxlanılmasına, ticarət mədəniyyətinin yüksəldilməsinə,pərakəndə ticarətə fasiləsiz olaraq mal göndərilməsinə,ahəngdar işləməsinə müsbət təsir göstərir.
Anbarlarda həyata keçirilən funksiyalardan biri də müxtəlif malverənlərdən daxil olan malların keyfiyyətinə nəzarətin təşkilidir. Bununla əlaqədar olaraq, anbarlarda saxlanılan malların keyfiyyət göstəricilərinin texniki şərtlərə və standart göstəricilərə uyğun olması vaxtaşırı yoxlanmalıdır.