Ticarət anbarları həm topdan ticarətin və həm də pərakəndə ticarətin tabeliyində ola bilər. Anbarlar topdan ticarətin tabeliyində olduqda onlar istehsal müəssisələrindən müxtəlif təyinatlı malları iri partiyalarla qəbul edir. Bu mallar üzərində müəyyən ticarət-texnoloji əməliyyatlar aparmaqla onları sənaye çeşidindən ticarət çeşidinə çevirir. Ticarət mədəniyyətini yüksəltmək, pərakəndə ticarətdə mal satışı prosesini srətləndirmək, mütərəqqi üsulla mal satışını genişləndirmək məqsədilə iri anbarlarda mallar qablaşdırılır.